Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-374/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin ## ###### 2017-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan 100 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimetin miqdarı azaldılaraq İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2017ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin ## ###### 2017-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan 100 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Minimum əmək haqqının 0,86 misli 344 manat edir. Iddiaçı heç yerdə işləmir, iş olanda fəhləlik edir. Bundan başqa ## ###### 2021-ci il tarixdə X9 ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar, birgə nikahlarından ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir, onların da mənafeyi nəzərə alınmalıdır. Iddiaçı fərdi əməklə məşğul olduğu, başqa yerdən qazancının olmadığı, himayəsində iki azyaşlı övladı olduğu halda 344 manat aliment məbləğini ödəməkdə çətinlik çəkdiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, uşaq üçün aylıq 200 manat ödəmək imkanı var, heç yerdə işləmir. Bu səbəbdən aliment tələbinin azaldılaraq ondan aylıq 200 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsini, aliment məbləğinin indeksasiya olunmuş şəkildə saxlanılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə 100 manat aliment tutulması qərara alınmışdır. Alimentin indeksasiyası barədə Cavabdeh ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan 100 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı ## ###### 2021-ci il tarixdə nikah bağlanmış X9 ilə nikaha daxil olmuş, birgə nikahlarından ## ###### 2024-cü il təvəllüdlü X3 və ## ### 2022-ci il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir, həssas əhali qrupuna daxil olmaqla, 429.91 manat məbləğində pensiya alır.
6. Məhkəmə qeyd etmişdir ki, bütün uşaqlar bərabər yaşayış səviyyəsi ilə təmin olunmalı, alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin saxlanılması ilə yanaşı, borclunun iqtisadi imkanları ilə uşaqların ehtiyacları arasında ağlabatan balans balans qorunmalıdır. Bu əsaslarla məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılaraq uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
7. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddia tələbi qismən təmin edilmiş, ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı azaldılaraq İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 60 manat mediasiya xərcinin iddiaçı İddiaçı özünə aid edilməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 20.2, 22.2, 22.2.1, 22.2.2, 75.1, 75.4, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi; Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı; “AZEMIS” X10 əldə edilmiş məlumat; Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2021-ci il tarixli, AZ II ****** nömrəli nikah haqqında şəhadətnamə; Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, AZ IV ****** nömrəli doğum haqqında şəhadətnamə; Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2022-ci il tarixli, AZ IV ****** nömrəli doğum haqqında şəhadətnamə; X8 sonra prosesin davam etdirilə bilməməsi haqqında ##.##.2025-ci il tarixli, MŞŞ/MT***/****-***** nömrəli arayış.
10. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbində heç yerdə işləmədiyini, hərdən iş olanda fəhləlik etdiyini qeyd etmişdir. Bundan başqa o 429,91 manat pensiya aldığını, eyni zamanda yenidən ailə həyatı qurduğunu və yeni evliliyindən iki övladının dünyaya gəldiyini qeyd etmişdir. Məhz bu kimi faktları əsas gətirərək aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Onun xahişini nəzərə alaraq Şəki Rayon Məhkəməsi təyin edilmiş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli aliment məbləğini azaldaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.525 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Hesab edir ki, təyin edilmiş aliment məbləği çox aşağıdır. Iş materiallarından göründüyü kimi Şəki Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği on ilə yaxın dəyişməz qalmışdır. Özü heç bir yerdə işləmir. Iddiaçı tərəfindən bu vaxta kimi ödənilmiş 100 manat aliment məbləği ilə uşaqlarını böyütməyə çalışmışdır. Uşaq böyüdükcə onun xərcləri də artır. Həm yemək xərcləri, həm təhsil xərcləri və s. xərcləri artmaqdadır. Birgə evliliklərindən dünyaya gəlmiş uşaq tək onun uşağı deyil, həm də iddiaçının uşağıdır. Onun yeni evliliyindən dünyaya gəlmiş uşaqlar bu gün necə yaşayırsa, bu uşağın da onlar kimi yaşamaq hüququ vardır. Bu hüququ təmin etmək hər iki valideyninin vəzifəsidir. Əgər iddiaçı bu uşağına baxa bilmirsə, onun ehtiyaclarını qarşılaya bilmirsə, nə üçün yenidən evlənərək dünyaya 2 övlad gətirmişdir. Deməli iddiaçı bu xərcləri qarşılaya biləcəyini düşünərək müvafiq addım atmışdır. Bundan başqa bildiyiniz kimi, Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Azərbaycan Respbulikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsi bu gün bu uşaq üçün 210 manat aliment tutulmasını qərara almışdır. Məhz bu kimi səbəblərə görə hesab edir ki, aliment məbləği ədalətsiz təyin edilmişdir. Məhkəmədən xahişi heç olmasa uşağa düşən yaşayış minimumu üzrə aliment məbləğinin təyin edilməsidir.
12. Ona görə də, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə dəyişiklik edilməsini, ##.##.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsini, ##.##.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş mübahisələndirilən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası hazırki qətnamənin 11-ci bəndində qeyd edilmiş apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
25. Işin halları bundan ibarət olmuşdur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2017ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat alimentin tutularaq Cavabdeh verilməsi, alimentin dövlət rüsumunun ödənilməsi haqqında məlumat tutulmasının əvvəlinin ## ###### 2017-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan 100 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimetin miqdarı azaldılaraq İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Işdə olan sənədlərdən görünür ki, İddiaçı ## ###### 2021-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, birgə nikahlarından ## ### 2022-ci il təvəllüdlü X2 və ## ###### 2024-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir.
27. “AZEMIS” X10 əldə edilmiş məlumata əsasən İddiaçı 429.91 manat məbləğində pensiya alır.
28. Həmçinin cavabdeh Cavabdeh apellyasiya şikayətində iddiaçının yenidən evlənərək dünyaya 2 övlad gətirdiyini, onun bu xərcləri qarşılaya biləcəyini düşünərək müvafiq addım atdığını, heç olmasa uşağa düşən yaşayış minimumu üzrə aliment məbləğinin təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh aliment məbləğinin dəyişdirilməsi ilə bağlı tələblə çıxış etsə də, işdə olan sənədlərlə iddiaçının həmin aliment məbləğini ödəmək imkanının olması müəyyən edilmir, bununla yanaşı cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Işin hallarından da göründüyü kimi iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuş və həmin qeyd edilən hal alimentin miqdarının dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilər. İddiaçı tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması iddiaçının ailə, maddi və əmlak vəziyyətini çətinləşdirmişdir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir.
30. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır.
31. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, bütün uşaqlar bərabər yaşayış səviyyəsi ilə təmin olunmalı, alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin saxlanılması ilə yanaşı, borclunun iqtisadi imkanları ilə uşaqların ehtiyacları arasında ağlabatan balans qorunmalıdır. Bu əsaslarla məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılaraq uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Buna görə də iddia tələbinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ##### 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimetin miqdarının azaldılaraq İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması nəticəsinə gəlmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, qətnаmənin dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.