Məhkəmə qərarları › İş №e-2-2(3-6)-712/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-712/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-712/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar söz: pul tələbi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehDövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları:

1. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, sifarişçi “DIB-nin bunkerləmə çənlər parkında * saylı RVS-700 m3-luq çənin yenidən qurulması” işlərinin satın alınması üzrə xxxxnın 630.426,87 manat (ƏDV-siz) (altı yüz otuz min dörd yüz iyirmi altı manat səksən yeddi qəpik) məbləğində müsabiqə təklifini qəbul etmiş, xxxx isə həmin işləri müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilədə, həmçinin, yerinə yetirilmiş işlər müqavilə şərtlərinə uyğun olmadıqda aşkar edilmiş qüsurların xxxx tərəfindən aradan qaldırılması öhdəliyi nəzərdə tutulmuşdur. Həmin müqavilənin: - 13.1-ci bəndinə əsasən, xxxx işlərin yerinə yetirilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib işləri sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 13.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə yerinə yetirilmiş işlərin təxirə salınmadan, lakin 30 təqvim günündən gec olmamaq şərti ilə (aşkar olunan qüsurların xxxx tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsi və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 32.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən müsabiqənin əsas şərtləri toplusunda və müqavilə haqqında məlumatlarda müəyyənləşdirilmiş qaydada və məbləğdə, xxxxnın təsdiq etdiyi sənədlər (aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 60 bank günündən gec olmamaq şərti ilə aparılır.

2. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, sifarişçi “X3 * saylı çənlər parkında PBC-5000 m3 tipli *** saylı neft çəninin əsaslı təmiri” işlərinin satın alınması üzrə xxxxnın 1.097.099,65 manat (ƏDV-siz) (bir milyon doxsan yeddi min doxsan doqquz manat altmış beş qəpik) məbləğində müsabiqə təklifini qəbul etmiş, xxxx isə həmin işləri müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilədə, həmçinin, yerinə yetirilmiş işlər müqavilə şərtlərinə uyğun olmadıqda aşkar edilmiş qüsurların xxxx tərəfindən aradan qaldırılması öhdəliyi nəzərdə tutulmuşdur. Həmin müqavilənin: - 13.1-ci bəndinə əsasən, xxxx işlərin yerinə yetirilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib işləri sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 13.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə yerinə yetirilmiş işlərin təxirə salınmadan, lakin 30 təqvim günündən gec olmamaq şərti ilə (aşkar olunan qüsurların xxxx tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsi və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 32.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən müsabiqənin əsas şərtləri toplusunda və müqavilə haqqında məlumatlarda müəyyənləşdirilmiş qaydada və məbləğdə, xxxxnın təsdiq etdiyi sənədlər (aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 60 bank günündən gec olmamaq şərti ilə aparılır.

3. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** nömrəli podrat müqaviləsinin * saylı qoşması ilə təsdiq edilmiş “X3 * saylı çənlər parkında PBC-5000 m3 tipli *** saylı neft çəninin əsaslı təmiri” obyekti üzrə həcmlər cədvəlindən görünür ki, çənin avadanlıqlarının sökülməsi və digər işlərin ümumi dəyəri 1.294.577,59 manat (bir milyon iki yüz doxsan dörd min beş yüz yetmiş yeddi manat əlli doqquz qəpik) təşkil edir.

4. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** nömrəli podrat müqaviləsinin * saylı qoşması ilə təsdiq edilmiş “DIB-nin bunkerləmə çənlər parkında * saylı RVS-700 m3-luq çənin yenidən qurulması” obyekti üzrə həcmlər cədvəlindən görünür ki, mövcud 700 m3-luq neft çəninin sökülməsi və digər işlərin ümumi dəyəri 743.903,71 manat (yeddi yüz qırx üç min doqquz yüz üç manat yetmiş bir qəpik) təşkil edir.

5. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il iyul ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025 ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 44319 manat təşkil edir.

6. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış – 2025-ci ilin iyul ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 44319 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

7. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il avqust ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 7434 manat təşkil edir.

8. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış – 2025-ci ilin avqust ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 7434 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

9. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 7977,42 manat ƏDV olmaqla, ümumilikdə 52296,42 manat dəyərində Cavabdehblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

10. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il avqust ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 69453 manat təşkil edir.

11. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - 2025-ci ilin avqust ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 69453 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

12. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il sentyabr ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 104159,67 manat təşkil edir.

13. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - 2025-ci ilin sentyabr ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 104159,67 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

14. MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 12501,54 manat ƏDV olmaqla, ümumilikdə 81954,54 manat dəyərində Cavabdehblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

15. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il sentyabr ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 23182,30 manat təşkil edir.

16. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - 2025-ci ilin sentyabr ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 23182,30 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

17. MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 1338,12 manat ƏDV olmaqla, ümumilikdə 8772,12 manat dəyərində Cavabdehblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

18. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il oktyabr ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 57199,49 manat təşkil edir.

19. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - 2025-ci ilin oktyabr ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 57199,49 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

20. MT2510 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 4172,81 manat ƏDV olmaqla, ümumilikdə 27355,11 manat dəyərində Cavabdehblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

21. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - yerinə yetirilən podrat işlərin və xərclərin və müqavilə üzrə xərclərin dəyəri haqqında (2025-ci il oktyabr ayı) ** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV-siz) 9347,34 manat təşkil edir.

22. İddiaçı MMC ilə Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi arasında imzalanmış - 2025-ci ilin oktyabr ayında yerinə yetirilən işlərin ** nömrəli qəbul Aktından görünür ki, görülən işlərin ümumi dəyəri (ƏDV-siz) 9347,34 manat təşkil etmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

23. MT2510 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 18748,74 manat ƏDV olmaqla, ümumilikdə 122908,41 manat dəyərində Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

24. MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 10295,90 manat ƏDV olmaqla, ümumilikdə 67495,39 manat dəyərində Cavabdehblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

25. MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 1682,52 manat ƏDV olmaqla, ümumilikdə 11029,86 manat dəyərində Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə işlər görülmüşdür.

26. ##.##.2026-cı il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

27. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə qarşı «pul» tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borcun əvəzi olaraq 371871,87 manat, bu məbləğin hazıradək ödənilməməsi nəzərə alınmaqla, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla, vurulan zərərin əvəzi kimi 3067,44 manat, eləcə də, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 300 manat olmaqla, cəmi 375239,31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“xxxx”) ilə Cavabdeh Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" Idarəsi (“sifarişçi”) arasında ##.##.2025 ci il tarixində ********** nömrəli və ##.##.2025-ci il tarixində ********** nömrəli podrat müqavilələri bağlanmışdır. ## ###### 2025-ci il tarixli, ********** nömrəli müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə satın alınan “DIB-nin bunkerləmə çənlər parkında * saylı RVS-700 kubmetrlik çənin yenidən qurulması” işini yerinə yetirməyi öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddəti ## ###### 2026-cı il tarixədək nəzərdə tutulmuşdur. Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin xxxx, yəni hazırki halda iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. ********** nömrəli müqavilə üzrə görüləcək işlərin həcmi ƏDV-li 743.903,71 manat olaraq müəyyənləşdirilmişdir. ## ###### 2025-ci il tarixli, ********** nömrəli müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə satın alınan “X3 * saylı çənlər parkında PBC-5000 kub-metr tipli *** saylı neft çəninin əsaslı təmiri” işini yerinə yetirməyi öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddəti ## #### 2026-cı il tarixədək nəzərdə tutulmuşdur. Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin xxxx, yəni hazırki halda iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. ********** nömrəli müqavilə üzrə görüləcək işlərin həcmi ƏDV-li 1.294.577,59 manat olaraq müəyyənləşdirilmişdir. Həmçinin, hər iki müqavilənin 13-cü bəndində göstərilmişdir ki, “Sifarişçi”, yəni cavabdeh müqavilə üzrə yerinə yetirilmiş işlərin təxirə salınmadan, lakin 30 təqvim günündən gec olmamaq şərti ilə qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilələrin 32-ci bəndində isə göstərilmişdir ki, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müsabiqənin əsas şərtlər toplusunda və Müqavilə haqqında məlumatlarda müəyyənləşdirilmiş qaydada və məbləğdə, xxxxnın təqdim etdiyi sənədlər (aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 60 bank günündən gec olmamaq şərti ilə aparılır. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərlə bağlı müqavilədə nəzərdə tutulan dövriliklə cavabdehə rəsmi məlumat verilmiş, bu barədə tərtib olunmuş aktlar həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, təsdiq edilmişdir. Buna baxmayaraq, ********** nömrəli müqavilə üzrə: - ## ###### 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 52296,42 manat; - ## ######## 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 81954,54 manat; - ## ####### 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 122908,42 manat; habelə, ********** nömrəli müqavilə üzrə: - ## ######## 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 8772,12 manat; - ## ####### 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 27355,11 manat məbləğində pul vəsaitləri cavabdehlə bağlanmış olan hər iki müqavilənin 32ci bəndində nəzərdə tutulmuş 60 bank günü keçməsinə baxmayaraq, hazırki günədək ödənilməmişdir. Hazırda ödənilməmiş məbləğin cəmi 293286,61 manat təşkil edir. Biz yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı ##.##.2026 cı il tarixində cavabdehə pretenziya ilə müraciət edilsə də, cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır.

29. Iddia tələbinə dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılmışdır ki, hazırda iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin 13-cü bəndində göstərilmişdir ki, “Sifarişçi”, yəni cavabdeh müqavilə üzrə yerinə yetirilmiş işlərin təxirə salınmadan, lakin 30 təqvim günündən gec olmamaq şərti ilə qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilələrin 32-ci bəndində isə göstərilmişdir ki, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müsabiqənin əsas şərtlər toplusunda və Müqavilə haqqında məlumatlarda müəyyənləşdirilmiş qaydada və məbləğdə, xxxxnın təqdim etdiyi sənədlər (aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 60 bank günündən gec olmamaq şərti ilə aparılır. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərlə bağlı müqavilədə nəzərdə tutulan dövriliklə cavabdehə rəsmi məlumat verilmiş, bu barədə tərtib olunmuş aktlar həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, təsdiq edilmişdir. Buna baxmayaraq, ilk iddia ərizəsində göstərilənlərdən əlavə olaraq, ********** nömrəli müqavilə üzrə ## ###### 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 67495,4 manat, ********** nömrəli müqavilə üzrə ## ###### 2025-ci il tarixə yerinə yetirilmiş işlərə görə ödənilməli olan 11029,86 manat, beləliklə cəmi 78525,26 manat məbləğində pul vəsaitləri cavabdehlə bağlanmış olan hər iki müqavilənin 32-ci bəndində nəzərdə tutulmuş 60 bank günü keçməsinə baxmayaraq, hazırki günədək ödənilməmişdir. Ilk iddia ərizəsində ödənilməmiş məbləğin cəmi 293286,61 manat olduğunu qeyd etsələr də, hazırkı artımla birlikdə 371871,87 manat təşkil edir.

30. Cavabdehin nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə göndərərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən məbləğlər və hesablamalar faktiki vəziyyəti əks etdirmir. Belə ki, “4600144982 və ********** saylı müqavilələr üzrə tərəflərin öhdəliklərinin icra olunmaması ilə bağlı bildirir ki, iddia ərizəsində göstərilən məbləğlər və aparılmış hesablamalar faktiki vəziyyəti tam və obyektiv şəkildə əks etdirmir. Iddiaçı tərəfindən təqdim olunmuş hesablamalarda müqavilə üzrə yerinə yetirilmiş işlərin həcmi, məzmunu və mərhələləri barədə kifayət qədər dəqiq və əsaslandırılmış məlumat verilməmişdir. Belə ki, iddia ərizəsində ********** saylı müqavilə üzrə yerinə yetirildiyi iddia edilən işlərə görə - ##.##.2025ci il tarixdə 52 596,42 manat, ##.##.2025-ci tarixdə 81954,54 manat, ##.##.2025-ci il tarixdə 122908,42 manat, ********** saylı müqavilə üzrə isə yerinə yetirildiyi iddia edilən işlərə görə ##.##.2025-ci il tarixdə 8772,12 manat, ##.##.2025-ci il tarixdə 27355,11 manat məbləğində ödəmələrin həyata keçirilməli olduğu qeyd edilmişdir. Lakin həmin məbləğin hansı konkret işlərə, hansı həcmdə və hansı mərhələlər üzrə görülmüş xidmət və ya işlərə görə hesablandığı barədə ətraflı məlumat təqdim edilməmişdir. Iddia ərizəsində nə yerinə yetirilmiş işlərin siyahısı, nə onların dəyər hesablanması, nə də işlərin qəbulunu təsdiq edən müvafiq aktlar və ya digər təsdiqedici sənədlər aydın şəkildə göstərilmişdir. Müqavilə münasibətlərində tərəflərin öhdəliklərinin icrası, görülmüş işlərin həcmi və keyfiyyəti, eləcə də həmin işlərin dəyərinin müəyyən edilməsi müvafiq sənədlərlə – işlərin görülməsi barədə aktlar, smeta hesablamaları, təhviltəslim sənədləri və digər təsdiqedici materiallarla əsaslandırılmalıdır. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə bu məsələlər kifayət qədər aydınlaşdırılmamış, görülmüş işlərin konkret məzmunu və həcmi üzrə detallı izahat verilməmişdir. Nəticə etibarilə, göstərilən ********** nömrəli Müqavilə üzrə 1294577,59 manat məbləğinin və ********** saylı müqavilə üzrə 743903,71 manat məbləğində vəsaitin hansı işlərə görə hesablandığı, həmin işlərin müqavilə şərtlərinə uyğun olaraq faktiki şəkildə icra edilib edilmədiyi və bu işlərin tərəflər tərəfindən qəbul olunub-olunmadığı məsələləri qeyri müəyyən olaraq qalır. Bu isə iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslılığını və təqdim olunmuş hesablamaların düzgünlüyünü şübhə altına alır. Bununla yanaşı, müqavilə öhdəliklərinin icrası zamanı görülmüş işlərin mərhələlər üzrə sənədləşdirilməsi, onların qəbul edilməsi və dəyərinin hesablanması müqavilə münasibətlərinin şəffaflığı və hüquqi müəyyənliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin təqdim olunmuş iddia ərizəsində bu tələblərə riayət olunmadığı müşahidə edilir ki, bu da müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı bir sıra qeyri-dəqiqliklərin mövcud olduğunu göstərir. Cavabdeh hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğlər real iqtisadi göstəricilərə və faktiki görülmüş işlərin həcminə uyğun olmayaraq əhəmiyyətli dərəcədə şişirdilmişdir. Belə ki, görülmüş işlər çərçivəsində tələb olunan məbləğ mövcud bazar qiymətləri ilə uzlaşmamaqla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə də açıq şəkildə ziddiyyət təşkil edir. Iddiaçı tərəfindən təqdim olunmuş hesablamalarda işlərin dəyərinin hansı konkret meyarlar və metodologiya əsasında müəyyən edildiyi aydın şəkildə göstərilməmişdir. Eyni zamanda, işlərin yerinə yetirilməsi zamanı istifadə olunmuş materialların, görülmüş xidmətlərin və yerinə yetirilmiş əməliyyatların bazar qiymətləri ilə müqayisəli təhlili təqdim edilməmişdir. Bu hal isə tələb olunan məbləğin obyektiv və əsaslı şəkildə müəyyən edilmədiyini göstərir. Bundan əlavə, müqavilə münasibətlərində tərəflər arasında razılaşdırılmış şərtlər, xüsusilə də işlərin dəyərinin müəyyən edilməsi qaydası, görüləcək işlərin həcmi və onların maliyyə ifadəsi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməlidir. Lakin iddiaçı tərəfindən tələb olunan məbləğlər həmin razılaşma çərçivəsindən kənara çıxaraq, müqavilədə nəzərdə tutulmuş qiymət meyarları və iqtisadi əsaslandırma ilə uyğunluq təşkil etmir. Həmçinin qeyd olunmalıdır ki, görülmüş işlərin dəyərinin müəyyən edilməsi zamanı işlərin faktiki həcmi, görülmə keyfiyyəti, istifadə olunmuş resurslar və mövcud bazar qiymətləri nəzərə alınmalıdır. Iddia ərizəsində isə bu amillərin hər biri üzrə dəqiq və sənədlərlə təsdiq olunan məlumatlar təqdim olunmamışdır. Bu isə tələb olunan məbləğin faktiki görülmüş işlərin real dəyərini əks etdirib-etdirmədiyi barədə əsaslı şübhələr yaradır. Beləliklə, hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş maliyyə tələbləri kifayət qədər əsaslandırılmamış, onların hesablanma mexanizmi və iqtisadi əsasları lazımi şəkildə açıqlanmamışdır. Bu səbəbdən də iddia ərizəsində göstərilən məbləğlərin obyektivliyi, real bazar qiymətlərinə uyğunluğu və müqavilə şərtləri ilə uzlaşması şübhə doğurur və məhkəmə tərəfindən əsassız hesab edilməklə qəbul edilməməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazın nəzərə alınmasını və İddiaçı MMC tərəfindən təqdim edilmiş iddia ərizəsinin rədd edilməsi məqsədəmüvafiq hesab olunur. Göstərilənlər nəzərə alınmaqla məhkəmədən, iddiaçı İddiaçı MMC tərəfindən Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə qarşı məhkəməyə təqdim edilmiş iddia ərizəsi əsassız və qeyri-müəyyən tərtib edildiyindən və qeyd olunan məqamlar sübutlarla təsdiq edilmədiyindən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

31. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsindən ##.##.2025-ci il tarixli, ********** saylı və ##.##.2025-ci il tarixli, ********** saylı müqavilələrə əsasən 371871,87 manat (ƏDV daxil) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1509,46 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 663,38 manat dövlət rüsumu olmaqla, ümumilikdə 374044,71 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Cavabdeh Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2 və 752.1-ci maddələri, Cavabdeh Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Həmin qətnamədən cavabdeh Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, sadəcə iddiaçının təqdim etdiyi sənədlər əsasında hesablama aparmış, bu səbəbdən də işlərin yarımçıq görülməsi, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti araşdırılmadan və nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Belə olan halda cavabdeh hüquqi şəxsin qanuni maraqlarına toxunan məhkəmə qərarı qəbul olunmuşdur. Belə ki, İddiaçı MMC (“xxxx”) ilə Cavabdeh Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" Idarəsi (“sifarişçi”) arasında ##.##.2025-ci il tarixində ********** nömrəli və ##.##.2025-ci il tarixində ********** nömrəli podrat müqavilələri bağlanmışdır. ##.##.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə görüləcək işlərin həcmi ƏDV-li 743.903,71 manat olaraq müəyyənləşdirilmişdir. ##.##.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə isə görüləcək işlərin həcmi ƏDV-li 1.294.577,59 manat olaraq müəyyənləşdirilmişdir. Lakin iddia tələbinin məzmunundan da görünür ki, iddiaçı ümumilikdə borcun əvəzi olaraq 371871,87 manat pul tələb etmişdir. Bu özü-özlüyündə də iddiaçı tərəfindən işlərin yarımçıq görülməsini tam təsdiq edir. Belə ki, iddia ərizəsində iddiaçı ********** saylı müqavilə üzrə yerinə yetirildiyi iddia edilən işlərə görə - ##.##.2025-ci il tarixdə 52 596,42 manat, ##.##.2025-ci tarixdə 81954,54 manat, ##.##.2025-ci il tarixdə 122908,42 manat, ********** saylı müqavilə üzrə isə yerinə yetirildiyi iddia edilən işlərə görə ##.##.2025-ci il tarixdə 8772,12 manat, ##.##.2025-ci il tarixdə 27355,11 manat məbləğində ödəmələrin həyata keçirilməli olduğunu qeyd etmişdir. Lakin həmin məbləğin hansı konkret işlərə, hansı həcmdə və hansı mərhələlər üzrə görülmüş xidmət və ya işlərə görə hesablandığı barədə ətraflı məlumat təqdim edilməmişdir. Həmçinin tam görülməmiş işlərə görə hansı səbəbdən pul ödənilməli olduğu qeyd edilməmişdir. Məhkəmə Mülki Məcəllənin öhdəliklə bağlı normalarına istinad edərək cavabdehin təqsirli olmasına gəlmişdir. Çünki məhkəməyə ilk müraciət edən o olmuşdur. Lakin ortada bir müqavilə var və tərəflər arasında isə işin mahiyyəti ilə bağlı mübahisə var. Əslində iddiaçı tərəf öz öhdəsinə düşən işləri görməmişdir. Yəni gördüyünü iddia etdiyi işlərin həcmini və tələb etdiyi pula mütənasib olmasını əsaslandırmamışdır. Mübahisə də buradan yaranmışdır. Məhkəmə isə bunu nəzərə almamışdır. Göründüyü kimi məhkəmə sadəcə iddiaçının təqdim etdiyi sənədlərə istinad edib. Həmin sənədlərdə yazılanların həqiqəti əks etdiribetdirməməsinə əhəmiyyət verməyib. Həmçinin prosessual imkanları olduğu halda xüsusi biliyə malik olan mütəxəssis rəyindən istifadə etməyib. Nəticədə məhkəmə tərəfindən cavabdehin maraqlarına toxunan qətnamə qəbul edilib. Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı müəyyən işlər gördüyünü bildirsə də görülmüş işlərin ümumi görüləcək işlər həcmində hansı faizi təşkil etdiyini göstərməmiş, həmçinin tələb etdiyi pulun da həmin işlərə mütənasib formada hesablandığını əsaslandırmamışdır. Buradan görünən odur ki, iddiaçı ümumi iş həcminin 10 faizini gördüyü halda ümumi alacağı pulun 20 faizini tələb edir. Bu isə şərti hesablamadır. Nəzərə alamaq lazımdır ki, görülmüş işlərlə tələb edilən pul mütənasib olmalıdır. Lakin məhkəmə araşdırma zamanı bu mütənasibliyi ümumiyyətlə nəzərə almamışdır. Hesab edirik ki, qeyd edilən ziddiyyətli halı və mübahisənin mahiyyətini tərəflər ya qarşılıqlı razılıq əsasında müəyyən etməli, ya da xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılaraq əsaslandırılmış rəy verilməlidir. Lakin məhkəmə araşdırmasında heç bir mütəxəssisin rəyinə istinad olunmamışdır. Sadəcə kağız üzərində yazılmış rəqəmlərə əsaslanaraq qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və bildirilmişdir ki, tələb olunan məbləğin faktiki görülmüş işlərin real dəyərini əks etdirib-etdirmədiyi barədə əsaslı şübhələr vardır. Iddiaçı tərəfindən irəli sürülmüş pul tələbi kifayət qədər əsaslandırılmamış, onların hesablanma mexanizmi və iqtisadi əsasları lazımi şəkildə açıqlanmamışdır. Bu səbəbdən də iddia ərizəsində göstərilən məbləğlərin obyektivliyi, real bazar qiymətlərinə uyğunluğu və müqavilə şərtləri ilə uzlaşması şübhə doğurur. Bu ziddiyyətli və mübahisəyə səbəb olan xüsusatın araşdırılmasında köməklik göstərməsini və mütəxəssis rəyinin zəruriliyini nəzərə alaraq müvafiq rəyin əldə edilərək işə əlavə edilməsini xahiş edir. Məhkəmə iddiaçının təqdim etdiyi kağız üzərində olan hesablamaları nəzərə alaraq qətnamə qəbul etmişdir. Lakin məhkəmədə müəyyən edilməmişdir ki, qət edilən məbləğ ümumilikdə işin xidmət haqqısının hansı faizini təşkil edir. Həmçinin hətta kağız üzərində olsa da görüldüyü deyilən işlər özü ümumilikdə görülməli olan işlərin neçə faizini təşkil edir. Bu uyğunluq mövcud olmadığı halda tələb edilən pul məbləğinin əsaslı olması mümkün deyil.

Apellyasiya şikayətinə qarşı etiraz:

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

36. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

37. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

38. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. Cavabdehblikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

40. Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin:

- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.5 və 119.6-cı maddələrinə əsasən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri tələblərin təmin edilmiş hissəsinə mütənasib bölüşdürülür; yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirdikdə məhkəmə xərclərinin bölüşdürülməsini də müvafiq qaydada dəyişdirir. - 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Cavabdehblikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi əsas borcun hesablanmasında yol verilmiş riyazi səhvin aradan qaldırılması məqsədilə həmin hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

45. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, ********** nömrəli və ##.##.2025-ci il tarixli, ********** nömrəli podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı podratçı kimi müvafiq tikinti-quraşdırma və əsaslı təmir işlərini yerinə yetirməyi, cavabdeh isə yerinə yetirilərək qəbul edilmiş işlərin razılaşdırılmış dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür.

46. Müqavilələrin 13.1-ci bəndinə əsasən podratçı işləri müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verməli, 13.4-cü bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işləri təxirə salmadan, lakin 30 təqvim günündən gec olmayaraq qəbul etməli, 32.1-ci bəndinə əsasən isə aktlar və digər təsdiqedici sənədlər əsasında ödənişi ən geci 60 bank günü ərzində həyata keçirməli idi.

47. Iş materiallarında hər iki müqavilə üzrə aylıq qəbul aktları, yerinə yetirilmiş podrat işlərinin və xərclərinin dəyəri haqqında arayışlar, habelə həmin sənədlər əsasında tərtib edilmiş elektron qaimə-fakturalar mövcuddur. Qəbul aktları və arayışlar tərəflərin nümayəndələri tərəfindən qeyd-şərtsiz imzalanmış, cavabdeh isə həmin imzaların həqiqiliyini, sənədləri imzalayan şəxslərin səlahiyyətini və ya sənədlərin mötəbərliyini konkret dəlillərlə mübahisələndirməmişdir. Buna görə həmin sənədlər müvafiq mərhələlər üzrə işlərin qəbul edildiyini və onların razılaşdırılmış dəyərini təsdiq edən mötəbər yazılı sübutlar kimi qiymətləndirilməlidir.

48. Qəbul aktının imzalanması sifarişçinin sonradan aşkar edilə bilən gizli qüsurlara istinad etmək imkanını öz-özlüyündə istisna etmir və aktlar təkzibedilməz sübut qüvvəsinə malik deyildir. Lakin belə etiraz konkret qüsurun, onun hansı işə aid olmasının, nə vaxt aşkar edilməsinin və podratçıya bildirilməsinin müvafiq sənədlərlə təsdiqini tələb edir. Cavabdeh nə qəbul zamanı irad bildirdiyini, nə qüsur aktı tərtib etdiyini, nə də sonradan aşkar olunmuş konkret qüsur və ya yerinə yetirilməmiş iş barədə texniki və digər mötəbər sübut təqdim etmişdir. Ümumi və ehtimal xarakterli etirazlar imzalanmış qəbul sənədlərinin sübut əhəmiyyətini aradan qaldırmır.

49. Apellyasiya şikayətinin işlərin hansı həcmdə və hansı mərhələlər üzrə yerinə yetirildiyinin göstərilməməsi barədə dəlili iş materialları ilə təkzib olunur. Belə ki, aylıq arayış və qəbul aktlarında hər bir mərhələ üzrə görülmüş işlərin dəyəri ayrıca göstərilmiş, həmin məbləğlər elektron qaimə-fakturalarda əks etdirilmişdir. Cavabdeh konkret olaraq hansı aktda göstərilən hansı işin faktiki yerinə yetirilmədiyini və ya dəyərinin yanlış müəyyən edildiyini göstərməmişdir.

50. Müqavilələrin tam həcmdə başa çatdırılmaması artıq yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş mərhələlərin dəyərinin ödənilməsini istisna etmir. Ödənişin mərhələli qaydada aparılması müqavilələrin 32.1-ci bəndindən və tərəflərin faktiki icra təcrübəsindən irəli gəlir. Buna görə müqavilənin ümumi dəyəri ilə mübahisəli mərhələlərin dəyəri arasında faiz nisbətinin hesablanması ödəniş öhdəliyinin yaranması üçün hüquqi əhəmiyyət daşımır. Həlledici hal konkret mərhələnin qəbul edilməsi və həmin mərhələnin dəyərinin tərəflərin imzaladığı sənədlərlə razılaşdırılmasıdır.

51. Mütəxəssis və ya ekspert rəyinin alınmaması barədə dəlil də əsaslı deyildir. Ekspertiza tərəfin sübutetmə vəzifəsini əvəz etmək və konkret faktlarla əsaslandırılmayan ümumi şübhələri araşdırmaq üçün təyin edilə bilməz. Hazırkı işdə texniki həll, işin keyfiyyət göstəricisi və ya faktiki həcmi barədə konkretləşdirilmiş mübahisə və belə mübahisəni təsdiq edən ilkin texniki sənəd mövcud deyildir. Mübahisənin həlli imzalanmış qəbul sənədlərinin və ödəniş öhdəliyinin hüquqi qiymətləndirilməsini tələb etdiyindən xüsusi bilikdən istifadəyə prosessual zərurət yaranmamışdır.

52. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Lakin o, işlərin qəbulundan imtina sənədi, qüsur aktı, qəbul aktlarını təkzib edən qarşılıqlı yoxlama sənədi, ödənişin saxlanılmasına dair əsaslandırılmış bildiriş və ya alternativ hesablama təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qəbul edilmiş işlərin dəyərinin tutulması barədə gəldiyi nəticə mahiyyət etibarilə düzgündür.

53. Bununla belə, əsas borcun yekun məbləğinin hesablanmasında riyazi səhvə yol verilmişdir. Iş materiallarında göstərilən elektron qaimə-fakturalar üzrə məbləğlər 52.296,42 manat, 81.954,54 manat, 122.908,41 manat, 67.495,39 manat, 8.772,12 manat, 27.355,11 manat və 11.029,86 manat təşkil edir. Həmin məbləğlərin cəmi 371.811,85 manatdır. Birinci instansiya məhkəməsi əsas borcu 371.871,87 manat müəyyən etdiyindən 60,02 manat məbləğində artıq hesablama yaranmışdır. Buna görə qətnamə əsas borcun məbləği hissəsində dəyişdirilməli və əsas borc 371.811,85 manat müəyyən edilməlidir.

54. Cavabdeh qəbul edilmiş işlərin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan hüquqi nəticə yaranmışdır. Həmin norma pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik beş faiz tələb etmək hüququnu müəyyən edir və bunun üçün kreditorun ayrıca zərər faktını və məbləğini sübut etməsi tələb olunmur.

55. Müqavilələrin 32.1-ci bəndinə görə ödəniş üçün son müddət təsdiqedici sənədlərin təqdim edilməsindən etibarən 60 bank günüdür. Qəbul aktları və arayışların özündə ayrıca imzalanma tarixi göstərilmədiyindən elektron qaimə-fakturaların tarixləri sənədlərin rəsmiləşdirildiyini obyektiv müəyyən etməyə imkan verən ən gec tarixlər kimi əsas götürülməlidir. Bu yanaşma gecikmə müddətinin daha erkən tarixdən hesablanmasının qarşısını almaqla cavabdehin mənafeyinə də uyğundur. Faiz hər bir məbləğ üzrə 60 bank günlük müddətin bitdiyi gündən sonrakı tarixdən hesablanmalıdır.

56. Cavabdeh apellyasiya şikayətində 1.509,46 manat faiz məbləğinin hansı tarix, müddət və ya riyazi göstərici üzrə yanlış hesablandığını göstərən konkret əks-hesablama təqdim etməmişdir. Iş materiallarında olan qaimələrin tarixləri, müqavilədə müəyyən edilmiş 60 bank günlük ödəniş müddəti və iddia tələbinin həddi nəzərə alındıqda həmin məbləğin azaldılması üçün əsas müəyyən edilmir.

57. Eyni zamanda, birinci instansiya məhkəməsinin faiz tələbinin qalan hissəsini təmin etməməsi iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Buna görə apellyasiya baxışının hədləri daxilində faiz məbləğinin iddiaçının xeyrinə artırılması mümkün olmadığından 1.509,46 manat faiz borcunun tutulması barədə nəticə dəyişdirilmədən saxlanılmalıdır.

58. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilməli, əsas borc 371.811,85 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri isə şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir.

59. Göstərilənlərə əsasən və Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 119.5, 119.6, 372.6, 372.7, 384.0.3, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi əsas borcun məbləği və apellyasiya şikayəti üzrə məhkəmə xərclərinin bölüşdürülməsi hissələrində dəyişdirilsin. Cavabdeh Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsindən 371.811,85 manat (üç yüz yetmiş bir min səkkiz yüz on bir manat səksən beş qəpik) əsas borc (ƏDV daxil), gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 1.509,46 manat (bir min beş yüz doqquz manat qırx altı qəpik) faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 663,38 manat (altı yüz altmış üç manat otuz səkkiz qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 373.984,69 manat (üç yüz yetmiş üç min doqquz yüz səksən dörd manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Cavabdehblikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar