Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-142/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələrə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı həmin qərardaddan şikayət və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh İddiaçı Şirvan Kommersiya Məhkəməsinin e-2- *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə cavabdeh İddiaçı Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qəbul edilmiş qərardadı onunla əsaslandırmışdır ki, məhkəmə, “qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizənin dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək qeyd edilən qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı tam formada tərtib edildikdən sonra ##.##.2026-cı il tarixdə cavabdeh İddiaçı “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Göstərilən hallar cavabdehin qərardaddan və onun məzmunundan məlumatlı olduğunu təsdiq edir. Bununla yanaşı, cavabdeh qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ərzində şikayətini təqdim etməmiş, müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad və onun əsaslandırılması ilə razı olmadığını bildirmiş, yuxarı instansiya məhkəməsinin bu işdən xəbərdar olmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət isə ötürüldükdən sonra şikayətçi müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində o, prosessual müddətin cəmi bir gün ötürüldüyünü göstərmiş, lakin həmin müddətin onun iradəsindən asılı olmayan üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənəd və ya mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi məhz bu halları nəzərə alaraq MPM-in 133.1-ci maddəsinin tələbləri baxımından müddətin bərpası üçün qanuni əsasın mövcud olmadığı nəticəsinə gəlmişdir. Şikayətdə isə əsasən göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşılmır, hakimin qərəzli münasibət göstərdiyi, iddia ərizələrinin müxtəlif əsaslarla dəfələrlə geri qaytarıldığı, bununla məhkəmə müdafiəsi hüququnun pozulduğu, Konstitusiyanın 60-cı maddəsinin tələblərinin və MPM-in 88-ci maddəsinin pozulduğu bildirilmiş, həmçinin ilkin iddia ərizəsinin dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmasının qanunsuz olduğu göstərilmişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlillərin heç biri hazırkı icraatın predmetini təşkil edən prosessual müddətin bərpası məsələsinə aid deyildir və müddətin buraxılmasının üzrlü səbəblərlə baş verməsini təsdiq etmir. Şikayətçinin irəli sürdüyü dəlillər əsas etibarilə ##.##.2026-cı il tarixli qərardadın mahiyyətinə və hakimin fəaliyyətinə münasibətdən ibarət olmuş, lakin prosessual müddətin niyə qanunla müəyyən edilmiş müddətdə gözlənilmədiyini izah edən hər hansı hüquqi və ya faktiki əsas göstərilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etmişdir ki, ##.##.2026-cı il tarixli qərardad tam formada tərtib olunduğu gün "Elektron Məhkəmə" informasiya sistemində İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarında bu halı təkzib edən hər hansı sübut mövcud deyildir. Qərardadın elektron kabinetə yerləşdirilməsi şikayətçinin həmin məhkəmə aktından və onun məzmunundan məlumatlı olduğunu təsdiq edir. Belə olan halda prosessual müddətin hesablanması məhz həmin tarixdən başlanmış və şikayətçinin qanunla müəyyən edilmiş müddətdə şikayət verməsi üçün real imkanı olmuşdur. Buna baxmayaraq, şikayət qanunla müəyyən edilmiş müddət bitdikdən sonra təqdim edilmiş, müddətin ötürülməsi ilə bağlı isə yalnız onun bir gün gecikdiyi göstərilmiş, lakin bu gecikmənin hansı obyektiv və aradan qaldırıla bilməyən səbəbdən baş verdiyi izah edilməmişdir. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, buraxılmış prosessual müddət yalnız məhkəmə həmin müddətin ötürülməsinin səbəblərini üzrlü hesab etdikdə bərpa edilə bilər. Deməli, müddətin bərpası üçün üzrlü səbəbin mövcudluğu və həmin səbəbin sübut olunması zəruridir. Hazırkı iş üzrə isə şikayətçi nə ərizəsində, nə də şikayətində prosessual müddətin buraxılmasının onun iradəsindən kənar baş verməsini təsdiq edən obyektiv maneə barədə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina etməsi MPM-in 133.1-ci maddəsinin düzgün tətbiqinin nəticəsidir. Kollegiya şikayətdə Konstitusiyanın 60-cı maddəsinə və MPM-in 88-ci maddəsinə istinad edilməsini də əsaslı hesab etmir. Çünki məhkəmə müdafiəsi hüququnun təmin olunması şəxsin prosessual qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət etmək vəzifəsini aradan qaldırmır. Prosessual müddətlərə əməl olunması bütün proses iştirakçıları üçün məcburidir. Şəxsin həmin müddətləri üzrlü səbəb olmadan buraxması sonradan məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, şikayətdə hakimin qərəzli olması, iddiaların qəsdən geri qaytarılması və ya məhkəmənin işə baxmaq istəməməsi barədə irəli sürülən fikirlər hər hansı obyektiv sübutla təsdiq edilməmiş, yalnız subyektiv mülahizə xarakteri daşımışdır. Bu səbəbdən həmin dəlillər qərardadın qanuniliyinə təsir edən hal kimi qəbul edilə bilməz. Bundan başqa, şikayətçinin dəlillərinin bir hissəsi ##.##.2026-cı il tarixli qərardadın dövlət rüsumu ilə bağlı əsaslandırılmasına yönəlmişdir. Halbuki hazırkı icraatın predmeti həmin qərardadın mahiyyəti deyil, məhz ondan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsinin qanuniliyidir. Buna görə də ilkin qərardadın düzgün və ya yanlış olması məsələsi müddətin bərpası barədə ərizəyə baxılarkən həlledici hüquqi əhəmiyyət daşımır. Məhkəmə ilk növbədə prosessual müddətin üzrlü səbəbdən buraxılıb-buraxılmadığını müəyyən etməli idi və birinci instansiya məhkəməsi də məhz həmin məsələyə hüquqi qiymət vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-142/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-142/2026
22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver