Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-345/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Məhəmməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş ## #### 2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ## #### 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər biri üçün hər ay cavabdehdən respublika üzrə müəyyən olunmuş yaşayış minimumunun 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə nikahımız ## ####### 2011-cü il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 530 nömrə ilə qeydiyyata alınaraq bağlanmışdır. Birgə nikahlarından iki övladı: ## #### 2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ## #### 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, 2(039)- ****/**** saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş ## #### 2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ## #### 2014-cü il təvəllüdlü X3 anaları Həmidova (Allahverdiyeva) Samirə Şahin qızının yanımda qalması müəyyən olunmuşdur. Nikah pozulduğu gündən hal-hazıradək övladları onun himayəsində qalmış və halhazıradək birgə yaşayırlar. Xırdalan şəhərində kirayədə qalırlar, uşaqlar məktəblidirlər. Cavabdeh nikahları pozulduğu gündən övladlarının qayğısına qalmamış, onlara maddi və mənəvi dəstək göstərməmişdir. Nikah pozulduğu zaman cavabdehə qarşı aliment tələbinin olmamasına baxmayaraq, hazırda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ata valideynindən aliment tutulması tələbi üzrə iddia qaldırmağa məcbur olmuşdur. Belə ki, uşaqlar gündən–günə böyüyür, məktəblidirlər, onların maddi problemlərini qarşılamağa çətinliklər yaranır. Ata valideyn isə bir gündə olsa övladları ilə maraqlanmır və onlara maddi yardım göstərmək belə istəmir. Yaranmış mübahisələri həll etmək üçün, məhkəməyə qədər aidiyyəti üzrə Şəki * saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında ailə münasibətləri üzrə alimentin könüllü ödənilməsi baş tutmamış, mediasiya xərci ödənilmiş, yetkinlik yaşına çatmayan körpə övladları saxlanılması üçün aliment məbləğinin müəyyən olunmasına görə müvafiq məhkəməyə müraciət edilməsi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Cavabdeh Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. O, ikinci dəfə nikaha daxil olmuşdur və həmin nikahdan da bir övladı vardır. O, hazırda iddiaçıya yaşayış minimumunun 0,61 misli həddində sabit pul məbləğində aliment verməyə razıdır. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, səhhətində yaranmış problemlər onun məhkəmə iclasında iştirak etməyinə mane olur. Belə ki, ##.##.2026-cı il tarixdən davam edən müalicələr onu cərrahiyyə əməliyyatına məruz qoymuşdur. İddia tələblərini müdafiə edir və məhkəmədən xahiş edir ki, onun iştirakı olmadan müvafiq qətnamə qəbul edilsin. Tibbi arayışı vəsatətə əlavə etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh ##.##.2025-cü il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlunun və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (hər uşaq üzrə ayrı-ayrılıqda)sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icra edilməsi, cavabdeh Cavabdeh 60,0 manat mediasiya xərcinin alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdeh Cavabdeh ilə nikahından ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ##.##.2014-cü il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar hal-hazırda iddiaçının himayəsindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir.
8. Məhkəmə tərəflərin faktiki nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehin iddia tələbinin təmin olunmasına etiraz etmədiyini nəzərə alaraq Cavabdeh hər ay hər uşaq üçün 244,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
9. Beləliklə, məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ##.##.2025-cı il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlunun və ##.##.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (hər uşaq üzrə ayrı-ayrılıqda) sabit pul məbləğində aliment və 60,0 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 76, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 №- li, ## #### 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul olunmuş Qətnamə onun real həyat şəraiti, faktiki maddi imkanları, ailə vəziyyəti, sağlamlıq durumu və himayəsində olan şəxslərin mövcudluğu nəzərə alınmadan çıxarılmış, nəticədə onu çıxılmaz vəziyyətə salmışdır.
14. Belə ki, o, Yevlax rayonunda yaşayır. Yaşadığı rayonda mövcud olan işsizlik səbəbindən daimi və sabit gəlir əldə etmək imkanı yoxdur. O, yalnız təsadüfi şəkildə, bəzən fəhləlik, bəzən qarovulçuluq, bəzən isə fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla qısamüddətli və qeyri-sabit gəlirlər əldə edir. Gördüyü bu işlərin heç biri daimi xarakter daşımır, heç bir müəssisədə müddətsiz əmək müqaviləsi ilə işləməmiş, hazırda isə ümumiyyətlə heç bir yerdə işləmir. Başqa sözlə, onun sabit əmək haqqı, rəsmi gəlir mənbəyi və gələcəyini təmin edən davamlı qazancı yoxdur.
15. Birinci instansiya məhkəməsi sabit pul məbləğində aliment müəyyən edərkən onun faktiki, qeyri-sabit və cüzi gəlirini, himayəsində yaşlı valideynini, mövcud borc öhdəliklərini, habelə iddiaçının maddi vəziyyətini və digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırmamışdır. Nəticədə təyin edilmiş aliment məbləği uşağın əvvəlki təminat səviyyəsini real imkanlar çərçivəsində maksimal qorumaq əvəzinə, onun ödəmə qabiliyyətini aşan, normanın məqsədi və ədalət prinsipi ilə uzlaşmayan həddə müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəmənin işi tam, hərtərəfli və obyektiv araşdırmaq üçün iştirakçılara hüquq və vəzifələrini izah etmə, onları nəticələr barədə xəbərdar etmə və hüquqlarının həyata keçirilməsinə şərait yaratma vəzifəsini nəzərdə tutur. Lakin birinci instansiya məhkəməsi nə imzalanmış ərizənin əhəmiyyətini izah etmiş, nə də onların nəticələri barədə xəbərdarlıq etmiş, bununla da cavabdehin sübut təqdim etmək və digər hüquqlarını reallaşdırmasına lazımi şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə ziddiyyətli ifadələr və qeyri-müəyyən hallar mövcud olduğu halda əlavə sübutların təqdim edilməsini tələb etməmiş, bu da işin tam araşdırılmasına və həqiqətin müəyyən edilməsinə mane olmuşdur.
17. Birinci instansiya məhkəməsi onun hər hansı daimi iş yerinin, müddətsiz əmək müqaviləsi üzrə fəaliyyətinin, rəsmi əmək haqqının və davamlı gəlir mənbəyimin olubolmamasını tam müəyyən etməmişdir. Halbuki iş üzrə izahatlarımdan görünür ki, o, yalnız təsadüfi, qısamüddətli və qeyri-sabit işlərlə cüzi gəlir əldə edən şəxsdir, hazırda isə ümumiyyətlə daimi iş yeri yoxdur. Bu hal məhkəmənin gəldiyi nəticə üçün ona görə mühüm əhəmiyyət daşıyır ki, sabit pul məbləğində aliment müəyyən edilərkən ödəyicinin faktiki və davamlı qazanc imkanları əsas qiymətləndirmə meyarıdır. Mənim real gəlir vəziyyəti aydınlaşdırılmadan hər ay faktiki olaraq 488 manat aliment öhdəliyinin müəyyən edilməsi ödəmə qabiliyyətimin düzgün qiymətləndirilməməsinə səbəb olmuşdur.
18. İş üzrə onun təkrar tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli qərarının 66 “C” maddəsinə uyğun olaraq dinc dövrdə belə hərbi xidmətə yararsız hesab olunduğu, eləcə də sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlərin mövcud olduğu bildirilsə də, məhkəmə bu halın onun əmək qabiliyyətinə və gəlir əldə etmək imkanlarına təsirini araşdırmamışdır. Bu hal ona görə mühüm əhəmiyyət daşıyır ki, sağlamlıq imkanları məhdud olan şəxsin yüksək məbləğdə sabit aliment ödəmək imkanının olub-olmaması məhz onun fiziki əmək qabiliyyəti və qazanc əldə etmək potensialı ilə birbaşa bağlıdır. Bu məsələ araşdırılmadan müəyyən edilmiş aliment məbləği işin həqiqi hallarına uyğun sayıla bilməz.
19. Məhkəmə onun daşınar və daşınmaz əmlakının, nəqliyyat vasitəsinin, gəlir gətirən hər hansı mülkiyyət obyektinin və digər əlavə maliyyə imkanlarının olub-olmamasını tam araşdırmamışdır. Onun heç bir əmlaka malik olmadığı, yalnız günəmuzd və təsadüfi işlərdən asılı olduğu bildirilsə də, bu hal qətnamədə tam araşdırılmış fakt kimi öz əksini tapmamışdır. Bu hal məhkəmənin gəldiyi nəticə üçün ona görə mühüm əhəmiyyətlidir ki, sabit pul məbləğində aliment yalnız əmək gəliri deyil, ümumi əmlak və iqtisadi imkanlar nəzərə alınmaqla müəyyən edilməlidir. Cavabdehin əmlakının və ya əlavə gəlir mənbələrinin olmaması şəraitində yüksək aliment məbləğinin müəyyən edilməsi real həyat faktlarına, obyektiv vəziyyətə söykənmir və gerçək maddi vəziyyətlə uyğun gəlmir.
20. Məhkəmə iclası başlamazdan əvvəl ona müəyyən göstəriş və təlimatlar verilməsi nəticəsində ərizə imzaladığı, lakin həmin ərizənin hüquqi mahiyyəti və nəticələri barədə məlumatlı olmadığı halda, məhkəmə bu sənədin hansı şəraitdə alındığını, onun həqiqi iradəsini əks etdirib-etdirmədiyini və ümumiyyətlə iddia tələbini tam qəbul edib-etmədiyini araşdırmamışdır. Eyni zamanda ona sonrakı iclasa gəlməyinə ehtiyac olmadığı bildirildiyi halda, bu halın müdafiə hüququna təsiri də məhkəmə tərəfindən yoxlanılmamışdır. Bu hal məhkəmənin gəldiyi nəticə üçün ona görə mühüm əhəmiyyət daşıyır ki, qətnamədə onun iddia tələbini qəbul etməyi nəticəyə təsir edən əsas hallardan biri kimi götürülmüşdür. Əgər həmin ərizə sərbəst iradə ifadəsi deyildisə və ya onun iş üzrə mövqeyi tam dinlənilməmişdirsə, bu halda məhkəmənin gəldiyi nəticənin faktiki əsası ciddi şübhə altına düşür. 21.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə birbaşa təsir edən yuxarıda göstərilən mühüm faktiki halları tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Həmin hallar düzgün müəyyən edilsəydi, onun real ödəmə qabiliyyəti, ailə və sosial yükü, sağlamlıq vəziyyəti, habelə iş üzrə iradənin həqiqi məzmunu barədə məhkəmə fərqli nəticəyə gələ bilərdi. Buna görə də hesab edir ki, iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə qanuni və əsaslı hesab oluna bilməz.
22. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilərək ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlunun və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, iki uşaq üçün cəmi 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilərək ondan hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, iki uşaq üçün cəmi 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək , apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilərək ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlunun və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, iki uşaq üçün cəmi 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
29. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
30. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
31. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 manat, minumum əmək haqqı isə 400,0 manat məbləğində müəyyən edilmişdir.
32. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
37. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
39. Cavabdeh apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsini qismən mübahisələndirərək, alimentin məbləğinin dəyişdirilməsini xahiş etmişdir.
40. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahlarından ##.##.2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ##.##.2014-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, 2(039)- ****/**** saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş ## #### 2012-ci il təvəllüdlü Allahverdiyev Elxan Firidun oğlu və ## #### 2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində hazırkı tələbə baxılarkən cavabdeh Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, iddiaçıya yaşayış minimumunun 0,61 misli həddində sabit pul məbləğində aliment verməyə razı olduğunu bildirmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Belə ki, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yaşadığı rayonda mövcud olan işsizlik səbəbindən daimi və sabit gəlir əldə etmək imkanın olmaması, onun sabit əmək haqqı, rəsmi gəlir mənbəyi və gələcəyini təmin edən davamlı qazancının olmaması, birinci instansiya məhkəməsi sabit pul məbləğində aliment müəyyən edərkən onun faktiki, qeyrisabit və cüzi gəlirini, himayəsində yaşlı valideynini, mövcud borc öhdəliklərini, habelə iddiaçının maddi vəziyyətini və digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırmaması, həmçinin onun ikinci nikahda olması, həmin nikahdan ##.##.2023-cü il təvəllüdlü azyaşlı uşağının olmasını, eləcə də himayəsində yaşayan yaşlı və xəstə anasının gündəlik yaşayış, qidalanma və müalicə xərclərinin faktiki olaraq onun üzərində olmasının nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, valideynin sonradan bağladığı nikah və həmin nikahdan doğulan uşaqların mövcudluğu əvvəlki nikahdan olan uşaqların maddi təminat səviyyəsinin azaldılmasına əsas vermir.
47. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
48. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşaqların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlıqlarının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi imzalanmış ərizənin əhəmiyyətini izah etməməsi, onun nəticəsi barədə xəbərdarlıq etməməsi, bununla da cavabdehin sübut təqdim etmək və digər hüquqlarını reallaşdırmasına lazımi şərait yaratmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı, eyni zamanda hüquq və vəzifələrin izahı barədə bildirişlər göndərilmiş, cavabdeh Cavabdeh isə ##.##.2026-cı il tarixdə məhkəmənin dəftərxanasına yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, iddiaçıya yaşayış minimumunun 0,61 misli həddində sabit pul məbləğində aliment verməyə razı olduğunu bildirmişdir.
50. Kollegiya qeyd edir ki, cavabdeh ərizənin kənar şəxslərin təsiri altında yazdığını qeyd etsədə, qeyd olunan xüsusatla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin ##.##.2026-cı il tarixli iclas protokolundan görünür ki, cavabdeh Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında övladlarının saxlanılması üçün 261 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir.
51. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi və dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.