Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-425/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı X4 ilə ## ###### 1982-ci ildə Mingəçevir Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə sahibkar yanında Kadrlar Şöbəsinin inspektoru vəzifəsinə qəbul edilmişdir. Kadrlar, mühasibatlıq, vergi hesabatları və digər bütün kargüzarlıq işlərini mərhum Zavur Mehtiyev aparmışdır. X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X4 əmək haqqı və 10.000 manat pul tələbinə dair ##.##.2023-cü il tarixdə imzalanmış iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra X3 əmək haqqı tələbinə dair ##.##.2023-cü il tarixli iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Iddia ərizəsində olan nöqsanlar aradan qaldırılanadək X3 ##.##.2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra müəyyən müddət gözlənilmiş, 2025-ci ilin mart ayında vərəsəlik qəbul edilmişdir. Qanun üzrə vərəsə kimi İddiaçı məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh işçi olmuş X4na ödənilməmiş 5700 (beş min yeddi yüz) manat əmək haqqının və həmin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə 1 faiz hesablanmaqla - cəmi 25650 (iyirmi beş min altı yüz əlli) manat pulun, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən alınıb qanun üzrə vərəsə İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. X4 İddiaçı ilə ## ###### 1982-ci Mingəçevir Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdurlar. Onların birgə nikahlarından üç nəfər uşaqları doğulmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2023-cü ildə ölmüşdür. X3 ali təhsilli olmuş, vəfat edənədək müəyyən vəzifələrdə işləmişdir. Cavabdeh Cavabdeh ********** saylı VÖEN-lə Mingəçevir şəhəri Kür çayının Sağ-Sahil ərazisində Qum- Çinqal istehsalı təyinatı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə sahibkar yanında Kadrlar Şöbəsinin inspektoru vəzifəsinə qəbul edilmişdir. Kadrlar, mühasibatlıq, vergi hesabatları və digər bütün kargüzarlıq işlərini mərhum Zavur Mehtiyev aparmışdır. 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqısını Cavabdeh ödəməmişdir. Halbuki, sahibkarlıq obyekti fəaliyyətdə olmuş, vergi ödəmiş, gəlir əldə etmişdir. Sağ ikən X3 dəfələrlə Cavabdeh əmək haqqısının alınmasını tələb etsə də, müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2022-ci il tarixli ** saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X3 əmək haqqı və 10.000 manat pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra X3 əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Iddia ərizəsində olan nöqsanlar aradan qaldırılanadək X3 ##.##.2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra müəyyən müddət gözlənilmiş, 2025-ci ilin mart ayında vərəsəlik qəbul edilmişdir. Qanun üzrə vərəsə kimi İddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X3 ölümündən sonra cavabdeh Cavabdeh tərəfindən hüquqi varis olaraq 10.000 manat borc kimi alınmış pul İddiaçı qaytarılmışdır.
4. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh məhkəməyə elektron qaydada etiraz ərizəsi (asan imza ilə imzalanmış) təqdim edərək göstərmişdir ki, ərizəçinin qeyd etdiyi illərə görə yəni 2019-cu, 2021-ci və 2022-ci illərə münasibətdə əmək haqları ödənilmədiyi göstərilib. Belə olan halda tələbi irəli sürən tərəf özü qeyd olunan əmək haqlarını ödənilməməsini sübut etmək vəzifəsini daşıyır. Lakin iş materiallarında əmək haqqının ödənilməməsi barədə hər hansı mötəbər sübut yoxdur. Beləliklə, şifahi iddia sübut sayılmır. Həmçinin ərizəçi iddia edir ki, 3 ildən artıqdır ki, işçi maaşsız işləyib. Lakin qeyd olunan iddia məntiqsizdir, çünki, heç bir işçi 3 il maaş almadan işləməz. Qeyd olunanlardan başqa, iddiada göstərilir ki, 2019, 2021 və 2022-ci illərdə əmək haqqı ödənilməmişdir. Işəgötürənlə işçi arasında əmək müqaviləsinə ##.##.2022-ci ildə xitam verilib. Belə olan halda, işçi ən geci 2023-cü ilin oktyabrınadək iddia verə bilərdi, lakin həmin müddətə verilməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərindən irəli gələn tələblər üzrə 1 illik iddia müddəti tətbiq olunur. Ərizəçi tərəfindən də ərizədə qeyd olunduğu kimi, işçi ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərdə məhkəməyə müraciət etmiş, lakin işçi özü belə iddianı prosesə uyğun qaldıra bilməmiş və tələb sübut baxımından zəif olduğundan hər iki dəfə iddia geri qaytarılmışdır. Qeyd olunan iddia ən geci 2023-cü ilin oktyabrda verilə bilməliydi, lakin 2025-ci ildə qaldırılan iddia, iddia müddəti bitdikdən sonra verilməsi halı baxımından qeyd etmək istəyir ki, iddia müddəti vərəsə üçün yenidən başlanmır. Belə olan halda hesab edir ki, iddia tələbi iddia müddəti keçdikdən sonra verilmişdir və belə olan təqdirdə iddia müddətinin tətbiq edilməsi zəruridir. Yuxarıda qeyd olunanlara əsasən, tələb olunan hallarla bağlı ərizəçi tərəfindən heç bir mötəbər sübut təqdim edilməməsi və eyni zamanda iddia müddətinin keçməsindən sonra tələblə məhkəməyə müraciət etməsi halları nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməsi və ərizənin əsassız hesab edilərək rədd edilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
5. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı İddiaçı məhkəmədə ona qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ondanişçi olmuş X4na ödənilməmiş 5700 (beş min yeddi yüz) manat əmək haqqının və həmin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə 1 faiz hesablanmaqla - cəmi 25650 (iyirmi beş min altı yüz əlli) manat pulun, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən alınıb qanun üzrə vərəsə İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia tələbi ilə razı deyil və düşünür ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Iddia tələbinin əsassız olması barədə məhkəməyə elektron qaydada ərizə təqdim edilmişdir. Eyni zamanda bildirir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməsi və bu əsasla da iddia tələbi rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi Əmək Məcəlləsində əmək mübahisələri üçün l illik iddia müddəti tətbiq edilmişdir. Iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ##.##.2022-ci il tarixli ** saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Yəni iddiaçının məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 (bir) illik iddia müddəti ##.##.2023-cü il tarixdə bitmişdir. Yenə də iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş "iddia ərizəsi"nin surətindən görünür ki, X3 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş ərizə ##.##.2023-cü il tarixdə imzalanmışdır. Lakin ərizənin məhkəməyə hansı tarixdə göndərilməsi və məhkəmə tərəfindən hansı tarixdə qəbul edilməsi barədə isə iddia ərizəsinə sübut əlavə edilməmişdir. Hər bir halda X4 iddia ərizəsini ilk dəfə ##.##.2023-cü il tarixdə imzalayan vaxt Əmək Məcəlləsində əmək mübahisələri üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Əlavə olaraq onu da qeyd edir ki, X4 tərəfindən ilk dəfə Mingəçevir * saylı Mediasiya təşkilatına ##.##.2023-cü il tarixdə müraciət edilmiş və ##.##.2023-cü il tarixdə "X24 X16” arayış təqdim edilmişdir. Yəni X4nun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmənin diqqətinə xüsusilə olaraq onu çatdırır ki, Əmək Məcəlləsində göstərilmişdir ki, əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Iddiaç tərəfindən özü tərəfindən iddia ərizəsində etiraf edilərək göstərilmişdir ki, X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə onun yanında Kadrlar Şöbəsinin inspektru vəzifəsində qəbul edilmişdir. Əgər iddiaçının iddia etdiyi kimi həqiqətən onun ona borcu varsa, iddiaçı kadrlar şöbəsində işlədiyindən artıq işdən çıxdığı andan hüquqlarının pozulmasını bilirdi. Bu səbəbdən iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyini başqa tarixlə əsaslandırması real və həqiqi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır. Onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətinin məqsədi ilə bağı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara asaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunmalıdır ki. iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair ##.##.2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir: Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1-si, o hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir: 2-si. iddia müddəti institutu mülki hüqub münasibətlərində qeyrimüəyyənliyin. qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3- sü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçı İddiaçı mənə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsinə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçı İddiaçı qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, əri 2022-ci ildə ərizə yazıb ki, əmək haqqı almadığına görə işdən çıxsın. Nəriman Zəkəriyyəyev əmri verməyib, işdən çıxartmayıb. Düzdür o ərizəsində əmək haqqı almadığına görə işdən çıxmaq istədiyini qeyd etməyib, ancaq onun özünə telefonda elə yazmışdır. Hətta onun yanında bu barədə telefonda dəfələrlə danışdırdılar. Hər dəfə Nəriman müəllim deyirdi ki, gözlə işimiz açılacaq, sənin pulunu da verəcəm. 2023-cü ilin noyabr ayında əri sonuncu ərizəsini yazıb işdən çıxıb. Əri şikayət ərizəsi yazmış, həmin ərizəni yazandan 10 gün sonra rəhmətə getmişdir. Yasdan sonra Nəriman müəllim onlara getmişdir. Burda Nəriman müəllim deyirmiş ki, guya sələmə pul götürüb, düz deyil. Onlardan 10.000 manat pul almışdır. Həmin vaxt Nəriman müəllim demişdir ki, 3-4 aya həmin pulu ödəyəcəkdir. Demişdi ki, həmin 10.000 manat pulu ödəyəndən sonra bu pulu ödəyəcək. O da pensiya kartının şəklini atmışdır ki, ərinin əziyyətinin pulunu ödəsin. 10.000 manat pulu əri qızlarından alıb vermişdir, Nəriman müəllim həmin pulu da onun qızının kartına göndərmişdir. 8500 manat qaytarmışdır, demişdir ki, 1000 manatı da Zavurun özünə vermişdir, onlar da inanmışdırlar.
7. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iclasında iddiaçı İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh ********** saylı VÖEN-lə Mingəçevir şəhəri Kür çayının Sağ-Sahil ərazisində Qum-Çinqal istehsalı təyinatı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə sahibkar yanında Kadrlar Şöbəsinin inspektru vəzifəsində qəbul edilmişdir. Kadrlar, mühasibatlıq, vergi hesabatları və digər bütün kargüzarlıq işlərini mərhum Zavur Mehtiyev aparmışdır. 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqısını Cavabdeh ödəməmişdir. Halbuki, sahibkarlıq obyekti fəaliyyətdə olmuş, vergi ödəmiş, gəlir əldə etmişdir. Əvvəllər X4 maaşı 200-250 manat ilə hesablanıb, 2022-ci il tarixli əmr ilə 300 manatdan hesablanıb. Bu müddət ərzində maaşı ödənmədikcə hər dəfə cavabdehə bildirmiş və əmək haqqını tələb etmişdir. X4 ##.##.2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Lakin, sözügedən əmr nə sistemə işlənmiş, nə də Zavura verilmişdir. Özü işdən çıxdığına görə də son haqq-hesabı maliyyə şöbəsi aparmışdır. Iddiaçı tərəf maaşını ala bilmədiyi üçün iki ayrı tarixdə Mingəçevir Məhkəməsinə ərizə ilə müraciət etmişdir. X11 Məhkəmədən kənar Vergi şöbəsinə də əmək haqqı ilə bağlı müraciət etmişdir. X4 ##.##.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Nümayəndə 5700 manat əmək haqqı və 10000 manat borcun ödənilməsini tələb etmişdir. Forma və məzmun uyğun olmadığından ərizə geri qaytarılmışdır. Bundan sonra ##.##.2023-cü il tarixdə X4 iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Nümayəndə 5700 manat əmək haqqının ödənilməsini tələb etmişdir. Forma və məzmun uyğun olmadığından ərizə geri qaytarılmışdır. ##.##.2023-cü il tarixdə isə Mehtiyev Zavur ölmüşdür.
8. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Zavurla onu bir dostları tanış etmişdir. Zavuru işə aldıqdan sonra bütün sənədləşmə işlərini ona həvalə etmişdir. Mehtiyev Zavur hər zaman işində çox diqqətli adam olub, işlədiyi müddətdə əmək haqqını o işləyib və paylayıb. Hər ay əmək haqqını vurduqdan sonra işçilərə tək-tək zəng edib xəbər verib ki, gedib maaşlarını götürsünlər. Öz maaşını da dərhal kartdan məxaric edərdi. O, X4u işə götürdükdən sonra Mingəçevir Asan Xidmət mərkəzinə gedib 2018-2028-ci il tarixlər üçün ona etibarnamə vermiş, həmin etibarnaməyə görə bütün səlahiyyətlər onda olmuşdur. Mehtiyev Zavurun onu məhkəməyə verməsi barədə onun heç bir məlumatı olmamışdır. 10000 manat borc onun şəxsi borcu olmuş, işlə əlaqəli olmamışdır. O, həmin borcun bir qismini X4 sağ ikən özünə qaytarmış, həmin müddət ərzində Zavur ona heç bir söz deməmişdir. Qalan borcu isə ailəsinə hissə-hissə qaytarmışdır. Sözgüdən borcdan qalan son 2000 manatı isə Zavurun ilində ailəsinə vermişdir.
9. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, onun mərhum Zavura əl borcu olmuşdur. Həmin borca dair aralarında hər hansı sənədləşmə işi olmamışdır. O mərhumun yasına getmiş, orda heç kimi tanımamış, mərhumun qayınlarını tapmış, onlara demişdir ki, onun Zavura borcu var, yasdan bir müddət sonra gələcək. Borclu qalmaq istəməmişdir. Mərhum Zavurun evinə getmiş, iddiaçının qardaşı da gəlmiş, oturub söhbət etmişlər. O demişdir ki, Zavura borcu var, ancaq topa pulu yoxdur. Həmin pulu hissə-hissə ödəməyi üçün ona şərait yaratmalarını xahiş etmişdir, razılaşmışdırlar. Orda iddiaçı ona demişdir ki, onun Zavura əmək haqqı borcu da var. O isə Zavura hər hansı əmək haqqı borcunun olmadığını demişdir. O, sənədsiz borcu boynuna götürürdüsə, sənədlə olan borcu niyə boynuna götürməsin. 10.000 manat borcunu ödəyib qurtarmış, borc qurtarandan sonra ona mesaj gəlmişdir ki, indi bu karta əmək haqqını ödə. Onun da əmək haqqı borcu olmadığına görə heç bir ödəniş etməmişdir.
10. Məhkəmə iclasında şahid X1 verdiyi izahatında döstərmişdir ki, Nəriman müəllimin yanında ələkçi işləmişdir. Zavuru mühasib kimi tanımışdır. 3-4 ayda bir təhlükəsizliklə bağlı sənədə qol çəkdirirdi. Həmçinin əmək haqqları karta köçürülmüşdür. Təxminən 2022-ci ilin fevral ayına qədər orda işləmiş, əmək haqqını MuğanBankdan almışdırlar.
11. Məhkəmə iclasında şahid X5 verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildən 2022ci ilin əvvəlinədək Nəriman müəllimin yanında traktorçu vəzifəsində işləmişdir. Əmək haqqlarını Muğanbankdan almışdırlar. Mərhum Zavur mühasib olmuş, həmçinin təhlükəsizliklə bağlı sənədə qol çəkdirirdi. Onun sənəd işinə baxdığını bilmişdirlər. Işə nəzarəti Nəriman müəllim etmiş, hər gün gəlməzmiş. 3-4 il ərzində orda işləmiş, əmək haqqı heç vaxt kəsilməyib.
12. Məhkəmə iclasında şahid X6 verdiyi izahatında göstərmişdir ki, Nəriman Zəkəriyyəyevin yanında qaynaqçı vəzifəsində işləmişdir. 250 manat maaş almışdır. Maaşını vaxtlı-vaxtında almışdır. Mərhum Zavuru tanımışdır. O, mühasib vəzifəsində işləmiş, təhlükəsizliklə bağlı sənədə qol çəkdirmişdir. Maaşı Muğanbankdan kartla almışdılar.
13. Məhkəmə iclasında şahid X26 verdiyi izahatında göstərmişdir ki, Nəriman müəllimin yanında qum sovuran aparatda operator vəzifəsində işləmişdir. 250 manat maaş almış, maaşı karta köçmüşdür. Qardaş kimi mehriban olmuşlar, Zavuru da ildə 2-3 dəfə görmüşdür. O mühasib işləmişdir. Əvvəl Zavur başqa bir yerdə mühasib işləmiş, 2007-ci ildən onu tanımışdır. Mərhum Zavur onlarla təhlükəsizliklə bağlı danışıqlar aparmışdır.
14. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı X4 ilə ## ###### 1982-ci Mingəçevir Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdurlar. X3 ali təhsilli olmuş, vəfat edənədək müəyyən vəzifələrdə işləmişdir. Cavabdeh Cavabdeh ********** saylı VÖEN-lə Mingəçevir şəhəri Kür çayının Sağ-Sahil ərazisində Qum-Çinqal istehsalı təyinatı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə sahibkar yanında Kadrlar Şöbəsinin inspektru vəzifəsində qəbul edilmişdir. Kadrlar, mühasibatlıq, vergi hesabatları və digər bütün kargüzarlıq işlərini mərhum Zavur Mehtiyev aparmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2022-ci il tarixli ** saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X4 əmək haqqı və 10.000 manat pul tələbinə dair ##.##.2023-cü il tarixdə imzalanmış iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra X3 əmək haqqı tələbinə dair ##.##.2023-cü il tarixli iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Iddia ərizəsindən olan nöqsanlar aradan qaldırılanadək X3 ##.##.2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra müəyyən müddət gözlənilmiş, 2025ci ilin mart ayında vərəsəlik qəbul edilmişdir. Qanun üzrə vərəsə kimi İddiaçı məhkməyə müraciət etmişdir.
15. Mülki işin məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, X3 ölümündən sonra cavabdeh Cavabdeh ona borclu olduğu 10.000 manat borcu hüquqi varis olaraq İddiaçı qaytarmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqı tələbinə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı mərhum əri X3 ##.##.2022-ci il tarixli ** saylı əmrlə (öz ərizəsinə əsasən) işdən çıxdığını, ##.##.2023-cü ildə öldüyünü bildirmişdir. 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqısını Cavabdeh ödəməmişdir. Halbuki, sahibkarlıq obyekti fəaliyyətdə olmuş, vergi ödəmiş, gəlir əldə etmişdir. Dediyinə görə sağ ikən X3 dəfələrlə Cavabdeh əmək haqqısının alınmasını tələb etsə də o, müxtəlif bəhanərlə bunu ödəməkdən yayınmışdır.
17. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum Zavur Mehtiyev ##.##.2022-ci ildə öz ərizəsinə əsasən işdən çıxmışdır. Bu iddia ərizəsinə əlavə olunmuş Əmrlə də öz təsdiqini tapır. Bundan əlavə iddia ərizəsindən, iddiaçının, cavabdehin və şahidlərin məhkəmədə verdikləri izahatlardan da görünür ki, mərhum Zavur Mehtiyev həmin müəssisədə mühasib vəzifəsində işləmiş, cavabdeh tərəfindən verilmiş etibarnamə ilə əmək haqqı verilməsi, həmçinin vergi və sosial ödənişlərlə bütün səlahiyyətlər cavabdeh tərəfindən ona verilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə sahibkar Cavabdeh ##.##.2022-ci il tarixli, ** nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, bu faktı iddiaçı özü də təsdiq edir, mərhum Zavur Mehtiyevin dəfələrlə işdən çıxmaq istədiyini, bu barədə ərizə yazdığını bildirmişdir. Nəticədə işəgötürənlə işçi arasındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Həmçinin iddiaçı tələbində 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqının Cavabdeh ödənilmədiyini bildirmişdir. Lakin iddia ərizəsində mərhumun aylıq əmək haqqının nə qədər təşkil etməsi, bütöv il ərzində, yaxud ilin müəyyən aylarında əmək haqqının verilməməsi barədə hər hansı açıqlama qeyd etməmişdir. Həmçinin iddia ərizəsinə mərhumun həmin illər üzrə əmək haqqının nə qədər təşkil etməsi, həmin aylar üzrə əmək haqqının ödənilməməsi barədə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa mərhum Z.Mehtiyevin sağlığında müxtəlif orqanlara etdiyi müraciətlərdə də ödənilməmiş əmək haqqı barədə konkret məlumatlar (əmək haqqının bütün ilə görə, yaxud müəyyən aylara görə ödənilməməsi ilə bağlı) göstərilməmişdir.
19. Məhkəmə o halı da nəzərə almışdır ki, cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, o, mərhum Zavur Mehtiyevə borclu olduğu, lakin hər hansı sənədləşmə işləri aparılmamış, 10.000 manat borcunu ödəmişdir. Bu fakt iddiaçının tərtib etdiyi iddia ərizəsində də öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdehin əmək haqqının ödəməməsi ilə bağlı deyilənlər ağlabatan hesab oluna bilməz. Məhkəmə iclasında dindirilən şahidlərin hər biri həmin müəssisədə işlədiklərini və əmək haqlarını hər ay vaxtlı vaxtında aldıqlarını bildirmişdirlər. Dindirilən şahidlərin həmin müəssisədə işlədikləri iddiaçı tərəfindən əl yazma şəklində tərtib olunmuş cədvəllərlə də öz təsdiqini tapır. Həmçinin müəssisənin mühasibi, eləcə də səlahiyyətli şəxsi olan əməkdaşın bütün işçilərə əmək haqqı verib, özünün illərlə əmək haqqı almaması ağlabatan hal deyil.
20. Bundan əlavə məhkəmənin sorğusuna əsasən X12 Xidmət Mərkəzində Notariat Ofisindən alınmış etibarnamədən görünür ki, Cavabdeh X3 ##.##.2018-ci ildən ##.##.2028ci il tarixədək (10 il) qüvvədə olan istənilən idarə, müəssisə və təşkilatlara, banklara, bütün dövlət və qeyri-dövlət orqanlarına, o cümlədən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyati ərazi departamentinə, o cümlədən, Azərbaycan Respubklikası Vergilər Nazirliyi yaninda 11 sayli ərazi vergilər departamentinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fondunun aidiyyati qurumlarina adından ərizə və sənədləri verməyi, imza etməyi, onu təmsil etməyi, işləri aparmağı, istənilən sənədləri, arayışları almağı, aldığına dair imza etməyi, ona məxsus vöeni almağı və hüquqi şəxs kimi adnna olan vöen-lə bağlı elektron vergi bəyannamələrini, ərizələri ötürməyi, sənədlərə imza etməyi, eyni zamanda digər sənədləşmələrdə iştirak etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamədən də görünür ki, cavabdeh bütün əmək haqqının hesablanması, sosial və vergi ödənişlərinin həyata keçirilməsi ilə bağlı bütün səlahiyyətləri mərhum Zavur Mehtiyevə etibar etmişdir.
21. Işin sadalanan hallarını və cavabdeh Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizəsini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında X4nun ilk dəfə ##.##.2023-cü il tarixdə (##.##.2023- cü il tarixdə imzalanmış ərizə) məhkəməyə iddia ərizəsi verdiyini bildirmişdir. Belə olan halda mərhum Z.Mehtiyev tərəfindən iddia ərizəsi müraciət edərkən qanunla nəzərədə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə iddia verilmişdir. X3 öldükdən sonra isə iddiaçı tərəfindən vərəsəlik haqqında şəhadətnamə alınmış və məhkəməyə müraciət edilmişdir. Iddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair iddiası təmin edilə bilməz.
22. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, 1134.1 və 1159.1.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 84-cü maddələrinə istinad etmişdir.
24. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cavabdeh ## ####### 2022-ci il tarixli, ** saylı əmri; X3 tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə ünvanlanmış ərizə; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən X3 ünvanlanmış məktub; X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Aran regional şöbəsinə ünvanlanmış ərizə; Azərbaycan Respubilkasının Əmək və Əhalinin Sosial Müdafiyəsi X7 tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli ərizə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən X3 ünvanlanmış ##.##.2023-cü il tarixli məktub; Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış ##.##.2023-cü il tarixli iddia ərizəsi; Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı; Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış ##.##.2023-cü il tarixli iddia ərizəsi; Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Şəki-Zaqatala regional şöbəsindən X2 ünvanlanmış məktub; “X24 X16” ## #### 2023-cü il tarixli arayış; “X24 X16” arayış ##.##.2025-ci il tarixli “X8 Hüququ haqqında” Şəhadətnamə.
25. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
26. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində iştirak edən, cavabdeh tərəfindən gətirilən şəxslərin məhkəmə tərəfindən kimlikləri müəyyən edilməmiş, onların həqiqətən də Mingəçevir şəhəri Kür çayının Sağ-Sahil ərazisində Qum-Çinqal istehsal edən müəsisədə işləməsini təsdiq edən sənədləri tələb etməmişdir. Cavabdeh tərəfindən yalançı şahidlərin ifadəsinin məhkəmə tərəfindən mötəbər hesab edilməsi, əsassızdır. Məhkəmə iclasında X1 verdiyi izahatında göstərmişdir ki, Nəriman müəllimin yanında ələkçi işləmişdir. Zavuru mühasib kimi tanımışdır. 3-4 ayda bir təhlükəsizliklə bağlı sənədə qol çəkdirirdi. Həmçinin əmək haqları karta köçürülmüşdür. Təxminən 2022-ci ilin fevral ayına qədər orda işləmiş, əmək haqqını Muğan Bankdan almışdırlar. Məhkəmə iclasında X5 verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildən 2022-ci ilin əvvəlinədək Nəriman müəllimin yanında traktorçu vəzifəsində işləmişdir. Əmək haqlarını Muğan bankdan almışdırlar. Mərhum Zavur mühasib olmuş, həmçinin təhlükəsizliklə bağlı sənədə qol çəkdirirdi. Onun sənəd işinə baxdığını bilmişdirlər. Işə nəzarəti Nəriman müəllim etmiş, hər gün gəlməzmiş. 3-4 il ərzində orda işləmiş, əmək haqqı heç vaxt kəsilməyib. Məhkəmə iclasında X6 verdiyi izahatında göstərmişdir ki, Nəriman Zəkəriyyəyevin yanında qaynaqçı vəzifəsində işləmişdir. 250 manat maaş almışdır. Maaşını vaxtlı-vaxtında almışdır. Mərhum Zavuru tanımışdır. O, mühasib vəzifəsində işləmiş, təhlükəsizliklə bağlı sənədə qol çəkdirmişdir. Maaşı Muğan bankdan kartla almışdılar. Məhkəmə iclasında X26 verdiyi izahatında göstərmişdir ki, Nəriman müəllimin yanında qum sovuran aparatda operator vəzifəsində işləmişdir. 250 manat maaş almış, maaşı karta köçmüşdür. Qardaş kimi mehriban olmuşlar, Zavuru da ildə 2-3 dəfə görmüşdür. O mühasib işləmişdir. Əvvəl Zavur başqa bir yerdə mühasib işləmiş, 2007-ci ildən onu tanımışdır. Mərhum Zavur onlarla təhlükəsizliklə bağlı danışıqlar aparmışdır. Yuxarıda göstərilən şəxslər şahid deyillər. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan sübutlara hüquqi qiymət verməmişdir. X9 Bankdan hesabından köçürülmələr çıxarılsa, ona əmək haqqının ödənilməməsi müəyyən olunacaqdır.
27. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, cavabdeh Cavabdeh işçi olmuş X4na ödənilməmiş 5700 (beş min yeddi yüz) manat əmək haqqının və həmin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə 1 faiz hesablanmaqla cəmi 25650 (iyirmi beş min altı yüz əlli) manat pulun, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən alınıb qanun üzrə vərəsə İddiaçı verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
30. Cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhətində yaranan narahatçılıqla əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh izahat verərkən apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
32. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 84-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
33. Qərarlar: «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarı; Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2008- ci il tarixli Qərarı.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
36. Iddiaçı Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
38. Işin hallarından görünür ki, iddiaçı İddiaçı X4 ilə ## ###### 1982-ci ildə Mingəçevir Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdurlar. X3 ali təhsilli olmuş, vəfat edənədək müəyyən vəzifələrdə işləmişdir. Cavabdeh Cavabdeh ********** saylı VÖEN-lə Mingəçevir şəhəri Kür çayının Sağ-Sahil ərazisində Qum-Çinqal istehsalı təyinatı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X4 ##.##.2019-cu il tarixli ** saylı əmrlə sahibkar yanında Kadrlar Şöbəsinin inspektoru vəzifəsinə qəbul edilmişdir. Kadrlar, mühasibatlıq, vergi hesabatları və digər bütün kargüzarlıq işlərini mərhum Zavur Mehtiyev aparmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2022-ci il tarixli ** saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, işçinin ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyat gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. X4 əmək haqqı və 10.000 manat pul tələbinə dair ##.##.2023-cü il tarixdə imzalanmış iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra X3 əmək haqqı tələbinə dair ##.##.2023-cü il tarixli iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Iddia ərizəsində olan nöqsanlar aradan qaldırılanadək X3 ##.##.2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra müəyyən müddət gözlənilmiş, 2025ci ilin mart ayında vərəsəlik qəbul edilmişdir. Qanun üzrə vərəsə kimi İddiaçı məhkəməyə müraciət etmişdir.
39. Birinci instansiya məhkəməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, X3 ölümündən sonra cavabdeh Cavabdeh ona borclu olduğu 10.000 manat borcu hüquqi varis olaraq İddiaçı qaytarmışdır. Məhkəmə iclasında iddiaçı mərhum əri X3 ##.##.2022-ci il tarixli ** saylı əmrlə (öz ərizəsinə əsasən) işdən çıxdığını, ##.##.2023-cü ildə öldüyünü bildirmişdir. 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqısını Cavabdeh ödəməmişdir. Halbuki, sahibkarlıq obyekti fəaliyyətdə olmuş, vergi ödəmiş, gəlir əldə etmişdir. Dediyinə görə sağ ikən X3 dəfələrlə Cavabdeh əmək haqqısının alınmasını tələb etsə də o, müxtəlif bəhanələrlə bunu ödəməkdən yayınmışdır.
40. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum Zavur Mehtiyev ##.##.2022-ci ildə öz ərizəsinə əsasən işdən çıxmışdır. Bu iddia ərizəsinə əlavə olunmuş Əmrlə də öz təsdiqini tapır. Bundan əlavə iddia ərizəsindən, iddiaçının, cavabdehin və şahidlərin məhkəmədə verdikləri izahatlardan da görünür ki, mərhum Zavur Mehtiyev həmin müəssisədə mühasib vəzifəsində işləmiş, cavabdeh tərəfindən verilmiş etibarnamə ilə əmək haqqı verilməsi, həmçinin vergi və sosial ödənişlərlə bütün səlahiyyətlər cavabdeh tərəfindən ona verilmişdir.
41. Əmək qanunvericiliyinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. Işin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə sahibkar Cavabdeh ##.##.2022-ci il tarixli, ** nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, bu faktı iddiaçı özü də təsdiq edir, mərhum Zavur Mehtiyevin dəfələrlə işdən çıxmaq istədiyini, bu barədə ərizə yazdığını bildirmişdir. Nəticədə işəgötürənlə işçi arasındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Həmçinin iddiaçı tələbində 2019-cu ilin on iki ayına görə 1500 manat, 2021-ci ili on iki ayına görə 3300 manat, 2022-ci ilin ilk üç ayına görə isə 900 manat olmaqla ümumilikdə 5700 manat mərhum Zavur Mehtiyevin əmək haqqının Cavabdeh ödənilmədiyini bildirmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki qətnamənin 26-cı bəndində sadalanan dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmə iclasında dindirilən şəxslərin şahid olmadıqlarını, məhkəmənin iddiaçı tərəfindən təqdim olunan sübutlara hüquqi qiymət vermədiyini, X9 Bankdan hesabından köçürülmələr çıxarılsa, ona əmək haqqının ödənilməməsinin müəyyən olunacağını bildirmişdir. Şahidlərlə bağlı qeyd edilən halla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında dindirilən şahidlərin hər biri həmin müəssisədə işlədiklərini və əmək haqlarını hər ay vaxtlı vaxtında aldıqlarını bildirmişdirlər. Dindirilən şahidlərin həmin müəssisədə işlədikləri iddiaçı tərəfindən əl yazma şəklində tərtib olunmuş cədvəllərlə də öz təsdiqini tapır.
43. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Iddia ərizəsində mərhumun aylıq əmək haqqının nə qədər təşkil etməsi, bütöv il ərzində, yaxud ilin müəyyən aylarında əmək haqqının verilməməsi barədə hər hansı açıqlama qeyd etməmişdir. Həmçinin iddia ərizəsinə mərhumun həmin illər üzrə əmək haqqının nə qədər təşkil etməsi, həmin aylar üzrə əmək haqqının ödənilməməsi barədə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa mərhum Z.Mehtiyevin sağlığında müxtəlif orqanlara etdiyi müraciətlərdə də ödənilməmiş əmək haqqı barədə konkret məlumatlar (əmək haqqının bütün ilə görə, yaxud müəyyən aylara görə ödənilməməsi ilə bağlı) göstərilməmişdir.
44. Iddiaçının iddia ərizəsindən görünür ki, X3 ölümündən sonra cavabdeh Cavabdeh tərəfindən hüquqi varis olaraq 10.000 manat borc kimi alınmış pul İddiaçı qaytarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin heç bir sənədləşmə aparılmadan aldığı borcu qaytarıb, rəsmi sənədlərdə öz əksini tapan əmək haqqının ödəməməsi ilə bağlı deyilənlər ağlabatan hesab oluna bilməz. Bununla yanaşı müəssisənin mühasibi, eləcə də səlahiyyətli şəxsi olan əməkdaşın bütün işçilərə əmək haqqı verib, özünün illərlə əmək haqqı almaması ağlabatan hal deyil. X12 Xidmət Mərkəzində Notariat Ofisindən alınmış etibarnamədən də görünür ki, Cavabdeh X3 ##.##.2018-ci ildən ##.##.2028-ci il tarixədək (10 il) qüvvədə olan istənilən idarə, müəssisə və təşkilatlara, banklara, bütün dövlət və qeyri-dövlət orqanlarına, o cümlədən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyati ərazi departamentinə, o cümlədən, Azərbaycan Respubklikası Vergilər Nazirliyi yaninda 11 sayli ərazi vergilər departamentinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fondunun aidiyyati qurumlarina adından ərizə və sənədləri verməyi, imza etməyi, onu təmsil etməyi, işləri aparmağı, istənilən sənədləri, arayışları almağı, aldığına dair imza etməyi, ona məxsus vöeni almağı və hüquqi şəxs kimi adnna olan vöen-lə bağlı elektron vergi bəyannamələrini, ərizələri ötürməyi, sənədlərə imza etməyi, eyni zamanda digər sənədləşmələrdə iştirak etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamədən də görünür ki, cavabdeh bütün əmək haqqının hesablanması, sosial və vergi ödənişlərinin həyata keçirilməsi ilə bağlı bütün səlahiyyətləri mərhum Zavur Mehtiyevə etibar etmişdir.
45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqı tələbinə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2008- ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Işin hallarını və cavabdeh Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizəsini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında X4nun ilk dəfə ##.##.2023-cü il tarixdə (##.##.2023- cü il tarixdə imzalanmış ərizə) məhkəməyə iddia ərizəsi verdiyini bildirmişdir. Belə olan halda mərhum Z.Mehtiyev tərəfindən iddia ərizəsi müraciət edərkən qanunla nəzərədə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə iddia verilmişdir. X3 öldükdən sonra isə iddiaçı tərəfindən vərəsəlik haqqında şəhadətnamə alınmış və məhkəməyə müraciət edilmişdir. Iddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək haqqı tələbi”nə dair iddiası təmin edilə bilməz. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ödənilməyən əmək haqqı tələbinə dair iddianı rədd etməkdə haqlı olmuşdur.
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.