Məhkəmə qərarları › İş №e-2-2(3-8)-57/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-57/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-57/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 N.Tusi adına X1rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI:

1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 N.Tusi adına X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 84393 (səksən dörd min üç yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş 345 (üç yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 N.Tusi adına X1rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. ## #### 2026-cı il tarixdə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti elektron kabinet vasitəsi ilə iddiadan imtina edilməsi barədə ərizə təqdim edərək iddia tələbini əsl cavabdehə yönəldəcəkləri səbəbindən iddiaçının hazırki komersiya işi üzrə iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi nümayəndə2 iştirak etmiş, iddiaçının nümayəndəsi iddiadan imtinaya dair ərizələrinin məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi ərizəyə etirazlarının olmadığını bildirmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eləcə də, cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iddiaçının iddiadan imtina ərizəsinə etiraz etmədiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının iddiadan imtina barədə ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir.

8. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

9. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

10. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

11. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiadan imtina ərizəsi qəbul edilərək iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar