Məhkəmə qərarları › İş №e-2-2(3-6)-875/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-875/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-875/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, dəymiş ziyanın ödənilməsi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə1, qanuni təmsilçisi qanuni nümayəndə2 iştirakları ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. “Haci Camalxan” KFT (“icarəyəverən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilə üzrə icarəyəverən ona məxsus aşağıda göstərilən 1 ədəd pambıq emal sexini və avadanlıqlarını, 3 ədəd anbar, 2 ədəd 3 otaqlı evi icarəçiyə icarəyə verir. Icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür; 1.2-ci bənndinə əsasən sahənin yerləşdiyi ünvan: Salyan rayonu, Qaraçala qəsəbəsi; 1.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi mülahizəsinə görə istənilən vaxt icarəyə verənin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı sahədə struktur dəyişiklikləri, təmir və yenidənqurma işləri apara bilər; 1.5-ci bəndinə əsasən icarəçinin apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyildir; 1.6-cı bəndinə əsasən əgər müqavilənin müddəti bitdikdən sonra geri qaytarılan sahənin vəziyyəti icarəyə verilməsindən əvvəlki vəziyyətindən pisləşdikdə, icarəçi sahəyə vurulan ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur; 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir; 2.2-ci bəndinə əsasən müqavilə 5 il müddətinə bağlanmışdır; 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir; 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 800 manat təşkil edir; 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir; 4.4-cü bəndinə əsasən müqavilənin 3.1.5-ci bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar icarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir; 7.1-ci bəndinə əsasən icarəçinin müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5-ci bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödəmək, təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq, sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq, müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil vermək vəzifələri vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. “Haci Camalxan” KFT ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli icarə müqaviləsinə ##.##.2023-cü il tarixli əlavənin 1.2-ci bəndinə əsasən icarə haqqı İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli, ** saylı və Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli, TO**/**-**** saylı razılaşma məktublarına əsasən ##.##.2023-cü il tarixdən icarə haqqı 4000 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. X5 (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. ##.##.2018-ci il tarixli, ** nömrəli qaimə-fakturaya əsasən X5 tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 45121 manat olan mal təhvil verilmişdir. Faktura tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

5. X6 (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış ##.##.2018-ci il tarixli, 05/11/18.* saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini malların satışı və bu malları satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsi, alıcı tərəfindən isə bu malların haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. X6 (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış ##.##.2018-ci il tarixli, 05/11/18.* saylı alqı-satqı müqaviləsinə dair ##.##.2018-ci il tarixli qiymətlərin razılaşdırma protokolunun məzmununa əsasən tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 9620 manat olan mallar barədə razılıq əldə etmişdirlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. ##.##.2018-ci il tarixli hesab-fakturaya əsasən X6 tərəfindən Cavabdeh MMCyə ümumi dəyəri 9620 manat olan mal göndərilmişdir.

8. X6 ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2018-ci il tarixli malların təhvil-qəbul aktına əsasən X6 tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 9620 manat olan mal təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Cavabdeh MMC (“sifarişçi”) ilə X3 (“satıcı”) arasında imzalanmış ##.##.2019-cu il tarixli, TO **/**** saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydalara əsasən satıcı uzunluğu 15 m, eni 3 m və yükçəkmə qabiliyyəti 80 ton olan avtomobil tərəzisini hazırlayır və alıcının mülkiyyətinə verir. Tərəzi Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən və alıcı tərəfindən icarəyə götürülmüş pambıq emalı sexində quraşdırılır və alıcının şəxsi mülkiyyəti hesab edilir. Alıcı tərəzini işlək vəziyyətdə qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən malın qiyməti qarşılıqlı razılaşmaya əsasən 20000 manat təşkil edir və bu məbləğ satıcının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilir ki, 2022/2023-cü il pambıq mövsümünün nəticəsi olaraq Salyan və Neftçala rayonları ərazilərində əkilmiş, becərilmiş və tədarük edilmiş xam pambığın məhsuldarlığı orta hesabla bir hektara görə 11,25 sentiner təşkil edir. Bu səbəbdən də 2023/2024-cü təsərrüfat ilində Salyan və Neftçala rayonları üzrə xam pambığın əkilib becərilməsi üçün fermerlərlə müqavilə bağlanmayacaq. Ona görə də ##.##.2024-cü il tarixindən icarəyə götürülmüş Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən pambıq emalı sexinin fəaliyyəti dayandırılacaqdır. Cari ilin dekabr ayı üzrə icarə haqqı 10000 manat olmaqla, qabaqcadan ödənilmişdir.

11. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilir ki, Cavabdeh MMC-nin mülkiyyətində olan 1 ədəd 8 tonluq su çəni və uzunluğu 15 m, eni 3 m, yükçəkmə qabiliyyəti 80 ton olan 1 ədəd tərəzi pambıq emalı zavodundan təmir üçün çıxarılır.

12. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh MMC tərəfindən ##.##.2018-ci il tarixdən icarəyə götürülmüş “X1 Istehsal Kompleksi” MMC-yə məxsus pambıq emalı sexində istehsal prosesi yekunlaşdığına görə sex üzrə aktda adıçəkilən avadanlıqlar işlək vəziyyətdə təhvil verilmişdir. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Qeyd edilir ki, “X1 Istehsal Kompleksi” MMC aktı imzalanmaqdan imtina etmişdir.

13. Iş materiallarına “X1 Istehsal Kompleksi” MMC tərəfindən tərtib edilmiş aktlar əlavə edilmişdir. Həmin aktlara əsasən icarə müqaviləsinin predmeti olan obyektin təhviltəsliminin həmin aktlarda adıçəkilən səbəblərdən (əsasən Cavabdeh MMCnin təhviltəslimdə iştirak etməməsi) mümkün olmadığı qeyd edilmişdir.

14. “xxxx” ASC tərəfindən tərtib edilmiş 2023-cü ilin dekabr ayı üçün elektrik enerjisindən istifadə haqqında akta əsasən “Hacı Camalxan” KFT-nin 2023-cü ilin dekabr ayı üçün elektrik enerjisindən istifadəyə görə yaranmış borcu 10560 manat təşkil edir. Akt “xxxx” ASC və İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ********* saylı hesab ödəniş vərəqinə əsasən İddiaçı MMC-nin ##.##.2023-cü il tarixə qalıq borcu 10605 manat təşkil edir.

16. ##.##.2022-ci il tarixli, EBBP seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8000 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi ##.##.2021-ci il tarixli, ** nömrəli müqavilə göstərilmişdir.

17. ##.##.2024-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “xxxx” ASC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10560 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi ##.##.2023-##.##.2023-cü il tarixləri arasında istifadə olunan elektrik enerjisinə görə borc göstərilmişdir.

18. “xxxx” Azərbaycan QSC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “xxxx” ASCyə 9101,69 manat ödəniş edilmişdir.

19. “xxxx” Azərbaycan QSC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “xxxx” ASCyə 1638,3 manat ödəniş edilmişdir. 31. ##.##.2024-cü il tarixli qəbzin məzmunundan müəyyən olunur ki, “Hacı Camalxan” KFT tərəfindən “xxxx” ASC-yə 5000 manat vəsait ödənilmişdir.

20. ##.##.2024-cü il tarixli qəbzin məzmunundan müəyyən olunur ki, “Hacı Camalxan” KFT tərəfindən “xxxx” ASC-yə 1000 manat vəsait ödənilmişdir.

21. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Istehsal Kompleksi” MMC “xxxx” ASC-yə 1694,92 manat vəsait ödənilmişdir. Ödənişin təyinatı kimi ##.##.2024-cü il tarixli, ******** nömrəli elektron qaimə (2024-cü ilin yanvar ayı üçün enerji haqqı (ƏDV daxil) ödənilir) qeyd edilmişdir.

22. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Istehsal Kompleksi” MMC “xxxx” ASC-yə 305,08 manat vəsait ödənilmişdir. Ödənişin təyinatı kimi ##.##.2024-cü il tarixli, ******** nömrəli elektron qaimə (2024-cü ilin yanvar ayı üçün enerji haqqı (ƏDV daxil) ödənilir) qeyd edilmişdir.

23. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Istehsal Kompleksi” MMC “xxxx” ASC-yə 3400 manat vəsait ödənilmişdir. Ödənişin təyinatı kimi 00034434, 10291755, 10116846, ******** nömrəli elektron qaimə (2024-cü ilin fevral, mart, aprel ayı üçün enerji haqqı (ƏDV daxil) ödənilir) qeyd edilmişdir.

24. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Istehsal Kompleksi” MMC “xxxx” ASC-yə 3400 manat vəsait ödənilmişdir. Ödənişin təyinatı kimi 00034434, 00397516, 10291755, 10116846, ******** nömrəli elektron qaimə (2024-cü ilin fevral, mart, aprel ayı üçün enerji haqqı (ƏDV daxil) ödənilir) qeyd edilmişdir.

25. Iş materiallarına fotoşəkillər, gömrük bəyannamələri, “Hacı Camalxan” KFT tərəfindən tərtib edilmiş aktlar və əmrlər əlavə edilmişdir.

26. Salyan rayonu Icra və Probasiya şöbəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, Bakı kommersiya Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli icarə vərəqəsinə əsasən İddiaçı MMC-yə məxsus pambıq emalı sexinin daxilində olan icarə obyektində olan bütün dəzgah, avadanlıq, qurğu və s. üzərində foto və videoçəkilişlər olmaqla, həbs qoyulmuş və saxlanılması üçün tələbkar İddiaçı MMC-nin direktoru qanuni nümayəndə1 təhvil verildi. Əmlakların təhvil-təslim edilməsi icra məmuru və İddiaçı MMCnin direktorunun imzası ilə təsdiq edilmişdir.

27. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli audit rəyi ilə müəyyən olunur ki, “X1 Istehsalat Kompleksi” MMC-nin pambıq emalı sexinin istehsal prosesinə yararsız vəziyyətdə olmasını tərtib edilmiş baxış aktı təsdiq edir. Həmin sexin istehsal prosesinə yararlı vəziyyətə gətirilməsi üçün Türkiyə Respublikasının “xxxx” X7 Parça Imalatı Şirkətinin Çırçır uzmanı Beşir Platini tərəfindən Çırçır makinalarının üzərində olmayan və yararsız olan ehtiyat hissələrinin adları və qiymətləri müəyyən edilərək təqdim edilmiş və həmin hissələrin dəyərinin nəqliyyat, quraşdırma xərcləri də nəzərə alınmaqla ümumilikdə 159122,5 manat dəyərində olduğu müəyyən edilmişdir. Audit rəyində qeyd edilən ##.##.2024-cü il tarixli baxış aktında mövcud avadanlıqlar üzrə yerində olmayan və yararsız olan ehtiyat hissələri, onların alınması, gətirilməsi və quraşdırılmasına çəkiləcək xərclərin ümumi dəyəri 159122,5 manat müəyyən edilmişdir. Baxış aktı “xxxx” MMC və İddiaçı MMCnin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, vurulmuş ziyanın əvəzi kimi 159122 manat məbləğində maddi zərərin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

29. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, CVN/M **-***/** saylı mütəxəssis rəyinə əsasən icarə müddətində istehsal obyektində olan dəzgah və avadanlıqların işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Salyan rayonu, Qaraçala kəndi ərazisində yerləşən icarə obyektlərinin cavabdeh Cavabdeh MMC-nin icarəsində olduğu müddətdə icarə obyektinə, eləcə də icarə obyektində olan avadanlıqlara, digər qurğulara dəymiş zərərin və yaxud yararsız vəziyyətə düşmüş avadanlıqlar və ya qurğuların istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin məbləği 117889,66 manat təşkil edir. Icarə obyektində olmuş 8 tonluq su çəninin 2023-cü ilin sonuna bazar dəyəri 2000 manat, ##.##.2026-cı il tarixə bazar dəyəri 2200 manat, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) 2023-cü ilin sonuna bazar dəyəri 14000 manat, ##.##.2026-cı il tarixə bazar dəyəri 14800 manat və sovurucu fenin 2023-cü ilin sonuna bazar dəyəri 2000 manat, ##.##.2026-cı il tarixə bazar dəyəri 2300 manat (istismarı, köhnəlməsi nəzərə alınmaqla) müəyyən edilir.

30. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş flash-disk tədqiq edilir. Flash-diskdə icarə müqaviləsinin obyekti olan zavodun 13 dəqiqəlik videosu əksini tapmışdır.

31. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş flashdisk tədqiq edilir. Flash-diskdə 14 whatsapp vasitəsilə göndərilmiş səs yazıları, 2 video və 7 whatsapp yazışmalarının ekran görüntüləri əks olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

32. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi olaraq 159122 (bir yüz əlli doqquz min yüz iyirmi iki) manat, eləcə də ödənilmiş dövlət rüsumuna görə 449,12 manat (dörd yüz qırx doqquz manat on iki qəpik) məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMCyə (əvvəlki adı “Hacı Camalxan” KFT) məxsus Salyan rayonu, Qaraçala kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi, ona aid torpaq sahəsi, eləcə də həmin icarə sahəsində olan avadanlıqlar və dəzgahlar 5 (beş) il müddətinə “xxxx” MMC-nin müddətli icarəsinə verilmişdir. Sözügedən müqavilənin müddəti başa çatdıqdan sonra həmin müqaviləyə edilmiş ## ####### 2023-cü il tarixli əlavə ilə yuxarıda göstərilən icarə müqaviləsinin müddəti 1 (bir) il müddətinə uzadılmışdır. Qeyd olunan icarə müqaviləsinin ## ####### 2023-cü il tarixdən 1 (bir) il müddətinə uzadılmasına baxmayaraq, “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ## ###### 2023-cü il tarixli məktubda icarə obyekti olan pambıq emalı sexinin ##.##.2024-cü il tarixdə fəaliyyətinin dayandırıldığına istinad olunmuşdur. Bundan sonra “xxxx” MMC tərəfindən iddiaçının ünvanına birtərəfli qaydada tərtib edilmiş təhvil-təslim aktı göndərilmiş və həmin akt ünvana ##.##.2024-cü il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Iddiaçı tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə təhviltəslimin aparılması ilə əlaqədar məktublar göndərilərək, təhvil təslimin aparılması ilkin olaraq ##.##.2024-cü il tarixə təyin edilmiş, lakin “xxxx” MMC qeyd olunan tarixdə təhviltəslimdə iştirak etməmiş, bu səbəbdən də həmin tarixdə təhvil-təslimin aparılması mümkün olmamışdır. Bundan sonra təhvil təslimin aparılması təkrarən ##.##.2024-cü il tarixə təyin edilmiş, lakin bu tarixdə də təhvil-təslimin aparılması “xxxx” MMC-nin rəhbərliyinin təqsirindən mümkün olmamışdır ki, qeyd olunan bu hal da iddiaçı tərəfindən müvafiq aktla rəsmiləşdirilmişdir. Qeyd edilməsi zəruri hesab edilir ki, “xxxx” MMC icarə obyektini və orada olan dəzgahların, avadanlıqların və s. təhvil-təslimindən yayınmaqla həmin dəzgah və avadanlıqların bir hissəsini, o cümlədən İddiaçı MMC-yə məxsus icarə obyektində olan dəyəri 8000 (səkkiz min) manat məbləğində olan 8 tonluq su çənini, həmçinin dəyəri 20000 (iyirmi min) manat məbləğində olan 80 tonluq qapan və dəyəri 8000 (səkkiz min) manat məbləğində olan sovurucu feni icarə obyektindən çıxararaq iddiaçıya məlum olmayan yerə aparmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC-yə məxsus avadanlıqların icarə obyektindən qanunsuz çıxarılması ilə bağlı iddiaçı tərəfindən 102 qaynar xəttinə müvafiq şikayətlə müraciət olunmuşdur. İddiaçı MMC-nin səlahiyyətli nümayəndələri “xxxx” MMCnin icarəsinə verilmiş pambıq emal sexinə “xxxx” MMC-nin əməkdaşlarının yaratdıqları maneələr nəticəsində daxil ola bilmədikləri üçün icarə obyektində İddiaçı MMC-yə məxsus digər hansı dəzgah və avadanlıqların, eləcə digər əmlakların təhvil-təslimi mümkünsüz olmuşdur. Bundan sonra İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi və sair tələblərə dair iddia ilə məhkəməyə müraciət edilənədək Salyan rayonu Qaraçala kəndi ərazisindəki (pambıq emalı sexi) icarə obyektində olan bütün dəzgah, avadanlıq, qurğu və s. siyahıya alınaraq üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e**(***)-**/**** saylı qərardadı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Salyan rayonu, Qaraçala kəndi ərazisindəki (pambıq emalı sexi) icarə obyektində olan bütün dəzgah, avadanlıq, qurğu və s. üzərinə ## #### 2024-cü il tarixədək həbs qoyulması qərar alınmışdır. Qeyd edilməsi zəruri hesab edilir ki, qanunvericiliyin tələblərinə, eləcə də müqavilə tərəfi olaraq İddiaçı MMC-nin qanunla qorunan mənafeyinə, o cümlədən aralarında olan müqavilə şərtlərinə zidd olaraq ##.##.2018-ci il tarixli müqavilədən (##.##.2023-cü il tarixli əlavə ilə) “xxxx” MMC-nin birtərəfli imtina etməsi, həmçinin icarə obyektini müvafiq təhvil-təslim prosesi aparılmadan sahibsiz qoyaraq icarə sahəsini tərk etməsi aralarında bağlanmış icarə müqaviləsi üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə mübahisəsinə zəmin yaratmışdır. Hazırkı iddia ərizəsinə əlavə edilən auditor rəyi ilə müəyyən olunur ki, dəyən zərər 159122,50 (bir yüz əlli doqquz min yüz iyirmi iki manat əlli qəpik) manat məbləğindədir.

34. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 159122 (bir yüz əlli doqquz min yüz iyirmi iki) manat, ##.##.2023-cü il tarixinədək cavabdehin elektrik enerjisinə olan qalıq borcu üçün ödənilmiş 10560 (on min beş yüz altmış) manat məbləğində pulun və eləcə də 460,12 manat (dörd yüz altmış manat on iki qəpik) dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi; 8000 (səkkiz min) manat dəyərində 8 tonluq su çəni, 20000 (iyirmi min) manat dəyərində, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) və 8000 (səkkiz min) manat dəyərində sovurucu fenin icarə obyektinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli icarə müqaviləsi əsasında Salyan rayonu, Qaraçala kəndi ərazisində yerləşən 3 ha torpaq sahəsində 1 ədəd pambıq emal sexi və avadanlıqları, 3 ədəd anbar, 2 ədəd üç otaqlı ev cavabdehə icarəyə verilmişdir. Icarə müddətində 8000 (səkkiz min) manat dəyərində 8 tonluq su çəni, 20000 (iyirmi min) manat dəyərində, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) və 8000 (səkkiz min) manat dəyərində sovurucu fen alınmışdır. Həmin su çəni və qapan təmir adı altında icarə obyektindən çıxarılaraq bir daha geri qaytarılmamışdır. Tərəflərin iştirakı ilə tərtib edilmiş ##.##.2023-cü il tarixli aktdan da görünür ki, sözügedən su çəni və qapan (tərəzi) təmir üçün pambıq emalı zavodundan cavabdeh tərəfindən çıxarılmışdır. Məhkəmənin əvvəlki hazırlıq iclaslarında cavabdeh "xxxx" MMC-nin direktoru bildirmişdir ki, həmin su çəni, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) və sovurucu feni özü aldığı üçün icarə obyektindən götürmüşdür. Qeyd edilir ki, icarə müqaviləsinin şərtlərinə görə cavabdeh həmin üç adda yuxarıda göstərilən əşyaları öz vəsaiti hesabına alsa da, icarə obyektindən götürə bilməz və həmin əşyalar icarə obyektinin ayrılmaz hissəsi hesab olunur. Belə ki, ##.##.2018-ci il tarixli icarə müqaviləsinin 1.5-ci bəndinə əsasən Icarəçinin apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdınmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda Müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyil. Bundan başqa, cavabdeh 2023-cü ilin dekabr ayının sonundan etibarən təhvil-təslim etmədən icarə obyektini tərk etmiş və həmin dövr üçün icarə obyektində istifadə etdiyi elektrik enerjisi üzrə borcunu ödəməmişdir. “xxxx” ASC-nin Salyan EŞ tərəfindən tərtib edilmiş 2023-cü ilin dekabr ayı üçün elektrik enerjisinin sərfiyyatı haqqında aktından da görünür ki, icarə obyektinin ##.##.2023-cü il tarixinədək elektrik enerjisinə olan qalıq borcu 10560 AZN (on min beş yüz altmış manat) təşkil edir. “xxxx” ASC-nin Salyan EŞ-nin tələbi əsasında cavabdehin ##.##.2023-cü il tarixinədək elektrik enerjisinə olan 10560 AZN (on min beş yüz altmış manat) qalıq borcu iddiaçı tərəfindən hissə-hissə olmaqla ödənilmişdir. ##.##.2018-ci il və eləcə də ##.##.2023-cü il tarixli icarə müqaviləsinin 3.1.5-ci bəndinə görə Icarəçi Müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa, sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəyir. Həmin icarə müqavilələrinin 4.4-cü bəndinə görə Müqavilənin 3.1.5 bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar icarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir. Buna görə də, 8000 (səkkiz min) manat dəyərində 8 tonluq su çəni, 20000 (iyirmi min) manat dəyərində, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) və 8000 (səkkiz min) manat dəyərində sovurucu fen və eləcə də elektrik enerjisinin borcuna görə ödənilmiş 10560 AZN (on min beş yüz altmış manat) mbələğində pul cavabdehə qaytarılmalıdır.

36. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakı xüsusatlara əsasən hesab edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ilk növbədə bildirilir ki, mübahisə predmeti olan obyekt orada olan avadanlıqlarla birlikdə ##.##.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxx” MMC-yə icarəyə verilmiş, obyektdə olan avadanlıqlar istifadəyə yararsız vəziyyətdə olmuş, həmin avadanlıqlar “xxxx” MMC tərəfindən təmir və bərpa olunmuşdur. Bu məqsədlə fərdi sahibkar X5 ilə ##.##.2018-ci il tarixli, X6 ilə isə ##.##.2018-ci il tarixli alqı-satqı müqavilələri imzalanmış və istehsal obyektində olan dəzgah və avadanlıqların işlək vəziyyətə gətirilməsi təmin edilmişdir. Iddia ərizəsində qeyd olunan 8 tonluq su çəni, 20000 manat dəyərində olan 80 tonluq qapan və dəyəri 8000 (səkkiz min) manat dəyərində olan sovurucu fen icarə obyektinə aid deyildir. Cavabdehə həmin avadanlıqlar icarəyə verilməmişdir. Eyni zamanda, müəssisə ##.##.2023-cü il tarixədək icarə obyektində işləmiş və həmin tarixdə icarə obyekti zəruri avadanlıqlarla birlikdə iddiaçı müəssisənin direktoru qanuni nümayəndə1 təhvil-təslim edilmişdir. Lakin sonuncu təhvil-təslim aktını imzalamaqdan imtina etmiş, bu səbəbdən ##.##.2023-cü il tarixli birtərəfli təhvil-təslim aktı imzalanmış və aktın bir nüsxəsi iddiaçıya göndərilmişdir. Icarə obyekti və orada olan avadanlıqların işlək vəziyyətdə olması ilə bağlı ##.##.2023-cü il tarixdə videoçəkiliş aparılmış və həmin videofayl iddaçının direktoru qanuni nümayəndə1 məxsus ********** nömrəsinə “Whatsapp” vasitəsilə göndərilmişdir. Həmin videogörüntülərdən icarə obyektində olan avadanlıqların işlək vəziyyətdə olması tam aydın görünür. Bundan başqa, mübahisə predmeti olan obyekt orada yerləşən avadanlıqlarla birlikdə ##.##.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxx” MMC-yə icarəyə verilmiş, həmin obyektin avadanlıqları isə icarədə olduğu vaxt “xxxx” MMC tərəfindən həmin avadanlıqların təmir və bərpası həyata keçirilmişdir. Bu məqsədlə fərdi sahibkar X5 ilə ##.##.2018-ci il tarixli, X6 ilə isə ##.##.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış və istehsal obyektində yerləşən dəzgah və avadanlıqların işlək vəziyyətə gətirilməsi təmin edilmişdir. Iddia ərizəsində qeyd edilən 8 tonluq su çəni, 80 tonluq qapan (20.000 manat dəyərində) və 8.000 manat dəyərində sovurucu fan icarə obyektinə aid edilməmiş, həmin avadanlıqlar cavabdeh tərəfindən öz vəsaiti hesabına quraşdırılmışdır və icarə predmetinə daxil olmamışdır. Icarə münasibətlərinə xitam verildikdən sonra icarə obyektində icarəçinin öz vəsaiti hesabına həyata keçirilmiş və obyektə zərər vurmadan ayrılması mümkün olan yaxşılaşdırmalar - 8 tonluq su çəni, 80 tonluq qapan və sovurucu fen icarəçi tərəfindən obyektə aidiyyəti qaydada götürülmüşdür. Iddiaçının istinad etdiyi Icarə Müqaviləsinin 1.5ci maddəsində sahədən ayrılması onun zədələnməsinə səbəb olan dəyişikliklər və quraşdırılmış avadanlıqların obyektin ayrılmaz tərkib hissəsi hesab edildiyi qeyd olunsa da, mübahisə predmeti olan avadanlıqlar həmin xarakterə malik deyil. Belə ki, qeyd edilən avadanlıqlar texniki baxımdan obyektə zərər vurulmadan sökülə və ayrılmaqla götürülə bilən, yəni ayrılan yaxşılaşdırmalar kateqoriyasına aiddir və bu səbəbdən obyektin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdeh MMC##.##.2023-cü il tarixədək icarə obyektində fəaliyyət göstərmiş və həmin tarixdə icarə obyekti zəruri avadanlıqlarla birlikdə iddiaçı müəssisənin direktoru qanuni nümayəndə1 təhvil verilməyə çalışılmışdır. Lakin sonuncu təhvil-təslim aktını imzalamaqdan imtina etdiyindən, ##.##.2023-cü il tarixli birtərəfli təhvil-təslim aktı tərtib edilmiş və onun bir nüsxəsi iddiaçıya göndərilmişdir. Eyni zamanda, ##.##.2023-cü il tarixində icarə obyektində olan avadanlıqların işlək vəziyyətdə olmasını təsdiq edən videoçəkiliş aparılmış və həmin videogörüntülər iddiaçı müəssisənin direktoru qanuni nümayəndə1 məxsus ********** nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə göndərilmişdir. Həmin videogörüntülərdən icarə obyektində yerləşən avadanlıqların işlək vəziyyətdə olduğu açıq şəkildə görünür və tərəfimizdən həmin videogörüntülər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, icarə obyektinə dəymiş ziyanın cavabdehin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.

37. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 105249,36 manat, elektrik enerjisi sərfiyyatına görə 10560 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 313,7 manat pul vəsaiti tutularaq iddiaçı “X1- Istehsal Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

38. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır:

- Əvvəlcə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış ## ###### 2018-ci il tarixli icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən icarəçinin təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq, müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil vermək vəzifələri vardır; 1.6-cı bəndinə əsasən əgər müqavilənin müddəti bitdikdən sonra geri qaytarılan sahənin vəziyyəti icarəyə verilməsindən əvvəlki vəziyyətindən pisləşdikdə, icarəçi sahəyə vurulan ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh MMC tərəfindən ##.##.2018-ci il tarixdən icarəyə götürülmüş İddiaçı MMC-yə məxsus pambıq emalı sexində istehsal prosesi yekunlaşdığına görə sex üzrə aktda adıçəkilən avadanlıqlar işlək vəziyyətdə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq edilsə də, “X1 Istehsal Kompleksi” MMC-nin imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Bundan əlavə, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ünvanlanmış məktublarda cavabdehə ilk olaraq ##.##.2024 və sonradan ##.##.2024-cü il tarixlərdə təhvil-təslim prosesində iştirak etmələri təklif edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda Cavabdeh MMC-nin mühasibinin təhvil-təslim prosesində iştirak etdiyi, lakin heç bir sənədə imza atmadığı qeyd edilmişdir. - Yuxarıda sadalanan halları nəzərə alaraq, məkhəmə hesab edir ki, cavabdeh tərəfindən tərəflər arasında imzalanmış icarə müqaviləsinin 7.1-ci bəndinin tələblərinə əməl edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən icarə obyektinin saz və yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. - Məhkəmə tərəfindən icarə obyektində olan avadanlıqlarına dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, CVN/M **-***/** saylı mütəxəssis rəyində deyilir ki, icarə müddətində istehsal obyektində olan dəzgah və avadanlıqların işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Rəylə müəyyən olunur ki, Salyan rayonu, Qaraçala kəndi ərazisində yerləşən icarə obyektlərinin cavabdeh Cavabdeh MMC-nin icarəsində olduğu müddətdə icarə obyektinə, eləcə də icarə obyektində olan avadanlıqlara, digər qurğulara dəymiş zərərin və yaxud yararsız vəziyyətə düşmüş avadanlıqlar və ya qurğuların istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin məbləği 117889,66 manat təşkil edir. Həmin mütəxəssis rəyində role (top) adlı avadanlığın 50 ədəd olduğu və vahidinin qiyməti 263,9 olmaqla, ümumilikdə 13196,3 manat dəyərinin olduğu göstərilmişdir. Müəyyən olunmuşdur ki, həmin avadanlığın, yəni icarəçiyə təhvil verilən avadanlıqların sayı 40 ədəd olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ekspert tərəfindən artıq hesablanmış avadanlığın dəyəri hesablanaraq ümumi məbləğdən çıxılmalıdır: 263,9x40=10556 manat; 13196,3-10556=2640,3; 117889,66 (ekspert rəyinə əsasən avadanlıqların ümumi dəyəri) – 2640,3 (artıq hesablanmış avadanlığın dəyəri) = 115249,36 manat. Bundan əlavə, ekspert tərəfindən işçilik xərcləri (ümumilikdə 10000 manat) müəyyən edilmişdir. Lakin həmin hissədə işçilik xərcləri, yəni qidalanma, qonaqlama, ezamiyyə xərcləri ilə bağlı sübutlar təqdim edilmədiyindən, hesab olunur ki, həmin xərclərin məbləği ümumi məbləğdən çıxılmalı, vurulmuş zərərə görə cavabdehdən 105249,36 manat (115249,36-10000=105249,36) tutulmalıdır. Cavabdeh iddiaya yuxarıda qeyd olunan əsaslarla etiraz etmiş, eyni zamanda mütəxəssis rəyinin mötəbər sübut qismində qəbul olunmamasını xahiş etmişdir. Lakin həmin rəy işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək, hazırkı nəticəyə gəlinmişdir. - Iddia tələbinin digər hissəsini ##.##.2023-cü il tarixinədək cavabdehin elektrik enerjisinə olan qalıq borcu üçün ödənilmiş 10560 (on min beş yüz altmış) manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. - Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli və cavabdehdən elektrik enerjisi sərfiyyatına görə 10560 (on min beş yüz altmış) manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə kommunaı xərclərin ödənilməsi öhdəliyi götürülmüşdür. - “xxxx” ASC tərəfindən tərtib edilmiş 2023-cü ilin dekabr ayı üçün elektrik enerjisindən istifadə haqqında akta əsasən “Hacı Camalxan” KFT-nin 2023cü ilin dekabr ayı üçün elektrik enerjisindən istifadəyə görə yaranmış borcu 10560 manat təşkil edir. Akt “xxxx” ASC və İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Qeyd edilənləri, cavabdehin müqavilə üzrə kommunal xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürməsi və həmin öhdəliyi lazımi qaydada yerinə yetirməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 10560 (on min beş yüz altmış) manat tutularaq iddiaçının xeyrinə tutulmalıdır. - Iddia tələbinin digər hissəsini 8000 (səkkiz min) manat dəyərində 8 tonluq su çəni, 20000 (iyirmi min) manat dəyərində, yükçəkmə qabiliyyəti 80 ton olan qapan (tərəzi) və 8000 (səkkiz min) manat dəyərində sovurucu fenin icarə obyektinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. - Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən qaytarılması tələb edilən avadanlıqlar cavabdeh tərəfindən müxtəlif şəxslərlə imzalanmış alqı-satqı müqavilələri əsasında və öz hesabına əldə edilmişdir. Bu halın mövcudluğu iş materialları ilə öz əksini tapır (12-18-ci bəndlər). Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, qeyd edilən avadanlıqlar həmin müqavilələr əsasında, icarə müqaviləsinin bağlanmasından sonrakı dövrdə əldə edilmişdir. Bundan əlavə, hesab olunur ki, həmin avadanlıqlar sahəni zədələnmədən ayrılması mümkün olan avadanlıqlar olmuşdur. - Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. - Eləcə də, iddiaçı 460,12 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. - Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 313,7 manat (üç yüz on üç manat yetmiş qəpik) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 448.1, 700.1, 700.3, 701.2-ci maddələrinə istinad etmişdir.

40. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddiaya etiraza uyğun olaraq əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə mövcud mühüm əhəmiyyəti olan bütün faktiki halları nəzərə almamış, sübutlara ümumiyyətlə lazımı qaydada qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

41. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

42. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

43. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

45. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

50. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

53. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

54. Maddə 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və əsassız olması qənaətinə gəlmək üçün əsas vermir (mübahisələndirilən hissədə).

65. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2018-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçıya məxsus pambıq emalı sexi və avadanlıqları cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin şərtləri ilə icarəçinin icarəyə götürdüyü əmlakı yararlı vəziyyətdə saxlamaq, təbii köhnəlmə nəzərə alınmaqla sahənin təmiri və ona qulluqla bağlı zəruri tədbirləri görmək, müqavilə başa çatdıqda isə icarə obyektini müvafiq vəziyyətdə icarəyə verənə təhvil vermək öhdəliyi müəyyən edilmişdir.

66. Mübahisə predmeti olan əmlakın uzun müddət cavabdehin sahibliyində və istifadəsində olması tərəflər arasında mübahisələndirilmir. Icarə münasibətlərinə xitam verildikdən sonra isə əmlakın vəziyyəti və təhvil-təslimi ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranmış, iddiaçı icarə obyektində olan avadanlıqların əvvəlki vəziyyətlə müqayisədə yararsız hala düşdüyünü və onların bərpası üçün xərc çəkilməsinin zəruri olduğunu bildirmişdir.

67. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, cavabdeh ##.##.2023-cü il tarixdə icarə obyektini iddiaçıya təhvil verməyə cəhd etmiş, bu barədə birtərəfli təhvil-təslim aktı tərtib etmiş və həmin tarixdə çəkilmiş videogörüntülərdə avadanlıqların saz vəziyyətdə olması əks olunmuşdur.

68. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, həmin görüntülərin nə zaman, hansı kontekstdə olmasını müəyyən etmək mümkün deyil. Eyni zamanda cavabdehin təqdim etdiyi videogörüntülərin mövcudluğu və həmin görüntülərdə avadanlıqların zahiri vəziyyətinin əks olunması özlüyündə avadanlıqların texniki cəhətdən saz, komplekt və istehsal prosesində təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olmasını təsdiq etmir.

69. Birinci instansiya məhkəməsi isə mübahisə predmeti olan avadanlıqların texniki vəziyyətinin, mövcud nasazlıqların və onların aradan qaldırılması üçün tələb olunan xərclərin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi almışdır. ##.##.2026-cı il tarixli, CVN/M **-***/** saylı mütəxəssis rəyi ilə icarə obyektində olan dəzgah və avadanlıqların vəziyyəti qiymətləndirilmiş, onların yararlı vəziyyətə gətirilməsi üçün zəruri olan hissələr və çəkiləcək xərclərin məbləği müəyyən edilmişdir. Bu baxımdan, kollegiya həmin videogörüntüləri mötəbər sübut kimi qiymətləndirilməsini məqsədəmüvafiq hesab etmir.

70. Eyni zamanda, ##.##.2023-cü il tarixli təhvil-təslim aktı iddiaçı tərəfindən imzalanmamış və tərəflərin hər ikisinin iştirakı ilə əmlakın texniki vəziyyətini təsbit edən ikitərəfli sənəd tərtib edilməmişdir.

71. Beləliklə iş materialları ilə müəyyən edilri ki, icarə obyektinin müqavilənin tələblərinə uyğun vəziyyətdə qaytarıldığını təsdiq edən mötəbər və kifayət edən sübut məhkəməyə qədim edlməmişdir.

72. Bununla bağlı kollegiya qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 55, 56).

73. Apellyasiya şikayətinin mütəxəssis rəyinin mötəbərliyi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ##.##.2026-cı il tarixli, CVN/M **-***/** saylı mütəxəssis rəyi ilə icarə obyektində olan avadanlıqların və qurğuların vəziyyəti araşdırılmış, onların yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan hissələr və müvafiq xərclər müəyyən edilmiş, həmin xərclərin ümumi məbləği 117.889,66 manat hesablanmışdır.

74. Apellyator həmin rəydə avadanlıqların sayı, qiymətləndirilmə metodologiyası, amortizasiya, ilkin alış qiymətləri və ayrı-ayrı xərclərin təsdiqedici sənədlərlə əsaslandırılmaması ilə bağlı iradlar irəli sürsə də, mütəxəssis rəyini şübhə altına alacaq sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi sözügedən rəyi qeyd-şərtsiz qəbul etməmiş, onu işdə olan digər sübutlarla birlikdə qiymətləndirmişdir.

75. Elektrik enerjisi üzrə 10.560 manat borca dair apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqından əlavə, icarə obyektinin istismarı ilə bağlı elektrik enerjisi və digər kommunal xərclərin ödənilməsi icarəçinin öhdəliyinə aid edilmişdir. Iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş sənədlərlə 2023-cü ilin dekabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə 10.560 manat borcun yarandığı təsdiq olunur.

76. Kollegiya apellyasiya şikayətinin elektrik enerjisi borcu ilə bağlı tələb üzrə məhkəməyədək pretenziya qaydasına riayət edilməməsinə dair dəlilini də qətnamənin ləğvi üçün əsas hesab etmir. Belə ki, tərəflər arasında hazırkı mübahisə ilə bağlı uzun müddət davam edən məhkəmə icraatı olmuş, cavabdeh həmin tələb və onun əsasları barədə məlumatlı olmuş, ona qarşı etirazlarını bildirmək və prosessual hüquqlarından istifadə etmək imkanına malik olmuşdur. Bu baxımdan, pretenziya qaydasına riayət edilməməsi özlüyündə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas verən prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

77. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavadeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar