Məhkəmə qərarları › İş №e-2-2(3-6)-967/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-967/2026

07.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-967/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə - 247892 manat əsas borc, ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 10% bank uçot dərəcəsinə uyğun olaraq - 24789 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə - 563 manat, cəmi = 273244 manat tutulmasını məhkəmədən xahiş etmişdir.

2. Iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni (əlavəni) ilkin iddia ərizəsinin tərkib hissəsi kimi qəbul edilməsini və iddia ərizəsinin “xahiş edirəm” hissəsini “xxxx” MMC-dən iddiaçı “xxxx” MMCnin xeyrinə hər iki müqavilə üzrə 249490 manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 10% = 24 949 manat cərimə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 567 manat dövlət rüsumu, cəmi = 275 006 manat pulun tutulması kimi qəbul edib qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən “58-IMG-T-21” saylı ##.##.2021-cil il tarixli Icarə müqaviləsi və *** saylı ##.##.2023-cü il tarixli Texniki xidmətin göstərilməsi müqaviləsinə əsasən, hər iki müqavilə üzrə, ədv daxil cəmi 249490 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 540 manatın tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Məhkəmənin mövqeyi

7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

8. Belə ki, MPM-in tələblərinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

9. Hazırki halda “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” ## #### 2026-cı il tarixli çıxarışdan (iş/v 95) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi cavabdehin elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, cavabdehin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 1).

10. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadında məhkəmə kollegiyası izah etmişdir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Eyni zamanda müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddətin sonu da həmin zaman kəsiyində bitir.

12. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə də edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

13. Odur ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin axımı ## #### 2026-cı il saat 00:00:01-də başlayıbsa, bir aylıq müddətin sonu da ## #### 2026-cı il saat 00:00:00 hesab edilir və ## #### 2026-cı il saat 00:00:01 artıq müddətin keçməsi hesab edilir.

14. Cavabdeh tərəfindən isə apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmiş, bununla da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür.

15. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

16. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 363, 366-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar