Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-163/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadından (hakim Namidar Misirzadə) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Komersiya Məhkəməsinə müraciət edərək, iddiaçı iddiaçı1 dəymiş 46122 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 51122 manat pul vəsaitinin, iddiaçı iddiaçı2 Hüseynxan qızına dəymiş 70110 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 75110 manat pul vəsaitinin, 1025 manat məbləğində hüquqi xərclər, 417 manat dövlət rüsumu olmaqla cəmi 127674 manat pul vəsaitinin X23 tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı1 1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, ## ### 2002-ci ildə həmkəndlisi X6 ilə ailə qurmuş, birgə nikahdan 3 uşaqları var və birlikdə mehriban yaşamaqla qoyunçuluqla məşğul olurlar. X1 ailə həyatı qurandan sonra malqara saxlamaq üçün və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə icarəyə otlaq sahəsi götürmək məqsədi ilə Ağcabədi rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və ərizəsi əsasında # #### 2002-ci ildə Ağcabədi rayon Icra Hakimiyyəti başçısının *** nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən *** saylı “Topuztəpə” adlı qış otlaq sahəsindən icarə qaydasında 10 il müddətinə 30.0 (otuz) hektar torpaq sahəsi verilmişdir. Həmin ərazi icra hakimiyyətinin əməkdaşları tərəfindən # #### 2002-ci ildə tərtib edilmiş aktla əri X6 təhvil verilmişdir. Həmin ərazidə yaşamaqla qoyunçuluğu inkişaf etdirməklə xoşbəxt həyat sürmüşlər. Icarə müqaviləsi başa çatdığından ## ###### 2015-ci il tarixdə rayon Icra Hakimiyyətinin Başçısının ** nömrəli sərəncamı ilə həmin yer 15 il müddətinə yenidən icarələrinə verilərək onun adına sənədləşdirilmişdir. Həmin ərazidə yaşamaqla ailəni dolandırır və qoyunçuluğun inkişafına töhfə verməklə yanaşı, müqavilənin bütün şərtlərinə əməl edirlər. Sahə qonşusu Vahid Cəfərov da qonşuluqdan onlardan bir müddət əvvəl icarəyə torpaq sahəsi götürmüşdür və bir qonşu kimi mehriban yaşamaqla, birlikdə yaşadıqları çoban eninə (yataq), qoyun üçün tikilmiş tikililərə, vəhşi heyvandan, oğrudan qorunmaq üçün fermanın ətraflarına elektrik xətti çəkdirmişlər və həmin elektrik xəttindən istifadə etməklə yanaşı, yeri və mal-qoyunu suvarmaq üçün özləri vurdurduqları artezian quyusundan su götürmək üçün istifadə etmişlər. iddiaçı2 Hüseynxan qızı Ağcabədi rayonu, Avşar kənd sakini X4 ilə ## ###### 1980-ci ildə ailə qurmuşdur. Yaşadığı kənd əsasən maldarlıqla məşğul olur. X2 da kənd təsərrüfatı ilə məşğul olmaq və qoyunçuluğun inkişafı məqsədi ilə Ağcabədi rayon Icra Hakimiyyəti ilə ## ###### 2001-ci il tarixdə bağlanmış *** nömrəli müqavilə əsasında 115 (bir yüz on beş) hektar torpaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdü. Həmin 115 hektar torpaq sahəsinin X2un icarəsinə verilməsi barədə Ağcabədi rayon Icra Hakimiyyəti başçısı tərəfindən ## ###### 2001-ci il tarixdə *** nömrəli sərəncam verilmişdir. Sərəncamda göstərilir ki, Ağcabədi rayonu, Avşar kənd sakini X4 şəxsi təsərrüfatında olan 460 baş xırda buynuzlu heyvanın saxlanması məqsədi ilə və rayonun inzibati ərazisində yerləşən DTE *** saylı “Güllü təpə” adlı qışlaq otlaq sahəsindən otlaq sahəsi fiziki şəxs olan X4 15 (on beş) il müddətinə icarə müqaviləsi əsasında ayrılsın. Bundan sonra heyvanlarını həmin ərazidə saxlamaqla dolanmışlar. Müqavilənin bütün şərtlərinə əməl etmişlər və hazırda da bütün şərtlərə əməl edirlər. X3 ## ##### 2013-cü ildə vəfat etmişdir. Ərinin vərəsəsi özü və oğlu X5r. Əri vəfat edəndən sonra təsərrüfatı özü idarə edir və müqavilənin bütün şərtlərinə əməl edir. X8 və onun ərazisində işıq və su olmadığına görə 2002-ci ildə birlikdə qərara gəlmişlər ki, həmin əraziyə işıq çəkdirməklə artezian quyusu vurdursunlar. Məqsədləri işıqdan özləri istifadə etməklə yanaşı, ərazini və mal-qaranı suvarmaq idi. Işıq xətti “Xan qızı” kanalının üstündən təxminən 4 km-ə yaxın məsafədən çəkilməli idi. Hər ikisi bir yerə pul qoyub şərikinə həmin ərazidən öz yataqlarına işıq xətti çəkdirmişlər və bundan sonra ərazidə artezian vurduraraq mal-qaranı saxlamaq üçün lazım olan əraziləri suvarmışlar. Ərazini suvarmaqla həm işıq pulunu, həm də artezian işlətdiklərinə görə su pulunu mütəmadi vermişlər. Bu onlara verilmiş qəbzlərlə təsdiq edilir. Bütün bunlara baxmayaraq, Ağcabədi rayon Icra Hakimiyyəti başçısı onları həmin yerdən çıxarmaq istəyirdi. Müqavilələri olduğuna görə ərazidən çıxmamış, rayon Icra başçısının qanunsuz hərəkətlərindən müvafiq məhkəmə orqanlarına şikayət etmişlər. Hazırda işləri məhkəmənin icratındadır. Heç bir əsas olmadan X18 əməkdaşları Icra başçısının göstərişinə əsasən 2002-ci ildə çəkdirdikləri və 2026-cı ilin fevral ayına kimi istifadə etdikləri elektrik xəttini qanunsuz olaraq kəsərək, onları qaranlıqda saxlamaqla yanaşı, televizor və digər elektriklə işləyən avadanlıqlardan istifadə etmək hüquqlarından məhrum etmiş, malqaranı susuz qoymuş, torpaq sahələrini suvarmaq imkanından məhrum etmiş, külli miqdarda maddi zərər yetirmişlər. Elektrik xəttinin kəsilməsi ilə bağlı rayon Icra Hakimiyyətinin başçısına və X16 ərizə ilə müraciət etmişlər. Rayon Icra Hakimiyyəti başçısının ## #### 2026-cı il tarixli cavab məktubunda göstərilir ki, “Ərazidə olan elektrik avadanlıqlarının dövriyyədən ayrılması məsələsi isə ərazidə yeni yaradılmış Aqroparkın məxsus olduğu şirkətlə “xxxx” arasında olan müqavilə əsasında icra olunur”. Lakin bu günə kimi şikayətlərinə X23 heç bir cavab verilmir. X7 Sistemlərinin Istismarı Idarəsinin də su ilə bağlı müraciətlərinə verdiyi cavabları ərizəyə əlavə edirlər. X12 Şəbəkəsinin əməkdaşlarının elektrik xəttini söküb yararsız hala salmaları zamanı çəkilmiş fotoşəkiləri də ərizəyə əlavə edirlər. Əkdikikləri ərazini suvara bilmədiklərinə görə yonca və xəsil bitkiləri yararsız hala düşmüş, mal-qara susuzluqdan korluq çəkdiyinə görə istədikləri məhsuldarlığı ala bilməmişlər. Mal-qaradan aldıqları süd və digər məhsullar istidən yararsız hala düşür və demək olar ki, istifadə edə bilmirlər. Həmçinin, işıqsız qaldıqlarına görə mənəvi əziyyət çəkirlər. iddiaçı2 ilə birlikdə elektrik xətti çəkdirmək üçün “Xan qızı” kanalının üstündən təxminən 4 km-ə yaxın məsafəyə elektrik xətti çəkdirmək üçün hər birinin qiyməti 350 manata olan 22 ədəd 18X22 diametrli 11 metr uzunluğunda cəmi 7700 manat olmaqla beton dirəkdən, hər metri 1.20 manat olmaqla 4620 metr uzunluqda cəmi 5544 manat dəyərində AEC-35 diametrli alminuim məftildən, bir ədədinin qiyməti 100 manat olmaqla hər bir elektrik dirəyinə 3 ədəd travislə izolyator cəmi 66 ədəd olmaqla cəmi 2200 manat, elektrik ayrıcısı hər birinin qiyməti 1500 manat olmaqla cəmi 3000 manat, 1 ədəd 6000 manat olan 160-lıq və bir ədəd 5000 manat olan 100-lük transformator almaqla xərcləri çəkib qanuni əsaslarla yataqlara elektrik xətti çəkdirmişdilər. 2002-ci ildən, yəni 24 ildir ki, elektrik enerjisindən istifadə etməklə işlətdikləri enerji müqabilində X16 və X7 Sistemlərinin Istismarı Idarəsinə pul ödəmişlər. Həmçinin televizora baxıb, heyvanlardan sağılan südün xarab olmaması üçün soyuducudan istifadə etmişlər. iddiaçı1 15 baş, iddiaçı2 isə 8 baş sağılan malı vardır. Işıq qanunsuz sifarişlə kəsildiyinə görə iddiaçı1 əkdiyi 10 hektar yonca sahəsini və 10 hektar arpa sahəsini, iddiaçı2 22 hektar yonca sahəsini və 13 hektar xəsil sahəsini suvarmadığına görə həmin ərazidən heç bir məhsul götürə bilməmişlər, yer susuz qalıb yandığına görə mal-qaranı da otarmaq mümkün olmamışdır. iddiaçı1 işıq qanunsuz kəsildiyinə, şərikinə aldığı avadanlıqlar dağıdılaraq yararsız hala salındığına görə cəmi 14222 manat, ışıq xəttinin kəsilməsi səbəbindən əldə edəcəyi gəirdən yəni, 10 hektar yonca sahəsindən suvarmaqla birinci çalımda hər bir bağın qiyməti 2,50 manat olmaqla 5000 manat dəyərində 2000 bağ, ikinci çalımda hər bir bağın qiyməti 3,50 manat olmaqla cəmi 5250 manat dəyərində 1500 bağ, üçüncü çalımda hər bir bağın qiyməti 3.50 manat olmaqla cəmi 4550 manat dəyərində 1300 bağ, 10 hektar arpa sahəsindən hər hektardan 45 sentner olmaqla hər tonu 0,30 manatdan cəmi 13500 manat, səkkiz baş sağılan inək olmaqla gündəlik hər bir inəkdən 10 litr olmaqla 30 gün ərzində 2400 litr, hər bir litri 0,30 manat olmaqla beş ay ərzində cəmi 3600 manat maddi ziyan dəymişdir. Beləliklə iddiaçı1 X19 əməkdaşlarının elektrik xəttini qanunsuz kəsməsi nəticəsində 46122 manat maddi zərər və 5000 manat mənəvi zərər olmaqla 51122 manat zərər dəymişdir. iddiaçı2 yaşayış yerinə gələn elektrik xəttinin qanunsuz kəsildiyinə, şərikinə aldığı avadanlıqlar dağıdılaraq yararsız hala salındığına görə 15200 manat, 22 hektar yonca sahəsini suvarmaqla birinci çalımda hər bir bağın qiyməti 2,50 manat olmaqla 11000 manat dəyərində 4400 bağ, ikinci çalımda hər bir bağın qiyməti 3,50 manat olmaqla 11550 manat dəyərində 3300 bağ, üçüncü çalımda hər bir bağın qiyməti 3,50 manat olmaqla 10010 manat dəyərində 2860 bağ, 13 hektar arpa sahəsindən hər hektardan 40 sentner olmaqla hər tonu 0,30 manatdan cəmi 15600 manat, 15 baş sağılan inəkdən gündəlik hər inəkdən 10 litr olmaqla 30 gün ərzində 2400 litr, hər bir litri 0,30 manat olmaqla beş ay ərzində cəmi 6750 manat maddi ziyan dəymişdir. Beləliklə iddiaçı2 X19 əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mənə 70110 manat maddi ziyan və 5000 manat mənəvi ziyan olmaqla cəmi 75110 manat ziyan dəymişdir. Şirvan Kommersiya Məhkəməsi ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina etmiş, iddiaçılara aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olduğunu izah etmişdir. Iddiaçıların vəkili, eyni zamanda nümayəndəsi Vəkil qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsində gətirilən əsaslandırmaya istinad olunmaqla belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli qərarının 11-16-cı, 21-24-cü bəndlərini nəzərə almamış, səhvən mübahisənin inzibati məhkəmə müstəvisində araşdırılmalı olması qənaətinə gəlmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, dəlillər əsaslı olduğundan təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, iş mübahisəyə mahiyyəti üzrə baxılaraq həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə sahibkarlıq subyekti olan iddiaçılarla təbii inhisar subyekti kimi çıxış edən “xxxx” ASC arasında, iddiaçıların öz fəaliyyətlərinin həyata keçirilməsi üçün elektrik enerjisindən istifadədən irəli gələn mübahisədir, daha doğrusu təbii inhisar subyektinin şəbəkəsinə qoşulmaqla uzun illər ərzində istifadə etdikləri enerjinin kəsilməsi nəticəsində məruz qaldıqları zərərin kompensasiyası ilə bağlıdır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli, ## ##### 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar. Həmin qərarın 14-cü bəndində isə göstərilir ki, təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin abonent uçotu sənədlərindən görünür ki, mübahisə predmeti olan elektrik enerjisinin təchizatı ilə bağlı abonentlərin üzrə uzun müddət ərzində sayğac göstəriciləri qeydə alınmış və müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmişdir. Belə ki, təqdim edilmiş abonent məlumatlarının birində abonent qeydiyyatının ##.##.2016-cı il tarixindən aparıldığı, həmin tarixindən də başlayaraq mütəmadi sayğac göstəricilərinin qeydə alındığı, 2016-2026-cı illər ərzində elektrik enerjisi sərfiyyatına dair hesablamaların aparıldığı və müxtəlif tarixlərdə ödənişlərin həyata keçirildiyi görünür. Digər abonent üzrə məlumatlarda isə abonentin ##.##.2012-ci il tarixindən qeydiyyatda olduğu, 2015-2018-ci illər ərzində sayğac göstəricilərinin və elektrik enerjisi sərfiyyatına dair hesablamaların aparıldığı, habelə müxtəlif tarixlərdə ödənişlərin həyata keçirildiyi əks olunmuşdur. Iş materiallarından həmçinin görünür ki, iddiaçılar iddiaçı2 Hüseynxan qızı və iddiaçı1 “xxxx” ASC-yə qarşı elektrik xəttinin qanunsuz kəsilməsi nəticəsində onlara vurulduğunu bildirdikləri maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmişlər. Iddiaçılar tərəfindən mübahisələndirilən əsas hərəkət elektrik xəttinin faktiki olaraq kəsilməsi və bunun nəticəsində onların elektrik enerjisindən və elektrik enerjisi vasitəsilə artezian quyusundan istifadə imkanından məhrum edilmələridir. Hazırkı mübahisənin birbaşa predmeti inzibati orqanın qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə deyil. Iddiaçıların tələbi “xxxx” ASC-nin konkret hərəkətləri nəticəsində yarandığı iddia edilən zərərin əvəzinin ödənilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin özünün istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 13-cü və 14-cü bəndlərinin məzmunundan görünür ki, təbii inhisar subyektinin iştirakı hər bir halda münasibətin inzibati-hüquqi xarakter daşıması nəticəsinə gətirib çıxarmır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər, o cümlədən onların şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışı və xidmətlərin göstərilməsi ilə bağlı münasibətlər iqtisadi fəaliyyətlə əlaqədar olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Birinci instansiya məhkəməsi iddianın qəbulundan imtina edərkən mübahisənin “xxxx” ASCnin hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyini qeyd etmiş, iddiaçılara inzibati məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Lakin “xxxx” ASC-nin mübahisəli münasibətdə inzibati orqan statusunda çıxış etməsi və onun konkret hərəkətinin publik hakimiyyət səlahiyyətinin həyata keçirilməsi qaydasında baş verməsi əsaslandırılmamışdır. Təbii inhisar subyekti olmaq özü-özlüyündə həmin subyektin bütün hərəkətlərini inzibati fəaliyyətə çevirmir. Hazırkı halda iddiaçıların “xxxx” ASC ilə münasibətləri yaranmış zərərin əvəzinin ödənilməsi məsələsinə aiddir. Bu münasibətlərin publik hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı olduğu müəyyən edilmədiyindən, həmin münasibətlərdən irəli gələn zərərin ödənilməsi tələbinin avtomatik olaraq IPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə hesab edilməsi düzgün deyildir. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ## ######## 2020-ci il tarixli qərarının 24-cü bəndində də göstərilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Istinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” IB, “xxxx” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” IB, “xxxx” ASC, Azərbaycan Dövlət X21rşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Yuxarıda qeyd edilən plenum qərarında göründüyü kimi təbii inhisar subyekti olmaqla fəaliyyəti sahibkarlıq elementlərini də ehtiva edən “xxxx” ASC ilə digər sahibkarlıq subyekti arasında, sahibkarlıq subyektinin fəaliyyətinin həyata keçirilməsi məqsədilə elektrik enerjisindən istifadəsindən irəli gələn mübahisələr kommersiya xarakterli mübahisələr olmaqla, həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Belə mübahisələrdə münasibətin istehlak münasibəti kimi deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan iqtisadi münasibət kimi qiymətləndirilməsi zəruridir. Hazırki işdə də mübahisənin tərəflərinin hüquqi statusu, elektrik enerjisindən istifadənin məqsədi və tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri nəzərə alındıqda, mübahisənin istehlak münasibətlərindən deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar elektrik enerjisindən istifadədən irəli gəldiyi müəyyən edilir. Buna görə də işə kommersiya məhkəməsində baxılmasının prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu nəticəsinə gəlinir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıların tələbinin mahiyyətini düzgün müəyyən etməmiş, mübahisəli münasibətin inzibati xarakter daşıması üçün zəruri olan halları müəyyən etmədən iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Bu halda MPM-in 153.2.1-ci maddəsinə istinad edilməklə iddia ərizəsinin icraata qəbulundan imtina olunması əsaslı hesab edilə bilməz. Belə ki, mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olması barədə nəticə üçün kifayət qədər hüquqi əsas müəyyən edilməmişdir. MPM-in 153.6-cı maddəsinə əsasən Iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. MPM-in 398.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Odur ki, iddia ərizəsinin ##.##.2026-cı il tarixində verildiyi nəzərə alınmaqla iddia ərizəsi qəbul edilmiş hesab edilərək sonrakı prosessual hərkətlərin edilməsi üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası icraata qəbul olunmuş hesab edilməklə, mübahisənin mahiyyəti üzrə baxılıb həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-163/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-163/2026
07.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver