Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-730/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə haqqının ödənilməsi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli avtomobil icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən icarəyə verən (iddiaçı) qanuni əsaslarla ona məxsus olan “X1” markalı, **RY*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, mühərrik № *******, rəngi: göy metallik, tip: XETCBEK, Ban: NHP106594467) minik nəqliyyat vasitəsini icarəyə vermiş, icarəçi (cavabdeh) isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. Müqavilənin: - 2.1.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin öhdəliyidir. - 3.1-ci bəndinə əsasən, icarəçi icarəyə götürülmüş nəqliyyat vasitəsindən istifadə etdiyi hər bir təqvim günü üçün icarəyəverənə 35 manat məbləğində icarə haqqı ödəyir. - 4.1-ci bəndinə əsasən, bu müqavilə ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək bağlanılır.
2. Iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, müqavilədə razılaşdırılmış avtomobil ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
3. Iddiaçı cavabdehdən 1750 manat məbləğində borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla iddiaçının sərəncamındadır. Iddia ərizəsində müqavilənin tarixi bir yerdə ##.##.2025-ci il göstərilsə də, işə əlavə edilmiş müqavilə və təhvil-təslim aktından tərəflər arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsinin bağlandığı və avtomobilin həmin tarixdə cavabdehə təhvil verildiyi görünür. Müqavilənin 3.1-ci bəndinə əsasən gündəlik icarə haqqı 35 manat müəyyən edilmişdir. Iddiaçı cavabdehin icarə haqqını vaxtında ödəmədiyini, müqavilə üzrə 1750 manat borcun yarandığını və həmin borcun ödənilməsi barədə müraciətinin nəticəsiz qaldığını bildirmişdir.
5. Iddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisəli hallarını təşkil edən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı icarə obyekti olan avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasını (götürülməsini), avtomobilin hansı müddətdə cavabdehin istifadəsində olmasını, hansı əsaslarla və müddətə icarə haqqı borcunun hesablanmasını təsdiq edən mötəbər və yetərli sübutları təqdim etməmişdir. Iddia ərizəsinə əlavə edilmiş sübutlar isə yuxarıda sadalanan işin mühüm əhəmiyyət kəsb edən hallarını təsdiq etmək üçün kifayət hesab edilə bilməz.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1 və 700.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
9. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iş materiallarına avtomobilin cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktını, avtomobilə dair hüququnu və onu icarəyə vermək səlahiyyətini təsdiq edən etibarnamə və qeydiyyat şəhadətnaməsini təqdim etmiş, elektron ərizəsində isə cavabdehin ##.##.2025-ci il tarixinədək yaranmış 1750 manat borcunun tutulmasını xahiş etmişdir. Müqaviləyə əsasən avtomobilin geri qaytarılması təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olduğu halda, cavabdeh avtomobili qaytardığını və ya icarə haqqını ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü onun üzərinə əsassız olaraq qoymuşdur.
Apellyasiya şikayətinə qarşı etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
13. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən və iddianın tam təmin edilməsini xahiş etdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən tələb üzrə tam həcmdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
20. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə nəticəsi sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi, təqdim edilmiş yazılı sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi və tələb olunan borcun hesablanması baxımından əsaslı hesab edilə bilməz.
21. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli avtomobil icarə müqaviləsi bağlanmış, “X1” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə təhvil-təslim aktı ilə cavabdehin istifadəsinə verilmişdir. Iddiaçı avtomobilə dair hüququnu və onu icarəyə vermək səlahiyyətini təsdiq edən etibarnamə və qeydiyyat şəhadətnaməsini də təqdim etmişdir.
22. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icarə haqqının müqavilədə müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsi cavabdehin öhdəliyidir. Müqavilənin 3.1-ci bəndi ilə avtomobildən istifadə edilən hər bir təqvim günü üçün 35 manat icarə haqqı müəyyən edilmiş, 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək razılaşdırılmışdır.
23. Beləliklə, müqavilənin bağlanması və avtomobilin təhvil verilməsi ilə cavabdehin avtomobildən istifadə etdiyi müddət üçün gündəlik 35 manat icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. Avtomobilin geri qaytarılması müqavilədə nəzərdə tutulan qaydada təhvil-təslim sənədi ilə rəsmiləşdirilməli olduğundan, belə sənəd həm istifadə müddətinin bitməsini, həm də sonrakı dövr üçün icarə haqqının hesablanmamasını təsdiq edən əsas sübutlardan biri olardı.
24. Cavabdeh müqavilənin və təhvil-təslim aktının həqiqiliyini mübahisələndirməmiş, iddiaya və apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmiş, avtomobilin iddiaçıya qaytarıldığını və ya hesablanmış icarə haqqının tam və ya qismən ödənildiyini təsdiq edən ödəniş sənədi, geri təhvil aktı, əlavə razılaşma və ya başqa mötəbər sübut təqdim etməmişdir.
25. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi isə sübutların ayrı-ayrılıqda deyil, obyektiv, qərəzsiz, hərtərəfli və işdəki digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsini tələb edir.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddiaçı müqavilənin bağlanmasını, avtomobilin cavabdehə verilməsini, gündəlik icarə haqqını və tələb etdiyi məbləğin əsasını sübut etməli, cavabdeh isə öhdəliyin xitamına və ya azalmasına səbəb olan ödəniş, avtomobilin geri qaytarılması və ya başqa icra faktını təsdiq etməlidir.
27. Iddiaçı müqavilə və təhvil-təslim aktı ilə avtomobilin ##.##.2024-cü il tarixdə cavabdehə verildiyini, müqavilənin 3.1-ci bəndi ilə gündəlik icarə haqqının 35 manat olduğunu sübut etmişdir. Tələb edilən 1750 manat məbləğ 50 təqvim günü üçün icarə haqqına uyğundur: 35 manat × 50 gün = 1750 manat. Iddiaçı daha uzun müddət üçün yarana biləcək icarə haqqını deyil, tələbini yalnız həmin məbləğlə məhdudlaşdırmışdır.
28. Iddiaçının elektron ərizəsində avtomobilin ##.##.2025-ci il tarixinədək geri qaytarılmadığı göstərilmişdir. Bu izahat Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq müqavilə, ilkin təhvil-təslim aktı və geri qaytarılmanı təsdiq edən aktın olmaması ilə birlikdə qiymətləndirildikdə, avtomobilin ən azı iddia tələbinə uyğun olan 50 təqvim günü ərzində cavabdehin istifadəsində qalması barədə kifayət qədər əsaslı nəticə yaradır.
29. Birinci instansiya məhkəməsi iddiaçının avtomobilin geri qaytarıldığı tarixi və istifadə müddətini təsdiq edən əlavə sübut təqdim etmədiyini iddianın rəddi üçün əsas götürmüşdür. Lakin bu yanaşma təqdim edilmiş ilkin təhvil-təslim aktının hüquqi nəticəsini və müqaviləyə görə geri qaytarılmanın ayrıca təhvil-təslim sənədi ilə rəsmiləşdirilməli olmasını nəzərə almır.
30. Avtomobilin cavabdehə təhvil verildiyi sübuta yetirildikdən sonra onun hansı tarixdə geri qaytarıldığı və icarə haqqının hansı hissəsinin ödənildiyi barədə sübutlar mahiyyət etibarilə cavabdehin sərəncamında olan müsbət faktlara aiddir. Iddiaçıdan geri qaytarılmama və ödənilməmə kimi mənfi halları qeyri-məhdud şəkildə sübut etməsini tələb etmək, eyni zamanda cavabdehin qaytarma və ödəniş barədə heç bir sənəd təqdim etməməsinə hüquqi qiymət verməmək sübutetmə yükünün balanslı bölüşdürülməsinə uyğun deyildir.
31. Cavabdehin iddiaya etiraz etməməsi özlüyündə iddianın avtomatik təmin olunması demək deyildir. Lakin onun mövqesizliyi təqdim edilmiş müqavilə və təhvil-təslim aktı, gündəlik icarə haqqının müəyyən edilməsi, iddiaçının ardıcıl izahatı, habelə ödənişi və geri qaytarılmanı təsdiq edən sənədlərin olmaması ilə birlikdə qiymətləndirildikdə, iddiaçının tələbini təkzib edən hər hansı faktiki əsas müəyyən edilmir.
32. Bu səbəbdən avtomobilin bütün faktiki istifadə müddətinin son gününün ayrıca müəyyən edilməməsi hazırkı iddianın rəddinə əsas vermir. Iddiaçı tələbini 50 təqvim gününün icarə haqqı ilə məhdudlaşdırmış, həmin müddət avtomobilin cavabdehə təhvil verilməsindən sonra müqavilənin qüvvədə olduğu dövrə düşmüş, cavabdeh isə bu 50 gün ərzində avtomobilin qaytarıldığını və ya icarə haqqının ödənildiyini sübut etməmişdir.
33. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə düzgün qiymətləndirməmiş, sübutetmə yükünü əsassız olaraq yalnız iddiaçının üzərinə qoymuş və qətnamədə göstərilən nəticə işin müəyyən edilmiş hallarına uyğun gəlməmişdir. Bu hallar Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsas yaradır.
34. Nəticə etibarilə, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunmaqla cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 1750 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
35. Iddia tələbi və apellyasiya şikayəti tam təmin edildiyindən, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Hazırkı kommersiya mübahisəsi üzrə iddianın mübahisələndirilən qiyməti 1750 manat olmaqla on min manatdan azdır. Buna görə Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384.0.2, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 1750 (min yeddi yüz əlli) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.