Məhkəmə qərarları › İş №e-2(3-10)-372/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-372/2026

10.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-372/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbi dair mülki iş üzrə (Açar sözlər: aliment borcunun silinməsi, xitam verilmə, məhkəmədə baxılmanın yolverilməzliyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərək tələb etdi ki, cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcunun düzgün hesablanmaqla, onun tərəfindən ödənilmiş aliment borcunun 8000 manatdan çıxarılması və birlikdə yaşadıqları dövr üçün yığılmış 7560 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh cavabdeh2 ilə ## ###### 2006-cı il tarixdə nikah bağlamaqla ailə həyatı qurmuşlar. Birgə münasibətlərindən ## ###### 2007-cil il təvəllüdlü X4 və ## ###### 2009-cu il təvəllülü X3 adlı övladları anadan olmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşdiyindən ayrılmağı qərarlaşdırmışdılar. Buna görə da cavabdeh cavabdeh2 Şəki Rayon Məhkəməsində ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən onunla cavabdeh2 arasında ## ###### 2006-cı il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış ** nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından olan ## ###### 2007-ci il təvəllüdlü cavabdeh2 Elşad qızı və ## ##### 2009-cu il təvəllüdlü X3 adlı uşaqları anaları cavabdeh2 yanında qalmışlar, ## ###### 2007-ci il təvəllüdlü X4 ## ##### 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat məbləğində olmaqla, cəmi 280 manat aliment tutularaq iddiaçı cavabdeh2 verilməli, iddianın qalan hissəsi təmin edilməməli, aliment tutulmasının əvvəli ## #### 2022-ci il tarixindən hesablanmalıdır. Onlar məhkəmə qətnaməsi ilə ayrılsalar da, uşaqlarının yaşları, o cümlədən böyük uşaqlarının qız olması, artıq onun 18 yaşı bitməsinə az qalmasını diqqətə alaraq birlikdə yaşamağı qərarlaşdırmışlar. Buna görə də ünvan 1 ünvanında yerləşən evdə yaşamağa davam etmişlər. Belə ki, o özünə atasından miras olaraq qalmış və ünvan 2 ünvanında torpaq sahəsi alaraq həmin ünvanda ev tikmiş, həmin evi isə 2025-ci ilin 2025-ci ilin yaz aprel-mart aylarında 80000 manata satmışdır. Onun böyük uşağı ## ###### 2007ci il təvəllüdlü X4 2023- 2024-cü il tədris ilinin yekununda imtahan verərək ali məktəbə, yəni Gəncə şəhərində yerləşən universitetə qəbul olmuşdur. Buna görə də 2024-cü ilin sentyabr ayında cavabdeh2 ## ###### 2007-ci il təvəllüdlü X4 və digər uşağı da götürərək Gəncə şəhərinə getmişlər. Buna səbəb, onların artıq ərarvad kimi davam edə bilməmələrinə və uşağın təhsil almalı olduğu universitetin Gəncə şəhərində yerləşməsi olmuşdur. O, bundan sonra məhkəmə qətnaməsi ilə ödəməli olduğu aliment borcunu hər ay ödəməyə davam etmişdir. Onu da qeyd edir ki, o ünvan 2 ünvanında yerləşən evi 2025-ci ilin yaz aprel-mart aylarında 80000 manata satmışdır. Həmin evin satışından əldə etdiyi 80000 manatın 40000 manatını cavabdeh2 vermişdir. Halbuki, o həmin evi almaq üçün atasından ona miras qalmış evi satmışdır. Beləliklə, onlar 2024 cü ilin sentyabr ayınadək həmin evdə yaşamışlar. Evi satmaqda da əsas məqsəd artıq onların davam edə bilməyəcəkləri olmuş və buna görə də evi satdıqdan sonra faktiki olaraq ayrılmışdırlar. Yəni alimentin ödənilməsi barəsində ## ###### 2022-ci il tarixli məhkəmə qətnaməsi olsa da, onlar 2024-cü ilin sentyabr ayınadək həmin evdə birlikdə yaşamışlar. Hər iki uşağı Şəki şəhəri, ** nömrəli məktəbdə oxumuşdur. Birlikdə yaşadıqları müddətdə o ailəsinin qayğısına qalıb, maddi və mənəvi cəhətdən hər şeylə təmin etmişdir. Paltarlarını almış, təhsil haqlarını ödəmiş, bir valideyn kimi onları hər şeylə təmin etdiyini qeyd etmişdir. Evə yeganə qazanc gətirən o, olsa da övladlarının, ailəsinin ehtiyacını qarşılamışdır. Cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona 8000 manat alimet borcu hesablanmışdır. Hesab edir ki, hazırki halda aliment borcunun hesablanması və ondan tələb edilməsi ədalətsizlikdir. O, aliment borcundan 2024cü ilin sentyabr ayından bu günədək olan aliment borcunu tam şəkildə ödəmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə alimentin əvvəlinin hesablanmalı olduğu ## #### 2022-ci il tarixindən onların birlikdə yaşadıqları ## ######## 2024-cü il tarixədək keçən 27 ay müddəti üçün hər ay 280 manat olmaqla, ödənilməli olan aliment məbləği 7560 manat təşkil edir. Halbuki, həmin müddəti onlar birlikdə yaşadıqlarına və ailəsinə o özü baxdığına görə həmin borc ondan tələb edilməməli olduğunu bildirmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər cavabdeh2 və Şəki rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməli olmasına dair mövqeyini aşağıdakılarla əsaslandırır; Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən cavabdeh2 ilə İddiaçı arasında ## ###### 2006-cı il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış ** nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-## ###### 2007-ci il təvəllüdlü X4 və ## ##### 2009-cu il təvəllüdlü X5 anası cavabdeh2 yanında saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları-## ###### 2007-ci il təvəllüdlü X4 və ## ##### 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat məbləğində olmaqla, cəmi 280 manat aliment tutularaq iddiaçı cavabdeh2 verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəmə qətnaməsi ilə tərəflər arasında nikah pozularaq yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment müəyyən olunsada, onlar 2024-cü ilin sentyabr ayınadək birlikdə yaşamamasını, birlikdə yaşadıqları müddətdə o, ailəsinin qayğısına qalıb, maddi ehtiyaclarını qarşılamasını, qeyd olunan müddət ərzində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən əsassız olaraq ona 8000 manat aliment borcu hesablanmasını əsas gətirərək ## #### 2022-ci il tarixindən onların birlikdə yaşadıqları ## ######## 2024-cü il tarixədək keçən 27 ay üçün hesablanmış aliment borcunun silinməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilikdə aliment ödəməli şəxsin iddiası üzrə məhkəmə tərəfindən aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallarda, həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edilməsi halları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin qanunvericilik bu cür tələblərə iddia icraatı qaydasında baxılmasını o halda nəzərdə tutmuşdur ki, tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırki iddia tələbinsə isə, iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Kollegiya qeyd edir ki, hazırki mülki iş üzrə alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbir olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. Buna görədə iddiaçı ## #### 2022-ci il tarixindən onların birlikdə yaşadıqları ## ######## 2024-cü il tarixədək övladları və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli,sübutlarını ona təqdim etməli və qeyd edilənmübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyəyn edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən müddəaların mənasından göründüyü kimi işə məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPMin 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia ilə bağlı mahiyyəti üzrə qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı qaytarılsın. İddiaçı İddiaçı qeyd olunan məsələ ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar