Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-880/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. X6 Şəhadətnaməsinə əsasən QIN PLUS DMI PLUG-IN HIBRID MINIK model, BYD markalı, **UX*** dövlət qeydiyyat nömrəli, C24167624 mühərrik nömrəli, LC0C76C47R0387238 ban nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r.
2. İddiaçı (icarəçi) ilə X2 (icarəyəverən) arasında imzalanmış ## ###### 2024cü il tarixli avtomobil icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyəverən, qanuni əsaslarla ona məxsus olan “Qin Plus DMI PIUG-IN” Hibrid markalı minik nəqliyyat vasitəsini, (sonradan “Nəqliyyat vasitəsi” adlandırılır; Dövlət nömrə nişanı: **UX*** Buraxılış ili: 2024; Mühərrik № С24167624 Rəngi: Ağ Mirvari; Tip: XETCBЕК; Ban: LC0C76C47R0387238) icarəyə verir, icarəçi isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. 2.1.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini ## ###### 2024-cü il tarixdə qəbul etmək. Icarəyə götürülmüş nəqliyyat vasitəsini digər şəxslərin istifadəsinə verə bilər. 4.1-ci bəndinə əsasən bu müqavilə ## ###### 2024cü il tarixdən ## ###### 2030-cu il tarixədək bağlanır.
3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış ## ### 2025-ci il tarixli avtomobil icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyəverən, qanuni əsaslarla ona məxsus olan “Qin Plus DMÍ PLUG-IN” Hibrid minik markalı minik nəqliyyat vasitəsini, (Dövlət nömrə nişanı: **UX*** Buraxılış ili: 2024; Mühərrik N С24167624 Rəngi: Ağ Mirvari; Tip: XETCBEK; Ban: LCOC76C47R0387238) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. 2.1.7-ci bəndinə əsasən icarəçi müqavilədə nəzərdə tutulan ödənişi 5 (beş) gündən çox gecikdirərsə avtomobil icarəyəverən tərəfindən geri tələb oluna bilər. 2.1.8-ci bəndinə əsasən icarəçi tərəfindən avtomobil icarayəverənə geri verilərkən, tam işlək və saz vəziyyətdə olmalıdır. 2.1.9-cu bəndinə əsasən icarəyə alınmış nəqliyyat vasitəsini təhvil-təslim aktı əsasında icarəyəverəndən qəbul edir. 2.1.19cu bəndinə əsasən icarəçi nəqliyyat vasitəsini icarayəverənə geri qaytarmaq istədikdə ən az 10 gün qabaqcadan xəbərdar etməlidir. 2.1.20-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsini icarayəverənə təhvil-təslim aktı əsasında geri qaytarmalıdır. 2.1.21-ci bəndinə əsasən icarəçi avtomobili qəbul edərkən, avtomobil icarəyəverən tərəfindən video kameraya alınır. Avtomobili icarəçi geri qaytararkən aldığı vəziyyətdə avtomibili icarəyəverənə təhvil verməlidir. 2.2.1-ci bəndinə əsasən bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitəsini ## ### 2025-ci tarixdə icarəçiyə təhvil vermək. 3.1-ci bəndinə əsasən icarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsini 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 40 (qırx) manat məbləğində icarə haqqını ödəyir.
4. ## ### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən “Qin Plus DMI PLUG-IN” markalı minik nəqliyyat vasitəsini (Dövlət nömrə nişanı: **UX***; Buraxılış ili: 2024; Mühərrik №C********; AĞ MIRVARI; Tip: XETCBEK; Ban LC0C76C47R0387238) icarəçinin xidməti ehtiyacları üçün Icarəçinin istifadəsinə verilmişdir.
5. Qəbzlərdən, çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına 26.06.202-##.##.2025-ci il tarixlərdə 40 manat olmaqla cəmi 160 manat, ##.##.2025-##.##.2025-ci il tarixlərdə 40 manat olmaqla cəmi 160 manat, ##.##.2025-ci il tarixdə 40 manat olmaqla ümumilikdə 360 manat məbləğində pul köçürülmüşdür.
6. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2026-cı il tarixli */*** saylı rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, işin 35-40-cı vərəqlərində olan ## ### 2025-ci il tarixli Avtomobil Icarə müqaviləsinin 1-ci vərəqəsinin üz və arxa tərəflərində aşağı sol hissəsində “Cavabdeh” və “Rüstəmov” yazıları qarşısındakı imzalar, 2-ci vərəqində “Rüstəmov” yazısı qarşısındakı imza, 2-ci vərəqin arxa hissəsində “Tərəflərin ünvanları və imzaları 8.1. “Icarəçi”:” bəndində “Cavabdeh” yazıları qarşısındakı imza, 41-ci vərəqində olan ## ### 2025-ci il tarixli Təhvil-təslim aktında “Təhvil aldı:” hissəsində “Cavabdeh” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
7. Həmin rəyin “ekspertiza xərclərinə dair” bildiriş hissəsindən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir.
8. ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 1600 manat əsas, 160 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ##.##.2025-ci il tarixində aralarında **UX*** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. Icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 40 (qırx) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. ##.##.2025-cü il tarixli icarə müqaviləsi üzrə görə 1600 manat, gecikdirilmiş günlər üçün 160 azn, cəmi 1760 borcu movcuddur. Qeyd edilənlə nəzərə alaraq “QIN PLUS DMI PIUG-IN” markalı ”**UX***” dövlət qeydiyyat nömrəli avtomobilin icarəsi ilə bağlı aralarında bağlanmış, ##.##.2025-cü il tarixli icarə müqaviləsinə əsasən yaranmış borcun ona ödənilməsi ilə bağlı müraciət etsə də cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddiaı müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsi onlara ##.##.2025-ci il tarixdə qaytarıldı. Bu tarixdən öncə də qarşı tərəfin ödənişləri olmuşdur. 1035 manat, 120 manat ofisdə onun özünə verib, 300 manat depozit ödəyib. Ümumilikdə 1455 manat ödəniş edilmişdir. May ayının 30-dan avqust ayının 20-nə kimi nəqliyyat vasitəsi cavabdehdə olmuşdur. Gündəlik ödənilən pul məbləğidir. Iyun ayının 10dan sonra ödəniş etməmişdir. Ödəniş etdikdə həmin ödəniş əvvəlki borca silinirdi. Nəqliyyat vasitəsini tərəf özü gətirib təqdim etmişdir.
13. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, iyun ayının 30-da o nəqliyyat vasitəsini təhvil vermişdir. Həmin tarixdən sonra nəqliyyat vasitəsi onda olmamışdır. Bu halın araşdırılmasını məhkəmədən xahiş edir. O tərəfə bildirmişdi ki, nəqliyyat vasitəsini 1 aylıq icarəyə götürür. Bununla bağlı tərəflə şifahi qaydada danışıqları olub. Qarşı tərəflə heç bir yazılı müqavilə münasibətləri olmamışdır. Odur ki, iddiaçı tərəfin qeyd etdiyi müqavilə və təhvil-təslim aktındakı imza ona məxsus deyil.
14. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Cavabdeh 1 600 (bir min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manatının əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ## ### 2025-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin istifadəsinə 1 ədəd “Qin Plus DMI PLUG-IN” Hibrid minik markalı nəqliyyat vasitəsi vermiş, cavabdeh isə bunun müqabilində 1 (bir) təqvim günü müddətinə 40 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Iş materiallarında olan müqavilə, təhvil-təslim aktı, ödəniş qəbzləri ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdeh isə istifadə etdiyi nəqliyyat vasitəsi üzrə 40 günə hesablanmış icarə haqlarını tam həcmdə ödəməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək qarşı tərəflə heç bir yazılı müqavilə münasibətlərinin olmadığını, müqavilə və təhvil- - təslim aktındakı imzaların ona məxsus olmadığını bildirsə də, iş üzrə keçirilmiş ekspertiza nəticəsində müqavilədə “icarəçi”, təhvil-təslim aktında “təhvil aldı” qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. - Işdə olan sübutların məcmusu ilə cavabdehin iddiaçı qarşısında 1600 manat məbləğində ödənilməmiş borcunun mövcud olduğu müəyyən edilir. Cavabdeh həmin borcun tam ödənildiyini, avtomobilin 40 gündən daha az istifadəsində olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə iddia tələbini əsaslı hesab edir və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. - Bundan başqa, iddiaçı cavabdehdən 160 manat məbləğində cərimənin tutulmasını tələb etmişdir. - Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilədə cərimə ödənilməsi nəzərdə tutulmamış, iş materiallarında belə bir öhdəliyi müəyyən edən ayrıca yazılı razılaşma da təqdim edilməmişdir. - Belə olan halda, tərəflər arasında cərimə ödənilməsinə dair yazılı razılaşma müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz və rədd edilməlidir. - Iddia qismən təmin edildiyindən, iş materiallarında olan ödəniş sənədinə əsasən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun 36 manatının əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. - Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 462.1, 463, 700.1, 700.3-cü maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən cavabdeh apellyasiya verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabbdeh şikayətində qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını bildirmiş, qeyd etmişdir ki, iddiaçı qarşısında 1.600 manat məbləğində icarə haqqı borcu mövcud deyildir. Cavabdeh avtomobildən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək istifadə etdiyini, ##.##.2025-ci ildə nəqliyyat vasitəsini iddiaçıya qaytardığını, həmin dövr üzrə icarə haqqını ödədiyini göstərmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, avtomobil ##.##.2025-ci il tarixdən etibarən başqa şəxsə icarəyə verilmiş, buna görə də həmin tarixdən sonrakı dövr üçün cavabdehdən icarə haqqının tələb edilməsi əsassızdır. Cavabdeh avtomobilin ##.##.2025-ci il tarixədək onun istifadəsində olması barədə iddiaçının mövqeyini mübahisələndirmişdir. Cavabdeh apellyasiya şikayətinə ##.##.2025–##.##.2025-ci il tarixləri arasında həyata keçirilmiş ümumilikdə 1.035 manat məbləğində ödənişlərə dair qəbzlər əlavə edərək, həmin sənədlərin icarə haqqının ödənildiyini təsdiq etdiyini bildirmişdir. Bundan başqa, cavabdeh müqavilənin 2.1.7-ci bəndinə istinad edərək, icarə haqqının ödənilməsi 5 gündən artıq gecikdirildiyi halda icarəyəverənin avtomobili geri tələb etmək hüququnun olduğunu, buna baxmayaraq iddiaçının avtomobili geri tələb etməməsinin sonrakı dövr üzrə borcun hesablanmasının əsassız olduğunu göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etirazlar
18. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
22. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
23. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
25. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
29. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
33. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
34. Maddə 700.3. Əgər Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Istinad edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin olunan hissəsi təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğv olunmasını qeyd etsə də, faktiki olaraq qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsini mübahisələndirimiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində icarə haqqı üzrə borcun mövcud olmaması barədə irəli sürdüyü dəlillər əsaslı deyildir.
44. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2025-ci il tarixdə nəqliyyat vasitəsinin icarəsi barədə müqavilə bağlanmış, avtomobil həmin tarixdə təhvil-təslim aktı əsasında cavabdehə verilmiş və gündəlik icarə haqqı 40 manat müəyyən edilmişdir. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müqavilə və təhvil-təslim aktındakı imzaların cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
45. Cavabdeh avtomobili ##.##.2025-ci il tarixdə icarəyəverənə qaytardığını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsinin geri qaytarılması müvafiq aktla rəsmiləşdirilməli olmuşdur. Iş materiallarında avtomobilin ##.##.2025-ci ildə iddiaçıya təhvil verilməsini təsdiq edən akt və ya digər sübut mövcud deyildir. Eyni zamanda, cavabdehin avtomobilin ##.##.2025-ci ildən başqa şəxsə icarəyə verilməsi barədə dəlili də hər hansı sübutla təsdiq olunmur.
46. Iş materiallarına əlavə etdiyi ödəniş qəbzlərindən ##.##.2025–##.##.2025-ci il tarixləri arasında ümumilikdə 1.035 manat ödəniş etdiyi müəyyən olunur. Həmin ödənişlər iddiaçı nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatda göstərdiyi 1.035 manat ödənişlə eyni ödənişlər olmaqla, bundan əlavə edilmiş ödənişlər kimi qiymətləndirilə bilməz. Belə ki, 1.035 manat məbləğində ödəniş qəbzlərinin iddiaçı nümayəndəsinin izahatında etiraf etdiyi 1.035 manat məbləğində ödənişdən fərqli, əlavə ödənişlər olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
47. Iddiaçının nümayəndəsi avtomobilin ##.##.2025-ci il tarixdə geri qaytarıldığını bildirmişdir. Avtomobilin bundan daha əvvəl qaytarılması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, icarə haqqının həmin tarixədək hesablanması əsaslıdır. Belə ki, ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə 83 gün üçün gündəlik 40 manat hesablanmaqla icarə haqqı 3.320 manat təşkil edir. Sənədlərlə təsdiq olunan 1.035 manat ödəniş çıxıldıqda, ödənilməmiş borc məbləği 2.285 manat təşkil edir.
48. Kollegiya qeyd edir ki, məhkəmə hüquqi normanı müstəqil müəyyən edə bilsə də, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
49. Bu kontekstdə kollegiya qeyd edir ki, mübahisəli dövr üzrə ödənilməmiş icarə haqqının məbləği iddiaçının tələb etdiyi 1.600 manatdan artıq olsa da, məhkəmə iddia tələbinin həddindən kənara çıxa bilmədiyindən, cavabdehin iddiaçıya olan borcu iddia tələbi həddində – 1.600 manat məbləğində müəyyən edilməlidir.
50. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
52. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.