Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-513/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X3 qarşı “aliment borcunun ləğv edilməsi (silinməsi)” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment borcunun silinməsi, xitam verilmə, məhkəmədə baxılmanın yolverilməzliyi) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və tərcüməçi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi (silinməsi)” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən e t d i: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahından doğulmuş uşaqların faktiki olaraq onun yanında yaşadığını, ##.##.2025-ci il tarixədək olan dövrdə yaranmış aliment borcunun ödənilməsindən azad edilməsini və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Zaqatala Rayon Məhkəməsinin 2(033)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından ## ####### 2007-ci ildə doğulmuş X4, ## ###### 2009-cu ildə doğulmuş X6 və ## ####### 2013-cü ildə doğulmuş X7 cavabdeh Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ####### 2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat alimentin sabit pul məbləğində tutularaq cavabdeh Cavabdeh ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022 tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi, Zaqatala Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin “qət etdi” hissəsinin dördüncü abzasının dördüncü sətrində “## ####### 2022-ci il tarixdən başlayaraq” sözləri, “## ####### 2021-ci il tarixdən başlayaraq” sözləri kimi oxunması qərara alınmışdır. Hazırda barəsində olan icra sənədinə əsasən onun ##.##.2021 tarixdən ##.##.2025-ci il tarixədək aliment borcu 19800 manat təşkil edir. Həmçinin, ##.##.2025-ci il tarixədək cavabdeh Cavabdeh və övladları X4, X6 və X7 rayonu, Əliabad qəsəbəsində onunla birlikdə yaşayıblar, həmin tarixədək uşaqların saxlanılması və onların gündəlik yaşayışına dair bütün xərclər onun tərəfindən qarşılanmışdır. Bu səbəbdən, ##.##.2025-ci il tarixədək yaranmış aliment borcunun ödənilməsindən azad edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Uşaqların, faktiki olaraq aliment ödəməyə borclu olan valideyn kimi onun yanında yaşaması, aliment öhdəliyinin mahiyyətini dəyişdirən hüquqi faktdır. Ailə qanunvericiliyinə görə, aliment uşağın saxlanılması üçün nəzərdə tutulmuş vəsaitdir. Əgər uşaqlar faktiki olaraq aliment ödəməyə borclu olan valideynlə, yəni, onunla yaşayırlarsa və o, uşaqların bütün tələbatlarını qarşılayırsa, aliment öhdəliyinin icrası faktiki olaraq təmin edilmiş hesab edilir və digər valideyn, yəni, cavabdeh aliment almağa dair hüquqi əsasdan məhrum olur. Hesab edir ki, ##.##.2025-ci il tarixədək uşaqların faktiki olaraq onun yanında yaşadığı dövrdə onların bütün yaşayış, qida, geyim, tibbi və digər zəruri xərclər məhz onun tərəfindən qarşılandığına görə alimentin ödənilməməsi ilə yaranmış aliment borcu üzürlü səbəblərə görə əmələ gələn aliment borcu hesab edilməli və həmin tarixədək əmələ gəlmiş aliment borcunun ödənilməsindən azad edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, onunla cavabdeh Cavabdeh birgə nikahından doğulmuş uşaqların faktiki olaraq onun yanında yaşadığı ##.##.2025- ci il tarixədək əmələ gəlmiş aliment borcunun ödənilməsindən azad edilməsi haqqında qətnamə çıxarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, bu iddia ilə bağlı mediasiya xərci kimi ilkin mediasiya sessiyası üçün 60 (altmış) manat və dövlət rüsumu kimi 40 (qırx) manat ödənildiyindən, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən, mediasiya ilə bağlı onun çəkdiyi bütün mediasiya xərcləri, o cümlədən dövlət rüsumu xərci cavabdeh tərəfindən ona ödənilməsi haqqında qətnamə çıxarılmalıdır. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı İddiaçı iddia ərizəsi ilə 60 manat məbləğində mediasiya xərcinin və 40 (qırx) manat pul vəsaitinin onun özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi və Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi (silinməsi)” tələbinə dair iş üzrə icraata xitam verilməli olmasına dair mövqeyini aşağıdakılarla əsaslandırır; Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ilə nikahlarından anadan olmuş ## ####### 2007-ci ildə doğulmuş X4, ## ###### 2009-cu ildə doğulmuş X6 və ## ####### 2013-cü ildə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022 tarixli qətnaməsi ilə, ## ####### 2022-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq, cavabdeh Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Onlar boşandıqdan sonra Zaqatala rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək aliment borcu 19800 manat təşkil etmişdir. Iddiaçı iddia edir ki, boşandıqdan sonra 2025-ci ilin iyul ayının 20-nə kimi eyni evdə yaşamışlar və iddiaçının əkib-becərdiyi məhsul vasitəsi ilə onlara həmin müddətdə baxmışdır. Eyni zamanda həmin dövrdə uşaqlarını həkimə də aparmışdır. Ona görə həmin müddət ərzində olan aliment öhdəliyindən azad edilməlidir. Cavabdeh isə həmin müddət ərzində eyni evdə yaşadıqlarını təsdiq etsə də, iddiaçının aliment öhdəliklərini icra etmədiyini əsas gətirərək iddia tələbinə etiraz edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilikdə aliment ödəməli şəxsin iddiası üzrə məhkəmə tərəfindən aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallarda, həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edilməsi halları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin qanunvericilik bu cür tələblərə iddia icraatı qaydasında baxılmasını o halda nəzərdə tutmuşdur ki, tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, onlarla bir yerdə yaşadığını və həmin müddətdə uşaqlara özü baxdığını bildirir və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. Buna görədə iddiaçı boşandıqdan sonra 2025-ci ilin iyul ayının 20-nə kimi övladları və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən müddəaların mənasından göründüyü kimi işə məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü “aliment borcunun ləğv edilməsi (silinməsi)” tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPMin 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia ilə bağlı mahiyyəti üzrə qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi (silinməsi)” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Iddianın verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçı İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Iddianın verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçı İddiaçı geri qaytarılsın. Iddiaçı İddiaçı qeyd olunan məsələ ilə bağlı Zaqatala rayonu üzrə Icra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-10)-513/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-513/2026
30.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver