Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-969/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 onun xeyrinə 7720 manat maddi ziyanın tutulması; Cavabdehdən 2000 manat mənəvi ziyanın tutulması; ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı İddiaçı Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** saylı qərardadından apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsini üçün prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini geri qaytararkən təqdim etdiyi vəsatətdə göstərilən halları, işsiz olmasını, ağır maddi vəziyyətini və sağlamlıq vəziyyətini lazımi qaydada qiymətləndirməmişdir. O, dövlət rüsumunun ödənilməsindən azad edilməsini və ya onun ödənilməsinin təxirə salınmasını xahiş etmiş, bunu təsdiq edən tibbi sənədləri və digər sübutları məhkəməyə təqdim etmişdir. Hazırda işsizdir, daimi gəlir mənbəyi yoxdur və ağır maddi vəziyyətdədir. ##.##.2026-cı il tarixində göbək yırtığı əməliyyatı keçirmişdir, sonrakı dövrdə də müalicə almışdır. Bundan əlavə, arterial təzyiq, ürəklə bağlı şikayətlər və digər sağlamlıq problemləri ilə əlaqədar müalicə alır. Bu hallar dövlət rüsumunu ödəmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini düzgün tətbiq etməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə onun məhkəməyə müraciət etmək və məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ərizə təmin edilmiş, Bakı şəhəri Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, həmin qərardadından iddiaçı İddiaçı tərəfindən verilən şikayət isə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 150.1.2 və 150.1.4-cü maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.5-ci maddələrinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı halda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən məlumat və ya sənəd iş materiallarında mövcud deyildir. Həmçinin, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmiş, iddiaçı yazılı vəsatətlə müraciət edərək maddi vəziyyətinin ağır olduğunu və işaxtaran şəxs kimi qeydiyyatda olduğunu əsas gətirməklə dövlət rüsumunun ödənilməsindən azad edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə haqlı olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini rəhbər tutmaqla iddiaçının qeyd etdiyi halların dövlət rüsumundan azadolma üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara aid olmadığı qənaətinə gəlmişdir. Belə ki, bəhs edilən qanunda dövlət rüsumundan azadolma halları konkret müəyyən edilmişdir və “işsiz” statusu ayrıca azadolma əsası kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddianın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-969/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-969/2026
21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver