Məhkəmə qərarları › İş №e-2-2(3-6)-812/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-812/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-812/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: podrat müqaviləsi, pul tələbi, əlavə icra) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X8 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndələri nümayəndə2 İrziman qızı və nümayəndə1 İsmayıl oğlu, Cavabdehin nümayəndələri, eyni zamanda vəkilləri nümayəndə4 və nümayəndə3 iştirakları ilə, İddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında imzalanmış 604/22-TZİ-SX nömrəli, 2022-ci il tarixli “AZİnTelecom” MMC-nin SAP S/4HANA sisteminin tətbiqinə dair müqaviləyə əsasən icraçı razılaşdırılmış qaydada və müqavilənin 2-ci maddəsində qeyd edilən iş həcminə uyğun olaraq “xxxx” MMC-nin SAP S/4HANA sisteminin tətbiqinə dair xidmət göstərməyi, sifarişçi isə bu müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətlərin həcmi aşağıdakı kimi müəyyən olunmuşdur: - 2.1.1. Həll arxitekturasının işlənib hazırlanması; - 2.1.2. Layihənin idarə edilməsi; - 2.1.3. Gəlirlər və xərclər metodologiyasının işlənib hazırlanması; - 2.1.4. MHBS uçotuna uyğunlaşdırılması; - 2.1.5. Vergi uçotuna uyğunlaşdırılması; - 2.1.6. SAP Fl modulunun istifadəyə təqdim edilməsi; - 2.1.7. SAP CO modulunun istifadəyə təqdim edilməsi; - 2.1.8. SAP MM/SD modulunun istifadəyə təqdim edilməsi; - 2.1.9. SAP FM modulunun istifadəyə təqdim edilməsi; - 2.1.10. SAP PS modulunun istifadəyə təqdim edilməsi; - 2.1.11. SAP CM-CRM modulunun istifadəyə təqdim edilməsi; - 2.1.12. SAP Payroll processing modulunun istifadəyə təqdim edilməsi; - 2.1.13. SAP Report Painter and Writer, Query funksionallığının istifadəyə təqdim edilməsi; - 2.1.14. Solution Manager 7.2 funksionallığının istifadəyə təqdim edilməsi: - 2.1.15. Kənar sistemlər ilə inteqrasiyanın təmin edilməsi: - JIRA - Mail active directory - Notification, Workplace - Call center - Cbar.az - Billing - SmartPay - Electron Banking - Barcode System - DVX System - Capacity Management - Office e-imza - Digər (2 sistem ilə) - 2.1.16. Təsdiq etmə prosesi - 2.1.17. Sistemin hesabatlılığı (IFRS, Tax) - 2.1.18. Məlumatlandırma funksiyası - 2.1.19. Sistem yoxlamaları funksiyası - 2.1.20. Çap formaları - 2.1.21. Sistem dili (AZ, EN, RU) - 2.1.22. Sistemə qoşulma formaları (VPN, VLAN, Fiori, GUI, WEB) - 2.1.23. Sistemlər və göstəricilər (DEV, QAS, PPD, PRD)

3. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilənin 2-ci maddəsinə uyğun olaraq, İcraçı aşağıdakı sənədləri təqdim etməyi öhdəsinə götürür: - 4.1.1 Gəlirlər və xərclər metodologiya sənədinin hazırlanması; - 4.1.2 SAP Fl /CO/MM/SD//FM/PS/CM-CRM/Payroll üzrə müvafiq konseptual sənədlərinin hazırlanması; - 4.1.3 SAP Fl /CO/MM/SD/ /FM/PS/CM-CRM/Payroll üzrə İstifadəçi təlimin verilməsi və təlimatlarının hazırlanması; - 4.1.4 SAP Fl /CO/MM/SD/ /FM/PS/CM-CRM/Payroll üzrə Konfiqurasiya təlimatlarının hazırlanması; - 4.1.5 Proqramlaşdırma üçün funksional və texniki spesifikasiya sənədlərinin hazırlanması.

4. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən Tərəflər aşağıdakı Xidmətlərin qəbul edilməsi qaydası ilə razılaşırlar: - Layihə planına əsasən hər mərhələ üzrə Xidmətlərin göstərilməsi başa çatdıqdan sonra, icraçının bildirişini aldıqdan və İcraçı tərəfindən imzalanmış Xidmətin qəbuluna dair təhvil-təslim aktını iki əsli nüsxədə qəbul etdikdən sonra 10 (on) iş günü ərzində Sifarişçi Xidmətin nəticələrini ya qəbul etməli ya da əsaslandıraraq yazılı şəkildə imtina etməlidir. - Sifarişçi təhvil-təslim aktını imzalamalı, üzərinə tarixi qeyd etməli və təhvil-təslim aktının imzalanmış nüsxəsinin əslini İcraçıya qaytarmalı, ya da yazılı şəkildə təqdim edilən əsaslı imtinanı təhvil-təslim aktını aldıqdan sonra 10 (on) iş günü ərzində İçraçıya qaytarmalıdır. - Əgər, təhvil-təslim aktını qəbul etdikdən sonra Sifarişçi 10 (on) iş günü ərzində yazılı şəkildə imtina irəli sürmürsə, bu halda müvafiq Xidmətlər düzgün qaydada yerinə yetirilmiş hesab olunur və İcraçı tərəfindən təhvil-təslim aktında göstərilən təfsilatlı şərtlər üzrə iş həcminə etiraz etmədiyi bildirilir. - Sifarişçi tərəfindən təhvil təslim aktının təsdiq prosesi yalnız bir dəfə həyata keçirilir, məs. layihə sənədləri ya qərarlar üzrə tamamlanmış qeydlər siyahısı təqdim edildikdən sonra yeni qeydlər qəbul edilməyəcəkdir və ya Dəyişikliklərə nəzarət prosesində nəzərə alınmayacaqdır. Sənədlər üzrə irad və təkliflər tam olmalıdır, sənədin mətnini dəyişməyin məqsədi (orfoqrafik səhvlərdən, sintaksis, üslub səhvləri, layihə terminlərindən yayınmalardan başqa) aydın şəkildə əsaslandırıla biləcək formada olmalı və təqdim edilməlidir. - Sifarişçinin Biznes prosesini əks etdirən konseptual sənəd (Biznes Blueprint) layihə dövrü ərzində açıq saxlanılacaqdır, sistemin standart funksionallığında dəyişiklik edilməsinə imkan yaradacaqdır.

5. Müqavilənin 6.5-ci bəndinə əsasən sifarişçi icraçıya xidmət haqqını aşağıdakı cədvələ uyğun olaraq ödəyir. Avans ödənişi Müqavilə imzalandığı tarixdən 10 (on) iş günü ərzində hesab faktura və eyni məbləğdə avans təminat məktubu təqdim edilməsi əsasında ödənilir. Xidmət haqqı üzrə geridə qalan ödəniş hər fazanın sonunda razılaşdırılmış iş həcminə əsasən icraçı tərəfindən təhvil-təslim aktları əsasında, hesab- fakturanın, qaimə və ümumi müqavilə məbləğinin 10%-i həcmində icra qarantiyası üzrə təminat məktubu təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində həyata keçirilir.

Mərhələlər (ƏDV xaric 30% 70% qalıq Cəmi məbləğ qiymətlər) avans 1-ci fazanın istifadəyə 73,906.00 172,447.34 246,353.34 verilməsi Go-Live 2-ci fazanın istifadəyə 88,720.31 207,014.04 295,734.35 verilməsi Go-Live 3-cü fazanın istifadəyə 41,049.69 95,782.62 136,832.31 verilməsi Go-Live Toplam: 203,676.0 475,244.00 678,920.00 0

6. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqaviləyə ** nömrəli, ##.##.2023-cü il tarixli əlavəyə əsasən tərəflər arasında mövcud olan Müqavilənin 6.5-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “6.5. Sifarişçi İcraçıya əlavədə qeyd olunan cədvəldə əks edilən xidmət haqqını ödəyir. Avans ödənişi Müqavilə imzalandığı tarixdən 10 (on)iş günü ərzində hesab faktura və eyni məbləğdə avans təminat məktubu təqdim edilməsi əsasında ödənilir. Xidmət haqqı üzrə geridə qalan ödəniş hər fazanın müvafiq mərhələsinin sonunda razılaşdırılmış iş həcminə əsasən İcraçı tərəfindən təhviltəslim aktları əsasında, hesab-fakturanın, qaimə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində həyata keçirilir. Ödənilən 30% avans məbləği mərhələlərin sonunda ödənilən xidmət haqqı məbləği ilə əvəzləşdiriləcəkdir”.

7. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqaviləyə ** nömrəli, ##.##.2023-cü il tarixli əlavəyə əsasən icraçı sifarişçinin tələbi əsasında əlavədə qeyd olunan cədvəldə (cədvəl 1) əks edilən kütləvi yükləmə proqramını bir (1) ay müddətində təsis və sadalanan xidmətlərini icra edir. Təsis edilən kütləvi yükləmə proqramı Sifarişçi tərəfindən təqdim edilən biznes əməliyyat məlumatları əsasında İcraçı ilə birgə sınaqdan keçirtdikdən sonra təhvil-təslim aktı tərtib edilir. Sifarişçinin tələbi əsasında İcraçı tərəfindən icra edilən “SAP S/4HANA" sistemində xüsusi kodlaşdırılma ilə yazılan kütləvi yükləmə proqram təminatının dəyəri İcraçı tərəfindən təklif və Sifarişçi tərəfindən qəbul edilmiş 74.000 (Yetmiş dörd min manat, 00 qəpik) AZN (ƏDV daxil deyil) cəmi məbləği ilə razılaşdınlır. Ödəniş təhvil-təslim aktı imzalandığı tarixdən 10 (on) iş günü ərzində hesabfaktura təqdim edilməsi əsasında ödənilir.

8. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqaviləyə ** nömrəli, ##.##.2023-cü il tarixli əlavəyə əsasən əlavədə qeyd olunan cədvələ uyğun olaraq texniki sazlama işləri 2024-cü ilin maliyyə ili ərzində icra ediləcəkdir.

9. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqaviləyə ** nömrəli, ##.##.2023-cü il tarixli əlavəyə əsasən göstərilən xidmətlərin siyahısı və dəyəri (70000 AZN) razılaşdırılmışdır.

10. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqavilənin 6.4-cü və 6.8-ci bəndinə əsasən 2024-cü ilin birinci rübü üçün (yanvar, fevral, mart) göstərilən texniki dəstək xidmətinin dəyəri 15048 manat təşkil edir (ədv daxil deyil).

11. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 37631,67 manat təşkil edir (ədv daxil deyil).

12. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 196709,92 manat təşkil edir (ədv daxil deyil).

13. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 74000 manat təşkil edir (ədv daxil deyil).

14. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 76885,90 manat təşkil edir (ədv daxil deyil).

15. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 15048 manat təşkil edir (ədv daxil deyil).

16. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 157368,81 manat təşkil edir (ədv daxil deyil).

17. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilənin * nömrəli əlavəsi üzrə göstərilən texniki dəstək xidmətinin dəyəri 70000 manat təşkil edir (ədv daxil deyil).

18. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixli, MT2410 ******** nömrəli 17756,64 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2501 ******* nömrəli 17756,64 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDL ****** nömrəli 44405,37 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDF ****** nömrəli 185695,2 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDU ****** nömrəli 87320 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDV ****** nömrəli 232117,71 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDW ****** nömrəli 82600 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli 17756,64 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBEC ****** nömrəli 90725,36 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2407 ******** nömrəli 17756,64 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2501 ******** nömrəli 17756,64 manat məbləğində elektron qaiməfakturalar təqdim edilmişdir.

19. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqavilə üzrə 49741,92 manat məbləğində vəsait ödənilmişdir.

20. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqavilə üzrə 70000 manat məbləğində vəsait ödənilmişdir.

21. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən EBDV ****** nömrəli qaimə üzrə 143541,49 manat məbləğində vəsait ödənilmişdir.

22. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən EBDU ****** nömrəli qaimə üzrə 74000 manat məbləğində vəsait ödənilmişdir.

23. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 70000 manat məbləğində vəsait ödənilmişdir.

24. ##.##.2024-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 56436,50 manat məbləğində vəsait ödənilmişdir.

25. ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 37631,67 manat məbləğində vəsait ödənilmişdir.

26. ##.##.2024-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 15048 manat məbləğində vəsait ödənilmişdir

27. ##.##.2024-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 15048 manat məbləğində vəsait ödənilmişdir.

28. ##.##.2022-ci il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ## ###### 2022-ci il tarixli 604/22-TZİ-SX nömrəli müqaviləyə əsasən 203676 manat məbləğində vəsait ödənilmişdir.

29. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2024-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 2708,64 manat məbləğində vəsait ödənilmişdir.

30. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 6773,70 manat məbləğində vəsait ödənilmişdir.

31. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 8953,55 manat məbləğində vəsait ödənilmişdir.

32. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2024-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 10158,57 manat məbləğində vəsait ödənilmişdir.

33. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 12600 manat məbləğində vəsait ödənilmişdir.

34. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 12600 manat məbləğində vəsait ödənilmişdir.

35. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2022-ci il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 36661,68 manat məbləğində vəsait ödənilmişdir.

36. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 39157,47 manat məbləğində vəsait ödənilmişdir.

37. Köçürmənin aparılması haqqında ************** nömrəli, ##.##.2024-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehin ədv sub-uçot hesabına 2708,64 manat məbləğində vəsait ödənilmişdir.

38. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli tövsiyyə məktubundan görünür ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında 2022-ci ildə bağlanmış müqavilə əsasında “SAP S/4HANA” sisteminin tətbiqi üzrə metodologiyanın hazırlanması, texniki işlrin həyata keçirilməsi, təlim və testləşdirmə xidmətləri həyata keçirilmişdir. Qeyd edilən xidmətlər qanunvericiliklə müəyyən edilmiş normalara uyğun, qarşılıqlı razılaşdırılmış şəkildə təyin olunmuş müddət ərzində yüksək peşəkarlıqla yerinə yetirilmişdir. Cavabdeh MMC qeyd olunan modullar üzrə texniki və funksional xidmətlərin göstərilməsində çalışan etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh MMC-ni fəaliyyət göstərdiyi sahələrdə təcrübəli, bacarıqlı və qabaqcıl şirkət kimi uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün tövsiyyə edirik.

Birinci instansiya məhkəməsindəki icraat:

39. İddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” MMC (bundan sonraiddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ## ###### 2024-cü il tarixli 604/22-TZİ-SX nömrəli Müqavilə və müvafiq əlavələr üzrə ödənilmiş ƏDV daxil 867446,15 manat məbləğin və 1158 manat ödənilmiş dövlət rüsumunun, cəmi 868604,15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında SAP S/4HANA sisteminin tətbiqinə dair 604/22-TZİ-SX nömrəli ##.##.2022-ci tarixli Müqavilə imzalanmışdır. Müqavilənin predmetinə əsasən İcraçı razılaşdırılmış qaydada və Müqavilənin 2-ci maddəsində qeyd edilən iş həcminə uyğun olaraq “xxxx” MMC üçün SAP S/4HANA sisteminin tətbiqinə dair Xidmət göstərməyi (bundan sonra-Xidmət), Sifarişçi isə bu Müqavilə üzrə nəzərdə tutulmuş Xidmət haqqını Müqavilənin 6.5-ci maddəsinə əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə şərtləri həmçinin texniki dəstək xidmətini ehtiva edir. Texniki dəstək xidməti İcraçı tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan Texniki təklif sənədinə əsasən göstərilməlidir. Nəzərinizə çatdırırıq ki, 604/22-TZİ-SX nömrəli ##.##.2022-ci tarixli Müqavilə üzrə “xxxx” MMC üzərinə düşən öhdəlikləri tam və müvafiq qaydada yerinə yetirməsinə baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 2-ci və 4-cü maddələrində əks edilən bir çox xidmətlər və onların nəticələri təhvil verilməmişdir. Təhvil verilən xidmətlər isə tərəflər arasında razılaşdırılmış işlər üzrə SAP S/4HANA sisteminin tətbiq edilməsinə və istifadəsinə yararlı deyirlər. Nöqsanların aradan qaldırılması ilə bağlı tərəfimizdən dəfələrlə şifahi, elektron poçt üzərindən müraciət edilməsinə baxmayaraq bu günə qədər müraciətlərimiz nəticəsiz qalmışdır. “xxxx” MMC tərəfindən bugünədək “xxxx” MMC-yə ƏDV daxil 831,932.87 manat məbləğində vəsait ödənmişdir. Qeyd etmək zəruridir ki, Müqavilənin Əlavə 1-nin dəyəri ƏDV daxil 801,125.60 manat, Əlavə 2-nin dəyəri ƏDV daxil 87,320.00 manat və Əlavə 4-ün dəyəri 82,600.00 manat təşkil edir. Ümumilikdə ƏDV daxil 971,045.60 manat dəyərində işlərin görülməsi üçün razılıq əldə edilmişdir. Yəni tərəfimizdən Müqavilənin mühüm dəyəri ödənilməsinə baxmayaraq, Müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan işlər, xidmətlər, sazlamalar və digər tələblər düzgün qaydada təhvil verilməmiş, təhvil verilən işlər, xidmətlər isə sistemin real bazada tətbiqi üçün yararsız olması müəyyən edilmişdir. Təhvil-təslim aktlarında əks edilən işlərin/xidmətlərin SAP S/4HANA sisteminin standartlarına, həmçinin “xxxx” MMC-nin biznes proseslərinə bir çox hallarda cavab verməməklə yanaşı, təhvil verilən işlərin/xidmətlərin təsdiqedici alt sənədləri tərəfimizdən dəfələrlə istənilmiş, lakin bu günə kimi təqdim edilməmişdir. Onlardan bəziləri aşağıdakı kimidir: 1) Müqavilə üzrə nəzərdə tutulan işlərin nəticələrini sübut edən sənədlərin təqdim edilməməsi ( Həll arxitekturası (2.1.1), Layihə idarəetməsi üzrə sənədlər (2.1.2 – Layihə əsasnaməsi, İşlərin əhatə dairəsi və s. ),Gəlirlər və Xərclər metodologiyası (2.1.3), Sistemin Vergi uçotuna uyğunlaşdırması (2.1.5 ), Qurulmuş SAP Modulları üzrə funksional və texniki göstəricilər sənədləri) 2) HCSM modulu üzrə tənzimləmələr SAP ECC-dən nüsxələnərək yararsız şəkildə istifadə olunaraq S/4HANA sisteminə əlavə edilməsi 3) Növbəli qrafikdə çalışan işçilərin iş saatları, axşam və gecə saatlarının avtomatik hesablanmaması, işçilərin əmrlərinin və tabel məlumatlarının sistemdən çıxarılmaması 4) Biznes sahələr üzrə “Balance Sheet”, “Document Splitting” və “X1” aktivləşdirilməməsi; 5) FM Modulu üzrə sazlamalar tam aparılmaması və yenidən sazlamanı qadağan etməsi 6) 4 və 5-ci bəndlərdə göstərilən natamam işlərin nəticəsində Maliyyə hesabatlarının və digər hesabatlarının düzgün şəkildə əldə edilməsində çətinliklər yaratması 7) Mövcud sazlamalarla gələcəkdə «CO» Modulunda xidmətlərin maya dəyərinin hesablanmasında problemlər yaratması 8) Satınalma modulunda çoxlu sayda standart funksionallıqlar üzərindən “custom” funksionallıqların yaradılması 9) Satış modulunda Subscription satışlarında çox yararlı bir funksiya olan «Billing Plan» funksiyası aktivləşdirilməməsi Göstərilən xidmətlərin və texniki dəstək xidmətinin lazımi keyfiyyətdə olmadığına dair tərəfimizdən dəfələr ilə müraciət olunsa da “xxxx” MMC tərəfindən işlərin yekun təhvilindən sonra sistemin tam işlək olacağına dair zəmanətlər verilərək güvənimizdən suistifadə edilmişdir. Həmçinin tərəfimizdən 2024-cü il üçün 1-ci və 2-ci rüblərinə dair texniki dəstək üçün ƏDV daxil 35.513,28 manat vəsait ödənilmişdir. Lakin 2024-cü ilin 3-cü və 4- cü rüblərinə dair ödənişin icrası tələb olunduğu təqdirdə “xxxx” MMC tərəfindən “xxxx” MMCdən bütün nöqsanların aradan qaldıracaqları şərti ilə ödənişlərin icrasının mümkünlüyü barədə bildirilmişdir. Buna baxmayaraq “xxxx” MMC tərəfindən nöqsanların tam aradan qaldırılması istiqamətində işlər görülməmişdir. Odur ki,604/22-TZİSX nömrəli ##.##.2022-ci tarixli müqavilə və müvafiq Əlavələr üzrə “xxxx” MMC tərəfindən “xxxx” MMC -yə ödənilən ƏDV daxil 867,446.15 manat məbləğinin yuxarıda qeyd olunan səbəblərdən “xxxx” MMCyə geri ödənilməlidir.

41. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Azerbaijan İnternational Telecom” (AzlnTelecom) MMC (bundan sonra iddiaçı) ilə cavabdeh “X3" MMC arasında ## ###### 2024-cü il tarixli, ***/**-TZI-SX nömrəli Müqavilə (bundan sonra müqavilə) və ona dair 4 Əlavə bağlanılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin müqavilə və əlavələr üzrə cavabdehdən 867,446.15 manat məbləğin və 1,158 manat ödənilmiş dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmşdır ki, güya cavabdeh tərəfindən bir çox xidmətlər təhvil verilməmiş, təhvil verilənlər isə yararlı deyildir. Aşağıdakılara görə iddia tələbini əsassız hesab edirik: Belə ki, Müqavilənin “Xidmətlərin təsdiqi və qəbul edilməsi” adlanan 4.2-ci maddəsinə əsasən, layihə planına əsasən hər mərhələ üzrə xidmətlərin göstərilməsi başa çatdıqdan sonra, İcraçının (hazırda cavabdehin) bildirişini aldıqdan və İcraçı (hazırda cavabdeh) tərəfindən imzalanmış Xidmətin qəbuluna dair təhvil-təslim aktını iki əsli nüsxədə qəbul etdikdən sonra 10 (on) iş günü ərzində Sifarişçi (hazırda iddiaçı) Xidmətin nəticələrini ya qəbul etməli ya da əsaslandıraraq yazılı şəkildə imtina etməlidir. Sifarişçi (hazırda iddiaçı) təhvil-təslim aktını imzalamalı, üzərinə tarixi qeyd etməli və təhvil-təslim aktının imzalanmış nüsxəsinin əslini İcraçıya (cavabdehə) qaytarmalı ya da yazılı şəkildə təqdim edilən əsaslı imtinanı təhvil – təslim aktını aldıqdan sonra 10(on) iş günü ərzində İcraçıya (cavabdehə) qaytarmalıdır. Əgər, təhvil-təslim aktını qəbul etdikdən sonra Sifarişçi (iddiaçı) 10 (on) iş günü ərzində yazılı şəkildə imtina irəli sürmürsə, bu halda müvafiq Xidmətlər düzgün qaydada yerinə yetirilmiş hesab olunur və İcraçı tərəfindən təhvil-təslim aktında göstərilən təfsilatlı şərtlər üzrə iş həcminə etiraz etmədiyi bildirilir. Beləliklə, müqavilə şərtlərinə əsasən, sifarişçi (iddiaçı) təhvil-təslim aktını aldıqdan sonra 10 iş günü ərzində yazılı imtina irəli sürmürsə, icraçının (cavabdehin) xidmətləri düzgün yerinə yetirildiyini etiraf etmiş olur. Tərəflər arasında 8 (səkkiz) ədəd ümumi dəyəri ƏDV hesablanmamaqla 642,692.3 (altı yüz qırx iki min altı yüz doxsan iki manat otuz qəpik) təşkil edən təhvil-qəbul aktları imzalanmış (## ### 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 157368.81 (bir yüz əlli yeddi min üç yüz altmış səkkiz manat səksən bir qəpik) manat, # ###### 2023-cü il təhvil-qəbul aktına əsasən ƏDV-siz 37631.67 (otuz yeddi min altı yüz otuz bir manat altmış bir qəpik) manat, ## ###### 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 74000 (yetmiş dörd min) manat, ## ###### 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 196709.92 (bir yüz doxsan altı min yeddi yüz doqquz manat doxsan iki qıpik) manat, ## ###### 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 70000 (yetmiş min) manat, # ##### 2024-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 15048 (on beş min qırx səkkiz) manat, ## ##### 2024cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDV-siz 76885.9 (yetmiş altı min səkkiz yüz səksən beş manat doxsan qəpik) manat, # #### 2024-cü il tarixli təhvil-qəbul aktına əsasən ƏDVsiz 15048 (on beş min qırx səkkiz) manat)) və iddiaçı müqavilədə göstərilən müddət ərzində cavabdehə hər hansı bir əsaslandırılmış yazılı narazılığını bildirməmişdir. Bir daha qeyd edək ki, etiraza əlavə edilən təhvil-qəbul aktları iddiaçı tərəfindən imzalanmış, cavabdeh tərəfindən təqdim edilən işlər iddiaçı tərəfindən qəbul edilmiş və hər hansı bir narazılıq olmadığından onların dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Beləliklə, iddiaçı və cavabdeh arasında imzalanan 8 ədəd təhvil-qəbul aktına əsasən iddiaçı cavabdehin ƏDVsiz 642,692.3 (altı yüz qırx iki min altı yüz doxsan iki manat otuz qəpik) manat (ƏDV ilə 758376.91 (yeddi yüz əlli səkkiz min üç yüz yetmiş altı manat doxsan bir qəpik) dəyərində gördüyü xidməti qəbul etmiş və onun keyfiyətli görülməsini etiraf etmişdir. O ki, qaldı yerdə qalan və iddia predmetini təşkil edən ƏDV ilə 109,069.24 (bir yüz doqquz min altmış doqquz manat iyirmi dörd qəpik) manat məbləğə (ƏDV-siz 89,436.77 manat), ilk öncə onu qeyd edək ki, bu məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilməmişdir. Həmçinin bu dəyərdə işlərin başa çatdırılmamasının səbəbi iddiaçının cavabdehin müvafiq sistemlərə girişinin bloklanması olmuşdur. Halbuki, müqavilənin 8.1-ci maddəsinə əsasən, Sifariçşi (iddiaçı) İcraçının (cavabdehin) öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan sistemlərə, proqram təminatlarına, məlumat bazalarına və sənədlərə çıxışı təmin etmək öhdəliyini daşıyır. Hətta cavabdeh sazlama və konfiqurasiya işlərini apara bilmək üçün özü xərclər çəkmək məcburiyyətində qalmış və beləliklə, həm əlavə xərclər çəkməli olmuş, həmçinin müqavilə üzrə əldə etməli olduğu qazancdan da məhrum edilmişdir (bununla bağlı cavabdeh təəfindən iddiaçıya pretenziya göndərilmişdir). İddiaçının cavabdehdən ödəmədiyi 109,069.24 (bir yüz doqquz min altmış doqquz manat iyirmi dörd qəpik) manat məbləği tələb etməsi ümümiyyətlə haqsızlığın son həddi olmuşdur. Onu da qeyd edək ki, əgər bu müddət ərzində cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər vaxtında, yaxud keyfiyyətlə yerinə yetirilməsə idi, iddiaçı müqaviləyə onun 15.2-ci maddəsinə əsasən birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilərdi ki, bu hal da baş verməmişdir. Həmçinin onu da qeyd edək ki, tərəflər arasında müxtəlif illərdə əlavələrin bağlanılması da, göstərilən xidmətlərin iddiaçını qane etməsinə dəlalət edir.

42. Cavabdeh ##.##.2025-ci il tarixdə yenidən iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli, ***/**-TZI-SX nömrəli Müqavilə (bundan sonra müqavilə) və ona dair 4 sayda Əlavə bağlanılmışdır. Həmin müqaqvilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin SAP S/4HANA sisteminin tətbiqinə dair xidmət göstərməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. ## ###### 2022-ci il tarixindən (müqavilənin bağlandığı tarix) bu günə qədər əsas müqavilə üzrə görüləcək işlərin dəyəri 801.125,60 (ƏDV daxil), texniki dəstək xidmətinin dəyəri 71.026,56 (ƏDV daxil), müaqviləyə əlavə 2 üzrə işin dəyəri 87.320,00 (ƏDV daxil) və müqaviləyə əlavə 4 üzrə işin dəyəri 82.600,00 (ƏDV daxil) olmaqla ümumilikdə 1.042.072,16 (ƏDV daxil) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə bu məbləğdən 867.445,83 (ƏDV daxil) ödəniş edilmişdir (ilkin etirazda qeyd edilən məbləğ şəxsən mənim tərəfimdən təhvil-təslim aktlarına əsasən hesablanmış, ümumi məbləğə dair texniki yanlışlığa yol verilmişdir). Əvvəlcədən də qeyd edildiyi kimi ödənilmiş məbləğdən 758.376,92 (ƏDV daxil) manata dair tərəflər arasında imzalanmış təhvil təslim aktları mövcuddur ki, bu məbləğə dair işləri iddiaçı qəbul etmişdir. O ki, qaldı yerdə qalan 109.068,91 (ƏDV daxil) manata, bununla bağlı ilk öncə onu qeyd edək ki, tərəflər arasında indiyə qədər ## ###### 2022-ci il tarixli, ***/**-TZI-SX nömrəli Müqavilə qüvvədədir. Belə ki, həmin müqaviləyə iddiaçı tərəfindən nə müqavilənin 15.2-ci bəndində, nədə ki, AR Mülki Məcəlləsinin 423-cü maddəsində göstərilən qaydada xitam verilməmişdir. Hazırda da qüvvədə olan müqaviləyə dair ödənilmiş məbləğ iddiaçı tərəfindən geri istənilə bilməz. Hər hansı bir məbləğin geri istənilməsi üçün iddiaçı tərəfindən müqaviləyə qanunvericiliyin göstərdiyi qaydada xitam verilməli, həmçinin sübut edilməli idi ki, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bundan başqa, iş üzrə məhkəməyə təqdim edilmiş digər sübutlarla da müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edənə və cavabdehin sistemə girişini bloklayana qədər, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə davam etmişdir. Belə ki, hazırda müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya layihə planı üzrə 3-cü faza işlərindən 14.677,28 (ƏDV daxil), dəstək xidməti üzrə 2024-cü ilin 3-cü və 4-cü rübləri üzrə işlər, dəstək xidməti üzrə 2025-ci ilin 1-ci rüb işlərinə dair 53.269,92 (ƏDV daxil) olmaqla ümumilikdə 67.947,20 (ƏDV daxil) dəyərində xidmətlər, işlər həyata keçirilmiş, məsul şəxsləri tərəfindən rəsmi elektron məktub ilə təsdiq etmiş və məqbul hesab edilərək qəbul edilmişdir (lakin təhvil-təslim aktı imzalanmamışdır). Həmçinin, bu məbləğə dair cavabdehə elektron qaimələr də göndərilmişdir (2 ədəd). Bundan da başqa, tərəflər arasında olan yazışamalardan da, cavabdeh tərəfindən öhdəliklərin müqaviləəyə uyğun şəkildə həyata keçirildiyi müəyyən olur.

43. Cavabdeh ##.##.2025-ci il tarixdə yazılı etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, keçən prosesdə iddiaçı “Azerbaijan İnternational Telecom” (AzlnTelecom) MMC-nin vəkili və nümayəndəsi belə bir ifadə işlətdi ki, “iddiaçı tərəfindən cavabdehə avans kimi ödənilmiş, lakin qəbul təslim aktları ilə rəsmiləşdirilməmiş 109.068,91 (ƏDV daxil) manatın geri qaytarılmalı olması işin mübahisəsiz halıdır”. Bundan sonra, Siz, mənə “hansı səbəblərə görə hesab edirsiniz ki, 109.068, 91 manat məbləği cavabdehə qaytarmamalısınız?” sualını ünvanladız. Odur ki, sualınıza şifahi və ilkin etirazda cavab versəm də, bir daha bu məsləyə dair dəlillərimizi diqqətinizə çatdırmaq istərdik. İlk olaraq onu qeyd edim ki, cavabdeh ona ödənilən məbləği, o cümlədən 109.068,91 (ƏDV daxil) məbləği 2 səbəbdən biri olduqda iddiaçıya qaytarmalı idi: 1. Cavabdeh müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etdikdə. İş materiallarından da görsənir ki, cavabdehin vaxtından əvvəl müqaviləyə xitam verilməsi, yaxud müqavilə üzrə üzərinə götürdüyü işlərdən imtina etməsi barədə hər hansı bir müraciəti olmamışdır. İşlərin davam etdirilməməsinin səbəbi iddiaçı tərəfindən cavabdehin müvafiq sistemə girişinin bloklanması olmuşdur ki, bu fakt iddiaçı tərəfindən məhkəmə prosesində etiraf edilmişdir. 2. Cavabdeh iddiaçının bildirdiyi kimi müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri keyfiyyətsiz şəkildə gördükdə və yararsız sistem quraşdırdıqda. İş üzrə iddiaçı tərəfindən 1 dənə belə sübut təqdim edilməmişdir ki, orada cavabdeh tərəfindən görülən işin yararsız olduğu müəyyən edilsin. İddiaçının belə təqdim etdiyi yazışmalardan xidmətin göstərildiyi və tərəflər arasında işgüzar münasibətin davam etdiyi bəlli olur. Həmçinin iş üzrə xeyli yazışmalar mövcuddur ki, iddiaçı tərəfindən cavabdehin göstərdiyi iş məqbul hesab edilmişdir. Müqavilə çərçivəsində 2025-ci ilin aprel ayında keçirilmiş yazışmadan (iddiaçının məhkəməyə müraciət etməsindən çox qısa müddət əvvəl) müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən göstərilmiş işi məqbul saymışdır. Həmçinin iddiaçı tərəf məhkəmə proseslərində dəfələrlə bildirmişdir ki, 2024-cü ilin mart ayından başlayaraq iddiaçı cavabdehə kəskin narazılığını bildirməyə başlamışdır. Halbuki, 2024-cü ilin aprel ayında iddiaçı şirkətin İdarə Heyətinin sədri Elxan Əzizov, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri yüksək peşəkarlıqla və vaxtında yerinə yetirməsini yazıllı şəkildə etiraf etmişdir. Məhkəmədə şifahi izahatdan başqa, hansı yazışma, dəlil və s. ilə cavabdeh tərəfindən vəzifəsinin yerinə yetirmədiyini nümayiş etdirə bildirir?! Bundan başqa, Tərəflər arasında indiyə qədər ## ###### 2022-ci il tarixli, 604/22- TZI-SX nömrəli Müqavilə qüvvədədir. Belə ki, həmin müqaviləyə iddiaçı tərəfindən nə müqavilənin 15.2-ci bəndində, nədə ki, AR Mülki Məcəlləsinin 423-cü maddəsində göstərilən qaydada xitam verilməmişdir. Hazırda da qüvvədə olan müqaviləyə dair ödənilmiş məbləğ iddiaçı tərəfindən geri istənilə bilməz. Hər hansı bir məbləğin geri istənilməsi üçün iddiaçı tərəfindən müqaviləyə qanunvericiliyin göstərdiyi qaydada xitam verilməli, həmçinin sübut edilməli idi ki, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Həmçinin müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya layihə planı üzrə 3-cü faza işlərindən 14.677,28 (ƏDV daxil), dəstək xidməti üzrə 2024-cü ilin 3-cü və 4-cü rübləri üzrə işlər, dəstək xidməti üzrə 2025-ci ilin 1-ci rüb işlərinə dair 53.269,92 (ƏDV daxil) olmaqla ümumilikdə 67.947,20 (ƏDV daxil) dəyərində xidmətlər, işlər həyata keçirilmiş, məsul şəxsləri tərəfindən rəsmi elektron məktub ilə təsdiq etmiş və məqbul hesab edilərək qəbul edilmişdir (lakin təhvil-təslim aktı imzalanmamışdır). Qeyd edək ki, həmin məbləğ də cavabdeh tərəfindən 109.068,91 manatdan silinmişdir. Bundan başqa, müqaviləyə xitam verilmədiyindən cavabdeh (sistemə giriş bloklansa da) layihə üzrə cəlb etdiyi işçilərə maaş verməkdə davam etmiş, işləri davam etdirilməsi üçün hər an hazırlıqlı olmuşdur.

44. Cavabdeh ##.##.2026-cı il tarixdə yazılı etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, “Azərbaycan İnternational Telecom” (AzİnTelecom) MMC–nin iddia tələbi tamamilə əsassızdır, buna görə də təmin oluna bilməz. Belə ki, “X3" MMC ilə (Bundan sonra Cavabdeh) “Azerbaijan İnternational Telecom” (AzlnTelecom) MMC (Bundan sonra İddiaçı) arasında ## ###### 2022-ci il tarixli, ***/**-TZISX nömrəli əsas Müqavilə və ona dair 4 sayda Əlavə Razılaşmalar bağlanılmışdır. Əsas Müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh İddiaçının SAP S/4HANA sisteminin tətbiqinə dair xidmət göstərməyi, İddiaçı isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Əsas Müqavilə üzrə görüləcək işlərin dəyəri 801.125,60 (ƏDV daxil) manat, texniki dəstək xidmətinin dəyəri 71.026,56 (ƏDV daxil) manat, Müaqviləyə əlavə 2 üzrə işin dəyəri 87.320,00 (ƏDV daxil) manat və Müqaviləyə əlavə 4 üzrə işin dəyəri 82.600,00 (ƏDV daxil) olmaqla, ümumilikdə 1.042.072,16 (ƏDV daxil) manat təşkil edir. Qeyd olunan Müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehə cəmi, 867.445,83 (ƏDV daxil) manat məbləğdə ödəniş edilib. Ödənilmiş məbləğin 758.376,92 (ƏDV daxil) manatına aid olan hissədə işlərin görülüb təhvil verilməsinə dair tərəflər arasında imzalanmış 8 ədəd təhvil-qəbul aktları mövcuddur. Yəni, İddiaçı həmin məbləğdə işin Cavabdeh tərəfindən görüldüyünü və təhvil verildiyini təsdiq edib. Görülmüş işlərin qüsurlu olduğuna dair İddiaçı Cavabdehə heç bir etiraz bildirməyib. Tərəflərin imzaladığı Müqavilənin 4.2-ci bəndinə görə isə təhvil verilmiş işdə hər hansı nöqsan aşkar olunarsa, İddiaçı bu barədə Cavabdehə 10 iş günü müddətində özünün əsaslandırılmış yazılı etirazını bildirməli idi. Lakin İddiaçı cavabdehə bu barədə, nə 10 iş günü müddətində, nə də sonrakı müddətdə, ümumiyyətlə heç bir etiraz bildirməyib. İddiaçı təşkilat hazırda da həmin proqramdan istifadə edir. İddia tələbinin qalan 109069, 24 manata aid olan hissəsində isə bildiririk ki, 109,069.24 (ƏDV daxil) manatın 67,947.20 (ƏDV daxil) manatına aid olan hissədə də işlər görülmüş və iddiaçıya təhvil verilmişdir. Lakin iddiaçı heç bir səbəb göstərmədən 67,947.20 (ƏDV daxil) manata aid olan hissədə görülmüş işin təhvil-qəbul aktını imzalamaqdan qərəzli olaraq imtina etmiş və tərəflər arasında bağlanılmış müqavilə qüvvədə olduğu halda cavabdehin sistemə girişini bloklamaqla, qalan 41122, 04 manata aid olan hissədə işin icrasına imkan verməmişdir. Halbuki Cavabdeh təşkilat həm 67,947.20 (ƏDV daxil) manata aid olan hissədə görülmüş işlərə görə, həm də sistemə girişin iddiaçı tərəfindən bloklandıqdan sonrakı dövr üzrə işçilərə əmək haqqı vermiş, vergilər ödəmiş və digər icbari ödənişləri həyata keçirmişdir. Həmçinin bildiririk ki, tərəflər arasında bağlanılmış ## ###### 2022-ci il tarixli, ***/**-TZI-SX nömrəli Müqavilə hazırda da qüvvədədir. Həmin müqaviləyə iddiaçı tərəfindən nə Müqavilənin 15.2-ci bəndində, nə də Mülki Məcəllənin 423- cü maddəsində göstərilən qaydada xitam verilməmişdir. Hazırda da qüvvədə olan müqaviləyə dair ödənilmiş məbləğ iddiaçı tərəfindən geri istənilə bilməz. Hər hansı bir məbləğin geri istənilməsi üçün iddiaçı tərəfindən müqaviləyə qanunvericiliyin göstərdiyi qaydada, səbəbləri göstərilməklə, xitam verilməli, həmçinin sübut edilməli idi ki, İddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş üzrə məhkəməyə təqdim edilmiş digər sübutlarla da müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edənə və cavabdehin sistemə girişini bloklayana qədər, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə davam etmişdir. Cavabdeh tərəfindən iddiaçıya layihə planı üzrə 3-cü faza işlərindən 14.677,28 (ƏDV daxil) manat, dəstək xidməti üzrə 2024-cü ilin 3- cü və 4-cü rübləri üzrə işlərə, dəstək xidməti üzrə 2025-ci ilin 1-ci rüb işlərinə görə 53.269,92 (ƏDV daxil) manat olmaqla, ümumilikdə 67.947,20 (ƏDV daxil) manat dəyərində xidmətlər, işlər həyata keçirilmiş və həmin işlər İddiaçının məsul şəxsləri tərəfindən rəsmi elektron məktubla təsdiq edilmiş və məqbul hesab edilərək qəbul edilmişdir (lakin təhvil-təslim aktı imzalanmamışdır). Həmçinin, bu məbləğə dair cavabdehə elektron qaimələr də göndərilmişdir (2 ədəd). Bundan başqa, Cavabdeh tərəfindən öhdəliklərin Müqaviləyə uyğun şəkildə həyata keçirildiyi tərəflər arasında olan yazışmalarla da təsdiq olunur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh təşkilat müqavilə üzrə bütün işləri, eləcə də İddiaçının işçilərinə texniki xidmət işlərini bilavasitə cavabdehin ofisində həyata keçirmişdir. İddiaçının ofisinə giriş isə xüsusi icazə əsasında və buraxılış kartları ilə həyata keçirilmişdir ki, iddiaçının ofisinə giriş-çıxışa dair elektron məlumat bazasında bu məlumatlar qeyd olunub. Beləliklə, iddia tələbinin 758 376, 91 manatına aid olan hissədə işlər İddiaçı tərəfindən qəbul edilmiş və işin keyfiyyəti ilə bağlı Cavabdehə heç bir irad və etiraz bildirilməmiş, 67,947.20 manatına aid olan hissədə görülmüş işlər İddiaçı tərəfindən qəbul edilsə də təhvil-qəbul aktı heç bir əsas göstərilmədən, qərəzli olaraq imzalanmamış, qalan 41122, 04 manatına aid olan hissədə isə, yenə də heç bir əsas göstərilmədən və tərəflər arasında bağlanılmış Müqavilə qüvvədə olduğu halda, Cavabdehin sistemə girişini bloklamaqla görülmüş işin sistemə işlənməsinə imkan verilməmişdir. Cavabdeh isə həmin dövr üzrə də öz işçilərinə əmək haqqı ödəməkdə davam etmişdir. Buna görə də hesab edirik ki, iddia tələbi əsaslı sayıla bilməz.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli rəyinin nəticə hissəsinə əsasən: 1-ci sual üzrə: İddiaçı "xxxx" MMC ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş tələblərin yoxlanılması nəticəsində müəyyən edilmiş icra vəziyyəti. - 2.1.1 Həll arxitekturasını özündə əks etdirən hər hansı bir elektron sənəd aşkar edilə bilmədi və baxışa təqdim olunmadı. - 2.1.2 Layihənin idarə edilməsinə dair cavabdeh tərəfdən iddiaçılara göndərilmiş elektron "Excel" sənədi aşkar olundu. - 2.1.3 Gəlirlər və Xərclər metodologiyasının işlənib hazırlanması- "Gəlirlər və xərclər metodologiyası"na dair daxilində ümumi müddəalar, o cümlədən metodologiyanın məqsədi və tətbiq sahəsi, gəlirlərin uçotu qaydası və gəlirin tanınma prinsipləri, həmçinin xərclərin uçotu qaydası və xərclərin kateqoriyalara bölünməsinə dair hər hansı bir sənəd aşkar olunmadı. - 2.1.4 MHBS uçotuna uyğunlaşdırılması- Müqavilə şərtlərinə görə müəssisənin maliyyə uçotu və hesabatları MHBS (X5 Standartları) tələblərinə uyğun şəkildə avtomatik qurulmalı idi, lakin təqdim olunmuş proqram təminatına baxış zamanı bu uyğunlaşdırma halı aşkar oluna bilməmişdir. - 2.1.5 Vergi uçotuna uyğunlaşdırılması- vergi uçotunun uyğunlaşdırılması AFS moduluna əsaslanmadan, standart SAP funksiyaları ilə həyata keçirilib. - 2.1.6 SAP FI modulunun istifadəyə təqdim edilməsi- müəssisənin tələblərinə uyğun şəkildə konfiqurasiya və ya uyğunlaşdırma (customization) mərhələsindən keçməyib. Modul yalnız standart vəziyyətdə quraşdırılıb, lakin müəssisənin spesifik uçot qaydalarına uyğunlaşdırılmayıb. - 2.1.7 SAP CO modulunun istifadəyə təqdim edilməsi- "SAP CO modulunun istifadəyə təqdim edilməsi bəndi üzrə modul sistemdə mövcuddur, lakin hazır şablon (template) konfiqurasiyası ilə quraşdırıldığı üçün müəssisənin uçot tələblərinə uyğun xüsusi adaptasiya olunmamışdır." - 2.1.8 SAP MM/SD modulunun istifadəyə təqdim edilməsi- "SAP MM və SD" modullarının istifadəyə təqdim edilməsi bəndi üzrə modullar sistemdə mövcuddur, lakin hazır şablon (template) konfiqurasiyası ilə quraşdırıldığı üçün müəssisənin əməliyyat tələblərinə uyğun xüsusi uyğunlaşdırma aparılmamışdır. - 2.1.9 SAP FM modulunun istifadəyə təqdim edilməsi-"SAP FM modulunun istifadəyə təqdim edilməsi bəndi üzrə modullar sistemdə mövcuddur, lakin hazır şablon (template) konfiqurasiyası ilə quraşdırıldığı üçün müəssisənin əməliyyat tələblərinə uyğun xüsusi uyğunlaşdırma aparılmamışdır." - 2.1.10 SAP PS modulunun istifadəyə təqdim edilməsi- proqram daxilində Project System (Layihə Sistemi) modulu müəyyən olunmadı. - 2.1.11 SAP CM-CRM modulunun istifadəyə təqdim edilməsi- "SAP CM-CRM modulunun istifadəyə təqdim edilməsi bəndi üzrə modul sistemdə mövcuddur və istifadəyə verilmişdir; - 2.1.12 SAP Payroll processing modulunun istifadəyə təqdim edilməsi-"SAP Payroll Processing modulunun istifadəyə təqdim edilməsi bəndi üzrə modul sistemdə mövcuddur, lakin müəssisənin əmək haqqı və vergi tələblərinə uyğun xüsusi uyğun xüsusi uyğunlaşdırma aparılmamışdır, lakin müəssisənin əmək haqqı və vergi tələblərinə uyğun xüsusi konfiqurasiya aparılmamışdır”. - 2.1.13 SAP Report Painter and Write, Query funksionallığının istifadəyə təqdim edilməsi- "SAP Report Painter və Writer, həmçinin Query funksionallığı sistemdə mövcuddur və istifadəyə verilmişdir; - 2.1.14 Solution Manager 7.2 funksionallığının istifadəyə təqdim edilməsi- Bu bənd üzrə modul sistemdə mövcuddur, lakin tam funksionallıq təmin olunmamışdır; bəzi komponentlər və ya inteqrasiyalar hələ quraşdırılmayıb." - 2.1.15 Kənar sistemlər ilə inteqrasiyanın təmin edilməsi- "Kənar sistemlər ilə inteqrasiyanın təmin edilməsi bəndi üzrə, o cümlədən Billing, Notification, Workplace, Electron Banking, DVX System, Office e-imza və digər sistemlərə inteqrasiya faktiki olaraq təmin edilməmişdir. - 2.1.16 Təsdiq etmə prosesi - Təsdiq etmə prosesi bəndi üzrə fakturalar (invoice) modul olaraq sistemdə mövcuddur, lakin müəssisənin daxili maliyyə və əməliyyat tələblərinə uyğun xüsusi olaraq uyğunlaşdırılmamışdır." - 2.1.17 Sistemin hesabatlılığı (IFRS, Tax)- "Sistemin hesabatlılığı (IFRS- X5 Standartları və vergi hesabatları) və vergi hesabatları) üzrə avtomatik hesabat mexanizmi mövcud deyil; hesabatlar faktiki olaraq əl ilə və ya əlavə konfiqurasiya tələb etməklə hazırlanmalıdır." - 2.1.18 Məlumatlandırma funksiyası - funksiya SAP standart modullarında yox, müəssisəyə xüsusi hazırlanmış ZCR modul/transaction daxilində mövcuddur. - 2.1.19 Sistem yoxlamaları funksionallığı -"Referans xanasına validation" deməkdir ki, müəyyən sahəyə daxil edilən məlumatlar (referans xanası) əvvəlcədən müəyyən edilmiş qaydalar üzrə yoxlanılır. Sözügedən funksionallıq sistemdə mövcuddur. - 2.1.20 Çap formaları – "Çap formaları ZCR transaction kodu daxilində mövcuddur, lakin ödəniş üsullarını əks etdirəcək funksionallıq təmin edilməmişdir." - 2.1.21 Sistem dili (AZ, EN, RU) – "Sistem dili üzrə mövcud dil seçimləri işləkdir; lakin Azərbaycan dilində interfeys və lokalizasiya tam təmin edilməmişdir." - 2.1.22 Sistemə qoşulma formaları (VPN, VLAN, Fiori, GUI, WEB)- "Sistemə qoşulma formaları (VPN, VLAN, Fiori, GUI, WEB) mövcuddur" - Sistemlər və göstəricilər (DEV, QAS, PPD, PRD)- "Sistemlər və göstəricilər bəndi üzrə DEV və QAS mühitləri mövcuddur; lakin PPD və PRD mühitləri qurulmamışdır və istifadəyə verilməmişdir. 2-ci sual üzrə: Tədqiqatın növbəti mərhələsində iddiaçı "xxxx" MMC və cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş tələblərin yoxlanılması nəticəsində müəyyən edilmiş icra vəziyyəti: - 4.1.1 Gəlirlər və xərclər metodologiya sənədlərinin hazırlanması- Gəlirlər və xərclər metodologiyasına aid sənədlər müəyyən olunmamışdır. - 4.1.2 SAP FI/CO/MM/SD/ /FM/PS/CM-CRM/Payroll üzrə müvafiq konseptual sənədlərin hazırlanması - CO/FM/PS/CM-CRM funksionallıqları üzrə konseptual sənədlər müəyyən olunmamışdır. - 4.1.3 SAP FI/ CO/MM/SD/ /FM/PS/CM-CRM/Payroll üzrə istifadəçi təlimin verilməsi və təlimatlarının hazırlanması - qeyd olunan bənd üzrə işlər icra olunmuşdur. - 4.1.4 SAP FI/ CO/MM/SD/ /FM/PS/CM-CRM/Payroll üzrə Konfiqurasiya təlimatlarının hazırlanması – “SAP FI, CO, MM, SD, FM, PS, CM-CRM və Payroll modulları üzrə konfiqurasiya təlimatları bəndi üzrə X10 (FSD) və Functional/X2 (FZD) hazırlanmayıb.” - Proqramlaşdırma üçün funksional və texniki spesifikasiya sənədlərinin hazırlanması - proqramlaşdırma və inkişaf işləri üçün rəsmi təlimat və texniki dizayn sənədləri sənədləri təqdim edilməyib. 3-cü sual üzrə: Tədqiqatın növbəti mərhələsində iddiaçı “xxxx” MMC və cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin ##.##.2023cü il tarixli **** saylı Əlavəsində** qeyd olunan tələblərin yoxlanılması nəticəsində müəyyən edilmiş icra vəziyyəti: - “Purchase Requisition yaratmaq funksionallığı (BAPI_PO_CREATE1) sistemdə mövcuddur və material, xidmət və əsas vəsait kateqoriyaları üçün istifadəyə verilmişdir.” - SAP sistemində Purchase Contract yaratmaq funksiyası işləyir və material, xidmət və əsas vəsait kateqoriyaları üçün mövcuddur. - SAP sistemində PO yaratmaq funksiyası işləyir və material, xidmət və əsas vəsait kateqoriyaları üçün istifadəyə verilib. - SAP sistemində Goods Receipt funksiyası işləyir və materiallar və əsas vəsaitlər üçün həyata keçirilə bilər; xidmətlər üçün isə fiziki qəbul olmadığı üçün mövcud deyil. - SAP sistemində Service Entry Sheet funksiyası yalnız xidmətlər üçün aktivdir; materiallar və əsas vəsaitlər üçün bu funksionallıq mövcud deyil. - SAP sistemində Invoice yaratmaq funksiyası mövcuddur və materiallar, xidmətlər və əsas vəsaitlər üçün istifadə edilə bilər. - SAP sistemində Sales Contract yaratmaq funksiyası yalnız xidmət kateqoriyası üçün aktivdir; materiallar və əsas vəsaitlər üçün bu əməliyyat mövcud deyil. - SAP sistemində Sales Order yaratmaq funksiyası yalnız xidmət kateqoriyası üçün aktivdir; materiallar və əsas vəsaitlər üçün bu əməliyyat mövcud deyil. - SAP sistemində Billing yaratmaq funksiyası yalnız xidmət kateqoriyası üçün aktivdir; materiallar və əsas vəsaitlər üçün bu əməliyyat mövcud deyil. Ümumilikdə belə nəticəyə gəlinir ki, SAP proqram təminatında Əlavə 2 də qeyd olunan tələblər icra olunmuşdur. 4-cü sual üzrə: Tədqiqatın növbəti mərhələsində iddiaçı “xxxx” MMC və cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin ##.##.2023-cü il tarixli ** saylı Əlavəsində qeyd olunan tələblərin yoxlanılması nəticəsində müəyyən edilmiş icra vəziyyəti: - Aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, ** saylı Əlavədə işin görülmə prosesi müəyyən fazalara bölünmüşdür. Müqavilədə göstərilən fazaların yekunlaşması nəticəsində digər müqavilə və əlavələrdə göstərilmiş proqram təminatının funksionallığı tam təmin olunmalı idi. Yuxarıda qeyd olunmuş məsələlər və tədqiqat obyektinə yerli baxış zamanı baxışı keçirilmiş digər müqavilə və əlavələr üzrə nəticələr nəzərə alınarsa ** saylı Əlavədə olan məsələlər tam olaraq proqram təminatının tələb olunan bütün funksional imkanlarının tətbiq və təmin edilməməsi halı aşkarlanmışdır. 5-ci və 6-cı suallar üzrə: Tədqiqatın növbəti mərhələsində iddiaçı “xxxx” MMC və cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin ##.##.2023-cü il tarixli ** saylı Əlavəsində qeyd olunan tələblərin yoxlanılması nəticəsində müəyyən edilmiş icra vəziyyəti: - Biznes məlumatlarının “NAVİSİON” sistemindən kütləvi əldə edilməsi- "Biznes məlumatlarının 'NAVISION' sistemindən kütləvi əldə edilməsi funksionallığı mövcuddur və məlumatların çıxarışı texniki olaraq təmin edilmişdir." - Əməliyyat məlumatlarının emalı və "SAP" sisteminin xüsusi yükləmə şablonlarının yığılması- "Əməliyyat məlumatlarının emalı və SAP sisteminə xüsusi yükləmə şablonları vasitəsilə məlumatların yığılması funksionallığı mövcuddur və istifadəyə verilmişdir." - Məlumatların yerli və beynəlxalq uçota paralel uyğunlaşdırılması- "Məlumatların yerli və beynəlxalq uçota paralel uyğunlaşdırılması bəndi üzrə tələblər qismən təmin edilmişdir. - Açılış qalıqlarının “SAP” sisteminin tələbinə uyğun yığılmasına dəstəyin göstərilməsi, Biznes proseslərin optimallaşdırılmasına dair məsləhət xidmətinin verilməsi, Məlumatların ehtiyyat bazasının yaradılması, qruplaşdırılması və əlçatan olmasının təmin edilməsi - Bu bəndlərin tamlığının texniki qeyd və ya proqram təminatı vasitəsilə qiymətləndirilməsi mümkün deyil, bu səbəbdən sözü gedən halın qiymətləndirilməsi ekspertin fəaliyyət sahəsinə uyğun olmadığından bu hissədə göstərilən xidmətlərə dair məlumat verilməsi mümkün olmamışdır. - Biznes prosesinin optimallaşdırılmasına dair məsləhət xidmətinin verilməsi - Bu bəndə olan məlumatın dəqiqləşdirilməsi kompüter-texniki ekspertizanın fəaliyyət sahəsinə aid olmadığından məsələnin araşdırılması mümkün olmamışdır. - Məlumatların ehtiyyat bazasının yaradılması, qruplaşdırılması və əlçatan olmasının təmin edilməsi. Bu bənddə nəzərdə tutulmuş məsələlər proqram təminatının yekun və tam sazlanmış versiyasından sonra aparılmalıdır. Yuxarı qeyd edilənləri nəzərə alarsaq bu bəndin icrası mövcud vəziyyətə görə təmin oluna bilməz. 7-ci və 8-ci suallar üzrə: - Hazırda cavabdeh Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMCyə məxsus SAP S/4HANA sisteminə giriş imkanı yoxdur və 2025-ci ilin aprel ayından etibarən məhdudlaşdırılmışdır. Bundan başqa bildirməlidir ki, sistemdə olan istifadəçilərin əməliyyat tarixlərinə baxış keçirilərək müəyyən olunmuşdur ki, sözü gedən tarixdən etibarən sistemdə hər hansı bir texniki dəyişikliklərin və əlavələrin edilmədiyi aşkar olunmuşdur.

46. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli rəyi ilə eyni məzmundadır.

47. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 izahatında göstərdi ki, proqram təminatına dair bütün rəylər rəqəmsal qeydlər əsasında verilmiş, proqram təminatının funksionallıqları, modulları və fəaliyyəti yoxlanılmışdır. O, FI və digər modulların standart (“template”) formada qurulduğunu, lakin iddiaçının spesifik xüsusiyyətlərinin nəzərə alınmadığını, PPD və PRD sistemlərinin qurulmadığını, Azərbaycan dilinə tərcümənin natamam olduğunu bildirmişdir. Ekspert izahatının davamında qeyd etdi ki, sistemin hesabatlılığı üzrə avtomatik hesabat mexanizmi standart formada mövcuddur, lakin spesifik xüsusiyyətlər istifadəçilər tərəfindən əl ilə sistemə daxil edilməlidir. Həmçinin müəyyən edilmiş çatışmazlıqların və qüsurların texniki baxımdan aradan qaldırıla bilən olduğunu, proqram təminatına baxış keçirilən zaman sistemin işlək vəziyyətdə olduğunu, log qeydlərində iddiaçı tərəfindən hər hansı silinmə və ya dəyişiklik aparılması halının aşkar edilmədiyini göstərdi. İzahatının sonunda çatışmazlıqların aradan qaldırılması üçün tələb olunan müddətin icra edən şəxsin iş məhsuldarlığı və işə yanaşmasından asılı olduğunu, müddət barədə konkret fikir bildirə bilməyəcəyini qeyd etdi.

48. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 867445,83 manat məbləğində pul, 1157,45 manat dövlət rüsumu, ümumilikdə 868603,28 (səkkiz yüz altmış səkkiz min altı yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 0,55 (əlli beş qəpik) manat dövlət rüsumunun iddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” MMC-nin özünə aid edilməsi, cavabdeh Cavabdeh MMC-dən 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

49. Məhkəmə müəyyən etmişdir ki, hər iki tərəfdən təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, göstərilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 735123,58 manat əsas, 132322,25 manat ƏDV olmaqla ümumilikdə 867445,83 manat vəsait ödənilmişdir.

50. Ekspert rəyindən göründüyü kimi, cavabdeh tərəfindən SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı görülmüş işlərin bir qismi qüsurludur, bir qismi isə icra edilməmişdir.

51. Məhkəmə hesab etmişdir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına görə qüsurludur.

52. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərildiyi kimi 867446,15 manat deyil, 867445,83 manat vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 867445,83 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

54. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı görülən işlərin qüsurlarına dair heç bir etiraz verməmiş, əgər görülən işlər qüsurlu idisə, bu barədə cavabdehə heç bir məlumat verməmiş və həmin qüsurların aradan qaldırılmasını tələb etməmişdir. Əksinə, İddiaçı tərəfin səlahiyyətli şəxslərinin elektron yazışmaları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən təhvil verilən bütün işlər İddiaçının səlahiyyətli şəxsləri tərəfindən məqbul hesab edilərək qəbul edilmişdir. Həmin elektron yazışmaların surətləri Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bundan başqa müqavilə bağlandığı vaxtdan təqribən 2 il sonra iddiaçı cavabdehə dair tövsiyə məktubu vermiş və həmin məktubda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü vəzifələri yüksək peşəkarlıqla həyata keçirdiyini bildirmişdir. Belə olan halda cavabdeh tərəfindən görülmüş işlərin qüsurlu və natamam olduğu qənaətinə gələrək, Mülki Məcəllənin 765-ci maddəsinə istinad etməklə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Göründüyü kimi, məhkəmə Mülki Məcəllənin həmin normasını hazırki mübahisəyə düzgün tətbiq etməmiş və nəticədə tamamilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. tərəflər arasında bağlanılmış ## ###### 2022ci il tarixli, ***/**-TZI-SX nömrəli Müqavilənin “Xidmətlərin təsdiqi və qəbul edilməsi” adlanan 4.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Bu halda, yəni, iddiaçı müqavilə şərtlərinə əməl etmədiyi üçün, məhkəmə hazırki mübahisəyə Mülki Məcəllənin 399.1-ci maddəsini tətbiq etməli və həmin əsasla iddia tələbini rədd etməli idi. Lakin məhkəmə hazırki mübahisəyə tətbiq etməli olduğu həmin maddi hüquq normasını tətbiq etməmişdir. Ekspert rəyində müqavilə üzrə görülmədiyi qeyd olunan işlər isə dəyəri iddiaçı tərəfindən ödənilməmiş işlərə aiddir. Belə ki, işdə olan sənədlərlə də müəyyən edilir ki, tərəflər arasında bağlanılmış Müqavilənin ümumi dəyəri 1.042.072,16 manatdır. Lakin, iddiaçı tərəfindən həmin məbləğin yalnız 867.445,83 manatı cavabdehə ödənilmişdir. Qalan 174626,33 manat isə cavabdehə ödənilməmişdir. Cavabdehin sistemə girişi iddiaçı tərəfindən heç bir əsas gösətərilmədən bloklandığına görə, cavabdeh həmin məbləğdə olan işi görə bilməmişdir. Həmin işlərə görə cavabdehə qabaqcadan heç bir vəsait ödənilmədiyi üçün, qeyd olunan işlərin dəyəri Cavabdehdən geri tələb edilən məbləğə daxil deyildir. Buna görə də ekspert rəyində görülməmiş işlər kimi qeyd olunan həmin işlərin iddiaçı tərəfindən geri tələb edilən məbləğə heç bir aidiyyəti yoxdur. Ekspert rəyində natamam görüldüyü qeyd edilən bəzi işlərə gəldikdə isə ilk növbədə bildiririk ki, bu barədə ekspertin gəldiyi nəticə obyektiv və əsaslı deyildir. Belə ki, ekspert rəyinə diqqət yetirdikdə həmin rəyin işdə olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə bütünlüklə eyni olduğu müəyyən edilir. Yəni, həmin rəylər (mütəxəssis rəyi və ekspert rəyi) sözbəsöz, hətta abzasına, nöqtə və vergülünə qədər bir-birinin təkrarıdır. Bu faktla sübut olunur ki, ekspert rəy verərkən mütəxəssisin verdiyi rəyi olduğu kimi öz rəyinə köçürməklə məhkəməyə təqdim etmişdir. Hazırki iş üzrə iddiaçı olan “AzİnTelecom” MMC isə məhz həmin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsis edilmiş təşkilatdır. Buna görə də mütəxəssis rəyini verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırki işin nəticəsində maraqlıdır. Bu səbəbdən həmin mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyi obyektiv hesab edilə bilməz. Qeyd olunan ekspert rəyi obyektiv olmadığı üçün həmin rəydən hazırki mübahisə üzrə sübut kimi istifadə olunması da mümkün deyildir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, rəydə qeyd olunan natamamlıqlar aradan qaldırıla bilən natamamlıqlardır. Bunu məhkəməyə verdiyi ifadəsində ekspertin özü də təsdiq edib. Bu fakt Qətnamənin 56cı bəndində də qeyd edilib. Deməli. əgər görülən işlərdə hər hansı natamamlıq var idisə, Cavabdeh həmin natamamlıqları aradan qaldıra bilərdi. Bunun üçün sadəcə olaraq həmin anatamamlıqlar barədə Cavabdehə məlumat verilməli və həmin natamamlıqların aradan qaldırılması tələb edilməli idi. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, İddiaçı bu barədə Cavabdehə heç bir məlumat verməmiş və heç bir tələb irəli sürməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

56. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkilləri apellyasiya şikayətinə uyğun izahatlar verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

57. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi

447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. ...

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. ... Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ... Maddə 759. Podrat müqaviləsinin ləğvi ... 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi

762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. ...

Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi

763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina

Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli Qərarında müəyyən edilmişdir ki: “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi ... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ...

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi

103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. ...

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

63. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, tərəflərin izahatları, müqavilə şərtləri, elektron yazışmalar, ekspert rəyi və digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır.

65. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında 2022-ci ildə “SAP S/4HANA” informasiya sisteminin tətbiqi ilə bağlı müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh sistemin tətbiqi metodologiyasının hazırlanması, texniki işlərin görülməsi, təlim, testləşdirmə və texniki dəstək xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilə və əlavələr üzrə işlərin ümumi dəyəri təxminən 1.042.072,16 manat təşkil etmiş, iddiaçı tərəfindən cavabdehə 867.446,15 manat ödənilmişdir. Müqavilənin icrası çərçivəsində cavabdeh tərəfindən bir sıra işlər görülmüş, görülmüş işlərin müəyyən hissəsi tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında layihənin icrası dövründə sistemin ayrı-ayrı modulları, texniki düzəlişlər, testləşdirmə və texniki dəstək məsələləri ilə bağlı elektron yazışmalar aparılmışdır.

66. İddiaçı müqavilə üzrə işlərin tam və lazımi keyfiyyətdə yerinə yetirilmədiyini, sistemdə qüsur və çatışmazlıqların mövcud olduğunu əsas gətirərək cavabdehə ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı da görülmüş işlərin müəyyən hissəsində qüsur və natamamlıqların olduğu müəyyən edilmişdir.

67. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək işlərin əhəmiyyətli hissəsinin lazımi qaydada yerinə yetirildiyini və iddiaçı tərəfindən qəbul edildiyini, qüsurların aradan qaldırılması üçün qanunda nəzərdə tutulan qaydada əlavə müddət verilmədiyini, habelə işlərin qalan hissəsinin tamamlanmamasının iddiaçı tərəfindən sistemə giriş imkanının məhdudlaşdırılması ilə bağlı olduğunu bildirmiş və qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

68. Kollegiya ilk öncə işin hallarına əsasən qeyd edir ki, hazırkı mübahisə podrat münasibətlərindən irəli gəlir. Hazırkı mübahisə predmeti olan müqavilə xidmət müqaviləsi kimi adlandırılsa da, o, faktiki məzmunu və predmetinə görə podrat münasibətlərinə xas əlamətləri daşıyır.

69. Mülki Məcəllənin 752.1-ci maddəsinin mənasına görə podrat müqaviləsi üzrə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə həmin işin müqabilində razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürür.

70. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun.

71. Göründüyü kimi, podratçının əsas öhdəliyi yalnız müəyyən fəaliyyət göstərməkdən deyil, müqavilədə razılaşdırılmış nəticəni sifarişçiyə təqdim etməkdən ibarətdir. Lakin podratın nəticəsində qüsurların mövcud olması özü-özlüyündə sifarişçiyə dərhal müqavilədən imtina edərək ödənilmiş bütün muzdun geri qaytarılmasını tələb etmək hüququ vermir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin müvafiq normaları qüsurlu podrat nəticəsi üçün xüsusi və mərhələli hüquqi müdafiə mexanizmini müəyyən etmişdir.

73. Belə ki, Mülki Məcəllənin 763-cü maddəsinə əsasən podratın nəticəsində qüsur olduqda sifarişçi əlavə icra tələb edə bilər. Bu halda podratçı öz seçimi ilə qüsuru aradan qaldıra və ya yeni nəticə hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsi isə müqavilədən imtina hüququnu əlavə icra mexanizmi ilə əlaqələndirmişdir.

74. Bu normaların qarşılıqlı və sistemli təhlilindən görünür ki, qanunverici qüsurun aşkar edilməsindən dərhal sonra müqavilədən imtina mexanizmini deyil, mərhələli hüquqi müdafiə sistemini qəbul etmişdir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, ilk növbədə podratçıya qüsurlu icranı düzəltmək üçün real imkan yaradılmalıdır. Yalnız əlavə icra üçün verilmiş imkan və müddət nəticə vermədikdə sifarişçi müqavilədən imtina mexanizmindən istifadə edə bilər.

75. Bu səbəbdən Mülki Məcəllənin 765-ci maddəsinin tətbiqi üçün yalnız podrat nəticəsində qüsurun mövcudluğunun müəyyən edilməsi kifayət deyildir.

76. Kollegiya qeyd edir ki, sifarişçinin müqavilədən imtina hüququnun yaranması üçün işin hallarından, o cümlədən qüsurların xarakterindən asılı olaraq podratçıya əlavə icranı həyata keçirmək üçün real imkanın yaradılması və qanunda nəzərdə tutulan qaydada əlavə müddətin verilməsi də müəyyən edilməlidir.

77. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, hazırkı işdə qüsurların mövcudluğu ilə müqavilədən imtina hüququ bir-birindən fərqləndirilməlidir.

78. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq müqavilə üzrə bəzi işlərin qüsurlu və natamam icra edildiyi nəticəsinə gəlmiş və bundan iddiaçının Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilədən imtina etmək hüququnun yarandığı qənaətinə gəlmişdir.

79. Məhkəmə kollegiyası bu yanaşma ilə razılaşmır. Çünki podratın nəticəsində qüsurun olması ilə sifarişçinin müqavilədən imtina hüququnun yaranması eyni hüquqi məsələ deyildir. Ekspert rəyi podratın nəticəsinin texniki vəziyyətini, müəyyən işlərin görülübgörülmədiyini və ya nəticədə müəyyən çatışmazlıqların olub-olmadığını müəyyən etmək üçün sübut əhəmiyyəti daşıya bilər. Lakin ekspert rəyi sifarişçinin Mülki Məcəllənin 763 və 765-ci maddələrində nəzərdə tutulan ardıcıllığa əməl edib-etmədiyini təsdiq etmir. Başqa sözlə, ekspert tərəfindən sonradan qüsurun müəyyən edilməsi sifarişçinin bundan əvvəl podratçıya qüsurları aradan qaldırmaq üçün əlavə müddət verdiyini əvəz edə bilməz.

80. Məhkəmə kollegiyası tərəflərin nümayəndələri arasında aparılan elektron yazışmaları da araşdırmışdır.

81. Həmin yazışmalardan görünür ki, tərəflər arasında uzun müddət ərzində layihənin icrası, ayrı-ayrı modulların fəaliyyəti, texniki düzəlişlər, testlər, məlumatların təqdim edilməsi, sistemdə maliyyə dövrlərinin açılması və bağlanması, texniki sənədlərin təqdim edilməsi və digər məsələlərlə bağlı qarşılıqlı əlaqə olmuşdur. İddiaçı ayrı-ayrı vaxtlarda sistemin fəaliyyəti ilə bağlı iradlarını cavabdehə bildirmiş, müəyyən texniki düzəlişlər tələb etmişdir.

82. Lakin həmin yazışmaların heç birindən iddiaçının cavabdehə konkret qüsurları müəyyən etməklə onların aradan qaldırılması üçün Mülki Məcəllənin 765-ci maddəsinin məqsədinə uyğun əlavə müddət müəyyən etdiyi görünmür.

83. ## #### 2025-ci il tarixli elektron yazışma da bu nəticəni dəyişmir. Həmin yazışmada HCM modulu üzrə ayrı-ayrı məsələlərin müzakirə olunduğu, iddiaçının öz iradlarını bildirdiyi, cavabdehin isə həmin iradlara texniki izahlar verdiyi görünür. Həmçinin həmin yazışmadan tərəflərin həmin tarixdə problemlərin həlli istiqamətində əməkdaşlığı davam etdirdiyi görünür.

84. Həmin yazışmalardan görünür ki, cavabdehin “Qurban Məhərrəmli” adlı əməkdaşı əmək haqqı hesablanmasının 7 mərhələsini izah edir. Sonra isə gecikmələrin səbəblərini sadalayır (master data gec təqdim edilir, yeni işçilər əlavə olunur, yeni ödəniş növləri yaradılır, bank məlumatları tam verilmir, testlər təkrar aparılır və biznes prosesləri dəyişir). Burda cavabdeh gecikməni öz fəaliyyətsizliyi ilə deyil, layihənin xarakteri və müştəri məlumatlarının dəyişməsi ilə izah edir.

85. Eyni qaydada, iddiaçının müəyyən sənədlərin konkret tarixədək təqdim olunmasını tələb etməsi də qüsurların aradan qaldırılması üçün verilmiş əlavə icra müddəti hesab edilə bilməz. Sənəd və məlumat təqdim etmək üçün müəyyən edilmiş müddətlə podrat nəticəsindəki qüsurların aradan qaldırılması üçün müəyyən edilən əlavə müddət fərqli hüquqi əhəmiyyətə malikdir.

86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işdə olan sənədlərdən iddiaçının qüsurlarla bağlı cavabdehə müraciətlər etdiyi görünsə də, həmin müraciətlər Mülki Məcəllənin 765-ci maddəsinin tətbiqi üçün zəruri olan əlavə müddətin müəyyən edildiyini təsdiq etmir.

87. Bundan əlavə iş materiallarındakı yazışmalar tərəflərin münasibətlərinin qüsurlar barədə ilk iradlardan sonra dərhal dayandırılmadığını göstərir. Əksinə, tərəflər ayrı-ayrı modullar üzrə düzəlişləri müzakirə etmiş, testlər keçirmiş, müəyyən funksionallıqları təsdiq etmiş, iddiaçının əməkdaşları üçün təlimlər keçirilmiş və sistem üzrə aylıq dövrlərin açılması və bağlanması ilə bağlı qarşılıqlı fəaliyyət göstərmişlər.

88. Həmçinin elektron yazışmalardn gprünür ki, 2025-ci ilin mart və aprel aylarında tərəflər yaranmış problemi həll etməyə cəhd ediblər. Yəni icra prosesinin davam etdiyi müəyyən olunur. Və proses davam etdiyi halda münasibətlərin birdən-birə "müqavilədən imtina" mərhələsinə keçməsi kollegiya tərəfindən anlaşılmır.

89. Bundan başqa, iş materiallarından müqavilə üzrə görülmüş işlərin 8 təhvil-təslim aktı ilə rəsmiləşdirildiyi müəyyən edilir.

90. Məhkəmə kollegiyası hesab edir ki, həmin aktların mövcudluğu sonradan aşkar edilən gizli qüsurlarla bağlı sifarişçinin qanunda nəzərdə tutulan hüquqlardan istifadə etməsini özlüyündə istisna etmir. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş işlər üzrə bütün ödənilmiş məbləğin geri tələb edilməsi halında sonradan aşkar edilən qüsurların konkret nədən ibarət olduğunun, onların qəbul zamanı aşkar edilməsinin mümkün olub-olmadığının, sifarişçinin qüsurları aşkar etdikdən sonra hansı hüquqi müdafiə vasitəsindən istifadə etdiyinin, əlavə icranın tələb edilib-edilmədiyini və əlavə icra üçün qanunda nəzərdə tutulan şərtlərin yaradılıb-yaradılmadığının araşdırıldığı müəyyən olunmur.

91. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirir.

92. Ekspert rəyində müəyyən qüsurların və natamam işlərin göstərilməsi həmin rəyin sübut əhəmiyyətini aradan qaldırmır. Lakin ekspert rəyi məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik sübut deyildir. Ekspert texniki məsələlərə dair rəy verir. Sifarişçinin müqavilədən imtina hüququnun yaranıb-yaranmaması isə məhkəmənin həll etməli olduğu məsələdir. Ona görə ekspertin qüsurlar müəyyən etməsindən sonra birbaşa olaraq iddiaçının müqavilədən imtina etmək hüququnun yarandığı nəticəsinə gəlməsi qanunvericinin mahiyyətinə uyğun sayıla bilməz. Bu nəticənin yaranması üçün həmin maddənin nəzərdə tutduğu hüquqi faktların da mövcudluğu müəyyən edilməlidir.

93. İddiaçının geri tələb etdiyi məbləğin tərkibinə 41.122,04 manat dəyərində görülməmiş işlərin də daxil olduğu müəyyən edilmişdir.

94. Kollegiya qeyd edir ki, bu işlərin faktiki görülməməsi tərəflər arasında əsas mübahisə predmeti olmasa da işlərin görülməməsi faktının özü həmin məbləğin birbaşa cavabdehdən tutulmasına kifayət etmir. Kollegiya hesab edir ki, həmin işlərin hansı səbəbdən görülmədiyi araşdırılmalıdır.

95. Cavabdehin nümayəndəsi-vəkillərinin izahatına görə, 2025-ci ilin əvvəlində iddiaçı tərəfindən sistemə giriş imkanlarının məhdudlaşdırılması nəticəsində həmin işlərin tamamlanması mümkün olmamışdır. Bu hal iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 41.122,04 manatlıq işlərin görülməsi üçün sistemə giriş tələb olunurdu və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiq olunur ki, sistemə giriş etmədən həmin işlər görülə bilməzdi. Nəticədə iddiaçı tərəfindən sistemə girişin bağlanması həmin işlərin icrasını mümkünsüz etmişdir. Halbuki, işdə olan elektron poçt yazışmalarından cavabdehin giriş bağlanana qədər həmin işləri icra etməyə hazır olduğu müəyyən olunur.

96. Kollegiya qeyd edir ki, podrat münasibətinin xüsusiyyətinə görə müqavilənin icrası bəzi hallarda yalnız podratçının fəaliyyətindən deyil, sifarişçinin zəruri əməkdaşlığı təmin etməsindən də asılıdır.

97. SAP kimi informasiya sistemində texniki işlərin görülməsi sistemə çıxış tələb edirsə, sifarişçi tərəfindən həmin çıxışın məhdudlaşdırılmasının podratçının icra imkanına təsiri nəzərə alınmalıdır. Sifarişçi öz davranışı ilə podratçının qalan işləri yerinə yetirməsinə faktiki mane olmuşdursa, sonradan yalnız həmin işlərin görülməməsinə istinad etməklə podratçının müqaviləni pozduğunu irəli sürməsi əsaslı hesab edilə bilməz.

98. Belə olan təqdirdə 41.122,04 manatlıq işlərin görülməməsinin səbəbi podratçının müqavilə öhdəliyini pozması deyil, sifarişçinin sistemə giriş imkanını məhdudlaşdırması olmuşdursa, həmin hal cavabdehin müqaviləni pozması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi isə işlərin görülməməsi faktını müəyyən etsə də, bunun səbəbini və sifarişçinin öz davranışının müqavilənin icrasına təsirini lazımi qaydada qiymətləndirməmişdir.

99. Məhkəmə kollegiyası tərəflərin müqavilənin icrası dövründəki davranışını qiymətləndirərkən iş materiallarında olan 0# ##### 2024-cü il tarixli tövsiyə məktubunu da nəzərə alır.

100. Belə ki, həmin məktub ümumi xarakterli tövsiyə olmayıb, bilavasitə tərəflər arasında 2022-ci ildə bağlanmış müqaviləyə və həmin müqavilə əsasında “SAP S/4HANA” sisteminin tətbiqi üzrə görülmüş işlərə aiddir. Məktubda iddiaçının özü sistemin tətbiqi üzrə metodologiyanın hazırlanması, texniki işlərin həyata keçirilməsi, təlim və testləşdirmə xidmətlərinin göstərildiyini, həmin xidmətlərin qarşılıqlı razılaşdırılmış qaydada, müəyyən edilmiş müddət ərzində və yüksək peşəkarlıqla yerinə yetirildiyini təsdiq etmişdir. Bundan başqa, iddiaçı cavabdehi müvafiq modullar üzrə texniki və funksional xidmətlərin göstərilməsində etibarlı tərəfdaş kimi qiymətləndirmiş və onu uzunmüddətli əməkdaşlıq üçün tövsiyə etmişdir.

101. Kollegiya nəzərə alır ki, tövsiyə məktubunun verilməsi özlüyündə podrat nəticəsində sonradan qüsurların aşkar edilməsini istisna etmir və həmin sənəd bütün işlərin qüsursuz yerinə yetirilməsinin sübutu kimi qəbul edilə bilməz. Bununla belə, məktubun məzmunu iddiaçının həmin tarixdə müqavilənin icrasına və cavabdehin fəaliyyətinə verdiyi qiyməti əks etdirir və buna görə də iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

102. Bu baxımdan iddiaçının ##.##.2024-cü il tarixdə müqavilə üzrə göstərilmiş xidmətlərin razılaşdırılmış qaydada, müəyyən edilmiş müddətdə və yüksək peşəkarlıqla yerinə yetirildiyini yazılı şəkildə təsdiq etməsi, cavabdehi etibarlı tərəfdaş kimi qiymətləndirməsi, sonradan isə görülmüş işlərin əhəmiyyətli hissəsinin natamam və qüsurlu olduğunu əsas gətirməklə müqavilədən imtina etməsi və ödədiyi vəsaitin bütövlükdə geri qaytarılmasını tələb etməsi kollegiya tərəfindən anlaşılan deyil.

103. Əgər iddiaçının istinad etdiyi qüsurlar ##.##.2024-cü il tarixədək mövcud olmuş və ona məlum olmuşdursa, həmin qüsurların mövcudluğuna baxmayaraq cavabdehin xidmətlərinin yüksək peşəkarlıqla yerinə yetirildiyinin təsdiq edilməsi və onun uzunmüddətli əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi tövsiyə olunmasının səbəbi iş materiallarından müəyyən edilmir. Əksinə, həmin qüsurlar iddiaçıya ##.##.2024-cü il tarixdən sonra məlum olmuşdursa, bu halda isə iddiaçı qüsurları aşkar etdikdən sonra Mülki Məcəllənin 763 və 765-ci maddələrində nəzərdə tutulan hüquqi müdafiə mexanizmindən hansı qaydada istifadə etdiyini sübut etməlidir.

104. Mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı ödədiyi pulun bütövlükdə geri qaytarılmasını tələb etdiyindən, həmin tələbin yaranması üçün qanunda nəzərdə tutulan hüquqi faktların mövcudluğunu da sübut etməlidir. Qüsurların mövcudluğunun sübut edilməsi bu sübutetmə yükünün yalnız bir hissəsidir. İddiaçı Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilədən imtinanın hüquqi nəticələrini tələb edirsə, həmin maddənin tətbiqi üçün tələb olunan şərtlərin, o cümlədən əlavə icra üçün müddətin müəyyən edildiyini də sübut etməlidir. İş materiallarında isə belə əlavə müddətin verildiyini təsdiq edən mötəbər sübut yoxdur.

105. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun deyil, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd olunmalıdır.

106. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

107. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edildiyindən, iş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar çəkilmiş xərc də iddiaçının üzərinə qoyulmalıdır.

108. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

109. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 1158 manat dövlət rüsumu iddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 580 manat dövlət rüsumunun əvəzi iddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı “Azerbaijan İnternational Telecom (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətindən 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar