Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-72/2026 29.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI (Açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsi qərardadından şikayət) Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh salonstenka-700 AZN, yataq dəsti -1000 AZN, uşaq yataq dəsti-1000 AZN, mətbex mebeli-2000 AZN, paltaryuyan-500 AZN, serviz dəsti-450 AZN, yorgan-döşək-1000 AZN, lisdur-200 AZN, ət maşını-150 AZN, sok maşını-100 AZN, xalça-250 AZN, ədyallar-230 AZN, pastel dəst-400 AZN, pərdələr-400 AZN, qazan dəsti-120 AZN, tozsoran-150 AZN, soba-100 AZN, miksel dəst- 70 AZN, gecə lampası-35 AZN, çaydan caynik dəsti-70 AZN, qaşıq dəsti çemodan-100 AZN, xrustal dəst qablar- 400 AZN, lepqalı qablar-300 AZN, divan kreslo-400 AZN, tarelka dəsti-24 ədəd-50 AZN, stəkan dəsti-12 ədəd-40 AZN, uzun qaşıq dəsti-50 AZN, alüminium qazan-40 AZN, qənd qablari-4 ədəd-40 AZN, meyvə qabları-3 ədəd-70 AZN, gül qabları-2 ədəd-40 AZN, salat qabları-6 ədəd-30 AZN, duz qabları-12 ədəd-25 AZN, su bakalları-12 ədəd-70 AZN, mürəbbə qabları-12 ədəd-35 AZN, limon qabları-12 ədəd-20 AZN, çörək qabı-15 AZN, çörək taxtası və axlov-20 AZN cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin eyni zamanda, Naxçıvan şəhəri Əziz Əliyev, bina 41, ev 1 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsi ləğv edilməklə ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə ilə bağlı məhkəməyə müraciət edərək, salon-stenka-700 AZN, yataq dəsti-1000 AZN, uşaq yataq dəsti- 1000 AZN, mətbəx mebeli-2000 AZN, paltaryuyan-500 AZN, serviz dəsti-450 AZN, yorgandöşək-1000 AZN, lisdur-200 AZN, ət maşını-150 AZN, sok maşını-100 AZN, xalça-250 Azn, ədyallar-230 AZN, pastel dəst-400 AZN, pərdələr-400 AZN, qazan dəsti-120 AZN, tozsoran- 150 AZN, soba-100 AZN, miksel dəst-70 AZN, gecə lampası-35 AZN, çaydan çaynik dəsti-70 AZN, qaşıq dəsti çemodan-100 AZN, xrustal dəst qablar-400 AZN, lepqalı qablar-300 AZN, divan kreslo-400 AZN, tarelka dəsti-24 ədəd-50 AZN, stəkan dəsti-12 ədəd-40 AZN, uzun qaşıq dəsti-50 AZN, alüminium qazan-40 AZN, qənd qabları-4 ədəd-40 AZN, meyvə qabları-3 ədəd-70 AZN, gül qabları-2 ədəd-40 AZN, salat qabları-6 ədəd-30 AZN, duz qabları-12 ədəd- 25 AZN, su bakallar-12 ədəd-70 AZN, mürəbbə qabları-12 ədəd-35 AZN, limu qabları-12 ədəd- 20 AZN, çörək qabı-15 AZN, çörək taxtası və axlov-20 AZN olmaqla, cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş "Kia Picanto" markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin, ünvan 5 sahə və 12800m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, eyni zamanda, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsi ləğv edilməklə ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixdə iddiaçı yenidən iddia ərizəsinə dəqiqləşmə verərək, salonstenka-1 ədəd 700 AZN, yataq dəsti-1 ədəd 1000 AZN, paltaryuyan-1 ədəd 500 AZN, serviz dəsti-1 ədəd 450 AZN, yorğan-döşək(iki nəfərlik-1ədəd) əlavə olaraq-5 tək döşək-1000 AZN, yastıqlar-6 ədəd-40 AZN, listur-2 ədəd-200 AZN, divar saatı-1 ədəd 70 AZN, ət maşını-1 ədəd- 150 AZN, şirəçəkən maşını -1 ədəd-100 AZN, xalça-2 ədəd-250 AZN, ədyallar-3 ədəd-230 AZN, pastel dəst-2 tək, 2 cüt-400 AZN, pərdələr 3 ədəd-400 AZN, qazan dəsti-3 ədəd-120 AZN, tozsoran- 1ədəd-150 AZN, soba-1 ədəd 100 AZN, mikser-blender dəst-1ədəd 70 AZN, gecə lampası- 1ədəd-35 AZN, çaydan çaynik dəsti-1 ədəd-70 AZN, qaşıq dəsti çəmədan -1 ədəd-100 AZN, xrustal dəst qablar-120 ədəd 400 AZN, lepqalı qablar-12 ədəd- 300 AZN, divan kreslo- 1 ədəd- 400 AZN, divan yastıqları- 4 ədəd 25 AZN, divan kreslo örtüyü-1 dəst 120 AZN, stol örtükləri 3 ədəd-150 AZN, boşqab dəsti-24 ədəd-50 AZN, stəkan dəsti-12 ədəd-40 AZN, uzun qaşıq dəsti- 12 ədəd 50 AZN, alüminium qazan-1 ədəd 40 AZN, qənd qabları-4 ədəd-40 AZN, meyvə qabları-3 ədəd-70 AZN, gül qabları lepkalı- 2 ədəd-40 AZN, salat qabları-6 ədəd 30 AZN, duz qabları-12 ədəd-25 AZN, su bakalları-12 ədəd-70 AZN, mürəbbə qabları-12 ədəd- 35 AZN, limon qabları-12 ədəd-20 AZN, çörək qabı-1ədəd-15 AZN, çörək taxtası və oxlov-1 ədəd-20 AZN, evlilik zamanı alınan əşyalar uşaq yataq dəsti-1ədəd 1000 AZN, mətbəx mebeli-1 ədəd 2000 AZN, listur-2 ədəd-100 AZN olmaqla, cehiz əşyalarının və ya dəyərinin müəyyən edilərək geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş "Kia Picanto" markalı "**-BH-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin eyni zamanda, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməklə ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə nəzərə alınaraq tələbə həmin çərçivədə baxılmışdır.
4. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Kia Picanto" markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə mülkiyyəti hesab edilməklə, həmin avtomobilə 1\3 hissədə iddiaçı İddiaçı, 2\3 hissədə isə cavabdeh Cavabdeh payları müəyyən edilmiş, iddia tələbi Naxçıvan şəhər Xətai məhəlləsi döngə 19, ev 7 və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin, həmçinin ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqı müqavilələri ləğv edilməklə həmin fərdi yaşayış evlərinin və mənzilin üzərində 1/2 hissədə payın müəyyən edilməsi hissəsində təmin edilməmişdir.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xаhiş etmişdir.
6. Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.
7. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 yenidən Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxıldığından, həmçinin müddətin bərpasına dair vəsatət verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır.
8. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından şikayəti vermiş və eyni zamanda prosessual müddətin bərpası barədə məhkəməyə müraciət edərək, həmin qərardaddan şikayət verilməsi üçün müddətin bərpasını xahiş etmişdir.
9. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti təmin edilməmiş və ona münasibətdə prosessual müddətin bərpasından imtina edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən elektron kabineti mövcud olmuş, həmçinin, iddiaçı məhkəmə iclaslarında vəkillə təmsil olunmuş və vəkilin də müvafiq elektron kabineti mövcud olmuşdur. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının rəsmi qaydada (poçt vasitəsilə) iddiaçıya verilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 11:48də iddiaçı İddiaçı məxsus elektron kabinetə və onun vəkil-nümayəndəsi vəkil2 məxsus elektron kabinetə yerləşdirilmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı isə ##.##.2026-cı il tarixdə, saat 11:10 və 11:11-də iddiaçı və onun vəklinin elektron kabinetində yerləşdirilmiş, lakin, iddiaçı ##.##.2026-cı il tarixili qərardaddan 10 günlük şikayət vermə müddətini buraxmaqla ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının vəkil-nümayəndəsi vəkil2 müddət bərpası barədə vəsatətdə iddiaçıya məhkəmə qərarlarının təqdim edilmədiyini bildirsə də, məhkəməyə apellyasiya şikayəti və qərardaddan şikayət onun tərəfindən tərtib olunaraq verilmişdir. Vəkillə bağlanan müqaviləyə əsasən hüquqi yardım göstərdiyi şəxsə peşəkar hüquqi yardım göstərmək və verilən şikayətləri qanunvericilikdə tələb olunan formada tərtib edib məhkəməyə təqdim etmək, həmçinin işin gedişi barədə məlumatları müdafiə etdiyi şəxsə vermək vəkilin vəzifəsidir. Iddiaçının vəkili və nümayəndəsi peşəkar hüquqi yardım göstərən vəkildir və qətnamə ona rəsmi qaydada təqdim edildiyi vaxtdan bir ay müddətində, qərardad verilən vaxtda isə on gün müddətində onun düzgün formada apellyasiya şikayəti vermək üçün kifayət qədər zamanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət təmin edilə bilməz və ona münasibətdə prosessual müddətin bərpasından imtina edilməlidir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.7-ci maddələrinə və Avropa Insan Hüquqları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir.
12. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
13. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün mülki işlə birlikdə Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətin dəlilləri
14. Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2 şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı şikayətçiyə təqdim olunmamışdır. Şikayətçi olaraq qeyd edir ki, məhkəmə aktının surəti iddiaçıya poçt göndərişi vasitəsilə təqdim olunmamış və çatdırılmamışdır. Nəticədə şikayətçi qəbul edilmiş qərardaddan yalnız sonradan, təsadüfi qaydada məlumat əldə etmişdir. Bu isə onun qanunla nəzərdə tutulmuş müddət daxilində apellyasiya şikayəti vermək hüququnu faktiki olaraq mümkünsüz etmişdir. Qeyd olunmalıdır ki, prosessual müddətlərin axımının başlanması birbaşa məhkəmə aktının rəsmi qaydada təqdim olunması ilə bağlıdır. Əgər həmin akt tərəfə təqdim edilməmişdirsə, bu halda müddətin axımından danışmaq hüquqi baxımdan əsassızdır. Bu baxımdan, müddətin buraxılması şikayətçinin səhlənkarlığı və ya passiv davranışı ilə deyil, tamamilə onun iradəsindən kənar hallarla bağlı olmuşdur. Bundan əlavə, məhkəmə təcrübəsində də qəbul edilmişdir ki, məhkəmə aktının tərəfə rəsmi qaydada çatdırılmaması prosessual müddətin bərpası üçün üzürlü səbəb hesab olunur. Çünki belə hallarda şəxsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi məhdudlaşdırılmış olur. Beləliklə, iş üzrə apellyasiya şikayəti vermə müddətinin buraxılması obyektiv, üzürlü və şikayətçinin iradəsindən asılı olmayan səbəblərlə bağlı olduğundan, həmin müddətin bərpası qanuni və əsaslıdır.
15. Şikayətə qarşı cavabdehin vəkili və nümayəndəsi vəkil1 ## ##### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə kollegiyanın ünvanına etiraz ərizəsi göndərmiş, ərizədə həm iddiaçının, həm də onun vəkil və nümayəndəsinin elektron kabineti olduğu, onların məhkəmə qərardadından rəsmi qaydada məlumatlı olduqları, bu səbəbdən şikayətin təmin olunmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş edilmişdir. III. Işin şifahi məhkəmə iclasına keçirilməsi, izahatlar a) Ərizə-vəsatətin dəlilləri
16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)- **/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət mümkün hesab edilərək, şikayətin məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində Naxçıvan Мuxtar Respublikası Ali Мəhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
17. Iddiaçı İddiaçı ## ##### 2026-cı il tarixdə kollegiyanın ünvanına ərizə-vəsətat ünvanlayaraq Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından nümayəndəsi və vəkili vəkil2 tərəfindən şikayət verildiyini, həmin iş üzrə şikayətin tam və hərtərəfli araşdırılmasını təmin etmək, həmçinin buraxılmış müddətin üzrlü səbəblərdən olduğunu əsaslandırmaq zərurəti yarandığından işin şifahi məhkəmə iclasında (tərəflərin iştirakı ilə) baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
18. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)- **/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə İddiaçı ərizə-vəsətatinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayətə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Şikayətə baxılması zamanı izahat verən iddiaçı İddiaçı şikayətlə oxşar məzmunda izahat verərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
20. Şikayətə baxılması zamanı izahat verən cavabdehin vəkili və nümayəndəsi vəkil1 şikayəti qəbul etmədiklərini, həm iddiaçının, həm də onun vəkil və nümayəndəsinin elektron kabineti olduğunu, onların məhkəmə qərardadından rəsmi qaydada məlumatlı olduqlarını qeyd edərək, şikayətin təmin olunmamasını, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
21. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının vəkil-nümayəndəsi vəkil2, cavabdeh Cavabdeh, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Abbas oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
23. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
24. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
29. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)
30. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
31. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
32. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
33. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
34. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
35. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. IV. Məhkəmə kollegiyasının mövqeyi
36. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinin tələblərinə əsasən, “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunan hallarda məhkəmə icraatı elektron qaydada həyata keçirilir və bu sistem vasitəsilə göndərilən sənədlər rəsmi qaydada təqdim edilmiş hesab olunur. Qanunun 10-1.3-cü maddəsinə uyğun olaraq, məhkəmə sənədləri elektron kabinetdə yerləşdirildiyi andan etibarən tərəflərə təqdim edilmiş sayılır və həmin sənədlərin əlavə olaraq digər üsullarla (məsələn, poçt vasitəsilə) göndərilməsi tələb edilə bilməz.
38. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi ilə də açıq şəkildə müəyyən edilmişdir ki, elektron məhkəmə sistemində qeydiyyatdan keçmiş şəxslərə məhkəmə sənədləri onların elektron kabinetlərində yerləşdirilməklə təqdim edilir və bu barədə məlumatlandırma elektron vasitələrlə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə, bu qaydada təqdim edilən sənədlər rəsmi qaydada verilmiş hesab olunur.
39. Şikayətin dəlillərinin araşdırılması zamanı iş materiallarından aydın olmuşdur ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən elektron kabineti mövcud olmuş, eyni zamanda iddiaçı məhkəmə iclaslarında vəkillə təmsil olunmaqla onun da müvafiq olaraq elektron kabineti mövcud olmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarına və iş materiallarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 11:48-də iddiaçı İddiaçı məxsus elektron kabinetə, eyni zamanda onun vəkil-nümayəndəsi vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı isə ##.##.2026-cı il tarixdə, saat 11:10 və 11:11-də iddiaçı və onun vəkilinin elektron kabinetində yerləşdirilmiş, lakin, iddiaçı ##.##.2026-cı il tarixili qərardaddan 10 günlük şikayət vermə müddətini buraxmaqla ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir.
40. Beləliklə mülki işin müəyyən olunmuş hallarından göründüyü kimi həm iddiaçı, həm də onun vəkili-nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş və aktiv elektron kabinetə malik olmuşlar. Məhkəmə aktları, yəni həm qətnamə, həm də mübahisələndirilən qərardad qanunla müəyyən edilmiş qaydada onların elektron kabinetlərinə yerləşdirilmişdir. Bu hal isə o deməkdir ki, həmin sənədlər qanunla müəyyən olunmuş rəsmi qaydada təqdim olunmuş və prosessual müddətlərin axımı da məhz bu tarixdən başlanmışdır. Bu səbəbdən, şikayətçinin məhkəmə aktını yalnız sonradan və təsadüfi qaydada əldə etməsi barədə iddiası onun öz üzərinə düşən prosessual öhdəlikləri, yəni elektron kabinetini mütəmadi izləmək və işin gedişindən xəbərdar olmaq vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ilə bağlıdır.
41. Şikayətçinin məhkəmə aktlarının poçt vasitəsilə təqdim olunmaması barədə dəlili hüquqi baxımdan əsassızdır. Çünki qüvvədə olan prosessual qanunvericilik elektron məhkəmə sisteminin tətbiq olunduğu hallarda alternativ təqdimetmə üsulunun tələb olunmasını istisna edir. MPM-nin 10-1.5-ci maddəsində də birbaşa göstərilir ki, elektron qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Bu səbəbdən, məhkəmə aktının yalnız elektron kabinetə yerləşdirilməsi onun rəsmi təqdim olunması üçün kifayət edir.
42. Digər tərəfdən, şikayətçinin vəkil ilə təmsil olunması faktı da xüsusi nəzərə alınmalıdır. Peşəkar hüquqi yardım göstərən vəkilin mövcudluğu şəraitində məhkəmə sənədlərinin vaxtında izlənilməməsi və ya onlardan xəbərsiz qalınması üzrlü səbəb kimi qəbul edilə bilməz. Çünki vəkilin vəzifəsi yalnız sənədləri tərtib edib təqdim etməkdən ibarət deyil, eyni zamanda iş üzrə qəbul edilən məhkəmə aktlarını izləmək, müdafiə etdiyi şəxsi bu və sonrakı hüquqi nəticələr barədə məlumatlandırmaqdır.
43. Kollegiya bir daha qeyd edir ki, şikayətçi tərəfindən irəli sürülən “məhkəmə aktının rəsmi qaydada təqdim edilməməsi səbəbindən müddətin başlamaması” barədə mövqe yalnız o halda əsaslı sayıla bilər ki, təqdimetmə ümumiyyətlə həyata keçirilməmiş olsun. Lakin mövcud iş üzrə təqdimetmə qanunla nəzərdə tutulmuş elektron qaydada həyata keçirilmişdir və bu səbəbdən də müddətin başlanmadığını iddia etmək hüquqi baxımdan əsassızdır.
44. Beləliklə, kollegiya hesab edir ki, prosessual müddətin buraxılması şikayətçinin iradəsindən kənar obyektiv hallarla deyil, onun və vəkil-nümayəndəsinin lazımi diqqət göstərməməsi ilə bağlı olmuşdur. Bu səbəbdən, həmin müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə düzgün və əsaslı hesab edilməlidir.
45. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün46. edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir.
47. Kollegiya hesb edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsində göstərdiyi halları düzgün qiymətləndirmiş, prosessual müddətin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmiş və müddətin bərpasından imtina etməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi üçün hüquqi əsas yaratmır.
48. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş halları yuxаrıdа şərh olunаn normаlаrla əlаqəli şəkildə qiymətləndirərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı:
Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.