Məhkəmə qərarları › İş №e-2(3-10)-609/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-609/2026

10.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-609/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş və cavabdeh Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında cavabdehin istifadəsində olan 0.01206 ha torpaq sahəsində yerləşən 231.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair İddiaçı ½ hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim F.Ələkbərova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının dəlilləri ilə razılaşmayaraq iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini qaytararkən 3 əsasa istinad etmiş lakin həmin hallar iddia ərizəsinin qaytarılması üçün əsaslı deyildir. Belə ki, mediasiya təşkilatı seçimi ilə bağlı tərəflər arasında şifahi razılaşma əldə edilməklə cavabdehlə Bakı şəhərində mediasiyadan keçmiş və bununla da həmin razılığı sübut etməyə borclu deyildir. Bundan başqa Bakı şəhərində mediasiya keçirilməklə arayış əldə olunduğundan Ağdaş rayonunda mediasiyadan keçmənin tələb edilməsi əsassızdır. Həmçinin qanunvericilikdə mediasiya arayışının qüvvədə olması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən mediasiya arayışının 2024-cü ilə aid olması tərəflər arasında barışığın əldə olunmamasını faktiki olaraq təsdiq edir. Buna görə də Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv olunmasını və ərizənin baxılması üçün icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya təşkilatının seçilməsi ilə bağlı heç bir razılaşma olmadan, İddiaçı «birgə nikahdan əldə olunmuş əmlakın bölünməsi» ilə bağlı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni rayonda yerləşən mediasiya təşkilatına müraciət etməməklə, ərizəsinə Bakı ** saylı Mediasiya təşkilatının arayışı əlavə edilmiş, bununla da qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Həmçinin müəyyən edilir ki, arayış məhkəməyə müraciət etməmişdən təxminən 2 il əvvəl (##.##.2024-cü il) əldə edilməklə, bu müddət ərzində tərəflər arasında mediasiya prosesisinin keçirilməsilə nəticə əldə edilməsinin mümkünsüzlüyünün müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən Tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə tərəflər arasında mediasiya təşkilatının seçilməsi ilə bağlı heç bir razılaşma olmadan, İddiaçı «birgə nikahdan əldə olunmuş əmlakın bölünməsi» ilə bağlı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni rayonda yerləşən mediasiya təşkilatına müraciət etməməklə, ərizəsinə Bakı ** saylı Mediasiya təşkilatının arayışının əlavə edilməsi əsası ilə iddia ərizəsini geri qaytarsada, iş materialları ilə müəyyən olunur ki, həm iddiaçı, həmdə cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatdadırlar. Eyni zamanda işdə olan Bakı ** saylı Mediasiya təşkilatının ##.##.2024-cü il tarixli arayışından görünür ki, tərəf məhkəməyə müraciət etməzdən əvvəl, yəni ##.##.2024-cü il tarixdə Bakı ** saylı Mediasiya təşkilatına müraciət etmiş, ##.##.2026-cı il tarixdə isə ərazi aidiyyatının müəyyən edilməsinə dair saziş bağlamışlar. Kollegiya hesab edir ki, həm iddiaçı, həmdə cavabdeh Bakı şəhərində qeydiyyatda olduğundan iddiaçı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etmiş, daha sonra tərəflər arasında ərazi aidiyyatının müəyyən edilməsinə dair saziş bağlandığından iddia ərizəsi icraata qəbul edilərək baxılmalıdır. Ona görə də kollegiya hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(5-108)-658/2026 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(5-108)-658/2026 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar