Məhkəmə qərarları › İş №e-2(3-10)-396/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-396/2026

30.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-396/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “pul tələbi”nə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndələri X2, X1, nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-in nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı “xxxx” publik hüquqi şəxsində həkim vəzifəsində çalışır. Cavabdeh tərəfindən onun işdən azad olunması barədə ## ######## 2022-ci il tarixli əmr verilmiş, iddiaçı tərəfindən həmin əmr mübahisələndirilmiş, Şəki Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh xxxxna publik hüquqi şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdehn ## ######## 2022-ci il tarixli, **** saylı əmrinin iddiaçı İddiaçı işdən azad olunması hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehn Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi, iddia tələbinin işdən azad olunma barədə verilmiş ## ######## 2022-ci il tarixli, **** saylı əmrin qalan hissəsinin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayəti rədd edilmiş və ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı Şəki Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi qüvvəsində saxlanılmışdır. ##.##.2024-cü il tarixdə iddiaçı işə bərpa edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayonu Icra və Probasiya şöbəsinin e******/****-**- ** saylı Qərarının icrası ilə bağlı, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nin, məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının, hazırkı ştat vahidlərinə ödənilən əmək haqqı məbləğində hesablanması ilə, qanunun tələblərinə uyğun, məcburi işburaxma müddətində, hər günə 1% ödəncin əlavə edilməsilə hesablanması və həmin hesablamaya məzuniyyət pulunun da əlavə edilməsi və iş üzrə onun, cavabdeh Şəki RMX PHŞ-nin ##.##.2022-ci il tarixli, **** saylı əmrinin də rol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə mənəvi təzminatın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli Qətnaməsi ilə onun iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı “işdən azad olunma haqda verilmiş ##.##.2022-ci il tarixli, **** saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsilə, işə bərpa olunma”ya dair qaldırdığı iddiasının qismən təmin edilməsi, cavabdeh Şəki RMX PHŞ-in ##.##.2022-ci il tarixli, **** saylı əmrinin, ona aid işdən azad olunma hissəsində ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyi, iddianın işdən azad olunma barədə verilmiş ##.##.2022-ci il tarixli, **** saylı əmrin qalan hissəsinin ləğv və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmiş və həmin Qətnamədən iş üzrə cavabdehin kassasiya şikayəti əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayəti rədd edilmiş və ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı Şəki Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi (hakim: E.Mehdiyev) ##.##.2024-cü il tarixdə, iş üzrə *(***)-****/**** saylı, ##.##.2023- cü il tarixli icra vərəqəsi tərtib etmiş, Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin e******/****-**-** saylı iş üzrə qərar qəbul etmiş və Şəki RMX PHŞ-n iş üzrə, onun Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyinə dair əmr vermiş, ancaq ona ödəməli olduğu məcburi işburaxma müddəti üçün əmək haqqını düzgün hesablamamışdır. Belə ki, məcburi işburaxma ilə bağlı, “orta aylıq əmək haqqı” hesablanaraq, ümumi işburaxma müddəti üçün 14094,08 manat (əmək haqqının ümumi məbləği) pul hesablanmışdır ki, qeyd edilən hesaba qarşı etirazına rəğmən, iş üzrə cavabdehin başqa hesabın olmayacağını bildirməsi ilə, həmin hesablamanı düzgün hesab etmir. Hazırda, Şəki RMX PHŞ-nin Hemodializ şöbəsində, 0,5 ştatla, 13-cü dərəcə Həkim-Nefroloq vəzifəsi üzrə əmək haqqı, 836 manat təşkil edir ki, iş üzrə cavabdeh, hesabı qeyd edilən məbləğ üzrə aparmamışdır. Belə ki, iş üzrə işburaxma müddəti 19 ay 8 gündür ki, bu müddət üçün, sırf ödənilməmiş əməkhaqqının ümumi məbləği, hazırkı əmək haqqına uyğun 16107 manat təşkil edir. xxxxnın ##.##.2024-cü il tarixində verdiyi, “Xəstəlik Tarixi”ndən çıxarışa əsasən, o, 2023cü ilin axırlarında, “şəkərli diabet” xəstəliyinə tutulmuşdur ki, bu xəstəliyin yaranmasında, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nin, onunla əlaqədar, işdən azad olunmağına dair qanuna zidd olaraq qəbul etdiyi, ##.##.2022-ci il tarixli, **** saylı əmrinin böyük rolu var. Belə ki, həmin əmr onun əsəb stressi keçirməyinə, depressiyaya düşməyinə səbəb olmuşdur ki, nəticədə “şəkərli diabet” tapmışdır.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayon Icra və Probasiya şöbəsinin e******/****-**-** saylı qərarının icrası ilə bağlı, cavabdeh Şəki RMX PHŞ-nın məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının və məzuniyyət pulunun, hazırki ştat vahidlərinə ödənilən əmək haqqı və məzuniyyət pulu məbləğində hesablanması ilə qanunun tələblərinə uyğun məcburi işburaxma müddətində hər günə 1% ödəncin əlavə edilməsilə hesablanması və iş üzrə onun cavabdeh Şəki RMX PHŞ-nın ##.##.2022-ci il tarixli, **** saylı əmrinin də tol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə, cavabdeh Şəki RMX PHŞ-nən ona 2000 (iki min) manat məbləğində mənəvi təzminatın ödəməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayonu Icra və Probasiya şöbəsinin e******/****-**-** saylı qərarının icrası ilə bağlı, iş üzrə cavabdeh Şəki RMX PHŞ-nın məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin, Azərbaycan Respublikasının ƏN-nin, MEMnin, məhkəmə-mühasibatlıq ekspertizasının, iş üzrə ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə uyğun, yəni 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğində hesablanması və həmin məbləğə ##.##.2024-cü il tarixdən indiyədək, yəni 1 il 6 ay müddətinə, Azərbaycan Milli Bankının 5%-lik uçot dərəcəsinə uyğun, yəni 2991,24 manatın əlavə edilməsi ilə ümumilikdə 42874,53 manatın, iş üzrə onun cavabdeh Şəki RMX PHŞ-nın ##.##.2024-cü il tarixli, **** saylı əmrinin də rol aldığı, “şəkərli diabet” xəstəliyinə tutulmağına görə, cavabdehdən 10000 manat mənəvi təzminat alınaraq ona ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu 249 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xxxx” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı “xxxx” publik hüquqi şəxsində həkim vəzifəsində çalışır. Cavabdeh tərəfindən onun işdən azad olunması barədə ## ######## 2022-ci il tarixli əmr verilmiş, iddiaçı tərəfindən həmin əmr mübahisələndirilmiş və ləğv edilmişdir. ##.##.2024-cü il tarixdə iddiaçı yenidən işə bərpa edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən ##.##.2023-cü il tarixli qərarından da görünür ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilmişdir. Belə olan halda iddiaçının göstərilən dövr üzrə əmək haqqının bir faizi məbləğində ödənişin verilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş hər gün üçün 1% gecikmə məbləği hesablanmaqla ümumilikdə 39.883,29 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğin tutlması hissəsində əsaslıdır və təmin edilməlidir.

9. Məhkəmə iddia tələbinin ##.##.2024-cü il tarixdən indiyədək, yəni 1 il 6 ay müddətinə, Azərbaycan Milli Bankının 5%-lik uçot dərəcəsinə uyğun, yəni 2991,24 manatın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan da göründüyü kimi, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

10. Məhkəmə, iddia tələbinin cavabdehdən 10000 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarına istinadən iddiaçının uzun müddət işə bərpa olunması məqsədilə məhkəmə proseslərinin keçirlməsi, həmin müddətdə işini itirməsi, uzun vaxtdan sonra yenidən işə bərpa edilməsi ona mənəvi zərərin vurulmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

11. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” publik hüquqi şəxsindən 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğ, 1000 (min) manat mənəvi zərərin əvəzi və 212,65 (iki yüz on iki manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2 və 445.7, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT***/****-***** saylı, ##.##.2023-cü il tarixli arayış; Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi; xxxxnın ## ### 2024-cü il tarixli, **-*-**/*-*-***/**** saylı əmrdən çıxarış; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyi; ##.##.2024-cü il tarixli, ********** saylı qəbz; ##.##.2024-cü il tarixli, ********** saylı qəbz; ##.##.2025-ci il tarixli, ********** saylı qəbz.

14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “xxxx” publik hüquqi şəxsi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı tərəf hesab edir ki, o qanunsuz işdən çıxarıldığı üçün məcburi işburaxma müddətində ona ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin hesablanaraq ona ödənilməlidir. Iddiaçı tələbinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Bildiyiniz kimi, Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsində qeyd edilmişdir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qanunvericiliyin normasından göründüyü kimi, işəgötürənin təqsiri üzündən gecikdirilmə hansı hala aid olması aşkar formada qeyd edilmişdir. Tərəflər arasında bu iddia tələbinin yaranmasına əsas olan mübahisəyə diqqət edək. Iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixdən ## ######## 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Iddiaçı İddiaçı həmin tarixlərdə əmək məzuniyyətində olmasına baxmayaraq, Cavabdeh ## ######## 2022-ci il tarixli, **** nömrəli əmri ilə əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi işindən azad edilmişdir. O vaxt işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Cavabdehn ## ######## 2022-ci il tarixli, **** saylı əmrinin iddiaçı İddiaçı işdən azad olunması hissəsində ləğv edərək iddiaçı İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehn Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsini qət etmişdir. Nəticədə həmin qətnamə qüvvəyə mindikdən sonra iddiaçı İddiaçı Cavabdehn ## ### 2024-cü il tarixli, **-*-**/*-*-***/**** saylı əmri ilə İddiaçı 0,5 ştat vahidi əvəzçilikdən azad edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** saylı əmri ləğv edilmiş, İddiaçı ##.##.2024-cü il tarixdən Cavabdehn Hemodializ şöbəsinə əvəz etdiyi vakant həkimnefroloq vəzifəsinə bərpa edilmişdir. Həmin vəzifəyə bərpa edildikdən qısa müddət sonra ##.##.2024-cü il tarixindən vəzifəsindən azad edilmişdir. Işə baxan məhkəmələr İddiaçı 0,5 ştat vahidi əvəzçilikdən azad edilməsini ona görə ləğv etmişdirlər ki, şəxs həmin dövrdə məzuniyyətdə olmuşdur. Məhkəmə işçinin məzuniyyət vaxtı işdən azad edilməsinin yol verilməzliyinə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsaslanmışdır. Göründüyü kimi, İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra həmin işlədiyi həkim-nefroloq vəzifədən azad edilməsi qanuni hesab ediləcəkdir. Xəstəxana iddiaçı İddiaçı 0,5 ştatla həkim nefroloq vəzifəsindən azad edilməsi əmrini onun məzuniyyətdə olduğu dövrdə versə də, azad edildiyi gününü məzuniyyətdən qayıtdığı gün olaraq əmrində göstərmişdir. Bu qeyd etdiklərindən bir daha aydın olur ki, cavabdeh xəstəxananın təqsiri üzündən iddiaçının əmək haqqının gecikdirilməsi halı baş verməmişdir. Məlumunuz olduğu kimi son illər məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bir sıra müsbət addımlar atılmaqdadır. Bunlara misal olaraq Plenum qərarlarını, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarını və Məhkəmə tərkiblərinin üç ulduzlu qərarlarını göstərmək olar. Oxşar işə bərpa işləri üzrə məhkəmə təcrübələri göstərir ki, ezamiyyətdə, məzuniyyətdə və ya xəstəliyə görə bülletendə olan işçilərin həmin dövrdə işdən azad edilmələrində başqa qanun pozuntuları aşkar edilmirsə onlar məhkəmə tərəfindən işə bərpa edilərkən yalnız onlara ezamiyyətdə, məzuniyyətdə və ya xəstəliyə görə bülletendə olduqları dövrün əmək haqlarının ödənilməsi qərara alınır. Çox təəssüf ki, İddiaçı vəzifəyə bərpa barədə mübahisəyə baxılarkən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində konkret olaraq hansı dövrün əmək haqqısının ödənilməsini göstərməmişdir. Nəticədə xəstəxana İddiaçı vəzifəyə bərpa olunan dövrə kimi əmək haqqını ödəmək məcburiyyətində qalmışdır. Yəni bu gün bu mübahisənin yaranmasının əsas səbəbi yanlış verilmiş məhkəmə qərarı olmuşdur. Ikinci məsələ ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etməklə məcburi işburaxma müddətində işçiyə ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin hesablanaraq ödənilməsi işçinin əsassız varlanmasına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli qərarında qeyd edilir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Sözü gedən qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edildiyi qeyd edilmişdir. Göründüyü kimi, əmək haqqının vaxtında hesablanmaması və ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi mübahisəsizdir. Lakin burda sual yaranır. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməsi halları hansı hallardır? Bu sualın cavabı maddənin qeyd hissəsində öz əksini tapmışdır. Işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması deməkdir. Bu zaman yeni sual yaranır. Işçinin qanunsuz işdən çıxarıldığı üçün məcburi işburaxma müddətində ona ödəniləcək əmək haqqının hesablanması əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması sayılır yoxsa yox? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli qərarında bu məsələyə toxunulmamışdır. Onların mübahisə etdikləri məsələ üzrə Məcəllənin 300.1-ci maddəsinə əsasən əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddənin tələbindən göründüyü kimi, işçiyə buraxılmış müddət üzrə əmək haqqı hesablanaraq ödənilməlidir. Həmin müddət üzrə ödənilməli əmək haqqı vaxtında hesablanmamasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilə bilər. Yəni işə bərpa barədə qətnamə qüvvəyə mindikdən sonra qətnamənin əmək haqqının hesablanaraq ödənilməsi hissəsinin icra edilmədiyi hər gün üçün azı bir faizi məbləğində ödənc nəzərdə tutulmalıdır. Bu nəticəyə gəlmələrinə əsas nədir. Çünki Məcəllənin 300.1-ci maddəsinin bir hissəsində qeyd edilir ki, məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sual yaranır bu zərər məbləği nədir ?. Maddənin Qeyd hissəsində göstərilir- Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli qərarında qeyd edilir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Göründüyü kimi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində verilməli ödənclə dəymiş ziyan məbləği fərqləndirilmişdir. Bundan başqa əgər bu normaları kənara qoyaraq Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin hərfi mənası ilə işçiyə məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin ödənilməsini qət edəriksə işçi əsassız varlanmış sayılacaqdır. Misal üçün işi bir işləyib 10000 əmək haqqı almalı idisə, indi işləmədən evdə oturmaqla, həm 10000 əmək haqqını alır, həm də almalı əmək haqqının 3-4 misli həddində hər gecikdirilən gün üçün 1%-nin ödənişini alır. Bundan başqa tələb edərsə dəymiş ziyan məbləği də məhkəmə tərəfindən təmin edilə bilər. Bütün bu yuxarıda qeyd etdiklərindən bir daha aydın olur ki, məcburi işburaxma ilə bağlı ona ödəniləcək əmək haqqının vaxtında ödənilməsinə görə deyil, yalnız onun vaxtında ödənilməməsinə görə hər gecikdirilən gün üçün 1%-nin ödənilməsi nəzərdə tutula bilər. Məhz buna görə də məhkəmə iddia tələbini rədd etməlidir.

16. Ona görə də, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndələri X2, X1, nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-in nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

23. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli qərarı; “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarı

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin hansı əsasla ləğv edilməli olduğunu göstərmədiyindən və iddia qismən təmin edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən təmin edilmiş mübahisələndirilən həmin hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş 2991,24 manat məbləğə və mənəvi zərərin təmin edilməmiş 9000 manat pulun tutulmasına aid hissələrində mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş həmin hissələrinə münasibət bildirməmişdir.

29. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilmişdir. Belə olan halda iddiaçının göstərilən dövr üzrə əmək haqqının bir faizi məbləğində ödənişin verilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş hər gün üçün 1% gecikmə məbləği hesablanmaqla ümumilikdə 39.883,29 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

30. Məhkəmə, iddia tələbinin cavabdehdən 10000 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarına istinadən iddiaçının uzun müddət işə bərpa olunması məqsədilə məhkəmə proseslərinin keçirlməsi, həmin müddətdə işini itirməsi, uzun vaxtdan sonra yenidən işə bərpa edilməsi ona mənəvi zərərin vurulmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 212,65 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

31. Hazırki qətnamənin 15-ci bəndində sadalanan apellyasiya şikayətinin dəlillərində İddiaçı ##.##.2024-cü il tarixdən Cavabdehn Hemodializ şöbəsinə əvəz etdiyi vakant həkimnefroloq vəzifəsinə bərpa edildiyi, həmin vəzifəyə bərpa edildikdən qısa müddət sonra ##.##.2024-cü il tarixindən vəzifəsindən azad edildiyi qeyd edilmiş, apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan məhkəmələr İddiaçı 0,5 ştat vahidi əvəzçilikdən azad edilməsini ona görə ləğv etmişdirlər ki, şəxs həmin dövrdə məzuniyyətdə olmuşdur. Məhkəmə işçinin məzuniyyət vaxtı işdən azad edilməsinin yol verilməzliyinə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsaslanmışdır. Göründüyü kimi, İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra həmin işlədiyi həkim-nefroloq vəzifədən azad edilməsi qanuni hesab ediləcəkdir. Xəstəxana iddiaçı İddiaçı 0,5 ştatla həkim nefroloq vəzifəsindən azad edilməsi əmrini onun məzuniyyətdə olduğu dövrdə versə də, azad edildiyi gününü məzuniyyətdən qayıtdığı gün olaraq əmrində göstərmişdir. Bu qeyd etdiklərindən bir daha aydın olur ki, cavabdeh xəstəxananın təqsiri üzündən iddiaçının əmək haqqının gecikdirilməsi halı baş verməmişdir. İddiaçı vəzifəyə bərpa barədə mübahisəyə baxılarkən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində konkret olaraq hansı dövrün əmək haqqısının ödənilməsini göstərməmişdir. Nəticədə xəstəxana İddiaçı vəzifəyə bərpa olunan dövrə kimi əmək haqqını ödəmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etməklə məcburi işburaxma müddətində işçiyə ödəniləcək əmək haqqının, hər gecikdirilən gün üçün 1%-nin hesablanaraq ödənilməsi işçinin əsassız varlanmasına gətirib çıxarır.

32. Məhkəmə kollegiyası hazırki qətnamənin 15-ci bəndində qeyd edilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, işin hallarından göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, e*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsə qarşı iddianın rədd edilmiş “işdən azad olunma barədə verilmiş ## ######## 2022-ci il tarixli, **** saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində yeni qətnamənin qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh xxxxna publik hüquqi şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdehn ## ######## 2022-ci il tarixli, **** saylı əmrinin iddiaçı İddiaçı işdən azad olunması hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehn Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi, iddia tələbinin işdən azad olunma barədə verilmiş ## ######## 2022-ci il tarixli, **** saylı əmrin qalan hissəsinin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. ##.##.2024-cü il tarixdə iddiaçı yenidən işə bərpa edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində konkret olaraq hansı dövrün əmək haqqısının ödənilməsini göstərməmişdir. Nəticədə xəstəxana İddiaçı vəzifəyə bərpa olunan dövrə kimi əmək haqqını ödəmək məcburiyyətində qalmışdır.” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Apellyasiya şikayətinin cavabdeh xəstəxananın təqsiri üzündən iddiaçının əmək haqqının gecikdirilməsi halının baş vermədiyi ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ## ##### 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

34. Belə olan halda iddiaçının göstərilən dövr üzrə əmək haqqının bir faizi məbləğində ödənişin verilməsini tələb etmək hüququ yaranmışdır. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərarda ekspert qarşısında qoyulan suala cavab olaraq bildirilir ki, iş materiallarına əlavə edilmiş əmək haqqının hesablanması barədə cədvəl məlumatlarından göründüyü kimi, Şəki RMX PHŞ-i tərəfindən İddiaçı ödənilməli olan pul vəsaiti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş hər gün üçün 1% gecikmə məbləği hesablanmaqla ümumilikdə 39.883,29 manat məbləğində müəyyən edilir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbinin 39.883,29 (otuz doqquz min səkkiz yüz səksən üç manat iyirmi doqquz qəpik) manat məbləğin tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən iddianın qismən təmin edilmiş hissəsində qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar