Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-480/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsayeva Reyhan Tapdıq qızına qаrşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - uşaq tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisafa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsayeva Reyhan Tapdıq qızına qarşı “uşaq tələbi”nə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan X8 * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş, MŞY/MT***/****-***** nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı ##.##.2025-ci il tarixdə keçirilmiş uşaq tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir;
2. İş materiallarında olan ##.##.2025-ci il tarixli ***/* nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X2 ##.##.2013-cü il il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası İsayeva Reyhan Tapdıq qızıdır;
3. İş materiallarında olan ##.##.2025-ci il tarixli *** nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X4 ##.##.2014-cü il il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası İsayeva Reyhan Tapdıq qızıdır;
4. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə İddiaçı ##.##.2021-ci il tarixdən başlayaraq, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin iddiaçı İsayeva Reyhan Tapdıq qızının xeyrinə tutulması qət edilmişdir.
5. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh İsayeva Reyhan Tapdıq qızına və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşaqların anadan alınaraq ataya qaytarılmasıtələbi”nə dair iddiası rədd edilmişdir.
6. İş materiallarında olan Yevlax Rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli, *****/**** saylı məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tərəfindən tələbkar İsayeva Reyhan Tapdıq qızının xeyrinə 2024-cü ilin noyabr ayında 150 manat, dekabr ayında 200 manat, 2025ci ilin yanvar ayında 100 manat, mart ayında 150 manat, aprel ayında 50 manat, may ayında 140 manat alimentin pulu ödənilmişdir.
7. İş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli, 9/3-13- 117/2-9019/2025-ci il saylı məktubdan görünür ki, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə keçmiş əri İddiaçı uşaqlarını icazəsi evdə saxlanılmasını onunla görüşdürməməsi və təhsildən yayındırması barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə daxil olmuş müraciətlərinə baxılmışdır. Araşdırma zamanı müraciətlərində göstərdiyi xüsusatların mülki iddia qaldırmaq hüquqları vardır.
8. İş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin Reyhan İsayevaya ünvanlanmış ##.##.2025-ci il tarixli, 9/313-117/2-9019/2025-ci il saylı məktubundan görünür ki, ##.##.2025ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə keçmiş əri İddiaçı və onun anası Gülbahar övladları onlara vermədikləri, övladları icazəsiz evdə saxladıqları və keçmiş ərinin aliment borcunu ödənilməsi səbəbindən axtarışa verilməsinə baxmayaraq axtarış tədbirlərində narazı olması barədə daxil olmuş müraciəti tərəfindən araşdırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Yevlax RRŞ-yə hər hansı bir axtarış işi daxil olmamışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh İsayeva Reyhan Tapdıq qızına qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 onun himayəsində qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İsayeva Reyhan Tapdıq qızı ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Həmin nikahdan ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşlar. Bir müddət sonra cavabdehlə ailə münasibətlərini davam etdirməsi mümkün olmadığından nikahın pozulması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulması, birgə nikahlarından doğulmuş uşaqların anasının yanında qalması qət edilmişdir. Uşaqların saxlanılması üçün ondan hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilir. Uşaqlar ananın himayəsinə verilməsinə baxmayaraq 10 aydan artıq müddətdir ki, uşaqların hər ikisi analarının evindən qaçaraq onun yanıma sığınmışlar və daimi olaraq onunla birgə yaşayırlar. Onlar qəti şəkildə anasının yanına qayıtmaq istəmirlər. Valideyn kimi o dəfələrlə uşaqlara anasına qayıtmaları barədə fikir bildirməyə çalışmışdır, lakin uşaqlar göz yaşları axıdaraq analarının yanına getməkdən imtina etmişlər. Hazırki iddia ərizəsini uşaqların təkidi və mənafeyi nəzərə alınaraq, onların şəxsi istəklərinə uyğun olaraq verir. Onlar aydın və qəti şəkildə anaları ilə deyil, onunla birlikdə yaşamaq istədiklərini ifadə edirlər.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uşaqlar artıq 13 və 12 yaşlarındadır. Onlar ataları ilə qalmaq istəyir. Analarının yanına qayıtmaq istəmir. Həmçinin uşaq hüquqlarının müdafiəsi komissiyasının rəyində də görünür ki, uşaqların atanın himayəsində saxlanılması məqsədə müvafiq hesab edilmişdir. Psixoloji ekspertiza da keçirilmişdir. Cavabdehin etirazları əsassızdır. Bütün sübutlar iddiaçının xeyrinədir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İsayeva Reyhan Tapdıq qızı izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atalarının anası həmişə uşaqları ona qarşı qaldırmış, uşaqları analarının pis olması və onu istəməmələri barədə öyrətmişdir. Nənələri həmişə uşaqları evi dağıdıb, onu və xalalarını əsəbləşdirərək evdən qaçaraq kəndə getməyə sövq etmişdir. Uşaqları, o, özü həmişə taksi ilə kəndə yollamışdır. Sonuncu dəfə də həmişəki kimi uşaqlar ərköyünlük edib kəndə getmək istəmişlər, o da həmişəki kimi taksi ilə kəndə göndərmişdir. Sonuncu dəfə yollladıqdan sonra nənəsigil uşaqları qaytarmamış, ona qarşı öyrətmişlər. Dəfələrlə uşaqları götürmək üçün getsə də, Amilin anası və qohumları onun üzərinə hücum çəkmiş, uşaqları nəinki apamaq, görməyə belə qoymamışlar. Telefonla danışmağına belə maneçilik yaratmışlar. Onun icra məmuru Cavid Məmmədlidən çoxsaylı xahişlərindən sonra, icra məmurunun sözü ilə telefonla bir neçə dəfə danışmağına icazə vermişlər. Onda da uşaqları ona qarşı söyüşlər söyməyə məcbur etmişlər. Bütün bunları aliment ödəməmək üçün edirlər. Uşaqlar orda baxımsız qalır, yaxşı şəraitdə qalmırlar. Təhsildən də uzaqlaşdırılmışlar. Aidiyyəti orqanlara şikayətlər etsə də, heç bir nəticəsi olmamışdır. Ata düzgün həyat tərzi keçirtmir, pis vərdişləri vardır. Həmçinin onlar boşandıdan sonra da ata yenidən başqa qadınla ailə qurmuş, həmin xanım ona da xəsarətlər yetirmişdir. İddiaçının o ailə həyatı da uğurlu olmamışdır. Uşaqlar halhazırda təsir altındadır. Uşaqlarının onun yanında qalmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu X3 və Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı aparatının böyük məsləhətçisi -uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədovanın iştirakı ilə fikri dinlənilən ##.##.2013-cü il təvəllüdlü X2 məhkəmə iclasında bildirdi ki, əvvəlki məhkəmədə də atasını istəmiş, lakin məhkəmə anasının yanında saxlamışdır. Anası taksi ilə onu və qardaşını kəndə yollamışdır. Sonuncu dəfə də taksi ilə anası yola salmışdır. Atası, nənəsi və qardaşı ilə birlikdə Aşağı Qarxun kəndində yaşayır. Məktəbə getmirlər, hazırlıqlara gedirlər. Sistemdə qeydiyyatdan keçəndə məktəbə də gedəcəklər. Kənddəki məktəbi xoşlayır. Kənddə atası və nənəsinin yanında yaşamaq istəyir. Atası usta işləyir, Səhər işə gedir, axşam gəlir. Onlara nənəsi baxır. Anası onları döyürdü, yemək vermirdi. Ona görə anasının yanına getmək istəmir. Çünki xalası onlara “gedin atanızın xarabasına” demişdir. Ona görə atası ilə qalmaq istəyir.
14. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu X3 və Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı aparatının böyük məsləhətçisi -uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədovanın iştirakı ilə fikri dinlənilən ##.##.2014-cü il təvəllüdlü X4 məhkəmə iclasında bildirdi ki, valideynləri ayrıldıqdan sonra anası ilə yaşamışdır. Hər həftə anası onları taksi ilə ata nənəsinin yanına göndərmişdir. Atası, nənəsi və qardaşı ilə birlikdə Aşağı Qarxun kəndində yaşayır. Məktəbə getmirlər, hazırlıqlara gedirlər. Sistemdə qeydiyyatdan keçəndə məktəbə də gedəcəklər. Kənddəki məktəbi xoşlayır. Kənddə atası və nənəsinin yanında yaşamaq istəyir. Atası usta işləyir, Səhər işə gedir, axşam gəlir. Onlara nənəsi baxır. Ona görə anasının yanına getmək istəmir. Çünki xalası onlara “gedin atanızın xarabasına” demişdir. Ona görə atası ilə qalmaq istəyir.
15. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısı oğludur. O, daim bacısı evinə gedib-gəlir, onun bacısı evində qaz, işıq vardır. Ana uşaqları alimentə görə istəyir.
16. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ifadə verərək bildirdi ki, ## ###### 2022-ci il tarixli icra sənədi üzrə icra vərəqəsi şöbənin icraatına qəbul edilmiş, o isə 2024-cü ilin oktyabr ayında icra məmuru təyin olunmuş, axrıncı dəfə aprel ayında borcluya alimentin ödənilməsi tələb etdikdə borclunun anasının uşaqlarla birlikdə şöbəyə daxil olaraq bildirmişdir ki, uşaqlar Amilin yanında olduğu halda niyə də aliment ödəyəcəyini və uşaqlar isə analarına getmədiyini dediyini bildirmişdir.
17. Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
18. Məhkəmə göstərmişdir ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, ## ###### 1959cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Bu prinsipin mənəvipsixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından suiistifadə etməsi və s. Hazırki iş üzrə isə qeyd edilən müstəsna halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən məhkəmə araşdırmasına hər hansı sübut təqdim edilməmiş, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar müəyyən edilməmişdir.
19. Məhkəmə hazırki işdə yetkinlik yaşına çatmayan uşaqların hər ikisinin oğlan uşağı olması, bu yaşda olan oğlan uşaqları üçün xarakterik olan sərbəst və nəzarətsiz olma istəyi, hər cür əyləncə və macəralara meylli olması baxımından da qeyd etmişdir ki, onların daim ataya münasibətdə daha həssas valideyn kimi ana nəzarətində olması vacibdir. Bu həm də azyaşlıların pis vərdişlərdən və arzuolunmaz kənar təsirlərdən qorunması baxımından da əhəmiyyətli olmaqla, nəticədə uşaqların üstün maraqlarına da uyğundur.
20. Məhkəmə yetkinlik yaşına çatmamış və işə baxılması zamanı fikri dinlənilən Turan və Abdulla ifadələrində atalarının yanında qalmaq istəmələri ilə bağlı xüsusilə vurğulamışdır ki, uşaqların fikrinin belə işlərə baxarkən mütləq nəzərə alınmalı olması hələ məhz onların istəyi üzrə qənaətə gəlinməsinə əsas ola bilməz. Göründüyü kimi, hazırkı vəziyyətdə uşaqlar ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyillər. Onlar fikirlərini bildirsələr də, uşaq olduqlarından və onların qayğısına qalmaq, sağlam şəxsiyyət kimi formalaşmalarına yardımçı olmaq dövlətin də marağındadır. Bu baxımdan məhkəmə uşaqların hazırda olduqları duruma görə istəklərini nəzərə almaqla onların məhz atanın himayəsində saxlanması qənaətinə gəlinməsini əsaslı hesab etmir.
21. Məhkəmə həmçinin göstərmişdir ki, uşaqlar 1 ildən artıq müddət-2024cü ilin noyabr atanın və nənələrinin yanında yaşayırlar, cavabdeh bu müddətdə uşaqları ilə görüşə bilməməsini, İddiaçı və yaxınları tərəfindən maneçilik törədildiyi bildirmişdir. Həmçinin, uşaqların fikri dinlənilərkən uşaqların ilk cümləsi “əvvəlki məhkəmədə də atasını istəmiş, lakin məhkəmə anasının yanında saxlamışdır”. Bütün qeyd edilənlər nəzərə alındıqda,məhkəmə hesab edir ki, uşaqların fikirlərinin təsiredici təsir səbəbindən (ata və nənənin təsiri ilə) formalaşması istisna edilmir.
22. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə və 9-cu maddəsinin 1-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 17 və 18-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 52, 56.1, 60.1, 60.4, 61.3, 73.1, 73.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Qətnamədən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisafa oğlu apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühüm faktiki hal ondan ibarətdir ki, uşaqlar ##.##.2024-cü il tarixdən etibarən faktiki olaraq onun yanında qalırlar. İş materiallarında olan Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Komissiya uşaqların hüquq və mənafelərini, onların atalarının yanında qalmaq istəmələri ilə bağlı ərizələrini nəzərə alaraq, uşaqların iddiaçının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. İddiaçı bu halı qəbul edilmiş və iş materialları ilə təsdiq olunan mühüm fakt kimi göstərir. Lakin məhkəmə həmin rəyə formal yanaşmış, onun nəticəsini rədd etməsinə əsas verən yetərli və inandırıcı izah verməmişdir. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli *-**-**-**/*-***/**** saylı məhkəmə-psixoloji ekspertiza rəyindən görünür ki, uşaqların hər iki valideynə bağlılığı olsa da, iddiaçıya bağlılıqları daha güclüdür. Həmin rəydə, həmçinin valideynlər arasındakı gərgin münasibətlərin uşaqların emosional-iradi sferasına və analarına münasibətlərinə mənfi təsir göstərdiyi, uşaqların bir-birinə bağlılıqlarının yüksək olduğu və onların ayrılmasının və ya uzun müddət ünsiyyətsiz qalmasının psixoloji baxımdan mənfi nəticələr doğura biləcəyi qeyd olunmuşdur. İddiaçı bu rəydə müəyyən edilən halları qəbul edir və hesab edir ki, həmin hallar işin düzgün həlli üçün əsas sübutlardan biridir. Məhkəmə isə bu rəyin də nəticələrini faktiki olaraq kənara qoymuş, məhkəmə iclaslarında təsdiq edilmiş hər hansı mötəbər sübuta istinad etmədən uşaqların anaya bağlılığı barədə qənaətə gəlmiş, lakin bu qənaətini hansı konkret sübutla əsaslandırdığını qətnamədə göstərməmişdir. Cavabdeh hər vəchlə məhkəmədə elə təsəvvür formalaşdırmaq istəyirdi ki, guya iddiaçı aliment ödəməmək üçün uşaqları öyrətmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ##.##.2024cü il tarixdən sonra da 2025-ci ilin may ayına qədər iddiaçı uşaqlar üçün təyin edilmiş alimenti cavabdehin xeyrinə ödəməyə davam etmişdir. İş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayında 150 manat, dekabr ayında 200 manat, 2025-ci ilin yanvar ayında 100 manat, mart ayında 150 manat, aprel ayında 50 manat və may ayında 140 manat aliment ödənişləri edilmişdir. Bu hal onu göstərir ki, uşaqlar faktiki olaraq iddiaçının yanında olduqları dövrdə belə iddiaçı cavabdehin xeyrinə aliment ödəmişdir. Lakin bəzi aylarda ödəniş günündən 5-10 gün gecikmələr olurdu ki, bu zaman da cavabdeh iddiaçıdan alimenti ödəməsini tələb etməklə bağlı şikayətlər edirdi. Yevlax Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubunda ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə cavabdehin “102” xidmətinə uşaqların onun icazəsi olmadan iddiaçının yanında saxlanılması və onunla görüşdürülməməsi barədə müraciətlər etdiyi qeyd edilmişdir. Həmin müraciətlərdən uşaqların cavabdehin yanında qalmasının onların üstün mənafeyinə uyğun olduğu nəticəsi çıxarıla bilməz. Əksinə, iş materiallarında olan digər sübutlarla birlikdə baxıldıqda görünür ki, uşaqlar faktiki olaraq iddiaçının yanında olmuş, cavabdeh isə xüsusilə iddiaçı aliment ödənişini dayandırdıqdan sonra polisə müraciət etmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən səbəb-nəticə əlaqəsi baxımından araşdırılmamışdır. İş üzrə digər mühüm hal ondan ibarətdir ki, məhkəmə baxışı zamanı hakim heç bir tərəfin vəsatəti olmadan, tərəflərə əvvəlcədən məlumat vermədən, onların münasibətini öyrənmədən və məhkəmə iclasında elan etmədən Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Yevlax Rayon Polis Şöbəsinə iddiaçı barədə sorğular göndərmiş, cavabları iş materiallarına əlavə etmişdir. Həmin sənədlərin işin predmeti ilə hansı konkret əlaqəsinin olduğu, uşaqların üstün mənafeyinin müəyyən edilməsində hansı zərurətdən doğduğu və nə üçün tərəflərin iştirakı ilə müzakirə edilmədiyi araşdırılmamışdır. Bu hal tərəflərin sübutlara münasibət bildirmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, işin faktiki hallarının birtərəfli qaydada formalaşdırılması təəssüratı yaratmışdır. Bildirir ki, bu mülki iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarında hakim tərəfindən iş birtərəfli və qərəzli qaydada cavabdehin xeyrinə araşdırılmış, iddiaçının vəkilinin təqdim etdiyi sübutlar lazımi qaydada araşdırılmamış və nəzərə alınmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında 10 yaşdan yuxarı uşaqların iradə və istəklərinə, onların sərbəst şəkildə ifadə etdikləri fikirlərə, tərəflərin təqdim etdikləri sübutlara, Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyinə, yaşayış şəraitinin müayinə aktlarına, uşaqların anaları ilə yaşadıqları mühitdə anası və xalası tərəfindən məruz qaldıqları zorakılıq və psixoloji gərginlik hallarına, eləcə də iş üzrə əhəmiyyətli olan məhkəmə-psixoloji ekspertizasının rəyinin nəticələrinə lazımi hüquqi qiymət verilməmişdir. Əksinə, prosesin gedişi cavabdehin mövqeyinin gücləndirilməsinə yönəlmiş təsir bağışlamışdır. Cavabdehin mövqeyini gücləndirmək üçün hakim tərəfindən sübutlar toplansa da, yekunda iddianın rədd edilməsi üçün tutarlı sübut müəyyən edilməmişdir. Bu səbəbdən hakim iddianın rədd edilməsini fərziyyələrlə və gələcəkdə baş verməsi milyonda bir olan ehtimallarla əsaslandırmışdır. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin dəyişdirilərək ## ######## 2013-cü il təvəllüdlü X2 və ## ####### 2014-cü il təvəllüdlü X4 onun himayəsində qalmasının müəyyən edilməsi barədə qətnamə çıxararılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisafa oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.
27. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə 17. Ailə, uşaqlar və dövlət. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
33. Maddə 34. Nikah hüququ IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
34. Maddə 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
35. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
36. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
37. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
38. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
39. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar
40. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
41. Maddə 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
42. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
43. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
45. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
46. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarı. - 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. - 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-in 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. - 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi - 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
V. Apellyasiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
62. Müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh birgə nikahdan ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 adlı iki oğlan övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Yevlax Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. 2024cü ilin noyabr ayında uşaqlar atanın yanına getmiş, ata və nənə uşaqları anaya qaytarmamış, uşaqlar atanın yanında yaşamağa başlamışlar. Bundan sonra hazırki mübahisə yaranmışdır.
63. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Yevlax Rayon Məhkəməsi tərəflər arasında olan mübahisəni yuxarıda göstərilən qaydadda həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.
64. Apellyasiya şikayətinin başlıca dəlili uşağın atanın (iddiaçının) himayəsinə verilməsi ilə bağlıdır.
65. Birinci instansiya məhkəməsində işə baxılarkən azyaşlı uşaqların himayədə saxlanılması ilə bağlı tərəflər arasında mübahisə ilə əlaqədar həm qəyyumluq və himayə orqanının, eyni zamanda ekspert rəyləri əldə edilmişdir.
66. Yevlax şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəydən görünür ki, komissiya azyaşlıların hüquq mənəfelərini, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 atalarının yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdiyi ərizələrini əsas götürərək onların ataları İddiaçıl oğlunun yanında qalmalarını məqsədəmüvafiq hesab etmişdir.
67. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli *-**-****/*-***/**** saylı rəyindən görünür ki, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 hal-hazırda ataları İddiaçı anaları İsayeva Reyhan Tapdıq oğluna bağlılıqları üzə çıxmaqla, ataları İddiaçı bağlılıqları daha çoxdur. Valideyinləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik uşaqlar X2 və X4 emosional- iradı sferaların və anaları İsayeva Reyhan Tapdıq qızına olan münasibətlərinə neqativ təsir göstərmişdir. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyini proqnozlaşdırılması məhkəmə psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 bir-birinə bağlılıqları, hissəemosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ göstərə bilər.
68. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir
69. Məhkəmə kollegiyası qeyd edir ki, həm milli qanunvericilikdə, həm beynəlxalq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. Azyaşlı uşaqların üstün mənafeyi, ciddi əsaslar olmadıqca, boşanmadan sonra oların məhz ananın yanında saxlanmasını tələb edir.
70. Kollegiya beynəlxalq hüquq normalarının tələblərinə əsasən “uşaqların anadan ayrılması yalnız müstəsna halda yol verilir” prinsipinə əməl edilməsi və tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqların mənafeyini, uşaqların azyaşlı olmasını, onların ana qayğısına daha çox ehtiyacının olmasını, ana tərəfindən verilən nəvazişi başqa heç bir şeyin əvəz edə bilməyəcəyini nəzərə alıb hesab edir ki, azyaşlı uşaqlar yetkinlik yaşına çatana qədər cavabdehin (ananın) himayəsində (yanında) qalmalıdırlar.
71. Ailə və uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlərlə yanaşı, qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Bu zaman uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri ciddi nəzərə alınmaqla, uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas götürülməklə həll edilməlidir. Bu orqanların qəbul etdiyi qərarlar uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirilməməlidir. Uşaq ailədə öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ata və ana valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər arasında razılıq olmadıqda uşağın onlarda hansı ilə qalması barədə məsələ uşaqların hüquqları və üstün mənafeləri, onların rəyi, onların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və sair hallar kompleks nəzərə almaqla həll olunmalıdır.
72. Hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
73. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
74. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası “Uşaq hüquqları haqqında” Bəyannamənin 2-ci maddəsindən, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir.
75. Kollegiya qeyd edir ki, Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаqlаrın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа, dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır.
76. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur.
77. Məhkəmə kollegiyası iddiaçının uşaqların yanında qalmalarını tələb etməsini nəzərə alaraq hesab edir ki, uşaqların ananın yanında saxlanmaları onların mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar mövcud olmamaqla, bu vəziyyət uşaqların üstün mənafelərinə uyğundur və onların ali maraqlarına cavab verən hal kimi qiymətləndirilməlidir.
78. Kollegiya qəyyumluq və himayəçilik komissiyasının, habelə məhkəmə-psixoloji ekspertinin rəyləri ilə bağlı qeyd edir ki, ekspertlərin uşaqların anasına bağlılığının müəyyən olunmaması haqqında rəyləri qanuni məqsədə mütənasib olmamışdır. Yuxarıda göstərilən hallar məhkəməyə əsas verir ki, rəyləri nəzərə almasın. Qeyd olunmalıdır ki, uşaqlarla bağlı məsələdə hər hansı orqanın, hətta ekspertin verdiyi rəy belə məhkəmə üçün məcburi olmamaqla uşaqların üstün mənafeyi kontekstində MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməlidir.
79. Eyni zamanda ekspert rəyində uşaqların analarına da bağlılıqlarının olduğu göstərilmişdir.
80. Kollegiyanın qənaətinə görə anaya nisbətən ataya bağlılığın daha çox olması uşaqların sonuncunun himayəsində saxlanılmaları üçün təkbaşına əsas verə bilməz.
81. Eyni zamanda, ekspert rəyində o da vurğulanmışdır ki, ...valideyinləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik uşaqlar X2 və X4 emosional-iradi sferaların və anaları İsayeva Reyhan Tapdıq qızına olan münasibətlərinə neqativ təsir göstərmişdir.
82. Uşağın maraqları tələb edir ki, ona anası ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsirlər ailə əlaqələrinin qırılmasına gətirib çıxara biləcəyindən bütün mümkün tədbirlər görülsün, şəxsi əlaqələr qorunub saxlanılsın.
83. Kollegiya qeyd edir ki, uşaqların anasının yanında qalmaları uşaqların heç bir maraqlarına zidd deyildir, sadəcə onların bu istəyi kənar təsir, uşaq emosionallığı, hazırda ətrafında cərəyan edən hadisələr və şərait baxımından öz mənafeyi və maraqlarını düzgün qiymətləndirə bilməməsi ilə əlaqəlidir. Ana uşağı ilə birlikdə yaşamağa başladıqdan sonra bağlılıq bərpa olunacaq. Bu, uşağa xas xüsusiyyətdir: uşaq kiminlə birlikdə yaşayırsa ona qarşı bağlılıq yaranır, kimdən ayrı yaşayırsa ona qarşı bağlılıq ya zəif olur, ya da olmur. O cümlədən əksər insanların adaptasiya olunduğu (uyğunlaşdığı) mühitdən ayrılması onların emosional iradi sferasına neqativ təsir göstərir, bu, adi haldır.
84. Ekspert rəyinin tədqiqat hissəsində ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X4 onlara verilən suallara cavab olaraq ataları ilə qalmaq istədiklərini bildirmişlər.
85. Kollegiya apellyasiya şikayətində göstərilənlərin əksinə qeyd edir ki, məhkəmə uşağın fikrindən tam asılı deyildir və müəyyən hallarda başqa mövqe tuta bilər. Bu istisna “Uşaq hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsaslanır. Konvensiyada qeyd olunmuşdur ki, uşağın fikrinə onun yaşı və yetkinliyi nəzərə alınmaqla diqqət yetirilməlidir. Bundan belə nəticə çıxır ki, uşaq müəyyən yaş həddinə çatmış olsa belə, kifayət qədər yetkin olmur və özünün maraqlarını tam şəkildə dərk etmir. Uşaq yaşadığı valideynin təsiri altında ola bilər, sonuncu ona məhkəmə prosesləri ilə əlaqədar psixoloji təsir edə bilər, uşaqda müəyyən fikir yaratmaq üçün arzularını gerçəkləşdirə bilər. Qanunverici qeyd olunmuş şərti təsbit etmişdir ki, məhkəmə yalnız uşağın fikri ilə məhdudlaşmasın, uşağın maraqlarının müdafiəsi üçün əhəmiyyət kəsb edən digər sübutlara qiymət versin.
86. Kollegiya həmçinin, qeyd edir ki, istər milli, istərsə beynəlxalq qanunvericilik aktları ilk növbədə uşaqların mənafeyini nəzərə almış, azyaşlı uşağın yalnız müstəsna şərait mövcud olduqda anasından ayrıla bilməsinə diqqət çəkmişdir. Hazırkı iş üzrə aparılan araşdırma zamanı uşağın anaya verilməməsi üçün “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prinsipində nəzərdə tutulan hər hansı bir müstəsna hal müəyyən olunmamışdır. Belə ki, işin halları arasında ataya üstünlük verəcək, azyaşlı uşaqları anadan və onları bir-birindən ayırmağa haqq qazandıracaq müstəsna şəraitə rast gəlinməmişdir.
87. Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” iş üzrə ##.##.2019-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, uşaqlar onların maraqlarına toxunan məsələlərin həlli zamanı öz fikirlərini ifadə etmək və dinlənilmək hüququna malikdirlər. Xüsusilə, uşaqlar böyüdükcə və zamanla öz fikirlərini formalaşdırmaq qabiliyyəti qazandıqca, məhkəmələr onların baxışlarına və hisslərinə, eləcə də şəxsi həyatlarına hörmət hüququna daha çox diqqət yetirməlidirlər (Petrov and X v. Russia, № *****/**, § 108, ## ####### 2018-ci il). Bununla belə, bu baxışlar həmişə dəyişməz olmur və uşaqlar tərəfindən irəli sürülən etirazlar müvafiq qaydada nəzərə alınmalı olsa da, xüsusilə uşaqla müntəzəm əlaqələr məsələsində valideynlərin maraqları üzərində həmişə üstünlük təşkil etməməlidir. Uşağın öz fikrini ifadə etmək hüququ, digər amillər nəzərə alınmadan və bütün hallar araşdırılmadan uşaqlara qeyd-şərtsiz veto hüququ verilməsi kimi şərh edilə bilməz. Bundan əlavə, əgər məhkəmə uşaqların – məsələn, loyallıq konflikti və (və ya) valideynlərdən birinin təcridedici təsiri səbəbindən – öz istəklərini formalaşdırmaq və ifadə etmək qabiliyyətinə açıq-aşkar malik olmadıqları hallarda onların ifadələrinə əsaslanaraq qərar qəbul edərsə, bu cür qərar Konvensiyanın 8-ci maddəsinə zidd olacaqdır (K.B. and Others v. Croatia, yuxarıda göstərilən, § 143 və orada istinad edilən mənbələr).
88. Ümumiyyətlə, beynəlxalq huquq normalarının sistemli təhlilinə (xüsusilə Uşaq hüquqları haqqında Konvensiyanın 9, 19-cu maddələri) və məhkəmə hüquq təcrübəsinə görə, azyaşlı uşaqların anadan alınmasına imkan verən müstəsna şərait dedikdə, ananın uşaqların tərbiyəsinə və mənəvi-psixoloji inkişafına təsir göstərəcək əxlaqsız həyat tərzinə malik olması, narkotiklərdən və alkoqoldan sui-istifadə etməsi və bunlardan asılılığı, ananın ağır yoluxucu xəstəliyi, yaxud uşağa qulluq imkanlarını tam məhdudlaşdıran xroniki xəstəliyi, ananın uşaqlarla mütəmadi qəddar rəftar etməsi, onlara qarşı fiziki və ya psixoloji zorakılığa, təhqirə, etinasız münasibətə və qayğısızlığa, istismara və seksual sui-istifadəyə yol verməsi kimi hallar başa düşülməlidir. Hazırkı mübahisədə anaya münasibətdə belə hallardan heç birinə rast gəlinməmişdir.
89. Kollegiya vurğulayır ki, uşaqlar hazırkı yaşında fiziki, psixoloji və bioloji inkişaf baxımından analarından zəruri asılılıq vəziyyətindədirlər. Onların gündəlik ana qayğısına və nəvazişinə ciddi ehtiyacları vardır və bu ehtiyac yalnız ananın yanında saxlanacağı təqdirdə tam təmin oluna bilər. Eyni zamanda, cavabdeh fəaliyyət qabiliyyətsiz hesab edilməmiş, valideyinlik hüququndan məhrum edilməmiş və onun hüququ hər hansı qaydada məhdudlaşdırılmamışdır. Bundan başqa, valideynlərdən birinin maddi-məişət şəraitindəki üstünlüklər özü-özlüyündə uşağın ona verilməsi üçün müəyyənedici şərt ola bilməz. Xüsusən də, heç bir qadın qazancının miqdarı az olduğuna görə analıq hislərindən məhrum edilə bilməz.
90. Kollegiya bir daha vurğulayır ki, uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.
91. Kollegiya bu məsələyə uşaqların mənafelərinin (maraqlarının) qorunması kontekstindən də yanaşaraq qeyd edir ki, uşaqların ataları ilə birlikdə qalmaları onların istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğun deyildir və uşaların daha üstün maraqlarını təmin etmir. Həmçinin uşaqların azyaşlı olmasına görə də daha çox ana qayğısına və nəvazişinə ehtiyacları vardır. Odur ki, hazırkı vəziyyətdə iddiaçının tələb etməsinə baxmayaraq uşaqların onun yanında qalması uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, uşaqların ananın himayəsinə verilməsi ataya mane olmur ki, onlarla ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.
92. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаğın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır.
93. Məhkəmə kollegiyası ananın uşaqların böyüyüb boya-başa çatmasındakı rolunu, uşaların yaşını, ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, uşaların ananın yanında saxlanılmasının onların mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar olmamaqla bu vəziyyət uşaqların üstün mənafeyinə uyğundur.
94. Yuxarıda da qeyd edildiyi kimi, BMT Baş Məclisinin ##.##.1959-cu il tarixli, **** nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Belə ki, birincisi, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikincisi, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ana və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyildir. Atanın malik olduğu şərait ana nəvazişini və qayğısını əvəz edə bilməz.
95. Apellyasiya şikayətinin uşaqların xalaları tərəfindən döyüldükdən sonra anaları Reyhan İsayeva tərəfindən “rədd olun, gedin dədənizin xarabasına” məzmunlu təhqiramiz və rəddedici sözlərlə evdən qovulmaları, məhkəmə iclasında uşaqlar həmin hadisəni analarının üzünə qarşı sərbəst şəkildə dilə gətirmələri barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin xüsusatlar yalnız uşaqların dilindən səsləndiyindən onların həqiqiliyi və mötəbərliyi barədə dəqiq fikir yürütmək doğru olmazdı. Həm də uşaqların iddiaçı tərəfin təsiri altında olduğu və valideyinləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik uşaqların analarına olan münasibətlərinə neqativ təsir göstərdiyi indiki halda.
96. Apellyasiya şikayətinin dəlillərindən birisi də, işə baxan hakimin öz təşəbbüsü ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Yevlax Rayon Polis Şöbəsinə iddiaçı barədə sorğular göndərməsi barədədir.
97. Kollegiya həmin dəlillərlə bağlı qeyd edir ki, həmin sorğuya alınmış cavablar hazırkı mübahisə üçün həlledici əhəmiyyətə malik olmaqla uşaqların üstün mənafeyinin müəyyən edilməsi zərurətindən doğmuşdur.
98. İşdə olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli *- **-**-/*-******/**** saylı məktubundan iddiaçının Yevlax Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum olunduğu məlum olur.
99. İşin apellyasiya baxışı 2 dəfə təxirə salınmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, baxılan işlə bağlı onun mövqeyinin öyrənilməsi mümkün olmamışdır. İddiaçı birnci instansiya məhkəməsinin iclaslarında da iştirak etməmişdir.
100. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
101. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
102. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
103. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
104. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
105. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov