Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-843/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2- 2(113)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil 29105,49 manat əsas borcun, 11001,88 manat cərimə məbləğinin və ödənilmiş 211,22 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini, məhkəmə bu nəticəyə gəlmədiyi halda, qətnamə ən azı cərimə və məhkəmə xərcləri hissəsində ləğv edilərək həmin hissələr üzrə iddia tələblərinin rədd edilməsi və ya işin faktiki hallarına uyğun olaraq məbləğlərin azaldılması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş 107 manat dövlət rüsumunun cavabdeh Cavabdeh qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində tələbin dəqiq göstərilməməsi ilə bağlı qeyd olunan hal hazırkı müraciətlə aradan qaldırılmış, dəqiqləşdirilmiş apellyasiya şikayəti bu ərizəyə əlavə edilmişdir. Dəqiqləşdirilmiş şikayətdə məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi və apellyasiya instansiyası məhkəməsindən nə barədə qərar qəbul edilməsinin xahiş olunduğu konkret və birmənalı şəkildə göstərilmişdir. Müddətin ötürülməsi məsələsinə gəldikdə, cavabdeh prosessual müddəti qəsdən və ya səhlənkarlıq nəticəsində buraxmamışdır. “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetində əks olunan bildirişdə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatın tarixi ##.##.2026-cı il saat 19:53, oxunma tarixi isə ##.##.2026-cı il saat 11:03 kimi göstərilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prosessual müddət elektron kabinetdə görünən həmin bildiriş tarixi əsas götürülməklə hesablanmışdır. Başqa sözlə, cavabdehdə rəsmi elektron sistemdə əks olunan məlumata etimad nəticəsində qətnamənin verilmə tarixinin ##.##.2026-cı il kimi qəbul edilməsi barədə əsaslı qənaət yaranmışdır. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan son gün ## ### 2026-cı il tarixi bazar gününə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə, yəni növbəti ilk iş günündə AR MPM-ə uyğun olaraq təqdim edilmişdir. Əgər məhkəmə iş materialları üzrə qətnamənin elektron kabinetə daha əvvəl, yəni ##.##.2026-cı il tarixdə yerləşdirildiyini əsas götürürsə, bu halda da müddətin buraxılması cavabdehin təqsiri ilə deyil, rəsmi elektron kabinetdə əks olunan bildirişin tarixi ilə iş materiallarında göstərilən yerləşdirilmə tarixi arasında yaranmış uyğunsuzluq və bu uyğunsuzluğa əsaslanan prosessual müddət hesablaması ilə bağlıdır. Rəsmi elektron sistemdə görünən bildiriş məlumatına etimad edilməsi cavabdehin müdafiə və apellyasiya şikayəti vermək hüququndan istifadə etmək niyyətinin olmamasını deyil, əksinə, həmin hüquqdan vaxtında istifadə etmək üçün obyektiv məlumata əsaslandığını göstərir. Bu baxımdan prosessual müddətin bərpası üçün qanunla tələb olunan şərtlər mövcuddur: müddətin buraxılması üzrlü səbəbdən baş vermiş, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə təqdim edilmiş və müddəti buraxılmış prosessual hərəkət - apellyasiya şikayətinin təqdim edilməsi eyni vaxtda yerinə yetirilmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə etiraz təqdim edərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəmsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026- cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərəflərin şəxsi kabinetində yerləşdirilmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetində əks olunan bildirişdə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatın tarixi ##.##.2026-cı il saat 19:53, oxunma tarixi isə ##.##.2026-cı il saat 11:03 kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadında məhkəmə iş materialları əsasında müəyyən edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsi cavabdehin, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2026-ci tarixdə, saat 19:09-da yerləşdirilmiş, həmin sistem vasitəsilə bu barədə cavabdehin “elektron ünvan 1” elektron poçtuna, qanuni təmsilçisinin “elektron ünvan 1” elektron poçtuna məlumat göndərilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.8-ci maddələrinə müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə ## ##### 2026-cı il tarixində rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı halda cavabdeh işdə maraqlı olmalı, yəni öz hüquqlarını qorumaq üçün prosesi diqqətlə izləməli, prosessual müddətləri qaçırmamalı, zamanında şikayətlə müraciət etməli idi. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin ərizəsində göstərilən hallar obyektiv xarakter daşımır, yəni cavabdehin və ya onun nümayəndəsinin iradəsindən asılı olmayan maneələrin mövcudluğunu təsdiq etmir və prosessual müddətin vaxtında istifadə edilməsinin mümkünsüzlüyünü əsaslandırmır. Qeyd edilənlərə əsasən, cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməməsinin nəticəsinə görə prosessual riskləri özü daşıyır. Prosessual müddətin ötürülməsi cavabdehin öz səhlənkarlığı və prosessual davranışı ilə bağlı olmuşdur. Bu baxımdan, ötürülmüş prosessual müddətin bərpası üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmadığından cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərəflərin şəxsi kabinetində yerləşdirilmiş, həmin qətnamədən cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsi qərardadında cavabdehin təqdim etdiyi “Elektron məhkəmə” informasiya sistemi üzrə elektron kabinetdən çıxarışa əsaslanaraq cavabdeh tərəfindən ötürülmüş prosessual müddəti bərpa etmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bakı Kommersiya Məhkəməsi e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehin, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2026-ci tarixdə, saat 19:09-da yerləşdirilmiş, həmin sistem vasitəsilə bu barədə cavabdehin “elektron ünvan 1” elektron poçtuna, qanuni təmsilçisinin “elektron ünvan 1” elektron poçtuna məlumat göndərilmişdir. Buradan görünür ki, cavabdehin müvafiq qətnamənin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsindən elektron poçt vasitəsilə məlumatı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s.vasitəsilə) çatdırılır. Cavabdehin mövqeyi ilə razılaşmaq, o mənaya gələr ki, məhkəmə aktının qanuni qüvvəyə minməsi şəxsin elektron kabinetə yerləşdirilmiş qərarını oxuyub-oxumamasından asılıdır. Təbii ki, belə bir vəziyyətdə haqsız olduğunu zənn edən şəxs elektron kabinetinə yerləşdirilmiş məhkəmə qərarını oxumaz və beləcə məhkəmə aktının nə zaman qüvvəyə minəcəyi qeyri-müəyyənlik yaratmış olar. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.8-ci maddələrinə müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə ##.##.2026-cı il tarixdə rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı halda cavabdeh işdə maraqlı olmalı, yəni öz hüquqlarını qorumaq üçün prosesi diqqətlə izləməli, prosessual müddətləri qaçırmamalı, zamanında şikayətlə müraciət etməli idi. Cavabdehin ərizəsində göstərilən hallar obyektiv xarakter daşımır, yəni cavabdehin və ya onun nümayəndəsinin iradəsindən asılı olmayan maneələrin mövcudluğunu təsdiq etmir və prosessual müddətin vaxtında istifadə edilməsinin mümkünsüzlüyünü əsaslandırmır. Qeyd edilənlərə əsasən, cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməməsinin nəticəsinə görə prosessual riskləri özü daşıyır. Prosessual müddətin ötürülməsi cavabdehin öz səhlənkarlığı və prosessual davranışı ilə bağlı olmuşdur. Buraxılmış prosessual müddətin bərpası üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmadığından, cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. İddiaçı MMC-nin şikayəti məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, MPM-in 133.1-ci maddəsi tətbiq edilərkən üç hal müəyyən edilməlidir: birincisi, müddətin buraxılmasına səbəb olmuş konkret maneənin mövcudluğu; ikincisi, həmin maneənin şəxsin iradəsindən asılı olmaması və ağlabatan tədbirlər vasitəsilə aradan qaldırıla bilməməsi; üçüncüsü, həmin maneə ilə prosessual müddətin buraxılması arasında birbaşa səbəbli əlaqənin olması. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabehin, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ## ##### 2026-ci tarixdə, saat 19:09-da yerləşdirilmiş, Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddəti ## ##### 2026-cı il tarixdən hesablanmaqla ## ### 2026-cı il tarixdə başa çatmışdır. Daha sonra cavabdeh Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən ## ### 2026-cı il tarixdə şikayət vermiş, həmin şikayətin Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmış, qərardad ## ### 2026-cı il tarixdə cavabdehə təqdim edildikdən sonra növbəti şikayət ## ### 2026-cı il tarixdə verilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin təqdim etdiyi “Elektron məhkəmə” informasiya sistemindən elektron kabinetdən çıxarışa əsasən Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin təqdim edilməsi barədə bildiriş cavabdehə ## ##### 2026-cı il tarixdə, saat 19:53-də göndərilmiş, sonuncu da apellyasiya şikayəti vermək üçün prosessual müddəti həmin tarixdən hesablayaraq ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh ilk dəfə apellyasiya şikayətini prosessual müddət daxilində verməməsi ondan asılı olmayan səbəblərdən – EMİS-dəki texniki xəta səbəbindən baş tutmamışdır. Şikayətin qaytarılması barədə qərardad rəsmi qaydada təqdim edildikdən sonra ilk iş günü nöqsanlar aradan qaldırılaraq yenidən apellyasiya şikayəti verilmişdir. İddiaçının şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ##.##.2026-cı il tarixi Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh tərəfindən oxunmasının tarixi deyil, qətnamənin cavabdehin elektron kabinetində yerləşdirilməsi barədə sonuncuya məlumatın çatdırıldığı tarixdir. Yəni məhz sistemin xətası ilə bağlı elektron kabinetə qətnamənin yerləşdirilməsi barədə məlumat cavabdehə gec göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən 2026-cı ilin ## #### tarixindən etibarən “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyasına keçilməsi və nəticədə inteqrasiya problemlərinin yarandığı hamıya məlum olan haldır. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin buraxılmasına səbəb olmuş “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqlar tərəfin iradəsindən asılı olmayan, onun tərəfindən aradan qaldırılması mümkün olmayan və prosessual hərəkətin qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməsinə obyektiv maneə yaradan hal kimi qiymətləndirilməlidir. İş materiallarından müəyyən olunur ki, müvafiq dövrdə EMİS-in fəaliyyətində yaranmış texniki problemlər nəticəsində məhkəmə aktlarının sistemə vaxtında yerləşdirilməsi və ya istifadəçilərin həmin sistem vasitəsilə prosessual hərəkətləri həyata keçirməsi çətinləşmişdir. Tərəfin bu vəziyyətin aradan qaldırılmasına real təsir imkanının olmaması nəzərə alınmaqla, həmin hal MPM-in 133.1ci maddəsi baxımından üzrlü səbəb hesab edilə bilər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Cavabdeh MMC-nin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-843/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-843/2026
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver