Məhkəmə qərarları › İş №e-2(3-10)-323/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-323/2026

26.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-323/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Tacəddin qızına qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1аn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Tacəddin qızına qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Tacəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, ## ### 2012-ci ildə doğulmuş X3 üçün 130 manat aliment iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh Tacəddin qızına ödənilməsi qət edilmişdir.

2. İş materiallarında olan “Xəqani” X12 ## ###### 2025-ci il tarixli arayışından görünür ki, ## ######## 2017-ci il təvəllüdlü X5 mərkəzdə nitq inkişaf ləngiməsi və davranış pozuntusu diaqnozu üzrə müalicə almışdır. Müalicə psixoloji və pedaqoji istiqaməti üzrə aparılmışdır.

3. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə tələbkar Cavabdeh Tacəddin qızının ərizəsi təmin edilmiş və Zaqatala Rayon Məhkəməsinin ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması İddiaçı tutularaq Cavabdeh Tacəddin qızına ödənilməsi qət edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği ərizənin verildiyi ##.##.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay hər uşaq üçün minimum əmək haqqının 1,03 misli həddində müəyyən edilməsi qərara alınmışdır.

4. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 ## #### 2009-cu ildə doğulmuşdur. Valideynləri İddiaçı və X6r.

5. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 ## ### 2012ci ildə doğulmuşdur. Valideynləri İddiaçı və Cavabdeh Tacəddin qızıdır.

6. İş materiallarında olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- IV****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ## ######## 2017-ci ildə doğulmuşdur. Valideynləri İddiaçı və X2r.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sosial müavinət və təqaüd haqqında ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı II qrup əlil kimi 250 manat təqaüd alır.

8. İş materiallarında olan ##.##.2025-ci il tarixli MŞŞ/MT***/****-***** nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Tacəddin qızı ##.##.2025-ci il tarixdə saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı nümayəndəsi Nümayəndə birtərəfli qaydada ödəmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Tacəddin qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ## ### 2012-ci il təvəllüdlü X3 üçün, yetkinlik yaşına çatana qədər İddiaçı tutulan alimentin məbləği azaldırılaraq hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində pul məbləğində (hər ay 180 manat sabit pul məbləğində) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbini onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə ## ### 2012-ci ildə doğulmuş X3 üçün 130 manat aliment iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Tacəddin qızı iddiaçı İddiaçı qarşı Zaqatala rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutularaq Cavabdeh Tacəddin qızına ödənilməsi qət edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği ərizə verildiyi ##.##.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay hər uşaq üçün minimum əmək haqqının 1.03 misli yəni 412 manat müəyyən edilmişdir. İddiaçı astma xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar işləmək imkanı yoxdur. Alimenti ödəməkdən imtina etmir. Əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün gəlir əldə edə bilmir. O, anasının köməkliyi ilə dolanır, aldığı ayda 220 manat pensiya ilə də aylıq alimenti və qalıq aliment borclarını zor güclə ödəyir. İddiaçı II qrup əlildir. Bundan başqa iddiaçı ailəlidir, himayəsində iki az yaşlı uşağı var. Uşaqlarından biri autizm xəstəsidir və mütəmadi olaraq müalicə alır. Ayda 180 manat aliment ödəyə bilər, 412 manat aylıq aliment çox yüksəkdir. Məhkəmədə başqa bir şəxsə də borcu vardır. Həmin borcun bir hissəsinin ödənilməsi üçün 10 000 manat kredit götürmüş və 2028ci ilə qədər ödəməsinə öhdəlik vermişdir. İddiaçının anası borcunun ödənilməsinə köməklik edir. İddiaçının anası mediasiyadan bir gün öncə cavabdehin evinə getmiş, danışmış və razılaşmışdır. Lakin o səhər zəng vurub fikrini dəyişdirdi. İddiaçı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. X4 tərəfindən ##.##.2025-ci il tarixində saat 12:00-13:00-da mediasiya sessiyası təyin edilmişdir. İlkin mediasiya sessiyasından sonra razılaşma olmamışdır. Buna görə də iddiçı “alimentin azaldılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlunun üç uşağı vardır. Bir uşağı cavabdeh ilə olan evlilikdən, iki uşağı isə digər evliliklərdən olandır. Oğlunun 13 000 manat borcu vardır. O, bankdan kredit götürmüşdür ki onun borcunu ödəsin. Məhkəmə qərardadı ilə oğlundan cavabdehin xeyrinə 400 manat alimentin tutulması müəyyən edilmişdir. Lakin oğlunun həmin məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Bundan başqa oğlunun başqa evliliklərindən iki övladı vardır. Övladlarının biri autizm xəstəsidir. Oğlu cavabdehə hər ay 200 manat aliment ödəyə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh Tacəddin qızı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ödədiyi 130 manat aliment uşağının maddi ehtiyaclarını ödəmədiyi üçün o, həmin məbləğin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş və ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutularaq ona ödənilməsi qət edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği ərizə verildiyi ##.##.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay minimum əmək haqqının 1.03 misli yəni 412 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin təklif etdiyi 200 manat aliment məbləği ilə razı deyildir. O, iddiaçıdan ən azı 300 manat aliment tələb edir.

13. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən indeksasiya olunmuş ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.03 misli həddində alimentin məbləğinin azaldılması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh Tacəddin qızının xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərc iddiaçının nümayəndəsi Nümayəndə aid edilməsi qət edilmişdir.

14. Cavabdeh Cavabdeh Tacəddin qızı Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamədə öz mövqeyini əsaslandırarkən yalnız iddiaçının müdafiəçisi qismində çıxış etmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının indeksasiya edilməsi nəticəsində təyin edilmiş alimentin miqdarında iddiaçının maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur və nəticədə iddiaçının həm uşağının, həm də özünün maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Məhkəmə bu fikirləri yazmaqda hər hansı bir sübutlara istinad etməmişdir. Qeyd olunan fikir hər hansı bir sübuta istinad olunmursa onu yalnız mülahizə hesab etmək olar. Məhkəmə daha sonra yazır ki, həmçinin cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da onun əmək qabiliyyətsiz və ya məhdud əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Məhkəmə bu fikri yazmaqdan əvvəl onun maddi vəziyyətini, qazancını, yaşadığı yerin olub-olmamasını aydınlaşdırmadan yalnız mülahizələrdən ibarət qətnamə çıxarmışdır. Qedye dir ki, himayəsində olan 14 yaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Kirayədə qaldığı evə aldığı əmək haqqının 70%-ni ödəyir. Nəticədə əmək qabiliyyətli olsa belə onun və uşağının maddi ehtiyacını ümumiyyətlə ödəyə bilmir. Valideynlərinin və qardaşlarının maddi köməkliyi ilə yaşayır. Qeyd olunan faktı məhkəmə araşdırmadan bu faktları araşdırılması ilə əlaqədar, ümumiyyətlə heç bir sual vermədən məhkəmə iclasını yekunlaşdırmışdır. Məhkəmə daha sonra alimentin indeksasiyasına qədər təyin olunmuş 130 manat alimentin borclu tərəfindən normal qaydada ödənib ödənilmədiyini də araşdırmamışdır. Məhkəmə yalnız iddiaçını və onun nümayəndəsini məhkəmə iclasında müdafiə edərək 14 yaşlı oğlan uşağının saxlanması üçün 200 manat aliment təyin etmişdir. Lakin məhkəmə ölkədə 2026-cı il üçün müəyyən edilmiş uşaqlar üçün olan alimentin minimum 260 manat olmasını da nəzərə almamış və bu barədə qətnamədə ümumiyyətlə fikir söyləməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə alimenti azaltmaqda ona qarşı qərəzli olmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddianının təmin edilməməsi xahiş edilsə də, mahiyyət etibarı ilə 50 manat məbləğində müalicə xərcindən azad edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 34. Nikah hüququ

IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

İnsan hüquqlarına dair Ümumi Bəyannamə

22. Maddə 25, 2-ci bənd. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

23. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

25. Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

26. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

27. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

28. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

29. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

30. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

31. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

32. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh Tacəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. İddiaçı cavabdehlə birgə olduqları dövrdə anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində alimentin azaldılaraq 0,45 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırkı indeksasiya olunmuş aliment məbləğinin kifayət qədər yüksək olmasına, onun maddi və sosial vəziyyətinin göstərilən həcmdə aliment ödəməsinə imkan verməməsinə istinad edir. Cavabdeh isə məhkəmə iclasında məhkəmə qərardadı ilə təyin edilmiş aliment məbləğinin azaldılmasına etiraz etdiyini bildirmiş və ən azı 300 manat alimentin təyin edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

47. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə anadan olmuş uşaqları əvvəl olduğu kimi hazırda da cavabdehin himayəsində yaşayır. Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə həmin uşağın saxlanması üçün 130 manat miqdarında aliment müəyyən edilərkən hər iki tərəfin maddi durumu, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Qətnamə ilə alimentin miqdarı müəyyən olunduqdan sonra Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində indeksasiya olunmuşdur.

48. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 1,03 misli həddində, yəni 2025-ci il üçün 412 manat miqdarında müəyyən edilmiş, bununla da, iddiaçının maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. İddiaçıdan hər ay 412 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətinin həddən artıq ağırlaşmasına səbəb olacaqdır. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqından da çoxdur ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də özünün maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir.

49. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırkı vəziyyətdə cavabdehin rəsmi iş yerinin olmaması, onun II qrup əlil olması, himayəsində başqa nikahlardan iki övladının olması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Eyni zamanda alimentin miqdarının azaldılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalı və aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində deyil, 0,50 misli həddində müəyyən edilməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

51. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, 8- */**** №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

52. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

54. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bir uşağın saxlanılması üçün aliment məbləği 260 manat müəyyən edilmişdir.

55. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəsi qanuni və əsaslıdır.

57. Beləliklə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

61. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

64. Apellyasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2544 manat təşkil edir.

65. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Tacəddin qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar