Məhkəmə qərarları › İş №e-2-2(3-6)-827/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-827/2026

21.07.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-827/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (məruzəçi), X5 və X4 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- *(*-**)-****/**** nömrəli ## #### 2026cı il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs cavabdeh1 (VÖEN: **********) arasında imzalanmış ***/**/* saylı, ## #### 2025-ci il tarixli X1 müqaviləsinə xitam verilməsi, cavabdeh fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs cavabdeh1 (VÖEN: **********) istifadəsinə verilmiş “Mercedes Benz E220 Buluetec) minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, ***/**/* saylı, ## #### 2025- ci il tarixli X1 müqaviləsinin vaxtında icra edilməməsi nəticəsində iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ## #### 2026-cı il tarixədək 8212,74 (səkkiz min iki yüz on iki manat 74 qəpik) manat əsas borcu, 5387,06 (beş min üç yüz səksən yeddi manat 06 qəpik) manat lizinq mükafatı, 2462,60 (iki min dörd yüz altmış iki manat 60 qəpik) manat cərimə borcu, 8050 (səkkiz min əlli) manat lizinq obyektinə dəymiş zərər olmaqla, cəmi 24112,40 (iyirmi dörd min bir yüz on iki manat 40 qəpik) manat borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 162,34(bir yüz altmış iki manat 34 qəpik) manat dövlət rüsumunun cavabdeh fərdi sahibkarlıqla məşğul olan cavabdeh1 (VÖEN: **********) tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin qeydiyyatı Ağdam rayonu olduğundan iddiaçı hazırki tələblə Gəncə Kommersiya Məhkəməsinə müraciət etməlidir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sahibkarlıq subyekti kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydiyyatdadır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası vətəndaşı olmaqla Ağdam rayonu ərazisində qeydiyyatdadır. Şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sahibkarlıq subyekti kimi hansı ünvanda qeydiyyatda olmasından asılı olmayaraq həmin subyektlərə qarşı iddia onun qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəmələrinə verilməlidir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, məhkəmə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar