Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-387/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: «aliment» tələbi, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ## ###### 2012-ci il təvəllüdlü X3 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ## ######## 2011-ci il tarixdə Şəki ŞIHB-nın Orta Zəyzid kənd IƏD-si üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından ## ###### 2012-ci il tarixdə X3, ## #### 2016-cı il tarixdə X5 və ## #### 2021-ci il tarixdə X4 adlı üç övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və Cavabdeh “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaq və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə ## ###### 2024-cü il tarixdə baxaraq iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında ## ######## 2011-ci il tarixdə bağlanmış ** nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları ## ###### 2012-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq anası iddiaçı Cavabdeh himayəsinə verilsin, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, ## ###### 2012-ci il təvəllüdlü X3, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay, hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat alimentin tutularaq Cavabdeh verilməsi, mediasiya xərci olan 50 (əlli) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun 25 manatın İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin ## ###### 2012-ci il təvəllüdlü X3 aid hissədə onun atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 aid hissədə ## #### 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*(***)-**/**** nömrəli qətnaməsinin həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,406 misli olmaqla, cəmi 1,218 mislinə və “## ###### 2012-ci il təvəllüdlü X3 aid hissədə onun atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 aid hissədə ## #### 2023-cü il tarixdən başlayaraq, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,406 misli olmaqla, cəmi 1,218 misli həddində sabit pul məbləğində aliment tutulsun” cümləsi əlavə edilməklə dəyişdirilməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamələrdən də göründüyü kimi onların birgə nikahından olan övladları ## ###### 2012-ci il təvəllüdlü X3 hal-hazıradək onun yanındadır. X1 təkidlə onun yanında qalmaq istədiyini və anasının yanında qalmaqdan qəti şəkildə imtina etdiyini qeyd etmişdir. Onun anasına heç bir bağlılığı yoxdu. Lakin cavabdeh onların birgə nikahdan olan ## ###### 2012-ci il təvəllüdlü X3 üçün ona heç bir maddi yardım etmir. Ona görə də o, aliment tələbinə dair iddia ilə Şəki * saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin ##.##.2025-ci il tarixdə keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) 09 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
4. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqları ## ###### 2012-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq anası iddiaçı Cavabdeh himayəsinə verilməsi, ## ###### 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay, sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəli ## ###### 2012-ci il təvəllüdlü X3 aid hissədə onun atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi tarixdən hesablanması qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqları ## ###### 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması aliment tutulmalı olan valideyni atası İddiaçıdur, hazırda həmin uşağın atasının himayəsində olması ilə bağlı hər hansı məhkəmə qətnaməsi mövcud deyildir, belə olan halda hazırki iddia təmin edilməməlidir. Iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci özünə aid edilməlidir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 89-cu maddələrinə istinadla əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında ## ######## 2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Ilyazov”, arvada “Ilyazova” soyadı verilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında ## ######## 2011-ci il tarixdə bağlanmış ** nömrəli nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları ## ###### 2012-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq anası iddiaçı Cavabdeh himayəsinə verilməsi, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmaları, ## ###### 2012-ci il təvəllüdlü X3, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay, hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat aliment tutularaq Cavabdeh verilməsi, mediasiya xərci olan 50 (əlli) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun 25 manatı İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəli ## ###### 2012-ci il təvəllüdlü X3 aid hissədə onun atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021ci il təvəllüdlü X4 aid hissədə ## #### 2023-cü il tarixdən hesablansması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməsi, İddiaçı 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(107)- ***/**** saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,406 misli olmaqla, cəmi 1,218 mislinə və “## ###### 2012-ci il təvəllüdlü X3 aid hissədə onun atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 aid hissədə ## #### 2023-cü il tarixdən başlayaraq, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,406 misli olmaqla, cəmi 1,218 misli həddində sabit pul məbləğində aliment tutulsun” cümləsi əlavə edilməklə dəyişdirilməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki rayon üzrə Icra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli aktdan görünür ki, ##.##.2012-ci il təvəllüdlü Nihat Ilyaszadənin atası İddiaçı alınaraq anası Paşazadə (Ilyazova) Ülviyyə Nişafur qızına verilməsi ilə bağlı olan hissədə, Nihat Ilyaszadə anası Ülviyyə ilə qalmaq istəmədiyinə görə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Şəki Regional “Asan Xidmət” Mərkəzinə Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli, arayışdan görünür ki, X4 ## #### 2021-ci ildə Şəki şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Bu barədə ## #### 2021-ci il tarixdə Şəki Regional “Asan Xidmət” Mərkəzinə Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsində *** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Şəki şəhər Icra Hakimiyyəti başçısının Orta Zəyzid kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışda Ilyaszadə X2 Zəyzid kəndində daimi qeydiyyatdadır və yaxınlarının dediyinə görə həmin kənddə atası İddiaçı ilə birgə yaşayır və mütəmadi olaraq anasının yanına gedib gəldiyi qeyd edilmişdir. Ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞŞ/MT***/****-***** nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin X6 ikin mediasiya sessiyasında iştirak etməmişdir. X11 keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli arayışdan görünür ki, ## ###### 2012-ci il təvəllüdlü X3 atası İddiaçı, anası isə Cavabdehdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli arayışdan görünür ki, ## #### 2016-cı il təvəllüdlü X5 atası İddiaçı, anası isə Cavabdehdır.
7. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cüil tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən göründüyü kimi onların birgə nikahından olan övladı ## ###### 2012-ci il təvəllüdlü X3 hal-hazıradək onun yanındadır. X1 təkidlə onun yanımda qalmaq istəyir və anasının yanında qalmaqdan qəti şəkildə imtina edir. Buna görə də Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cüil tarixli, e- *(***)-**/**** saylı qətnaməsinin ## ###### 2012-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq anası iddiaçı Cavabdeh himayəsinə verilməsi hissəsinin icrası mümkün deyil. Belə ki, X3 anasına heç bir bağlılığı yoxdur və qəti şəkildə onun yanında qalmaq istəyir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən həmin uşağın atasının himayəsində olması ilə bağlı hər hansı məhkəmə qətnaməsi mövcud olmamasını əsas gətirsə də bu qanunvericiliyə tamamilə ziddir. Belə ki, qanunvericilik aliment tələbi ilə məhkməyə müraciət edərkən uşağın həmin valideyin himayəsində olması ilə bağlı qətnamə təqdim edilməsini şərtləndirməmişdir. Məhkəmə təcrübəsində nikah pozulmamışdan da valideynin aliment tələbi ilə məhkəməyə müraciət etmələri və həmin iddiaların təmin edilmələri ilə bağlı kifayət qədər məhkəmə qətnamələri mövcuddur. Işə baxan birinci instansiya məhkəməsi təəfindən iddia tələbini təmin etməyərkən Ailə Məcəlləsinin 75.1, 75.4 və 89-cu maddələrinə istinad etsə də həmin maddələrin tələbləri iddianın əsassız olması ilə bağlı norma mövcud deyil. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi digər maddələr yəni Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələri iddianın əsaslı olmasını tam təsdiq edir. Belə ki, həmin Məcəllənin 75.1-ci maddəsinə görə hazırkı iş üzrə cavabdeh Cavabdeh birgə nikahdan olan övladı ## ###### 2012-ci il təvəllüdlü X3 borcludur. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə əsasən isə Cavabdeh birgə nikahdan olan övladı ## ###### 2012-ci il təvəllüdlü X3 vəzifəsini yerinə yetirmədiyinə görə məhkəmə mütləq şəkildə ondan onun xeyrinə aliment tutmalıdır. Həmçinin qeyd edir ki, birinci istansiya məhkəməsinin qətnaməsi istər yerli istərsə də beynəlxalq qanunvericiliyə tamamilə ziddir və onun yanında olan azyaşlı övladının mənafeyinə uyğun deyil. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmiş və buna görə də həmin qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 09 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 89-cu maddəsinə əsasən əsasən Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
19. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
22. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.