Məhkəmə qərarları › İş №e-2-2(3-9)-70/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-70/2026

23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-70/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin X1 Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 516,2 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 30,40 manat məbləğində pulun cavabdeh Cavabdeh tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının əsassız hesab olunaraq ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra-MPM) nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı». MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyünü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Apellyasiya şikayətinin təhlili göstərir ki: Birincisi, şikayətdə maddi hüquq normalarının pozulmasına dair istinadlar formal xarakter daşıyır, konkret mübahisə predmetinə tətbiq edilməli olan hüquq normaları düzgün müəyyən edilməmiş, həmin normaların birinci instansiya məhkəməsi tərəfindən hansı qaydada pozulduğu və ya düzgün tətbiq edilmədiyi əsaslandırılmamışdır. Halbuki, birinci instansiya məhkəməsi mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri əsasında qiymətləndirmişdir. Apellyasiya şikayətində isə həmin hüquqi mövqeyə qarşı konkret və əsaslı hüquqi arqumentlər təqdim edilməmişdir. Ikincisi, apellyasiya şikayətində MPM-ə * saylı Əlavədə nəzərdə tutulmuş bölmələr, xüsusilə iş üçün əhəmiyyətli faktiki halların aydınlaşdırılmaması, sübutların qiymətləndirilməsinin düzgün aparılmaması və məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər ya ümumiyyətlə göstərilməmiş, ya da formal şəkildə qeyd edilmişdir. Üçüncüsü, apellyasiya şikayətinin tələb hissəsində müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi əvəzinə “qərardadın ləğv edilməsi” xahiş olunmuşdur. Iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının qətnamə olduğu halda, onun əvəzinə qərardadın mübahisələndirilməsi prosessual baxımdan apellyasiya şikayətinin hansı məhkəmə aktına yönəldiyini müəyyən etməkdə çətinlik yaradır. Qeyd edilən hallar apellyasiya şikayətinin həm forma, həm də məzmun baxımından MPMnin tələblərinə uyğun tərtib edilmədiyini göstərir və apellyasiyanın mümkünlüyü üçün zəruri prosessual əsasların mövcud olmadığını təsdiq edir. Göründüyü kimi apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» ümumiyyətlə göstərilməmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar