Məhkəmə qərarları › İş №e-2(3-10)-471/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-471/2026

06.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-471/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması tələbi, qüvvə) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən, minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuş alimentin miqdarının azaldılması;## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh oğlu 2009cu ilin dekabr ayının 06-da qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını ## ###### 2010- cu ildə Balakən rayonu Ititala kənd IƏD-də 01 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ######## 2010-cu il tarixdə X2 və ## ###### 2013-cü il tarixdə X4 adında iki uşaqları doğulmuşdur. Iddiaçı 2015-ci ildə cavabdehdən ayrılmışdır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2016-cı il tarixli qətnaməsinə əsasən ## ######## 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb cavabdehə ödənilməsi qət edilmişdir. Eyni zamanda, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub Cavabdeh ödənilməsi qət edilmişdir.Bundan sonra, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiası qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin ## ####### 2016-ci il tarixli 2(019)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); ## ######## 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuş, ilk iddia qalan hissədə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksiyası barədə” ərizə ilə Məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən, ərizə təmin edilərək Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuşdur.Halbuki, iddiaçı İddiaçı ## ######## 2016-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan onların ## ######## 2018-ci il tarixdə Aişə, ## ####### 2019-cu il tarixdə Mədinə, ## ####### 2020-ci il tarixdə isə Ramazan adında övladları dünyaya gəlmişlər. Uşaqları X5 olduğundan X7 onun qulluğu ilə məşğuldur və faktiki olaraq onun işləməsi mümkün deyildir. Ailəni dolandıran yeganə şəxs İddiaçıdur. Məhkəmənin Qərardadı ilə ona təyin edilmiş və öhdəsindən gəlinməsi qeyri mümkün həddə olan aliment miqdarı onun və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamağını mümkünsüz hesab edir. Alimentin miqdarı kəskin qalxdığından tərəflər arasında mübahisə yaranmış,mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı ilk öncə mediatora müraciət etmiş, alimentin məbləği ilə bağlı tərəflər arasında razılığın əldə olunması mümkün olmamış, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuş alimentin məbləğinin azaldılması, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyası 17, 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2,112-ci, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, ## #### 2016-cı il tarixli Qərarının 8.2, 8.3, 8.7, 8.13-cü bəndlərinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan Balakən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddianın qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin ## ####### 2016-ci il tarixli 2(019)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılsın); ## ######## 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması; Balakən Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılsın); ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin olunmaması; İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması; ilk iddia üzrə cavabdeh İddiaçı 22.29 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin ## ####### 2021- ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MŞ/BMT-***-****-***** nömrəli ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat IMS xərci Rəhimov Murtuz Ramazan oğlu tərəfindən təktərəfli qaydada ödənilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, ərizənin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması qərara alınmışdır. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ######## 2016-cı il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında ## ######## 2016-cı il tarixdə 169 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Rəhimova soyadı verilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş * saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ###### 2020-ci il tarixdə verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2020-ci ildə anadan olmuş, atası İddiaçı, anası X14 qeyd edilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş * saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ###### 2019-cu il tarixdə verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ## ####### 2019-cu ildə anadan olmuş, atası İddiaçı, anası X14 qeyd edilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq olunmuş * saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ###### 2018-ci il tarixdə verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ######## 2018-ci ildə anadan olmuş, atası İddiaçı, anası X14 qeyd edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, cavabdeh İddiaçı ilə 2009-cu ilin dekabr ayının 06-da qeyri rəsmi nikahla evlənmişdir. Nikahlarını isə ## ###### 2010-cu ildə Balakən rayonu Ititala kənd IƏD-də 01 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ######## 2010-cu il tarixdə X2 və ## ###### 2013-cü il tarixdə X4 adında iki uşaqları doğulmuşdur. 2015-ci ildə cavabdeh İddiaçı ayrılmışdır. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2016-cı il tarixli qətnaməsinə əsasən ## ######## 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb ona ödənilməsi qəte dilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin ## ####### 2016-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); ## ######## 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay 130 (bir yüzotuz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, Balakən Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli 2(019)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçıhər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən birgə nikahlarından ## ######## 2010-cu il tarixdə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı müəyyən edilmiş hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat aliment məbləğinin indeksasiya edilməsi ilə bağlı 2025ci ildə Balakən rayon məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, ərizənin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli,*(***)-***/**** nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013cüil tarixdə doğulmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı indeksasiyadan sonra da alimenti vaxtında ödəmişdir. Lakin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli,*(***)-***/**** nömrəli qərardadına əsasən, minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuş alimentin miqdarının azaldılması; ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ## ######## 2016-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan onların ## ######## 2018-ci il tarixdə Aişə, ## ####### 2019-cu il tarixdə Mədinə, ## ####### 2020-ci il tarixdə isə Ramaz adında övladları dünyaya gəlmişlər. Uşaqları X5 olduğundan X7 onun qulluğu ilə məşğuldur və faktiki olaraq onun işləməsi mümkün deyildir. Ailəni dolandıran yeganə şəxs İddiaçıdur. Məhkəmənin Qərardadı ilə ona təyin edilmiş və öhdəsindən gəlinməsi qeyri mümkün həddə olan aliment miqdarı onun və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamağını mümkünsüz hesab edir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cıtarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, 2(019)-830/2021nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılsın; qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin işləməsi və ya qazancı barədə heç bir sübut təqdim edilməməsini, iddiaçının himayəsində digər nikahından olan üç azyaşlı uşağının olmasını , 2026- cı il üçün yaşayış minimumunun uşaqlar üçün 260 manat müəyyən olunmasını əsas gətirərək iddianı qismən təmin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddindən 0.46 misli həddində azaltmaqla Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-1-ci və 8.4-2-ci bəndinin tələblərini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərilən əsaslar- ##.##.2016-cı ildə X7 ilə rəsmi nikaha daxil olmasını, bu nikahdan onların ##.##.2018-ci il tarixdə Aişə, ##.##.2019-cu ildə Mədinə və ##.##.2020-ci ildə Ramazan adlı övladlarının doğulması alimentlə bağlı məhkəmə tərəfindən qəbul edilmiş əvvəlki məhkəmə qətnamələri və qərardadı çıxarılarkən nəzərə alınmışdır. Qanunvericilikdə isə aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Iş materiallarından da görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

8. Ona görə də, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddianın təmin edilmiş hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin II hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, ## #### 2016-cı il tarixli Qərarı: 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.7-ci bəndində izah olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13-cü bəndində izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin dəyişdirilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.

25. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

26. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

27. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın mənafeyi, 2026-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği, iddiaçının maddi vəziyyəti və işin faktiki halları nəzərə alınmaqla, tərəflərin birgə nikahından ## ######## 2010-cu ildə doğulmuş X2 və ## ###### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas təşkil etmir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar