Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-961/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh Abdi Səbuhi Vaqif oğluna qarşı pulun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş şikayətlərin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli Icarə müqaviləsi üzrə (36 ay - ## ### 2026) icarə haqqı borcunun – 180000 ( bir yüz səksən min ) manatın; torpaq icarəsi üzrə -10031,7 (on min otuz bur manat yetmiş qəpik) manatın; icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə ödənilən vergi məbləğinin – 25200 (iyirmi beş min iki yüz) manatın; bərpa işləri ilə bağlı vurulmuş maddi ziyanın (700 ədəd daşdan hörülmüş divarın sökülməsi) – 1000 (bir min) manatın; şüşə qapının bərpası üçün – 2000 (iki min) manatın, kündə üçün nəzərdə tutulmuş mərmər masanın bərpası üçün – 2000 (iki min) manatın; dağıdılmış çörək bişirmə peçinin yenisi ilə əvəz olunması üçün – 40000 (qırx min) manatın; 3 ədəd təndirin bərpası üçün – 6000 (altı min) manatın; tüstü borusunun bərpası üçün – 1000 (bir min) manatın; 6 kub.metr taxta /5x10/ və 10 ədəd 22 mm dikt üçün – 3000 (üç min) manatın (1000+2000+2000+40000+6000+1000+3000=55000); əlavə əmlak vergisi bir ili 195,19 (bir yüz doxsan beş manat 19 qəpik) manat və 4 il üçün 780,76 (yeddi yüz səksən manat yetmiş altı qəpik ) manatın (195,19 x4=780,76), qaz pulu – 555,12 (beş yüz əlli beş manat on iki qəpik) manat + sayğac və quraşdırılması üçün 1000 (bir min) manat; işıq pulu – 884, 25 (səkkiz yüz səksən dörd manat iyirmi beş qəpik ) manat + sayğac və quraşdırılması üçün 1000 (bir min) manat; su pulu - sayğac və quraşdırılması üçün 1000 (bir min) manat; telefon – 36 ayx7,60=273,6 + 200 modem pulu və nömrənin bərpası; internet 36x50=1800 + 200 modem pulu və xəttin bərpası, icarə müqaviləsi üzrə 13-cü bənd); əmlakın istismara yararlı hala gətirilməsi – 15000 (on beş min) manat, icarə müqaviləsi 12-ci bənd; bir ədəd nərdivan – 300 ( üç yüz ) manat + 2 ədəd dəmir kündə rəfi təkərli – 2000 (iki min) manat + bir ədəd zibil qutusu – 200 ( iki yüz ) manat + bir ədəd monitor – 500 (beş yüz) manat + 3 ədəd şüşə vitrin – 1000 (bir min) manat (300+2000+200+500+1000=4000), icarə müqaviləsi 6-cı bənd (780,76+1884,25+1555,12+1000+473,6+2000+15000+4000=26693,73); ümumilikdə, cavabdeh Cavabdeh 296931,43 ( iki yüz doxsan altı min doqquz yüz otuz bir manat qırx üç qəpik) manat pul məbləğinin (215237,7+55000+26693,73=296931,43); dövlət rüsumu olaraq ödənilmiş 587 (beş yüz səksən yeddi) manatın; hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manatın alınaraq - iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, təmir-tikinti və yaxşılaşdırma işlərinə sərf olunan 51900 manat xərcin əvəzinin, hüquqlarını müdafiə etdiyi vəkilə ödədiyi 500 (beş yüz) manat xidmət haqqının və iddianın verilməsinə görə ödənilmiş 244 manat dövlət rüsumunun Cavabdeh Səbuhi Vaqif Abdı oğlundan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilməsi,##.##.2023-cü tarixli icarə müqaviləsi üzrə icarə haqqı borcu olaraq 130.000 (bir yüz otuz min) manat, 700 ədəd daşdan divarın sökülməsi ilə əlaqədar xərcin əvəzi olaraq 769 (yeddi yüz altmış doqquz) manat, şüşə qapının bərpasının əvəzi olaraq 140 (bir yüz qırx) manat, çörək pişirmə peçinin dəyəri olaraq 6.000 (altı min) manat, işıq pulunun əvəzi olaraq 854 (səkkiz yüz əlli dörd) manat 39 (otuz doqquz) qəpik olmaqla, ümumilikdə 137.763 (bir yüz otuz yeddi min yeddi yüz altmış üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, çəkilmiş xərcin əvəzi olaraq 29.102 (iyirmi doqquz min yüz iki) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi, təmin edilmiş pul tələblərinin qismən əvəzləşdirilməsi, yekun olaraq 108.661 (bir yüz səkkiz min altı yüz altmış bir) manat 39 (otuz doqquz) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini və Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilmməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, ilkin idiia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 348831,43 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 319,42 manat təşkil edir. Lakin işdən görünür ki, Cavabdeh şikayət verərkən cəmi 125 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-961/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-961/2026
11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver