Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-477/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər:borc pul tələbi, maddi hüquq normalarının pozulması ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və İsayev Elman Bəhruz oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları 1 İddiaçı X4 cavabdeh Cavabdeh qarşı "pul" tələbi barədə iddia qaldıraraq 5558,0 manat nağd pul vəsaiti və 76,0 manat dövlət rüsumu tutulub xeyrinə öənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ## ######## 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu Aydınqışlaq kəndinə köçərək digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Onların ## ###### 2024-cü il təvəllüdlü X1 adında uşaqları olmuş və kənar müdaxilələr səbəbindən münasibətləri pozulduğundan ##.##.2025-ci il tarixdə boşanmışlar. Birgə təsərrüfat apardıqları dövrdə Cavabdeh ondan müxtəlif məqsədlərlə cəmi 4058,0 manat (evin istilik sisteminin qurulmasından ötrü 1800,0 manat, özləri üçün ayrılmış otağa divar kağızı vurulmasından ötrü 500,0 manat, internetə görə 20,0 manat, çılçıraq almaqdan ötrü 350,0 manat, telefon aparatı almaqdan ötrü 270,0 manat, ətir almaqdan ötrü 20,0 manat, özü üçün ayaqqabı almaqdan ötrü 40,0 manat, şampun almaqdan ötrü 16,0 manat, diş pastası almaqdan ötrü 9,0 manat, “Meduza” kofe almaqdan ötrü 13,0 manat, özünə sürücülük vəsiqəsi almaqdan ötrü 100,0 manat, şəxsi borcunu qaytarmaqdan ötrü 600,0 manat və özü üçün 270,0 ( 100+170) manat dopler cihazı almaqdan ötrü 50,0 manat borc almış və qaytarmamış, o cümlədən doğuma görə ödənilən 500,0 manat məbləğində birdəfəlik müavinəti mənimsəmişdir. Bundan başqa cehiz əmlakında olan 1000,0 manat dəyərində televizor Cavabdeh tərəfindən tam yararsız vəziyyətə salınaraq ona qaytarılmışdır. Ona görə də, Cavabdeh 5558 manat nağd pul vəsaiti və 76 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 izahatında göstərmişdir ki, o, Cavabdeh ilə ## ######## 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu Aydınqışlaq kəndinə köçərək digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Onların ## ###### 2024-cü il təvəllüdlü X1 adında uşaqları olmuş və kənar müdaxilələr səbəbindən münasibətləri pozulduğundan ##.##.2025-ci il tarixdə boşanmışlar. Birgə təsərrüfat apardıqları dövrdə Cavabdeh ondan müxtəlif məqsədlərlə cəmi 4058,0 manat (evin istilik sisteminin qurulmasından ötrü 1800,0 manat, özləri üçün ayrılmış otağa divar kağızı vurulmasından ötrü 500,0 manat, internetə görə 20,0 manat, çılçıraq almaqdan ötrü 350,0 manat, telefon aparatı almaqdan ötrü 270,0 manat, ətir almaqdan ötrü 20,0 manat, özü üçün ayaqqabı almaqdan ötrü 40,0 manat, şampun almaqdan ötrü 16,0 manat, diş pastası almaqdan ötrü 9,0 manat, “Meduza” kofe almaqdan ötrü 13,0 manat, özünə sürücülük vəsiqəsi almaqdan ötrü 100,0 manat, şəxsi borcunu qaytarmaqdan ötrü 600,0 manat və özü üçün 270,0 ( 100+170) manat dopler cihazı almaqdan ötrü 50,0 manat borc almış və qaytarmamış, o cümlədən doğuma görə ödənilən 500,0 manat məbləğində birdəfəlik müavinəti mənimsəmişdir. Bundan başqa cehiz əmlakında olan 1000,0 manat dəyərində televizor Cavabdeh tərəfindən tam yararsız vəziyyətə salınaraq ona qaytarılmışdır. Ona görə də, Cavabdeh 5558 manat nağd pul vəsaiti və 76 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı X5 nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, o, X5 ilə ## ######## 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və valideynlərinə məxsus olan Qəbələ rayonu, Aydınqışlaq kəndində ounla birlikdə yaşamışdır. Onların ## ###### 2024-cü il təvəllüdlü X1 adında uşaqları olmuş və qarşı tərəfin valideynləri tərəfindən edilən müdaxillələr səbəbindən müasibətləri pozulduğundan ##.##.2025-ci il tarixdə boşanmışlar. Doğuma görə anaya ödənilən 500,0 manat məbləğində birdəfəlik müavinəti 2024-cü ilin noyabr ayında X5 hesabına göndərmiş, o cümlədən X5 üçün alınmış 570,0 manat dəyərində telefon aparatı onun özünə verilmişdir. X5 cehiz əmlakında olan 1000,0 manat dəyərində televizoru aparmış, 1 ədəd çılçırağ isə imtina edildiyi üçün onda qalmış və götürülüb aparılmasına heç bir maneçilik olmamışdır. Birlikdə yaşadıqları dövrdə X5 hər hansı bir məqsədlərlə borc almamışdır. Ona görə də, iddia tələbi rədd edilməlidir.
6. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov), iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı X4 məxsus olan 5558,0 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh qaldığını təsdiq edən sübutlar olmadığından iddia tələbi təmin edilməməlidir. 8.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki-Prosessual Məcəllənin tələblərini pozulmuş, iddia tələbinin hansı əsasla təmin olunmaması əsaslandırılmamış, qətnamədə yalnız maddələri sadamaqla kifayətlənmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir.
11. Birinci instansiya məhkəməsi cavabdehdən tələb etdiyi pul məbləğlərinin ona hədiyyə şəklində verilməsini nəzərə almamışdır. O, isə həmin pulları cavabdehə borc kimi vermişdi. Məhkəmə isə bu istiqamətdə kifayət qədər araşdırma aparmamış, cavabdehin dedikləri ilə kifayətlənmişdir.
12. Cavabdeh Cavabdeh ilə ailə quranadək (yəni nişanla olduğumuz zaman) və ailə qurduqdan sonra atası və anası ona xərclik üçün verdiyi və yığıb saxladığı puldan ona məxsus olmaqla Qəbələ rayon Aydınqışlaq kəndində yerləşən, gəlin köçəcəyi fərdi yaşayış evinin əsaslı təmiri üçün pula ehtiyacı olduğunu bildirərək, habelə müxtəlif bəhanələrlə borc almış və geri qaytarmamışdır. Məhkəmə isə həmin məsələyə ümumiyyətlə qiymət verməmişdir.
13. O, iddia ərizəsində televizorun cavabdeh tərəfindən ona verildiyini etiraf etmiş, lakin həmin televizorun ekranının sınıq vəziyyətdə olduğunu və buna görə televizora dəymiş ziyanı cavabdehdən tələb etmişdir. Bununla bağlı sübut kimi fotoşəkil iddia ərizəsinə əlavə edilmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə şahid ifadələri ilə sübut təqdim etməyi üçün şərait yaratmamışdır.
14. Odur ki, Apellyasiya şikayətinin təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/*** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh Cavabdeh teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 23.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermiş və qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
29. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
30. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
31. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
32. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
33. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
34. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
35. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
36. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı X4 cavabdeh Cavabdeh ilə birgə nikahda olarkən cavabdehin ondan 4058 manat məbləğində borc pul aldığını, həmçinin əlavə olaraq doğuma görə ödənilən 500 manat məbləğində birdəfəlik müavinəti alaraq geri qaytarmadığını, həmçinin ona cehiz olaraq verilmiş 1000 manat dəyərində televizorun cavabdeh tərəfindən tam yararsız vəziyyətə salınaraq iddiaçıya geri verilmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən idddia tələbi qəbul edilməmişdir. 38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehdən tələb etdiyi pul məbləğlərinin ona hədiyyə şəklində verilməsini nəzərə almaması, həmin pulları cavabdehə borc kimi verməsi, məhkəmənin bu istiqamətdə kifayət qədər araşdırma aparmaması, cavabdehin dedikləri ilə kifayətlənməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
39. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
40. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlə birgə nikahda olmaqla, birgə təsərrüfat aparmışlar. İddiaçı ona hədiyyə olunmuş hər hansı məbləğdə pul vəsaitinin cavabdehə borc olaraq verilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona verilmiş televizorun cavabdeh tərəfindən sındırılaraq ziyan vurması, bununla bağlı sübut kimi fotoşəkillərin iddia ərizəsinə əlavə edilməsi, lakin məhkəmənin bu halı nəzərə almamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materialları nəzərdən keçirilərkən sözügedən televizorun iddiaçıya məxsus olması, həmin televizora cavabdeh tərəfindən ziyan vurulması ilə bağlı sübuta rast gəlinməmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
44. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
45. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən 5558 manat məbləğində pul tələb etsədə, iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında hər hansı mötəbər sübuta rast gəlinməmişdir.
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-137)-136/2026 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.