Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-892/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair (*-ci iş), iddiaçı “xxxx” MMC-nin cavabdeh iddiaçı2 qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair (2-ci iş) iş üzrə (Açar sözlər: icarə müqaviləsi,müqavilənin etibarsızlığı, əqdin aldatmanın təsiri altında bağlaması, zərər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X* ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı2 nümayəndəsi (vəkili) nümayəndə2, “xxxx” MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə iddiaçı iddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair (*-ci iş), iddiaçı “xxxx” MMC-nin cavabdeh iddiaçı2 qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair (2-ci iş) iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Notarial qaydada təsdiq olunmuş iddiaçı2 ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, U *-***/** nömrəli icarəsi müqaviləsinin: *.*-ci bəndinə əsasən icarəyə verən ünvan 3 ünvanında binanın *-ci mərtəbəsındə yerləşən sahəsi *5* m2 çıxarışlı təmirli qeyri-yaşayış sahəsini (bundan sonra “xxxx” adlandırılacaq) *0 (on) il müddətində tibb müəssisəsi kimi istifadə edilməsi üçün Icarəçiyə icarəyə verməyi, Icarəçi isə əmlakı təhviltəslim aktına əsasən qəbul etməyi və təyinatı üzrə istifadə etməsini öhdəsinə götürür. *.2-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən Icarəyə verən mülkiyyətində Xatai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev *5 ünvanında yerləşən binanın *-ci mərtəbəsində ümumi sahəsi *5* m2 olan olan qeyri-yaşayış sahəsinin (bundan sonra “xxxx”) tibb müəssisəsi kimi istifadə edilməsi üçün Icarəçiyə verir; *.3-cü bəndinə əsasən icarədar hazırkı Müqavilənin şərtlərinə əsasən xxxxnin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə odəməyi öz öhdəsinə götürür. 2.*.2-ci bəndinə əsasən hazırkı Müqavilə bağlandığı və xxxx təhvil verildiyi zaman xxxxnin bütun çatışmazlıqları barədə Icarədarı xəbərdar etmək; 2.*.3-cü bəndə əsasən icarəçini xxxxnin texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları ilə tanış etmək icarəyəverənin öhdəlikləridir. 2.2.3-cü bəndinə əsasən adi təsərrüfat fəaliyyətinin aparılması ilə bağlı xxxxnin istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlanması üçün cari təmir Işlərini öz hesabına həyata keçirmək icarəçinin hüquq və öhdəliklərindən biridir. 3.*. Icarəyə verən hazırkı Müqavilə qüvvəyə mindiyi tarixdən * (bir) gün ərzində xxxxni, komplektə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında Icarəçiyə təqdim etməlidir. Obyektin ilkin vəziyyəti təhvil-təslim aktında detallı şəkildə təsvir edilməlidır. Hər iki tərəfin imzası ilə təsdiqlənməyən heç bir ziyan icarəçinin məsuliyyətinə aid edilməyəcək. 3.2. Icarəçi hazırkı Müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən *5 təqvim günü ərzində xxxxni, təbii aşınma və normal köhnəlmə vəziyyəti nəzərə alınmaqla, komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında Icarəyə verənə qaytarmalıdır. 5.*. Icarə müqaviləsi *0 il müddətinə bağlanılır. xxxx üzrə icarə haqqı *5* m2 çıxarışlı, təmirli ərazi üçün müqavilənin bağlandığı ilk il üçün 2500 AZN, ikinci və üçüncü illər üçün 3000 AZN müəyyən edilir. 5.2. Dördüncü ildən başlayaraq, hər üç ildən bir Mərkəzi Bankın illik infilyasiya dərəcəsi nəzərə alınmaqla ödəniş ediləcək. Artım faizi Tərəflər arasında razılaşdırılacaq və yazılı şəkildə Müaqviləyə əlavələr şəklində göstəriləcək. 5.6. Ilk 5 (beş) aya aid icarə haqqı fevral ayında avans olaraq bank köçürməsi yolu ilə tam şəkildə ödəniləcək və sonrakı aylarda müvafiq dövrlər üzrə icarə ödənişlərindən mütənasib qaydada əvəzləşdıriləcək. 5.7. Icarə haqqının ödənişi aylıq olaraq Icarəyə verənin bank hesabına köçürmə yolu ilə həyata keçirilir. *0.2 Müqavilənin bitmə tarixi ## ###### 2035-ci il. *0.4 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına *5 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti * (bir) il müddətlərinə uzadılacaqdır. *0.5 Hazırki Müqaviləyə aşağıdakı hallarda xıtam verırır: *0.5.*. Tərəflərin qarşılıqlı razılığı ilə Müqavilənin müddəti bitdikdə; *0.5.2. Icarəçi Icarəyə verəni 3 (üç) ay əvval digər tərəfi yazılı xabərdarlıq elməklə birtərəflı qaydada bu müqaviləyə xitam verə bilər; *0.5.3. Icarəyə verən Icarəçini 6 (altı) ay əvvəl yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada bu muqaviləyə xitam verə bilər; *0.5.4. Icarəçi hər hansı bir fors-major durumunda Icarayə verəni *5 (on beş) gün qabaqcadan xəbərdarlıq etməklə xxxxnin tam və ya hər hansı bir hissəsini tərk edə bilər.
2. iddiaçı2 ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, U *-**i/** nömrəli icarəsi müqaviləsinin *.* Icarəyə verən ünvan 2 ünvanında binanın *-ci mərtəbəsində yerləşən sahəsi *5* m² çıxarışlı təmirli ərazini və 43 m² olan MKTB sənədli, təmirsiz qeyri-yaşayış sahəsini *0 (on) il müddətində tibb müəssisəsi kimi istifadə edilməsi üçün Icarəçiyə icarəyə verməyi, Icarəçi isə əmlakı təhvil-təslim aktına əsasən qəbul etməyi və təyinatı üzrə istifadə etməsini öhdəsinə götürür. *.2 Hazırki Müqaviləyə əsasən Icarəyə verən mülkiyyətində Xətai rayonu, Vunq Tau küçəsi korpus 2, ev *5 ünvanında yerləşən binanın *-ci mərtəbəsində ümumi sahəsi *94 m² olan olan qeyri-yaşayış sahəsinin (bundan sonra "xxxx") tibb müəssisəsi kimi istifadə edilməsi üçün Icarəçiyə verir; *.3 Icarədar hazırki Müqavilənin şərtlərinə əsasən xxxxnin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını Icarəyə verənə ödəməyi öz öhdəsinə götürür.
3. AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı2 arasında imzalanmış ##.##.2025-ci il tarixli **** saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin *.*-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyəverən Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *** nömrəli Sərəncamına əsasən ünvan * 2 ünvanında 9 mərtəbəli binanın *-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42 kv.m təşkil edən Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir. 3.*-ci bəndə əsasən icarə müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdən ##.##.2028-ci il tarixədək müəyyən edilir.
4. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin ## #### 2025-ci il tarixli ** saylı sərəncamına əsasən "xxxx" MMC-yə ünvan 5 ünvanında özəl tibb fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ## ####### ****-cü il tarixli EL-849/**** qeydiyyat nömrəli lisenziya və onun həmin tarixli EL-849/****/* qeydiyyat nömrəli əlavəsinin ləğv edilməsi qərara alınmışdır.
5. iddiaçı2 ilə “xxxx” MMC arasında ##.##.2026-cı il tarixdə imzalanmış müqavilənin ləğvinə dair müqavilədə qeyd olunmuşdur ki, iddiaçı2 və iddiaçı* Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2025-ci tarixli, 3M/*77 reyestrli icarə müqaviləsinin ləğvi haqqında müqaviləni imzaladılar. Sazişin rəsmiləşdirlməsi üzrə xərclərı iddiaçı* ödəyir.
6. xxxx Ailə “Əhmədli” filialında icarəyə verilən əşya və əmlakın təhvil verilməsi aktına əsasən iddiaçı2 tərəfindən 65 adda əşya və avadanlıqlar “xxxx Ailə” MMC-nin inzibati işlər üzrə şöbə müdiri Atik Rzayevə təhvil verilmiş və akt şəxslərin imzaları ilə təsdiq olunmuşdur.
7. ##.##.2025-ci il tarixli, ************ nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq *43 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
8. ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı* tərəfindən iddiaçı2 hesabına ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən 02,03,04,05,06.2025 tarixləri üçün avans ödənişi üzrə *5 000 manat ödənmişdir.
9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən iddiaçı* ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**/*-****/**** saylı “Lisenziya əlavəsinin verilməsindən imtina edilməsi barədə” məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərə Iqtisadiyyat Nazirliyi tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə "Lisenziyalar və icazələr haqqinda", "Əhalinin xxxxlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarına. Nazirlər Kabinetinin # ###### 2002-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə və Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblərə uyğun baxılaraq müvafiq araşdırma aparılmışdır. Lisenziya əlavəsinin verilməsi üçün müraciət olunan ünvan 2 ünvanında vəziyyətin qiymətləndirilməsi zamanı aşağıdakı nöqsanlar müəyyən edilmişdir: ünvan 3 ünvanı üzrə "xxxx” ММС-уə ## ####### ****-ci il tarixli EL849/**** qeydiyyat nömrəli lisenziyanın verildiyi müəssisədə quraşdırılmış mərkəzi mexaniki ventilyasiya sistemininin sxemi təqdim olunmadığına görə havalandırma sisteminin fəaliyyətini qiymətləndirmək mümkün olmamışdır; müəssisənin eksplikasiya sxemi (otaqların təyinatı göstərilməklə) baxış zamanı təqdim olunmamışdır; tibbi tullantıların utilizasiyası mövcud normativ hüquqi aktların tələblərinə uyğun təşkil olunmamışdır (tibbi tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yer təşkil olunmamışdır, xüsusi konteynerlər yoxdur və tibbi tullantıların daşınması və utilizasiyası üçün müvafiq müəssisə ilə müqavilə imzalanmamışdır): ginekoloqun qəbul otağındakı qurğu təbii işıq istiqaməti üzrə düzgün yerləşdirilməmişdir, ginekoloji prosedur otağı manipulyasiyalar üçün lazımi alət, avadanlıq və ləvazimatla təchiz olunmamışdır; ultrasəs müayinəsi kabinetindəki kuşetka və müayinə sahəsi arakəsmə bağlanmamışdır: ila terapevtik işi üzrə zəruri olan ayrıca terapevtin inyeksiya-prosedur otağı təşkil oiunmamışdır; - laboratoriya otaqları tibb fəaliyyəti üçün kifayət miqdarda zəruri tibbi alətlər, mebellər, avadaniıqlar, dezinfeksiyaedici məhlullar və gigiyenik vasitələr ilə təchiz olunmamışdır; tibb fəaliyyəti üçün tələb olunan tibbi qeydiyyat sənədləri olmadığına görə pasiyentlərin və diaqnostik prosedurların qeydiyyatının qaydalara uyğun aparılması mümkün deyildir: müayinə və prosedur otaqları təxirəsalınmaz ilkin tibbi yardım və anafilaktik şok əleyhinə dərman vasitələri ilə tam şəkildə təmin edilməmişdir; müəssisənin bəzi sahələrində cari təmir-tamamlama işlərinə ehtiyac var, otaqların təyinatı lövhələr üzrə qeyd edilməmişdir, bundan əlavə, ayrıca olaraq təsərrüfat otağı təşkil olunmamışdır; baxışa təqdim olunmuş müayinə və prosedur otaqları bakterisid şüalandırıcı lampalar ilə kifayət qədər təchiz edilmədiyinə görə havanın zərərsizləşdirilməsi təmin edilməmişdir; müəssisə səyyar tibbi-profilaktika xidmətinin həyata keçirilməsi üçün zəruri olan xüsusi nəqliyyat vasitəsi ilə təmin edilməmişdir; praktiki tibb fəaliyyətinə cəlb olunmuş personalın ilkin tibbi müayinədən keçməsini təsdiq edən sənədlər yoxdur; daxili tamamlama işlərində (döşəmə, divar) istifadə olunmuş materialların tibb müəssisələrində tətbiqinə icazə verildiyini təsdiq edən müvafiq sənədlər (sertifikatlar. gigıyenik göstərişlər) təqdim edilməmişdir; dəhliz və müayinə otağında kondisionerlər quraşdırılmadığından əlverişli mikroiqlim şəraitinin yaradılması təmin olunmamışdır. Bununla əlaqədar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.*.2-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin həmin işləri və xidmətləri üzrə əlavəsinin verilməsindən imtina olunur. Bu imtinadan onun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
10. iddiaçı* tərəfindən iddiaçı2 ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində tərəflərimiz arasında keçirilmiş görüşdə obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi və obyekt ərazisindən gələn kəskin qoxu ilə bağlı yaranmış narahatlıq ətraflı müzakirə olunmuşdur. Sizin tərəfinizdən növbəti gün bizim əməkdaşımız Atik Rzayevin də iştirakı ilə obyektə baxış keçirilmiş və sözügedən problemlərin həqiqətən mövcud olduğu müəyyən edilmişdir. Tərəfinizdən bu məsələlərin həll olunacağı istiqamətində fikir bildirilsə də, lakin bu prosesin hansı müddətdə davam edəcəyi və ya problemin həqiqətən də aradan qaldırılmasının mümkünlüyü barədə suallar qeyri-müəyyən qalmışdır. Məlumat üçün bildiririk ki, qərəzli mövqeyiniz olmadığını bilirik, lakin ##.##.2025-ci il tarixli məktubumuzda da vurğuladığımız kimi, obyektin sanitargigiyenik tələblərə cavab verməməsi barədə əvvəlcədən məlumat verilməməsi, obyekt üzrə qüvvədə olan lisenziya barədə məlumatın bildirilməməsi, habelə obyektin sənədsiz hissəsinə dair sənədlərin hazırlanması məqsədilə fevral ayında Sizə *5.000 (on beş min) AZN məbləğində avans ödənilməsinə baxmayaraq, altı ay ərzində bu sənədlərin təqdim edilməməsi kimi hallar müqavilənin bağlanması zamanı mühüm məlumatların gizlədildiyini və bunun nəticəsində icarəçinin yanlış yönləndirildiyini göstərir. Qeyd olunan hallar müqavilə üzrə etimad və şəffaflıq prinsiplərinin pozulmasına, habelə planlaşdırılmış filialın açılışının qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olmuş, bu isə öz növbəsində Icarəçinin fəaliyyətinə və biznes proseslərinə birbaşa mənfi təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, tərəfimizdən müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış edirik.
11. iddiaçı* tərəfindən iddiaçı2 ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, "xxxx” MMC (VÖEN: **********), direktor nümayəndə* ilə fiziki şəxs iddiaçı2 (şəxsiyyət vəsiqəsi: AA 4593332) arasında ##.##.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Icarə müqaviləsinin *.*-ci bəndinə uyğun olaraq Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev *5 ünvanında binanın *-ci mərtəbəsində yerləşən, sahəsi *5* m² olan qeyri-yaşayış sahəsi tibb müəssisəsi kimi istifadə edilməsi üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Icarəçi tərəfindən xxxxndə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün təmir-bərpa işləri aparılmış, həmçinin fəaliyyətə başlamaq məqsədilə lisenziya əldə edilməsi üçün dəfələrlə Iqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Müraciətlərin nəticəsində lisenziya verilməsindən imtina edilmiş, imtina səbəblərindən biri də, həmin obyekt üzrə Sizə məxsus olan "xxxx" MMC-nin ## ####### ****-cü il tarixli EL- 849/**** qeydiyyat nömrəli lisenziyanın mövcudluğu olmuşdur. Icarə müqaviləsinin 2.*.2-ci bəndinə əsasən Icarəyə verən Icarə Müqaviləsi bağlandığı və xxxx təhvil verildiyi zaman xxxxnin bütün çatışmazlıqları barədə Icarədarı xəbərdar etməli idi. Lakin icarəyə verən Icarəçini obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi ilə bağlı məlumatlandırmamışdır. Göründüyü kimi, müqavilənin bağlanması zamanı əsaslı məlumatlar gizlədilmiş, nəticədə Icarəçi yanlış yönləndirilmiş və faktiki olaraq aldadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən müqavilə dürüstlük, vicdanlılıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanmalıdır. Lakin bu prinsiplər kobud şəkildə pozulmuşdur. Ən əsası isə, obyekt üzrə artıq qüvvədə olan lisenziyanın mövcudluğu barədə məlumatın gizlədilməsi Icarəçinin hüquqlarının qəsdən pozulması deməkdir. Bu, müqavilə bağlanarkən həlledici şərt olduğuna görə müqavilənin Bundan hətta etibarsız hesab edilməsinə ciddi hüquqi əsas yaradır. Aktında əlavə, müqavilənin 3.*.-ci bəndinə əsasən obyektin ilkin vəziyyəti təhvil-təslim icarəçinin detallı şəkildə təsvir edilməli, hər iki tərəfin imzası ilə təsdiqlənməyən heç bir ziyan məsuliyyətinə aid edilməməlidir. Bu bənddən aydın olur ki, sözügedən qüsur tərəflərin imzası ilə təsdiqlənmədiyindən və və əvvəlcədən Icarəçiyə bildirilmədiyindən yaranmış problem icarəyə verənin məsuliyyətinə daxildir. Həmçinin xxxxnin sənədsiz hissəsinin sənədlərinın təmin edilməsı məqsədilə Sizə fevral ayında *5.000 (on beş min) AZN avans şəklində ödənilməsinə baxmayaraq, 6 ay ərzində sənədlər hazır edilməmişdir. Qeyd edilənlərlə yanaşı, "xxxx” MMC tərəfindən obyektdə təmir işləri aparılmiş havalandırma sistemi quraşdırılmış, IT avadanlıqları alınmış, beləcə şirkətə 55 000 AZN məbləğində zərər dəymişdir. Icarəçınin ümumilikdə çəkdiyı 55 000 AZN-dən artıq zıyan birbaşa olaraq Icarəyə verənin yalan məlumat və gizlətmələri nəticəsində baş vermişdır. Bu məbləğin tam kompensasiya edilməsi Icarəyə verənin məsuliyyətidir. Biz indiki mərhələdə qarşılıqlı anlaşma ilə danışıqlar mərhələsində xitam tərəfdarıyıq. Lakin bizi daha çox zərərə sövq edən ilk halda məsələ məhkəmə müstəvisində mübahisələndiriləcəkdir. Icarəçinin 7 aya yaxın müddətdə obyektdə fəaliyyətə başlamaq üçün sərf etdiyi vaxt və resurslar, bu müddət ərzində başqa uyğun obyektlərdə uğurlu fəaliyyət imkanı və real gəlir imkanlarının itirilməsı ilə nəticələnmişdir. Bu, birbaşa olaraq Icarəyə verənin gizlətmələri və qeyri-peşəkar davranışlarının fəsadıdır. Bütün yuxarıda göstərilənlərə görə, müqavilənin qüvvədə qalması hüquqi baxımdan yolverilməzdir. Ona görə də, müqaviləyə dərhal xitam verilməsi labüddür. Tərəfimizə vurulan ziyan, aldadılma və biznes fürsətlərinin əldən çıxması hallarını nəzərə alaraq, müqavilədə göstərilən "öncədən xüsusi qaydada və vaxtda xəbərdarlıq etmə öhdəliyi" hüquqi qüvvəsini itirmiş hesab olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə, müqavilə tərəflərdən birinin digərini aldadaraq, yaxud məlumatları nəticələrə ciddi şəkildə təsir göstərəcək formada təhrif etməsi nəticəsində bağlandıqda, həmin müqavilə etibarsız hesab edilir. Belə olan halda etibarsız müqavilədən doğan öhdəliklərin icrası, o cümlədən xəbərdarlıq müddətləri, hüquqi nəticə doğurmur. Aldadılma faktı müqavilənin bütün müddəalarını, o cümlədən xəbərdarlıq müddəti barədə şərtləri də əsassız və etibarsız edir. Bildiririk ki, əgər bu məktubun təqdim edilməsindən sonra 3 (üç) iş günü müddətində müqaviləyə xitam verilməsi və bütün haqq-hesabların tam şəkildə sıfırlanması təmin edilməzsə, tərəfindən məhkəməyə müraciət olunacaq və əlindəki yetərli rəsmi sübutlar əsasında iş hüquqi müstəvidə həll ediləcəkdir.
12. Göstərilmiş xidmətlər üzrə ödəniş edilməsi üçün "xxxx" MMC tərəfindən “xxxx” MMC-yə MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 200.000* manat, MT2506 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 549.998 manat olan elektron qaimə-faktura göndərilmişdir.
13. Göstərilmiş mühafizə xidməti üzrə ödəniş edilməsi üçün Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsi Xətai Rayon Mühafizə Idarəsi tərəfindən iddiaçı* MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 503.388 manat, MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 25*.694 manat, MT25*0 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 25*.694 manat, MT2507 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 260.0838 manat olan elektron qaimə-faktura göndərilmişdir.
14. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı* MT2505 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 2*24 manat, MT2503 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 355.*8 manat olan elektron qaimə-faktura göndərilmişdir.
15. 56 ədəd elektron qaimə-fakturalardan görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "X3" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx” MMC, "xxxx" QSC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" X5 Şirkəti, X2, “xxxx” MMC, "xxxx" MMC tərəfindən göstərilmiş xidmətlər və təqdim olunmuş mallar üzrə ödəniş edilməsi üçün iddiaçı* elektron qaiməfakturalar göndərilmişdir.
16. ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı* tərəfindən dövlət rüsumunun əvəzi olaraq 257,70 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tərəflər arasında aparılmış “WhatsApp” yazışmalarından görünür ki, tərəflər müqavilənin icrası dövründə obyektin sənədləşdirilməsi, lisenziya alınması, obyektdə aparılan işlər və yaranmış problemlərlə bağlı mütəmadi əlaqə saxlamışlar. Yazışmalardan görünür ki, 2025ci ilin iyun ayında tərəflər arasında müəyyən sənədlərin hazırlanması və rəsmiləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, bu zaman iddiaçı tərəfindən sənədlərin hazırlanması istiqamətində işlərin görüldüyü və məsələnin həll ediləcəyi bildirilmişdir. Yazışmalardan, həmçinin görünür ki, tərəflər sonrakı dövrdə lisenziya məsələsi, obyektdən istifadə imkanları və müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı müzakirələr aparmışlar.
17. Tərəflər arasında aparılmış yazışmalarda müqavilə münasibətlərinin dayandırılması və notarial qaydada rəsmiləşdirilməsi məsələləri də müzakirə edilmişdir. Yazışmalardan görünür ki, 2026-cı ilin yanvar ayında tərəflər arasında notarial qaydada bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı əlaqə saxlanılmış, bundan sonra tərəflər notariat orqanına müraciət edərək müqaviləyə xitam verilməsi barədə saziş bağlamışlar.
18. ## ###### 2026-cı il tarixdə məhkəmə tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı tərəflər və nümayəndələri iştirak etmişlər. Baxış zamanı cavabdeh tərəfin nümayəndəsi obyektdə mövcud olan kəskin qoxu və kanalizasiya sistemi ilə bağlı problemlərin laboratoriya fəaliyyətinin həyata keçirilməsinə mane olduğunu bildirmişdir. Iddiaçı isə kanalizasiya sistemi ilə bağlı müəyyən texniki problemin mövcud olduğunu, lakin həmin problemin aradan qaldırıldığını qeyd etmişdir. Məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı obyektdən kəskin iy və ya üfunət iyisinin gəlməsi halı müəyyən edilməmişdir. Həmçinin baxış zamanı iddiaçı tərəfindən obyektin bir hissəsində təmir işlərinin aparıldığı müşahidə edilmişdir. Yerində baxış zamanı tərəflər *5.000 manat məbləğində ödənişin hüquqi mahiyyəti, lisenziya məsələsi və icarə haqqı borcu ilə bağlı mövqelərini bir daha açıqlamışlar. Iddiaçı həmin məbləğin avans ödənişi olduğunu, cavabdeh isə əlavə sahənin sənədləşdirilməsi məqsədilə ödənildiyini bildirmişdir. Eyni zamanda iddiaçı əvvəlki lisenziyanın sonradan ləğv edildiyini, cavabdeh isə müqavilənin ləğvi ilə bağlı müraciətlər etdiyini göstərmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. Iddiaçı iddiaçı2 iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2025-ci il tarixli, U *-**i/** saylı icarə müqaviləsi üzrə ümumilikdə 8333 manat məbləğində borcun, mülkiyyətçiyə dəymiş 5833 manat maddi ziyanın, ümumilikdə *4*66 manat pulun, həmçinin iddia qaldırılması zamanı ödənilmiş *32 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən (*-ci iş üzrə cavabdeh) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı2 mülkiyyətində olan ünvan 3 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi *5* kv.m olan çıxarışlı, təmirli qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə icarəyə verilmişdir. Icarə müqaviləsinin 5.*-ci bəndinə əsasən müqavilə *0 il müddətinə bağlanmış, xxxx üzrə icarə haqqı *5* kv.m çıxarışlı təmirli ərazi üçün müqavilənin bağlandığı ilk il üçün 2500 manat, ikinci və üçüncü illər üçün 3000 manat müəyyən edilmişdir. Icarə müqaviləsinin 5.5-ci bəndinə əsasən xxxx üzrə icarə haqqı ayın son günündən etibarən 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən ilk 5 (beş) aya aid icarə haqqı fevral ayında avans olaraq bank köçürməsi yolu ilə tam şəkildə ödəniləcək və sonrakı aylarda müvafiq dövrlər üzrə icarə ödənişlərindən mütənasib qaydada əvəzləşdiriləcəkdir. Belə ki, ilk 5 ayın ödənişi ödənildikdən sonra cavabdeh tərəfindən növbəti ayların ödənişi bu günə qədər ödənilməmiş və nəticədə müqavilə üzrə 4 aylıq ödəniş gecikməsi, *0000 manat borc yaranmışdır. Cavabdeh tərəfə ödənişin edilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı qaydada müraciətlər edilmiş, lakin borc öhdəliyi icra edilməmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçıya müqaviləyə xitam verilməsi və son haqq-hesabın aparılmasıyla bağlı bildiriş göndərilmiş, lakin bu zaman Icarə müqaviləsinin *0.5.2-ci bəndinin tələbləri rəhbər tutulmamışdır. Iddiaçı tərəfindən cavabdehə müqaviləyə xitam verilməsinin müqavilənin *0.5.2-ci bəndində qeyd edilən müddətə riayət etməklə xitamı qaydasına riayət edilməsi və gecikdirilmiş aylıq ödənişlərin edilməsi ilə bağlı müraciət göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin tərəflər arasında bağlanmış Müqavilənin 7-ci bəndinə uyğun olaraq mübahisənin danışıqlar yolu ilə həll edilməsi də bu günə qədər mümkün olmamışdır. Nəticədə iddiaçı tərəf olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin 4 aylıq *0000 manat borcu mövcuddur. Həmçinin cavabdeh tərəf ##.##.2025-ci il tarixdə bildiriş göndərərək müqaviləyə xitam verilməsini istəmişdir. Hesab edir ki, belə olan halda Icarə müqaviləsinin *0.5.2-ci bəndinə əsasən əlavə olaraq 3 aylıq icarə haqqı da ödənilməlidir.
21. Iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, xxxx ##.##.2025-ci il tarixdə icarəyə verənə təhvil verilsə də, icarə müqaviləsinə rəsmi xitam verilməsi üçün cavabdeh tərəfindən notariat orqanına yaxınlaşmaqdan imtina edildiyindən bu günə qədər icarəyə verən maddi itkilərə məruz qalmışdır. Belə ki, notarial qaydada müqavilə bağlandığı üçün (müqaviləyə xitam verilmədən) tərəfindən xxxxni başqa şəxslərə icarəyə verə bilmək imkanından məhrum olmuşlar. Müqavilənin 7-ci bəndinə uyğun olaraq mübahisənin danışıqlar yolu ilə həll edilməsi də bu günə qədər mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericiliyin tələbinə əsasən yaranmış vəziyyətdə ödənilməmiş icarə haqlarının (avqust, sentyabr, oktyabr və noyabr) 8333 manat və mülkiyyətçiyə dəymiş ziyanın (*0 gün noyabr ayı üçün, dekabr və yanvar ayları üçün) 5833 manat olmaqla – ümumilikdə *4 *66 manat məbləğində pulun ödənilməsini tələb etmək məcburiyyətindədirlər.
22. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı tərəfin (Icarəyə verənin) müqavilə bağlanarkən icarəçini aldatması, icarəyə verilən obyektin təyinatı və istifadəsi üçün həlledici əhəmiyyət kəsb edən məlumatları bilərəkdən gizlətməsi, eləcə də bağlanmış icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozması səbəbindən həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda, qarşı tərəfin yanıldıcı və aldadıcı hərəkətləri, habelə müqavilə öhdəliklərini pozması nəticəsində icarəçiyə vurulmuş ümumilikdə 55.000 manat məbləğində maddi ziyanın (buraya daxildir: obyekt üzrə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərclərin, alınmış və quraşdırılmış avadanlıqların dəyərinin, havalandırma sisteminin qurulmasına sərf olunmuş vəsaitlərin, lisenziya və müvafiq icazələrin alınması üçün edilmiş müraciət xərclərinin, ödənilmiş avans və icarə haqları üzrə faktiki itkilərin) qarşı tərəfdən tam həcmdə tutulması, icarəçinin hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə göstərilmiş hüquqi xidmətlərə görə ödənilmiş 900 manat məbləğində vəsaitin, eləcə də iş üzrə məhkəməyə ödənilmiş 257,7 manat dövlət rüsumunun müvafiq qaydada cavabdeh iddiaçı2 (2-ci iş üzrə cavabdeh) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi “xxxx” MMC (VÖEN: **********), direktor nümayəndə* ilə fiziki şəxs (icarəyə verən) iddiaçı2 (şəxsiyyət vəsiqəsi: AA 4593332) arasında ##.##.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında notarial qaydada bağlanılmış 3M-*77 № ilə qeydə alınmış, ##.##.2025-ci il tarixli Icarə müqaviləsinin *.*-ci bəndinə uyğun olaraq Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev *5 ünvanında binanın *-ci mərtəbəsində yerləşən, sahəsi *5* m olan qeyri-yaşayış sahəsi tibb müəssisəsi kimi istifadə edilməsi üçün “xxxx” MMC-yə icarəyə verilmişdir. Həmçinin tərəflər arasında U *-**i/** nömrəli ##.##.2025-ci il tarixli ikinci bir icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin *.*.-ci bəndinə əsasən sahəsi, *5* m olan çıxarışlı, təmirli ərazi və 43 m olan MKTB sənədli, təmirsiz qeyri-yaşayış sahəsi tibb müəssisəsi kimi istifadə edilməsi üçün icarəyə verilmişdir. Şirkət 20 ildən çoxdur ki, laboratoriya yönümlü fəaliyyət göstərdiyindən, icarəyə götürüləcək obyektin sanitargigiyenik, konstruktiv və hüquqi baxımdan müvafiq tələblərə uyğunluğu onlar üçün ən əsas birinci şərt olmuşdur. Bu səbəbdən tərəflərin iştirakı ilə obyektə ilkin baxış keçirilmiş və həmin baxış zamanı təsisçi tərəfindən icarə məqsədilə təklif olunan ərazinin sahə etibarilə laboratoriya fəaliyyəti üçün uyğun olmadığı bildirilmiş və icarəyə götürməkdən dərhal imtina edilmişdir. Elə həmin vaxt Icarəyə verən obyektə bitişik əlavə bir sahənin mövcud olduğunu, həmin ərazinin obyektə daxil edildiyi təqdirdə obyektin icarəçinin biznes planına uyğun olacağını vəd etmişdir. Yalnız bundan sonra təsisçi bu vədə inanaraq, hər iki ərazinin birlikdə fəaliyyəti üçün uyğun olacağı qənaətinə gəlmişdir. Eyni zamanda, icarəyə verən tərəfindən qeyd olunan əlavə sahə üzrə rəsmi çıxarışın hazırda mövcud olmadığı, lakin *5.000 manat məbləğində avans ödənilməsi şərti ilə sənədləşmə probleminin 3 ay müddətində həll ediləcəyi və həmin sahə üzrə çıxarışın rəsmiləşdiriləcəyi vəd edilmişdir. Tərəfindən göstərilən şərtlər qəbul edilmiş, həm vicdanlı münasibətin göstəricisi kimi, həm də Şirkətin yalnız çıxarışı tam hazır olan obyektlərlə əməkdaşlıq etməyi prioritet hesab etməsi səbəbindən, məhz həmin sahə üzrə çıxarışın tənzimlənməsi məqsədilə 5 aylıq icarə haqqı *5.000 manat əvvəlcədən avans qismində ödənilmişdir. Bildirir ki, Icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Icarəçi tərəfindən xxxxndə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün təmir-bərpa işləri aparılmış, həmçinin tərəfindən fəaliyyətə başlamaq məqsədilə lisenziya əldə edilməsi üçün Iqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Müraciətlərin nəticəsində lisenziya verilməsindən imtina edilmiş, imtina səbəblərindən biri də, müqavilə bağlandığı zaman məlum olmayan, həmin obyekt üzrə icarəyə verənə məxsus olan “xxxx” MMC-nin ## ####### ****-cü il tarixli EL849/**** qeydiyyat nömrəli lisenziyanın mövcudluğu olmuşdur. Obyektin bütün öhdəliklərdən azad olunmuş formada verilməsi icarəyə verənin öhdəliyində olsa da, obyekt onlara müvafiq lisenziya ilə verilmişdir. Lisenziyanın mövcudluğu barədə tərəfindən məlumat əldə edildiyi tarixdən obyektin lisenziyasının ləğv edilməsi tələb edilsə də, müddət gecikdirilmiş, gecikdirilmə səbəbi kimi isə icarəyə verən tərəfindən Iqtisadiyyat Nazirliyinin səhifəsində yenilənmə aparıldığı göstərilmiş və ən tez bir ay sonra obyektə dair lisenziyanın ləğvinin mümkün olacağı bildirilmişdir. Təqdim edilən məlumat sual yaratdığı üçün şirkətin hüquqşünasları tərəfindən nəzarətə götürülmüş, Iqtisadiyyat Nazirliyi ilə əlaqə saxlanılmış və onlara verilən məlumat təkzib edilmiş, * ay gözlənilməyə ehtiyac olmadığı bildirilmişdir. Beləcə bu məsələ də, yalnız onların göstərdiyi səylər nəticəsində həll olmuşdur. Beləliklə, hər iki tərəfə məlum olduğu kimi istifadə etmədikləri ərazi üzrə onlardan qaynaqlanmayan səbəblərdən, qarşı tərəfin məsuliyyətsizliyindən Şirkət tərəfindən boş yerə icarə haqqı ödənmişdir. Nəticə etibarilə, lisenziyanın ləğvi prosesi icarəyə verən tərəfindən vaxtında və lazımi qaydada təşkil edilməmiş, problem yalnız onların göstərdiyi səylər, müvafiq dövlət qurumları ilə koordinasiya və davamlı müraciətlər sayəsində həllini tapmışdır. Bu hal icarəyə verənin müqavilə öhdəliklərinə qeyri-ciddi yanaşdığını, obyektin təhvilinə dair tələb olunan hazırlıq işlərini vaxtında yerinə yetirmədiyini və nəticədə icarəçi tərəfin hüquqlarına və biznes planına ciddi ziyan vurduğunu açıq şəkildə göstərir. Icarə müqaviləsinin 2.*.2-ci bəndinə əsasən Icarəyə verən Icarə Müqaviləsi bağlandığı və xxxx təhvil verildiyi zaman xxxxnin bütün çatışmazlıqları barədə Icarədarı xəbərdar etməli idi. Lakin icarəyə verən Icarəçini obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi ilə bağlı məlumatlandırmamışdır. Belə ki, obyektdən kəskin üfunət qoxusunun gəlməsi obyektdən istifadəni mümkünsüz etmişdir. Göründüyü kimi, müqavilənin bağlanması zamanı bütün proseslərin bağlı olduğu əsas məlumatlar gizlədilmiş, nəticədə Icarəçi yanlış yönləndirilmiş və faktiki olaraq aldadılmışdır. Ən əsası isə, obyekt üzrə artıq qüvvədə olan lisenziyanın mövcudluğu barədə məlumatın gizlədilməsi Icarəçinin hüquqlarının qəsdən pozulması deməkdir. Yuxarıda qeyd olunanlar müqavilə bağlanma motivi üçün ən əsas həlledici şərt olduğuna görə müqavilənin etibarsız hesab edilməsinə ciddi hüquqi əsas yaradır. Icarə müqaviləsinin 2.*.3-cü bəndinə əsasən Icarəyə verən Icarəçini xxxxnin texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları ilə tanış etməli idi. Lakin Icarəyə verən bu öhdəliyini icra etməmiş, nəticədə obyektin faktiki vəziyyəti barədə Icarəçiyə düzgün və tam məlumat verilməmişdir. Məhz bu öhdəliyin pozulması nəticəsində, xxxxndən kəskin və dözülməz qoxu gəlməsi, obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi kimi ciddi problemlər ortaya çıxmışdır. Bu hallar obyektin təhvil verildiyi andan etibarən sanitariya tələblərinə uyğun olmadığını göstərir və Icarəyə verənin məlumatlandırma öhdəliyinin pozulmasını bir daha təsdiqləyir. Bundan əlavə, müqavilənin 3.*.-ci bəndinə əsasən obyektin ilkin vəziyyəti təhvil-təslim aktında detallı şəkildə təsvir edilməli, hər iki tərəfin imzası ilə təsdiqlənməyən heç bir ziyan icarəçinin məsuliyyətinə aid edilməməlidir. Belə ki, obyektin sanitar gigiyenik tələblərə cavab vermə statusu da, ilkin vəziyyət halına daxil olan, çox vacib məqam olduğu kimi, məhz bu halda təhvil-təslim aktında heçbir şəkildə qeyd edilməmişdir. Nəticə etibarı ilə ilkin vəziyyət halının klinika fəaliyyəti üçün ən vacib elementi də, gizlədilmişdir. Bu bənddən tam aydındır ki, sanitar-gigiyenik tələblərə cavab verməmə halı, həmin təhvil təslim aktında göstərilmədiyindən, tərəfindən imza ilə təsdiqlənmədiyindən və əvvəlcədən Icarəçiyə bildirilmədiyindən sanitar-gigiyenik tələblərə cavab verməməsi ilə bağlı problem Icarəyə verənin məsuliyyətinə daxildir. Həmçinin xxxxnin sənədsiz hissəsinin sənədlərinin 3 ay ərzində təmin edilməsi məqsədilə icarəyə verənə fevral ayında *5.000 manat avans şəklində ödənilməsinə baxmayaraq, onlara məlum olan tarixədək (##.##.2025) sənədlər hazır edilməmişdir. Beləliklə avansın alınma səbəbi də öz hüquqi əsasını ciddi sual altına almışdır. Bu müqavilə əsasında cari və gələcəkyönümlü niyyəti, məqsədi tam şəffaf olduğu üçün biznes planlarına müvafiq olaraq onlara məlum olmayan və ya onlardan gizlədilən məlumatlardan xəbərsiz obyektdə təmir işləri aparılmış, havalandırma sistemi quraşdırılmış, IT avadanlıqları alınmış, beləcə şirkət tərəfindən 55.000 manat məbləğində xərc çəkilmişdir. Məlum məsələdir ki, heç bir biznes sahibi qeyd edilən həcmdə məbləği risk altına atmaz və bu qədər vaxt itkisi ilə biznes proseslərə ziyan vermək istəyində ola bilməz. Çəkilən xərclər və atılan addımlar tərəfin müqaviləyə və münasibətlərə vicdanlı yanaşmasının konkret göstəricisidir. Icarəçinin ümumilikdə çəkdiyi 55.000 AZN-dən artıq xərc birbaşa olaraq Icarəyə verənin yalan məlumat və gizlətmələri nəticəsində baş vermişdir. Bu məbləğin tam şəkildə kompensasiya edilməsi istiqamətində iddia hüququ icarəçiyə məxsusdur. Bütün bunlara baxmayaraq tərəfindən qeyd olunan məsələlərlə bağlı, ilkin mərhələdə humanist mövqe sərgilənmiş, onlara dəyən zərəri bir kənara qoyaraq icarəyə verənə ##.##.2025-ci il tarixdə məktub göndərmiş, ilkin mərhələdə qarşılıqlı anlaşma ilə müqavilənin xitam verilməsinə və tərəflərin öhdəliklərinin sıfırlanmasına tərəfdar olduqları bildirilmişdir. Həmçinin bildirmək istəyir ki, icarəyə verənlə ##.##.2025-ci il tarixində tərəflər arasında keçirilmiş görüşdə obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi və obyekt ərazisindən gələn kəskin qoxu ilə bağlı yaranmış narahatlıq ətraflı müzakirə olunmuşdur. Qarşı tərəf növbəti gün əməkdaşları Atik Rzayevin də iştirakı ilə obyektə baxış keçirmiş və sözügedən problemlərin həqiqətən mövcud olduğunu etiraf etmişdir. Bu səbəblə tam hüquqlu şəkildə yenidən qarşılıqlı anlaşma və tərəfin güzəşti ilə müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış etmiş, mövcud şərtlərdə nəzərdə tutulan biznes layihəsinin həyata keçirilməsinin mümkün olmaması təsdiqlənməklə yanaşı, çəkdiyi xərclər və onlara dəyən ziyan bir daha vurğulanmışdır. Icarəyə verən isə öz növbəsində mövcud problemlərin olduğunu qəbul edərək, problemlərin həll olunacağı istiqamətində obyektin yerləşdiyi binanın ümumilikdə kanalizasiya sisteminin dəyişmək yönündə irihəcmli və müddəti bəlli olmayan təkliflə çıxış etmişdir. Məlum olduğu kimi bu qeyri-müəyyən təklif planlarına tam zidd olduğu kimi növbəti maddi ziyanla yekunlaşma riskini özündə ehtiva edən yanaşma olduğu üçün tərəfindən haqlı olaraq müsbət qarşılanmamışdır. Yekunda bu danışıqlardan sonra icarəyə verənə ##.##.2025-ci il tarixində qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi barədə yenidən heç bir kompensasiya tələb etmədən məktub ünvanlanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, 7 aya yaxın müddətdə obyektdə fəaliyyətə başlamaq üçün sərf etdiyi vaxt, maddi və qeyrimaddi resurslar, bu müddət ərzində başqa uyğun obyektlərdə uğurlu fəaliyyət imkanı və real gəlir əldə edilmə imkanlarının itirilməsi ilə nəticələnmişdir. Bu, birbaşa Icarəyə verənin məlumatları gizlətməsi və Müqavilə münasibətlərinə vicdanlı olmayan yanaşmasının nəticəsidir. Tərəfinə iddia olunan “öncədən xüsusi qaydada və vaxtda xəbərdarlıq etmə öhdəliyi” ilə bağlı məsələyə cavab olaraq bildirir ki, onlara vurulan ziyan, aldadılma və biznes fürsətlərinin əldən çıxması hallarıdır, hansı ki, sözügedən bəndin hüquqi qüvvəsini itirməsinə səbəb olmuşdur. Belə olan halda etibarsız müqavilədən doğan öhdəliklərin icrası, o cümlədən xəbərdarlıq müddətləri, hüquqi nəticə doğurmur. Aldadılma faktı müqavilənin bütün müddəalarını, o cümlədən xəbərdarlıq müddəti barədə şərtləri də əsassız və etibarsız edir. Icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən ilk 5 (beş) aya aid icarə haqqı fevral ayında avans olaraq bank köçürməsi yolu ilə tam şəkildə ödənilməli idi. Icarəyə verən obyektin sənədsiz hissəsinin sənədlərinin təmin edilməsi üçün köməklik göstərilməsini istək etmişdir. Tərəf məsələyə vicdanla yanaşaraq, obyektin sənədsiz hissəsinin sənədlərinin təmin edilməsi məqsədilə aylıq 500 AZN olmaqla, 5 ay üçün əlavə 2500 AZN ödəniş etmişdir. Ümumilikdə obyektin çıxarışlı olan hissəsi üçün *2500 AZN, sənədsiz hissəsi üçün isə 2500 AZN ödənilərək, toplamda *5.000 AZN icarəyə verənə bank köçürməsi yolu ilə tam şəkildə ödənilmişdir. Sonrakı dövr üzrə ödənişlərin dayandırılmasının səbəbi obyektin hüquqi vəziyyəti barədə onlara doğru və tam məlumat verilməməsi olmuşdur. Belə ki, obyekt üzrə lisenziyanın mövcudluğu barədə məlumat təqdim edilməmiş, xxxxndən kəskin və dözülməz qoxu gəlməsi, obyektin sanitar-gigiyenik tələblərə cavab verməməsi ilə bağlı məlumat verilməmiş, obyektinin sənədsiz hissəsisinin sənədlərinin təmin edilməsi məqsədilə icarəyə verənə *5.000 (on beş min) AZN avans şəklində ödənilməsinə baxmayaraq, sənədlər danışıqlarında vəd edildiyi kimi 3 ay ərzində hazır edilməmişdir. Bütün bu qeyd edilənlər nəticəsində ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərində icarə müqaviləsinə xitam vermək barədə istəyi qarşı tərəfə yazılı şəkildə bildirilmişdir. Həmçinin əlavə olaraq ##.##.2026-cı il tarixində sonuncu dəfə pretenziya məktubu qarşı tərəfə göndərilərək, yenidən qarşılıqlı öhdəliklərin sıfırlanmasını, əksi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bütün göstərilən halları nəzərə alaraq, qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini kobud şəkildə pozması, obyektin hüquqi statusu barədə həlledici məlumatları gizlətməsi, sanitar-gigiyenik tələblərə uyğun olmaması barədə məlumat verməməsi, obyektin sənədsiz hissəsinin sənədlərini təqdim etməməsi, həmçinin obyekt üzrə əvvəldən mövcud olan və icarəyə verənə məxsus lisenziyanın gizlədilməsi Icarəçinin fəaliyyət göstərmək imkanını tamamilə istisna etmiş və nəticədə Icarəçiyə həm faktiki xərc, həm də əldən çıxmış mənfəət şəklində ciddi ziyan dəymişdir. Müqavilənin bağlanması zamanı lazımi məlumatın açıqlanmaması Icarəyə verənin qəsdən aldatma niyyəti ilə hərəkət etdiyini, müqavilə öhdəliklərini pozduğunu və Icarəçinin hüquqlarına bilavasitə zərər vurduğunu sübut edir.
24. Məhkəmə iclaslarında iştirak edən iddiaçı2 izahatında bildirmişdir ki, obyekt əvvəllər klinika kimi fəaliyyət göstərmiş, qarşı tərəfin direktoru Vüqar obyekti internet elanından görərək yerində baxış keçirmiş, bundan sonra tərəflər razılığa gəlmişlər. Obyektdə müəyyən təmir işlərinin aparılması nəzərdə tutulmuş, *5.000 manat əvvəlcədən ödənilmiş, aylıq icarə haqqı 2.500 manat müəyyən edilmişdir. Sonradan qarşı tərəf lisenziya məsələsini problem kimi qaldırmışdır. Nağıyevin mövqeyinə görə, qarşı tərəf başqa şəxsin/şirkətin lisenziyasının mövcudluğunu bilmiş və əvvəlcə bunun fəaliyyətə mane olmadığını qəbul etmişdir. Daha sonra lisenziya ala bilmədiklərini bildirmişlər. Obyektin arxa hissəsində kanalizasiya axıntısı və qoxu problemi barədə irad bildirildikdən sonra usta gətirilmiş və problem aradan qaldırılmışdır. Nağıyev qeyd etmişdir ki, hazırda da obyektə baxıldıqda kəskin iyin olmadığı görünür. Onun mövqeyinə görə, qarşı tərəf obyektə əvvəlcədən baxmış, vəziyyəti ilə tanış olmuş, sonradan isə müxtəlif əsaslar irəli sürərək icarə münasibətlərini davam etdirmək istəməmişdir. Münasibətlərin pozulmasının əsas səbəbi kimi icarə haqqının ödənilməməsini göstərmişdir.
25. Məhkəmə iclaslarında iştirak edən iddiaçı2 nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, xxxx ##.##.2025-ci ildə təhvil verilmiş, lakin qarşı tərəf müqaviləyə notarial qaydada xitam verilməsinə gəlmədiyindən icarəyə verən həmin müddətdə obyekti başqa şəxslərə icarəyə verə bilməmişdir. Onun izahatına görə, “xxxx Ailə” MMC özü klinika kimi fəaliyyət göstərmiş, qarşı tərəfin nümayəndəsi müqavilə bağlanmazdan əvvəl obyektə baxış keçirmiş, əvvəlcə çıxarışlı sahəyə baxmış, sonra isə bütün obyektin icarəyə götürülməsini istəmişdir. Buna görə obyektin vəziyyəti və orada əvvəlki fəaliyyət qarşı tərəfə məlum olmuşdur. Lisenziya ilə bağlı qarşı tərəfin iradlarını əsassız hesab etmiş, laboratoriyanın açılmasının mümkünlüyü barədə rəsmi cavab məktubunun təqdim edildiyini bildirmişdir. Həmçinin qarşı tərəfin obyektin vəziyyətini və lisenziya məsələsini müqavilə öhdəliklərini yerinə yetirməmək üçün sonradan əsas kimi irəli sürdüyünü qeyd etmişdir. Nəcəfovanın mövqeyinə görə, obyekt təhvil verilsə də, müqaviləyə lazımi qaydada xitam verilmədiyindən iddiaçı onu başqasına icarəyə verə bilməmiş və buna görə əldən çıxmış fayda tələb etmək hüququna malikdir.
26. Məhkəmə iclaslarında iştirak edən *-ci iş üzrə cavabdehin 2-ci iş üzrə iddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, *5.000 manat ödəniş icarə haqqı kimi deyil, avans kimi verilmiş və məqsəd obyektin laboratoriya fəaliyyəti üçün hazırlanması, zəruri işlərin və sənədləşmənin vaxtında görülməsi olmuşdur. Müqavilənin *0 il müddətinə bağlanmasının məqsədi də həmin yerdə uzunmüddətli fəaliyyət göstərmək olmuşdur. Onun sözlərinə görə, obyekt götürülərkən qarşı tərəf ərazidə laboratoriya fəaliyyətinin mümkün olacağını, çıxarış və sənədləşmə məsələlərinin həll ediləcəyini bildirmişdir. Lakin sonradan çıxarış, lisenziya və obyektin laboratoriya fəaliyyəti üçün yararlılığı ilə bağlı problemlər yaranmışdır. Quliyev həmçinin obyektə kəskin iy gəldiyini və kanalizasiya problemi olduğunu bildirmişdir. Onun mövqeyinə görə, problem əvvəlcədən mövcud olmuş, təmir işləri zamanı iy müəyyən qədər gizlənmiş, sonradan yenidən üzə çıxmışdır. Qarşı tərəf problemləri aradan qaldıracağını desə də, bunlar tam həll edilməmişdir. O, icarəyə verənin üzərinə götürdüyü şifahi razılaşmaları yerinə yetirmədiyini, nəticədə laboratoriya fəaliyyətinin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. Qarşı tərəfin bu halları əvvəlcədən düzgün açıqlamadığını əsas gətirərək müqavilənin aldadılma/vacib əhəmiyyətli yanılma nəticəsində bağlandığını iddia etmişdir. Quliyev obyektin noyabr ayında faktiki olaraq geri təhvil verildiyini, buna görə həmin tarixdən sonrakı dövr üçün icarə haqqı və əldən çıxmış fayda tələb edilməsinin əsassız olduğunu da bildirmişdir. Həmçinin görülmüş təmir və uyğunlaşdırma işlərinə görə çəkilmiş 55.000 manat xərcə istinad etmiş, *5.000 manat avansın qaytarılmasını tələb etmişdir.
27. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə *-ci iş üzrə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 8333 (səkkiz min üç yüz otuz üç) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq *03 (yüz üç) manat 33 (otuz üç) qəpik pul vəsaitinin iddiaçı iddiaçı2 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin olunmaması, 2-ci iş üzrə iddia ərizəsinin təmin edilməməsi, 2-ci iş üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi qət edilmişdir.
28. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ## ###### 2025-ci il tarixdə biri notarial qaydada, digəri isə sadə yazılı formada olmaqla iki icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, iddiaçı cavabdehə laboratoriya fəaliyyəti məqsədilə istifadə etmək üçün ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermişdir. Notarial qaydada bağlanmış müqavilə üzrə aylıq icarə haqqı 2.500 manat, sadə yazılı formada bağlanmış müqavilə üzrə isə aylıq 500 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə aylıq 3.000 manat icarə haqqı müəyyən edilmiş, tərəflər ilk beş ay üzrə icarə haqqının əvvəlcədən avans qaydasında ödənilməsini razılaşdırmışlar. Iş materiallarında olan ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına *5.000 manat məbləğində vəsait köçürülmüşdür. Həmin məbləğ tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə ilk beş aylıq icarə haqqının ümumi məbləğinə uyğundur. Qeyd etmək lazımdır ki, iddiaçı iddia tələbini yalnız notarial qaydada bağlanmış müqavilə üzrə aylıq 2.500 manat icarə haqqı əsasında irəli sürmüşdür. - Iş materiallarında olan ## ###### 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına *5.000 manat məbləğində vəsait köçürülmüş, ödənişin təyinatında həmin məbləğin 2025-ci ilin fevral, mart, aprel, may və iyun ayları üzrə avans ödənişi olduğu göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin məzmununda da ilk beş aylıq icarə haqqının əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh etirazının əsası kimi göstərmişdir ki, qeyd olunan məbləğ əslində əlavə sahənin sənədləşdirilməsi və çıxarışın alınması məqsədilə ödənilmiş, iddiaçı isə həmin öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. - Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin heç birində iddiaçının əlavə sahə üzrə çıxarış alması, həmin sahəni müəyyən müddətdə sənədləşdirməsi və ya bu məqsədlə pul vəsaiti qəbul etməsi barədə hər hansı şərt nəzərdə tutulmamışdır. Əksinə, həm müqavilələrin məzmunundan, həm də ödəniş sənədindən həmin vəsaitin avans icarə haqqı kimi ödənildiyi müəyyən edilir. Iş materiallarında olan vatsap yazışmalarından görünür ki, tərəflər arasında 2025-ci ilin iyul ayında əlavə sahənin sənədləşdirilməsi ilə bağlı müəyyən müzakirələr aparılmışdır. Lakin həmin yazışmalar belə bir öhdəliyin müqavilələr bağlanarkən əvvəlcədən razılaşdırıldığını və ya *5.000 manat məbləğində ödənişin məhz bu məqsədlə həyata keçirildiyini təsdiq etmir. Bundan əlavə, tərəflər arasında bağlanmış sadə yazılı icarə müqaviləsində müvafiq sahənin MKTB sənədi əsasında istifadəyə verildiyi açıq şəkildə göstərilmişdir. Cavabdeh həmin müqaviləni imzalamaqla sahənin hüquqi vəziyyəti və sənədləşmə forması ilə razılaşdığını ifadə etmişdir. Müqavilə şərtlərinin və tərəflərin iradə ifadələrinin təfsiri zamanı məhkəmə ilk növbədə tərəflərin yazılı şəkildə ifadə etdikləri iradəni rəhbər tutur; AR MM-nin 404.*-404.2-ci maddələrinə əsasən sonradan verilən izahatlar müqavilənin aydın məzmununu dəyişdirə bilməz. - Cavabdeh, həmçinin obyektdə kəskin qoxunun mövcud olduğunu, kanalizasiya sistemi ilə bağlı problemlərin laboratoriya fəaliyyətini mümkünsüz etdiyini və bu səbəbdən icarə haqqı ödəmək öhdəliyinin yaranmadığını bildirmişdir. Məhkəmə bu dəlili də əsaslı hesab etmir. - Belə ki, iş materiallarında cavabdehin istinad etdiyi halları təsdiq edən hər hansı ekspert rəyi, səlahiyyətli dövlət orqanının aktı və ya obyektin təyinatı üzrə istifadəyə yararsız olduğunu müəyyən edən digər mötəbər sübut mövcud deyildir. Əksinə, məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı obyektdə kəskin qoxu və ya üfunət iyisinin mövcudluğu müəyyən edilməmişdir. Bu hal cavabdehin istinad etdiyi problemin daimi və aradan qaldırılması mümkün olmayan xarakter daşıması barədə mövqeyi ilə uzlaşmır. - Bundan başqa, cavabdehin öz izahatlarından görünür ki, istinad etdiyi hallar müqavilə bağlandıqdan və obyekt qəbul edildikdən sonra aşkar edilmişdir. Cavabdeh isə uzun müddət obyektdən istifadə etdiyini, avadanlıqlar yerləşdirdiyini və fəaliyyətə hazırlıq işlərini davam etdirdiyini bildirmişdir. AR MM-nin 677.3-cü maddəsinə əsasən icarəçi müqavilə müddəti ərzində aşkar etdiyi uyğunsuzluqlar barəsində icarəyə verənə dərhal bildiriş verməli, bildiriş verilmədikdə isə bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borclu olur. Iş materialları ilə cavabdeh tərəfindən istinad edilən qüsurlar aşkar edildikdən dərhal sonra və qanunun tələb etdiyi qaydada iddiaçıya bildirilməsi, habelə həmin qüsurların mövcudluğunun mötəbər sübutlarla təsdiq edilməsi müəyyən olunmur. - Cavabdeh tərəfindən irəli sürülən digər etiraz lisenziya məsələsi ilə bağlı olmuşdur. Cavabdeh hesab etmişdir ki, obyekt üzrə əvvəllər mövcud olmuş lisenziya barədə məlumat verilməməsi onun fəaliyyətə başlamasına mane olmuşdur. Lakin iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, cavabdeh obyektlə ilk tanışlıq zamanı həmin sahənin əvvəllər klinika kimi fəaliyyət göstərdiyini görmüş, iddiaçı tərəfindən də obyekt üzrə lisenziyanın mövcudluğu barədə məlumat verilmişdir. Iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, hətta zərurət yaranacağı təqdirdə lisenziyanın aid olduğu hüquqi şəxsin cavabdehin adına rəsmiləşdirilməsi məsələsində də köməklik göstərməyə hazır olduğunu bildirmişdir. Bu hallar cavabdehin lisenziyanın mövcudluğundan xəbərsiz olması barədə mövqeyi ilə uzlaşmır. - Bundan əlavə, iş materiallarında olan sənədlərdən görünür ki, lisenziyaya əlavənin verilməsindən imtina yalnız əvvəlki lisenziyanın mövcudluğu ilə əlaqələndirilməmiş, eyni zamanda digər nöqsanlar da imtinanın əsasları sırasında göstərilmişdir. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən bu məsələ qaldırıldıqdan sonra iddiaçı əvvəlki lisenziyanın ləğvi üçün müraciət etmiş və həmin lisenziya ## #### 2025-ci il tarixdə ləğv edilmişdir. Beləliklə, cavabdehin istinad etdiyi maneə daimi xarakter daşımamış, aradan qaldırılması mümkün olmuşdur. Bu səbəbdən əvvəlki lisenziyanın mövcudluğu ilə 2-ci iş üzrə iddiaçının fəaliyyətə başlaya bilməməsi arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. - Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi hal müqavilənin icrasını obyektiv surətdə mümkünsüz edən və ya onu icarə haqqı ödəmək öhdəliyindən azad edən əsas kimi qiymətləndirilə bilməz. - Məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə münasibətlərinin mövcudluğunu və obyektin qəbul edilməsini mübahisələndirmir, lakin *5.000 manat məbləğində ödənişin hüquqi təyinatı ilə bağlı fərqli mövqe tutur. Məhkəmə isə yuxarıda göstərilən əsaslarla həmin dəlili qəbul etmir və qeyd olunan ödənişin ilk beş aylıq icarə haqqına aid olduğunu müəyyən edir. Eyni zamanda iş materiallarında 2025ci ilin iyul ayından sonrakı dövr üzrə icarə haqqının ödənildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. AR MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh həmin dövr üzrə ödəniş etdiyini və ya ödəniş öhdəliyindən azad olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. - Cavabdeh sentyabr ayında müqaviləyə xitam verilməsi barədə bildiriş təqdim etdiyini göstərsə də, iş materialları həmin bildirişdən sonra da tərəflər arasında icarə münasibətlərinin faktiki olaraq davam etdiyini təsdiq edir. Belə ki, cavabdeh sentyabr ayında verdiyi bildirişdən sonra obyekti təhvil verməmiş, istifadəsini davam etdirmiş və yalnız noyabr ayında yenidən xitam bildirişi təqdim etmişdir. Cavabdehin noyabr ayında təkrar xitam bildirişi verməsi də sentyabr ayında müqavilə münasibətlərinin başa çatmadığını, tərəflər arasında hüquq münasibətlərinin davam etdiyini göstərir. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, cavabdeh faktiki olaraq ## ###### 2025-ci il tarixinədək obyektdən istifadə etmiş, həmin tarixdə isə tərəflərin qarşılıqlı razılığı əsasında obyekt boşaldılmış və icarə münasibətlərinə son qoyulmuşdur. - Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin icarə haqqı ödəmək öhdəliyi ## ###### 2025-ci il tarixinədək davam etmişdir. Müqavilə üzrə aylıq icarə haqqı 2.500 manat təşkil etdiyindən, avqustun *0-dan noyabrın *0-dək olan 3 aylıq dövr üzrə ümumilikdə 7.500 manat (3 x 2.500 manat) borc yaranmışdır. Noyabr ayı üzrə isə cavabdeh 2* noyabr tarixinədək obyektdən istifadə etdiyindən, həmin ay üçün *0 günlük istifadə müddətinə mütənasib olaraq 833 manat məbləğində icarə haqqı hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən ödənilməmiş icarə haqqının ümumi məbləği 8.333 manat təşkil edir. - Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməmiş 8.333 manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması üçün hüquqi və faktiki əsaslar mövcuddur. - Iddiaçı, həmçinin ## ###### 2025-ci il tarixindən notarial qaydada bağlanmış icarə müqaviləsinə ## ###### 2026-cı il tarixində xitam verilənədək olan dövr üçün 5.833 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə iddianın bu hissəsini əsaslı hesab etmir. - Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisəli obyekt ## ###### 2025-ci il tarixində faktiki olaraq boşaldılmış və iddiaçıya təhvil verilmişdir. Işdə olan sübutlar həmin tarixdən sonra cavabdehin obyektdən istifadə etməsini və ya onu öz sahibliyində saxlamasını təsdiq etmir. - Iddiaçının digər əsası kimi göstərdiyi hal — notarial ləğvin gecikməsi üzündən başqa şəxsə icarəyə verə bilməmək — AR MM-nin 443.2-ci maddəsi mənasında əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz. Bunun üçün iddiaçı konkret potensial icarəçinin mövcud olduğunu, real icarə danışıqlarının aparıldığını və ya sözügedən müddətdə obyekti icarəyə verməyin həqiqətən mümkün olduğunu sübuta yetirməli idi. Iş materiallarında bu xarkterdə hər hansı sübut — razılaşma, yazışma, təklif məktubu və ya digər mötəbər sənəd — mövcud deyildir. - Əlavə olaraq, iş materiallarında olan yazışmalardan müəyyən olunur ki, notarial qaydada xitamın rəsmiləşdirilməsinin gecikməsi cavabdehin qəsdən müqaviləni ləğv etməkdən yayınması nəticəsində baş verməmişdir. 2026-cı ilin yanvar ayında iddiaçının özü tərəfindən müraciət göndərildikdən sonra tərəflər qısa müddət ərzində notariat orqanına müraciət etmiş və müqaviləyə xitam verilməsi barədə saziş bağlamışlar. Bu hal iddiaçının notarial ləğvi əldən çıxmış fayda tələbinin şərti kimi cavabdehin üzərinə yükləyə bilməyəcəyini göstərir. - Iddiaçı faktiki olaraq əldən çıxmış faydanın əvəzini tələb edir, lakin həmin faydanın əldə olunmasının real və yüksək ehtimalla mümkün olduğunu sübuta yetirmir. - Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 5.833 manat hissəsində hüquqi və sübutetmə baxımından əsaslı deyil və bu hissədə təmin edilə bilməz. - Həmçinin, *-ci iş üzrə iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, təmin edilmiş hissəyə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş *43 manat dövlət rüsumunun *03,33 manatının əvəzi *-ci iş üzrə cavabdehdən *-ci iş üzrə iddiaçının xeyrinə tutulmalıdır. - Məhkəmə 2-ci iş üzrə iddianın müqavilələrin etibarsız hesab edilməsi hissəsini qiymətləndirərkən *-ci işin iddiası üzrə müəyyən edilmiş halları, iş materiallarında olan sübutları və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin bu tələbi əsaslı deyildir. - Məhkəmə *-ci işin iddiası üzrə tələbləri araşdırarkən tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli icarə müqavilələrinin məzmununu, tərəflərin müqavilə münasibətlərinin yaranması və icrası ilə bağlı davranışlarını, ödəniş sənədlərini, elektron yazışmaları və digər sübutları qiymətləndirərək müəyyən etmişdir ki, müqavilələrdə əlavə sahənin müəyyən müddət ərzində sənədləşdirilməsi, həmin sahə üzrə çıxarış alınması və ya bunun müqabilində ayrıca pul vəsaiti ödənilməsi barədə hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi *5.000 manat məbləğində vəsait müqavilələr üzrə ilk beş ay üçün avans icarə haqqı qismində ödənilmişdir. - Məhkəmə tərəfindən artıq müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında sonradan əlavə sahənin sənədləşdirilməsi ilə bağlı müəyyən müzakirələr aparılsa da, həmin yazışmalar müqavilələrin bağlanması zamanı belə bir öhdəliyin mövcud olduğunu və ya bunun tərəflərin razılaşmasının mühüm şərtini təşkil etdiyini təsdiq etmir. Eyni zamanda müqavilədə əlavə sahənin MKTB sənədi əsasında istifadəyə verildiyi açıq şəkildə göstərilmiş, “xxxx” MMC-də müqavilələri həmin şərtlərlə imzalamışdır. - Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ## ###### 2025-ci il tarixdə AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə həmin əlavə sahəyə dair **** saylı dövlət icarə müqaviləsi bağlamışdır. Bu hal göstərir ki, əlavə sahənin hüquqi sənədləşdirilməsi iddiaçının özü tərəfindən dövlət orqanı vasitəsilə həyata keçirilmişdir. - 2-ci iş üzrə iddiada göstərilən digər əsaslarla bağlı da məhkəmə *-ci işin iddiası üzrə araşdırma zamanı müəyyən etmişdir ki, obyektdə laboratoriya fəaliyyətini mümkünsüz edən və ya müqavilələrin bağlanmasına həlledici təsir göstərə biləcək xarakterdə qüsurların mövcudluğu sübuta yetirilməmişdir. Iş materiallarında həmin halları təsdiq edən ekspert rəyi və ya digər mötəbər sübutlar yoxdur. Bundan əlavə, “xxxx” MMC müqavilələr bağlandıqdan sonra obyekti qəbul etmiş, obyektdən istifadə ilə bağlı hazırlıq tədbirləri görmüş, müəyyən müddət ərzində istifadə etmişdir ki, bu da iddia edilən qüsurların müqavilənin bağlanmasına mane olacaq dərəcədə aşkar və əhəmiyyətli olması barədə dəlilləri təsdiqləmir. - Iddiaçının əvvəlki lisenziyanın mövcudluğunun gizlədilməsi ilə bağlı arqumentlərinə münasibətdə də məhkəmə *-ci işin iddiası üzrə araşdırma zamanı müəyyən etmişdir ki, “xxxx” MMC obyektlə tanış olarkən həmin sahənin əvvəllər tibbi fəaliyyət üçün istifadə olunduğunu bilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, lisenziyaya əlavənin verilməsindən imtina yalnız əvvəlki lisenziyanın mövcudluğu ilə əlaqələndirilməmiş, digər hallar da imtina üçün əsas göstərilmişdir. Sonradan isə əvvəlki lisenziyanın ləğv edilməsi həmin halın müqavilə münasibətlərinin davam etdirilməsinə maneə yaratmadığını göstərir. - AR MM-nin 339.2-ci maddəsinə əsasən aldadılma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi o hallarda həyata keçirilir ki, əqd aldatma olmadan bağlana bilməyəcəyi aşkar olsun; əgər tərəflərdən biri barəsində susulan hallar haqqında məlumat versəydi digər tərəfin müqavilə bağlamayacağı hallar mövcud olsa, bu zaman aldadılmış tərəfin mübahisələndirmə hüququ tanınır. Hazırki işdə isə məhkəmə aşağıdakı üç halı müəyyən etmişdir: - Birincisi, “xxxx” MMC müqavilə bağlanarkən həmin sahənin tibbi fəaliyyət üçün istifadə olunduğunu, dolayısı ilə müvafiq lisenziyanın mövcud ola biləcəyini bilirdi. Bu hal özlüyündə iddiaçının MM-nin 339.2-ci maddəsi mənasında aldadıldığını istisna edir. - Ikincisi, lisenziyanın mövcudluğu lisenziyaya əlavənin verilməsindən imtina üçün yeganə əsas olmamış, Iqtisadiyyat Nazirliyinin ## #### 2025-ci il tarixli məktubunda çoxsaylı digər nöqsanlar da göstərilmişdir. Bu nöqsanlar müəssisənin texnikisanitariya cəhətdən tam hazır olmamasından irəli gəlir ki, bunların icarəyə verənin aldatması ilə əlaqəsi sübuta yetirilməmişdir. - Üçüncüsü, KM Plenumunun ##.##.202*-ci il tarixli qərarında qeyd edildiyi kimi, mübahisə edilən əqdin mübahisələndirilməsi kəsici müddətlər daxilində həyata keçirilməlidir. AR MM-nin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma halında əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “xxxx” MMC isə ## ######## 2025-ci il tarixli bildirişindən etibarən sözügedən halları bildiyini açıq şəkildə ifadə etmiş, lakin müqaviləni müvafiq müddət ərzində formal qaydada mübahisələndirməmişdir. Bu hal da müqavilənin etibarsızlığı tələbinin həm əsaslandırılmamış, həm də kəsici müddət baxımından problemli olduğunu göstərir. - Hətta iddiaçının istinad etdiyi hallar mövcud hesab edilsə belə, onlar özlüyündə müqavilənin etibarsızlığına səbəb olan aldatma və ya vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilə bilməz. - Beləliklə, 2-ci iş üzrə iddianın əsasını təşkil edən hallar üzrə məhkəmə tərəfindən müəyyən edilmiş faktiki vəziyyət cavabdehin müqavilələr bağlanarkən iddiaçını aldatdığını, müqavilənin bağlanması üçün əhəmiyyətli məlumatları qəsdən gizlətdiyini və ya iddiaçının iradəsinin aldatma və ya vacib əhəmiyyətli yanılmanın təsiri altında formalaşdığını təsdiq etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün AR MM-nin 337, 339.2 və 339.6-cı maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından 2-ci iş üzrə iddia həmin hissədə təmin edilə bilməz. - 2-ci iş üzrə iddiaçı "xxxx" MMC cavabdeh iddiaçı2 55.000 manat məbləğində zərərin tutulmasını tələb etmişdir. - Məhkəmə 2-ci iş üzrə iddianın bu hissəsini qiymətləndirərkən aşağıdakı ardıcıllığı rəhbər tutur: əvvəlcə müqavilənin etibarlılığı; sonra icarəyə verənin müqavilə öhdəliklərini pozub-pozmadığı; daha sonra isə zərərin mövcudluğu və miqdarı. - Yuxarıda müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilələr etibarlıdır. Müqavilənin etibarlı olduğu şəraitdə AR MM-nin 675-ci maddəsinə əsasən icarəyə verən bütün icarə müddəti ərzində xxxxnin müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə saxlanması öhdəliyini daşıyır. 677.*.2-ci maddəsinə əsasən isə müqaviləyə uyğunsuzluq icarəyə verənin cavabdeh olduğu hal nəticəsində əmələ gəlmişsə, icarəçi öhdəliyin icra edilməməsi nəticəsinde dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin bu hüquqdan istifadə üçün icarəçi həm uyğunsuzluğun mövcudluğunu, həm uyğunsuzluqla dəymiş zərər arasındakı səbəbli əlaqəni, həm də zərərin məbləğini sübuta yetirməlidir (AR MPM-nin 77.*- ci maddəsi). - Iş materiallarında olan sənədlərdən görünür ki, 2-ci iş üzrə iddiaçı tərəfindən müxtəlif qaimələr, hesab-fakturalar, sifariş sənədləri və digər maliyyə sənədləri təqdim edilmişdir. Lakin məhkəmə həmin sənədləri qiymətləndirərək hesab edir ki, onlar özlüyündə 2-ci iş üzrə iddiaçının tələb etdiyi 55.000 manat məbləğində zərərin mövcudluğunu və məbləğini sübuta yetirmir. - Belə ki, təqdim edilmiş sənədlərdən mübahisəli obyekt üzrə konkret olaraq hansı təmir işlərinin görüldüyü, hansı avadanlıqların həmin obyekt üçün alındığı, onların obyektə quraşdırıldığı və ya istifadə edildiyi müəyyən olunmur. Qaimə və digər maliyyə sənədləri yalnız müəyyən mal və xidmətlərin əldə edilməsini göstərir, lakin həmin mal və xidmətlərin məhz mübahisəli obyektlə bağlı olduğunu təsdiq etmir. - Bundan başqa, təqdim edilmiş sənədlərin bir hissəsinde 2-ci iş üzrə iddiaçıdan fərqli şəxslər və hüquqi şəxslər tərəf qismində göstərilmiş, bir hissəsi isə yalnız sifariş və ya təklif xarakterli sənədlərdən ibarət olmuşdur. Həmçinin sənədlərin bir qismi mübahisəli hüquq münasibətlərinin yaranmasından əvvəlki və ya sonrakı dövrlərə aid olmuşdur. Məhkəmənin keçirdiyi yerində baxış zamanı da “xxxx” MMCyə məxsus hər hansı avadanlığın həmin obyektdə mövcud olmadığı müəyyən edilmişdir. - Məhkəmə nəzərə alır ki, 2-ci iş üzrə iddiaçı fəaliyyətini yalnız mübahisəli obyektdə deyil, digər ünvanlarda da həyata keçirmişdir. Bu səbəbdən təqdim olunmuş sənədlərdə göstərilən xərclərin məhz mübahisəli obyekt üçün çəkildiyi, həmin obyektin təmiri, təchizatı və ya fəaliyyətə hazırlanması ilə bağlı olduğu etibarlı sübutlarla təsdiq edilməmişdir. Iş materiallarında mübahisəli obyektdə konkret hansı işlərin görüldüyünü, həmin işlərin həcmini və dəyərini müəyyən etməyə imkan verən təhvil-təslim aktları, görülmüş işlərə dair sənədlər, ekspert rəyləri və ya digər mötəbər sübutlar mövcud deyildir. - Eyni zamanda 2-ci iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər tələb olunan 55.000 manat məbləğinin hansı konkret xərclərdən ibarət olduğunu və həmin məbləğin necə hesablandığını, formalaşdığını müəyyən etməyə imkan vermir. - Beləliklə, 2-ci iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla mübahisəli obyekt üzrə konkret hansı işlərin görüldüyü, hansı xərclərin məhz həmin obyektlə bağlı çəkildiyi, icarəyə verənin hansı müqavilə öhdəliyini pozduğu və tələb olunan 55.000 manat məbləğində zərərin mövcudluğu kifayət qədər sübuta yetirilmədiyindən məhkəmə 2-ci iş üzrə iddianın 55.000 manat məbləğində zərərin tutulması hissəsini əsaslı hesab etmir. - 2-ci iş üzrə iddia rədd olunduğundan məhkəmə hesab edir ki, 2-ci iş üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir.
29. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 2*, 2*.*, 2*.2, 2*.3, 324.5, 337, 337.*, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 339.6,347.*, 354.2, 390.*, 399.*, 404.*, 404.2, 443.*, 443.2, 676, 677, 700-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.202*-ci il tarixli qərarın istinad etmişdir.
30. Həmin qətnamədən “xxxx” MMC apellyasiya verərək onun qismən ləğv edilməsini və birinci iş üzrə iddianın tam rədd olunması, ikinci iş üzrə iddia tələbinin təmin olunması, məhkəmə xərclərinin iddiaçı2 oğundan tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabbdeh şikayətində qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını bildirmiş, qeyd etmişdir ki, icarə müqaviləsi bağlanarkən icarəyə verən mübahisəli obyektin laboratoriya fəaliyyəti üçün yararlı olması barədə onda yanlış təsəvvür yaratmış, obyektin kanalizasiya sistemində mövcud olan problemləri, kəskin və aradan qaldırılması mümkün olmayan qoxunu, obyekt üzrə əvvəlki lisenziyanın mövcudluğunu, habelə əlavə sahənin hüquqi vəziyyəti və ona dair çıxarışın olmaması barədə əhəmiyyətli məlumatları ondan gizlətmişdir. Şikayətdə qeyd edilmişdir ki, kanalizasiya probleminin mövcudluğu sonradan keçirilmiş yerində baxış zamanı da müəyyən edilmiş, kəskin qoxunun olduğu təsdiqlənmişdir. Şikayət verənin qənaətinə görə, həmin problemin sonradan aşkar edilməsi onun müqavilə bağlanarkən mövcud olmadığını göstərmir, əksinə, kanalizasiya sisteminin və boruların vəziyyəti problemin davamlı xarakter daşıdığını təsdiq edir. Bu səbəbdən obyektin tibbi laboratoriya fəaliyyəti üçün yararlı vəziyyətdə təhvil verilmədiyi irəli sürülmüşdür. Bundan başqa, apellyasiya şikayətində göstərilmişdir ki, “xxxx” MMC-yə obyekt üzrə müvafiq lisenziyanın alınmasının mümkün olacağı bildirilsə də, sonradan həmin sahə üzrə başqa hüquqi şəxsə verilmiş qüvvədə olan lisenziyanın mövcudluğu aşkar edilmişdir. Şikayət verən hesab etmişdir ki, əvvəlki lisenziyanın mövcudluğu və əlavə sahəyə dair çıxarışın olmaması müqavilə bağlanarkən ona bildirilməli olan mühüm hallar olmuş, həmin məlumatlar əvvəlcədən məlum olsaydı, müqaviləni bağlamazdı. Həmçinin, əlavə sahəyə dair çıxarışın alınacağı barədə icarəyə verən tərəfindən vəd verilmiş, məhz həmin vədə inanılaraq beş aylıq icarə haqqı məbləğində *5.000 manat avans ödənilmiş, lakin sonradan həmin sahənin hüquqi sənədləşdirilməsi vaxtında təmin edilməmişdir. Göstərilən hallar birlikdə qiymətləndirildikdə icarəyə verənin müqavilənin bağlanması üçün əhəmiyyətli məlumatları qəsdən gizlətdiyini, bununla da “xxxx” MMC-nin iradəsinin formalaşmasına təsir göstərdiyini təsdiq edir və bu səbəbdən müqavilənin aldatma təsiri altında bağlanmış əqd kimi etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Apellyasiya şikayətində, həmçinin ## ######## 2025-ci il tarixli bildirişlə müqaviləyə xitam verildiyi, həmin bildirişin ## ######## 2025-ci ildə qarşı tərəfə çatdığı, buna görə də sentyabr ayından sonrakı dövr üçün icarə haqqının hesablanmasının əsassız olduğu göstərilmişdir. Şikayət verən sonradan göndərilmiş bildirişlərin əvvəlki xitamın hüquqi nəticələrini aradan qaldırmadığını və noyabr ayınadək icarə haqqının tutulmasının qanunsuz olduğunu bildirmişdir. Nəhayət, qarşılıqlı iddia üzrə tələb edilən 55.000 manat zərərə münasibətdə şikayət verən obyektin laboratoriya fəaliyyəti üçün hazırlanması məqsədilə təmir-tikinti işləri aparıldığını, havalandırma sisteminin qurulduğunu, avadanlıq və materialların alındığını, sanitar qovşaqların və digər kommunikasiya sistemlərinin yaradıldığını, müvafiq icazələrin alınması üçün xərclər çəkildiyini bildirmiş, həmin xərcləri təsdiq edən qaimə, hesab-faktura və digər maliyyə sənədlərinin məhkəməyə təqdim edildiyini, lakin birinci instansiya məhkəməsinin həmin sübutlara lazımi hüquqi qiymət vermədiyini göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etirazlar
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə *0.*. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
35. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
36. Maddə *3. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
37. Maddə *4.2.*. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
38. Maddə 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
41. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
42. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
44. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
47. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
48. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
49. Maddə 339.6. Bu Məcəllənin 339.*-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
50. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Maddə 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Maddə 390.*. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
54. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
56. Maddə 443.*. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
57. Maddə 684.*. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
58. Maddə 700.*. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
59. Maddə 700.3. Əgər Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
60. Maddə 700.5. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.202*-ci il tarixli qərarı
61. “...Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
62. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.*. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.*.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.*.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.*.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
69. Istinad edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin olunan hissəsi təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğv olunmasını qeyd etsə də, faktiki olaraq qətnaməni iddiaçı2 iddia tələbinin qismən təmin olunması, “xxxx” MMC-nin iddia tələbinin rədd olunması ilə bağlı hissəsini mübahisələndirimiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə birlikdə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir.
71. Kollegiya əqdin etibarsızlığı ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, mübahisələndirilən əqdlərin etibarsızlığı məsələsi qiymətləndirilərkən ilk növbədə tərəfin istinad etdiyi iradə qüsurunun hüquqi xarakteri müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 202*-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlər iddia müddəti deyil, əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi üçün müəyyən edilmiş kəsici müddətlərdir. Mübahisələndirilən əqd isə qanunda müəyyən edilmiş müddətdə mübahisələndirilənədək etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələr doğurur.
72. Hazırkı halda iddiaçının dəlillərinin mahiyyətindən görünür ki, o, müqavilənin bağlanması zamanı əvvəlki lisenziyanın mövcudluğu və obyektin müəyyən xüsusiyyətləri barədə məlumatların icarəyə verən tərəfindən qəsdən gizlədildiyini, həmin məlumatları biləcəyi halda müqaviləni bağlamayacağını bildirərək faktiki olaraq aldatmaya istinad edir. Bu baxımdan həmin dəlillərin Mülki Məcəllənin 339.2-ci maddəsi çərçivəsində qiymətləndirilməsi zəruridir və onlara vacib əhəmiyyətli yanılmaya dair bir aylıq kəsici müddətin tətbiqi əsaslı hesab edilə bilməz.
73. Bununla belə, iş üzrə müəyyən edilmiş faktiki hallar iddiaçının müqaviləni aldatmanın təsiri altında bağlaması nəticəsinə gəlməyə əsas vermir.
74. Belə ki, “xxxx” MMC-nin öz izahatlarından görünür ki, müqavilə bağlanmazdan əvvəl onun nümayəndələri mübahisəli obyektə baxış keçirmiş, obyektin sahəsi və faktiki vəziyyəti ilə bilavasitə tanış olmuşlar. Hətta obyektin sahəsinin fəaliyyət üçün kiçik hesab edilməsi səbəbindən əvvəlcə onun icarəyə götürülməsindən imtina edilmiş, yalnız əlavə sahədən istifadə imkanının təklif edilməsindən sonra müqavilənin bağlanmasına razılıq verilmişdir.
75. Belə olan halda, xxxxnin xüsusiyyətlərinin iddiaçıdan gizlədilməsi barədə dəlil onun öz izahatları ilə uzlaşmır. Əksinə, qeyd olunan hallar tərəflər arasında obyektin xüsusiyyətləri barədə danışıqlar aparıldığını, iddiaçının obyekti bilavasitə nəzərdən keçirərək onun öz fəaliyyətinə uyğunluğunu qiymətləndirdiyini və bundan sonra müqavilə bağlamaq barədə qərar qəbul etdiyini göstərir.
76. Kanalizasiya sistemində problem və kəskin qoxunun mövcudluğunun gizlədilməsi barədə dəlilə münasibətdə də kollegiya nəzərə alır ki, müqavilə bağlanarkən və obyekt iddiaçıya təhvil verilərkən laboratoriya fəaliyyətini mümkünsüz edən belə bir qüsurun mövcud olması iş materialları ilə təsdiq edilmir. Iddiaçı obyekti qəbul etmiş, orada fəaliyyətə hazırlıq işləri həyata keçirmiş və müəyyən müddət ərzində ondan istifadə etmişdir. Obyektin təhvil alındığı vaxt kanalizasiya sistemində istifadəyə mane olan qüsurun olması barədə hər hansı iradın bildirilməsi və ya bununla bağlı müvafiq qaydada icarəyə verənə müraciət edilməsi müəyyən olunmur.
77. Sonrakı dövrdə keçirilmiş baxış zamanı obyekt daxilində kəskin qoxunun müəyyən edilsə belə, bu hal özlüyündə həmin problemin müqavilənin bağlandığı və obyektin təhvil verildiyi vaxtdan mövcud olduğunu, icarəyə verənin bundan xəbərdar olduğunu və həmin halı müqavilənin bağlanmasına nail olmaq məqsədilə qəsdən gizlətdiyini təsdiq etmir. Buna görə də sonradan aşkar edilmiş hal müqavilənin bağlanması zamanı aldatmanın mövcudluğunun sübutu kimi qəbul edilə bilməz.
78. Kollegiya əvvəlki lisenziyanın mövcudluğunun gizlədilməsi nəticəsində iddiaçının lisenziya ala bilməməsi barədə dəlili də əsaslı hesab etmir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin lisenziya əlavəsinin verilməsindən imtina edilməsi barədə məktubundan görünür ki, imtinanın səbəbi yalnız həmin ünvan üzrə digər hüquqi şəxsə verilmiş lisenziyanın mövcudluğu olmamışdır. Aparılmış qiymətləndirmə zamanı obyekt və iddiaçının nəzərdə tutduğu tibbi fəaliyyətin təşkili ilə bağlı çoxsaylı digər çatışmazlıqlar da müəyyən edilmişdir.
79. Belə ki, havalandırma sisteminin qiymətləndirilməsi üçün zəruri sxemlərin təqdim edilməməsi, müəssisənin eksplikasiya sxeminin olmaması, tibbi tullantıların saxlanılması və utilizasiyasının lazımi qaydada təşkil edilməməsi, ayrı-ayrı tibbi otaqların zəruri avadanlıqlarla təmin olunmaması, laboratoriya otaqlarının lazımi tibbi alət, mebel və gigiyenik vasitələrlə tam təchiz edilməməsi, tibbi qeydiyyat sənədlərinin olmaması, bəzi sahələrdə təmir-tamamlama işlərinə ehtiyacın qalması və digər nöqsanlar da lisenziya əlavəsinin verilməsindən imtinanın əsasları sırasında göstərilmişdir.
80. Üstəlik, həmin məktubda müəyyən edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin alınması üçün yenidən müraciət edilməsinin mümkün olduğu göstərilmişdir. Bu hal obyekt üzrə tibbi fəaliyyətə lisenziya alınmasının obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblərdən qeyri-mümkün olması barədə iddiaçının mövqeyini təsdiq etmir.
81. Buna görə də əvvəlki lisenziyanın mövcudluğu ilə iddiaçının lisenziya əlavəsi ala bilməməsi və nəticədə fəaliyyətə başlaya bilməməsi arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. Əvvəlki lisenziyanın mövcud olmaması halında belə, Nazirliyin müəyyən etdiyi digər çatışmazlıqlar aradan qaldırılmadan lisenziya əlavəsinin verilməsi üçün zəruri şərtlərin mövcud olduğu qənaətinə gəlmək mümkün deyildir.
82. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının həmin ünvanda daha əvvəl tibbi fəaliyyət üzrə lisenziyanın mövcudluğunun icarəyə verən tərəfindən ondan gizlədilməsi barədə dəlili də inandırıcı deyildir. Belə ki, iddiaçının öz izahatlarından onun müqavilə bağlanmazdan əvvəl obyektə baxış keçirdiyi və həmin obyektin klinika kimi istifadə olunduğunu bildiyi müəyyən edilir. Iddiaçı tibbi fəaliyyət sahəsində peşəkar sahibkarlıq subyekti olmaqla, klinika kimi fəaliyyət göstərən obyektin müvafiq lisenziya əsasında fəaliyyət göstərməli olduğunu bilməli idi. Bu baxımdan, əvvəlki istifadəçinin həmin ünvanda tibbi fəaliyyət üzrə lisenziyasının mövcudluğu iddiaçı üçün gizli və yalnız icarəyə verənin açıqlaması ilə öyrənilə biləcək hal hesab edilə bilməz.
83. Əlavə sahəyə dair çıxarışın olmaması ilə bağlı dəlil də müqavilələrin aldatma nəticəsində bağlanmasını təsdiq etmir. Iş materiallarından həmin sahənin hüquqi sənədləşdirilməsi istiqamətində tədbirlərin görüldüyü müəyyən olunur. Eyni zamanda, əlavə sahənin sənədləşdirilməsi ilə bağlı müəyyən danışıqların aparılması həmin sahəyə dair hüquqi vəziyyətin iddiaçıdan qəsdən gizlədilməsi və ya müqavilənin bağlanması üçün ona bilərəkdən həqiqətə uyğun olmayan məlumat verilməsi faktını özlüyündə təsdiq etmir.
84. Beləliklə, iş üzrə sübutların məcmusundan icarəyə verənin müqavilələrin bağlanması üçün mühüm əhəmiyyət daşıyan halları bilərəkdən gizlətməsi və ya iddiaçıya həqiqətə uyğun olmayan məlumat verməsi, iddiaçının isə məhz belə davranış nəticəsində müqavilələri bağlaması müəyyən edilmir. Əksinə, iddiaçının obyekti əvvəlcədən nəzərdən keçirməsi, onun sahəsini və fəaliyyətinə uyğunluğunu qiymətləndirməsi, bundan sonra müqavilələri bağlaması və obyekti qəbul edərək istifadəyə başlaması müqavilələrin tərəflərin sərbəst iradəsi əsasında bağlandığını göstərir.
85. Bu səbəbdən kollegiya hesab edir ki, ## ###### 2025-ci il tarixli icarə müqavilələrinin aldatma təsiri altında bağlanması əsası ilə etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337, 339.2 və 339.6-cı maddələrində nəzərdə tutulan hüquqi əsaslar mövcud deyildir.
86. Kollegiya qeyd edir ki, 55.000 manat məbləğində zərərin tutulması tələbi də əsaslı sayıla bilməz. Belə ki, təqdim olunmuş qaimə, hesab-faktura və digər maliyyə sənədləri həmin xərclərin hamısının konkret olaraq mübahisəli obyekt üçün çəkildiyini, hansı işlərin görüldüyünü və onların həcmini, habelə həmin xərclərlə icarəyə verənin hər hansı hüquqazidd davranışı arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu müəyyən etməyə imkan vermir.
87. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
88. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
“xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. “xxxx” MMC qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.