Məhkəmə qərarları › İş №e-2(3-10)-370/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-370/2026

10.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-370/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Məhəmməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən edilən alimentin miqdarı azaldılaraq 150 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin vaxtdan borclu olaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmişdir. Cavabdeh də həmin vaxtdan indiyədək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. O ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan 2 övladı var. Cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(075)- ***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş və hər ay ödəniləcək alimentin məbləği artırılaraq minimum əmək haqqı məbləğinin 1 misli miqdarında müəyyən edilmişdir. Həmin məbləğ isə bir uşaq üçün 400 manat deməkdir. Hansı ki, o rəsmi işdə çalışmır, fərdi əməklə məşğuldur. Hərdən iş olanda qazanc əldə edə bilir. O da onun öhdəliklərini qarşılamağa imkan vermir. Bu halda həm hazırkı ailə vəziyyəti və gəlirləri bu qədər artımla olan alimenti ödəməyə imkan vermir. Alimentin azaldılması tələbi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarında mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişdir və cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixdə MŞŞ/MT***/****-***** saylı arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X1 iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, tək işləyir və uşağına baxmağa çalışır. Uşağın təhsil almasını istəyir. Ödənilən 150 manat aliment uşağın xərclərinin tam ödənilməsinə kifayət etmir. İddiaçı işlədiyi halda uşaqları təmin edə bilər. O, iddianın rədd edilməsini istəyir.

5. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Məmmədova) iddia qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(075)- ***/**** saylı qərardadı ilə indeksasiya edilmiş ##.##.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay minimum əmək haqqının 1 misli həddində tutulan alimentin məbləği azaldılaraq hər ay minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında müəyyən edilməsi, cavabdeh Cavabdeh 8 (səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh 22 (iyirmi iki) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. İddia tələbinin dəlillərindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qazancının və başqa gəlirlərinin miqdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmasa da, iddiaçının xərcləri artmış və onun 2019-cu ildə Yeganə və 2021-ci ildə Mərd adlı iki övladı dünyaya gəlmişdir. 7.Məhkəmə hesab etmişdir ki, alimentin müəyyən edildiyi vaxtdan ##.##.2010-cu il təvəllüdlü X4 xərclərinin artması isə işin mübahisəsiz halı olsa da, cavabdehin özünün gəlirini və ailə vəziyyətini nəzərə alaraq məhkəmə təyin edilmiş alimentin məbləğini müəyyən etməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 5 və 13-cü maddələri, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4, 218.3, 233.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayətinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinsin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, uşağın üstün mənafeləri nəzərə alınmadan qəbul edilmişdir.

11. İddiaçı tərəfindən öz gəlirləri gizlədilməklə iş yerində faktiki vəzifəsi ilə rəsmi qeydiyyatda olduğu vəzifə fərqli göstərilərək alimentin miqdarının azaldılamsına nail olmağa çalışmışdır. İşlədiyi müəsissədə faktiki aşbaz vəzifəsində çalışmış, lakin çayçı olaraq elektorn sistemdə qeydiyyata aldıraraq faktiki gəlir mənbəyinin az olmasını göstərmişdir. Uşağın üstün mənafeyi prinsipi pozulmuşdur. Mövcud iqtisadi şəraitdə müəyyən edilmiş məbləğ uşağın minimum ehtiyaclarını belə təmin etmir. Uşağın təhsil, geyim, saxlanma və digər xərclərinin olması nəzərə alınmamışdır.

12. Yeni ailə vəziyyəti alimentin azaldılması üçün hüquqi əsas hesab edilə bilməz və əvvəlki övladın hüquqlarını məhdudlaşdıra bilməz. X4 atasından ayrı yaşamaqla ata qayğısından məhrum olmuşdur. Atası və digər qohumları tərəfindən ona maddi və mənəvi hər hansı bir diqqət qayğı göstərilməmişdir. Ən azından aliment miqdarının qeyd olunan məbləğdə ödənilməsi ilə ona lazımlı gələcəyin qurulmasında hər hansı bir köməklik göstərilə bilərdi. Lakin məhkəmənin bu qərarı ilə onun hüquqları nəzərə alınmamışdır.

13. Alimentin indeksasiyası qanuni və əsaslı olmuşdur, onun azaldılması hüquqi sabitliyi pozur. Məhkəmə sübutları obyektiv və hərtərəfli qiymətləndirməmiş, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Aslanova Kəmalə ilə arasındakı barışıq sazisişinin gözdən pərdə asmaq məqsədilə, aliment məsuliyyətindən yayınmaq məqsədilə bağlanılmasına nəzər yetirməmişdir. Çünki həmin sazişdən sonra X2 hər hansı ödənişin edilib edilməməsi barədə sübutlar təqdim edilmədən bu gözdən pərdə asılmasına məhkəmə tərəfindən diqqət yetirilmədən sübut qismində qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının azaldılması zamanı iddiaçının maddi və ailə vəziyyətində dəyişikliklərin olub-olmaması düzgün qiymətləndirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının gəlirlərinin azalması faktı sübuta yetirilməmiş, əksinə məhkəmə özü qeyd etmişdir ki, iddiaçının gəlirləri əvvəlki dövrlə müqayisədə azalmamışdır. Buna baxmayaraq yalnız ailə vəziyyətində dəyişiklik (yeni övladların olması) əsas götürülərək alimentin azaldılması barədə nəticəyə gəlinmişdir ki, bu da qeyd olunan maddənin tələblərinə ziddir. Qanuna əsasən uşağın minimum dolanacaq səviyyəsindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin məhkəmə tərəfindən alimentin məbləği azaldılarkən uşağın real ehtiyacları və müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmamış, nəticədə uşağın maddi təminat səviyyəsi qanunla müəyyən olunmuş minimumdan aşağı müəyyən edilmişdir. Milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına əsasən uşağın maraqları bütün hallarda üstün tutulmalıdır. Məhkəmə isə alimentin azaldılması məsələsinə baxarkən uşağın mənafeyini deyil, iddiaçının şəxsi vəziyyətini üstün tutmuş, uşağın saxlanması üçün tələb olunan real xərcləri tam və obyektiv qiymətləndirməmişdir.

15. Qanuna əsasən hər bir tərəf öz tələblərinin əsasını təşkil edən halları sübut etməlidir. Lakin iddiaçı tərəfindən onun maddi vəziyyətinin pisləşməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilmədiyi halda məhkəmə iddianı qismən təmin etmişdir. Bu isə sübutetmə yükünün düzgün tətbiq olunmaması deməkdir. Məhkəmə yalnız tərəflər tərəfindən təqdim edilmiş sübutlara əsaslanmalı olduğu halda, mövcud iş üzrə qətnamə faktiki sübutlarla deyil, ehtimallara və ümumi mülahizələrə əsaslandırılmışdır. Qanunun tələbinə görə məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə tərəfindən alimentin konkret məbləğinin hansı əsaslarla müəyyən edildiyi göstərilməmiş, sübutların qiymətləndirilməsi tam və hərtərəfli aparılmamışdır. Məhkəmə qətnamə qəbul edərkən tələb çərçivəsindən çıxmamalı və qərarını əsaslandırmalıdır. Lakin alimentin məbləğinin hansı iqtisadi və hüquqi meyarlara əsasən məhz 0,5 misli həddində müəyyən edilməsi qətnamədə izah olunmamışdır Qətnamənin kifayət qədər əsaslandırılmamışdır. Belə ki, tərəflərin maliyyə vəziyyətinin müqayisəli təhlili aparılmamış, uşağın real xərcləri müəyyən edilməmiş qəbul edilmiş nəticənin hüquqi və faktiki əsasları tam göstərilməmişdir. Bu isə məhkəmə aktının əsaslandırılmışlıq və qanunilik prinsiplərinə ziddir.

16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən uşağın faktiki ehtiyyaclarını müəyyənləşdirməmiş, digər uşaqların saxlanması ilə bağlı təqdim edilmiş barışıq sazişini nəzərə alaraq uşağın hüquqlarının faktiki həyata keçirilməsində ayrıseçkiliyə yolvermişdir, bununla da səhv nəticəyə gəlmişdir.

17. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Cavabdeh məhkəməyə telegramla müraciət edərək, səhhəti ilə bağlı məhkəmə kollegiyasının iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı İddiaçı isə gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

23. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

24. Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

25.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı: Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Həmçinin 2026-cı il üçün minimum aylıq əməkhaqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahlarından ##.##.2010-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və Şəki Rayon Məhkəməsinin ## ###### 2018 -ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanılmış və İddiaçı ##.##.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ##.##.2010-cü il təvəllüdlü X4 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuşdur. İddiaçı Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ##.##.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində müəyyən edilmiş alimenti ödəmək iqtidarında olmadığını əsas gətirərək həmin alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Hansı ki, iddiaçının daha yüksək məbləğdə alimentin tutulmasına imkan verəcək bir qazanca malik olması ilə bağlı iş materialında hər hansı bir sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Kollegiya qeyd edir ki, 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026- cı il üçün isə 260 manat müəyyən edilməsinə baxmayaraq, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar