Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-618/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin aşağı salınması və tutulan alimentin miqdarı hazırkı pensiya məbləğinə uyğunlaşdıraraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Sonradan iddiaçı məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək aliment məbləğinin azaldılaraq hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Nuray və ##.##.2017-ci il təvəllüdlü Nurlan adlı uşaqlar cavabdeh Cavabdeh Ziyadxan qızının yanında qalmaları müəyyən edilmiş və ##.##.2024-cü il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan cavabdeh Cavabdeh Ziyadxan qızının xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.50 misli olmaqla, iki uşaq üçün cəmi 1 misli həddində sabit pul məbləğində aliment alınıb cavabdeh Cavabdeh Ziyadxan qızına verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ həddindən artıq çoxdur. Bu məbləği ödəmək iqtidarında deyil. Belə ki, 2-ci qrup əlil olaraq pensiya alır. Hazırda əmək qabiliyyəti yoxdur. Maddi imkanın aşağı olması səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediatora müraciət olunmuşdur və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2026-cı il tarixli, MŞM/MT-***-****-***** saylı arayış verilmişdir. İşin hallarından müəyyən edildiyi kimi, onun ikinci qrup əlil kimi 399 (üç yüz doxsan doqquz) manat pensiya məbləği vardır və başqa müntəzəm qazanca malik deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iki uşaq üçün aylıq 400 manat məbləğində aliment ödəyir. İşləmir və tək gəliri 365 manat məbləğində olan pensiya vəsaitidir. Hər uşaq üçün ayrıayrılıqda 100 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh özü də işləyir və 500 manat aylıq əməkhaqqı alır. Odur ki, iddia tələbinin təmin edilərək aliment məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında ## #### 2011-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsində bağlanmış 103 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Nuray və ##.##.2017-ci il təvəllüdlü Nurlan adlı uşaqların iddiaçı Cavabdeh yanında qalmalarının müəyyən edilməsi və ##.##.2024-cü il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minumum əməkhaqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.50 misli olmaqla, iki uşaq üçün cəmi 1 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının izahatına əsasən işləmir və tək gəliri pensiya vəsaitidir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır. Hazırkı halda isə tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
9. Məhkəmə hesab edir ki, alimentin məbləğinin azaldılması üçün yuxarıda göstərilən əsasların heç biri mövcud deyil. Belə əsasların mövcud olmadığı halda aliment məbləğinin azaldılması, yəni qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
10. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2, 110.1, 110.2, 112.1-ci maddələri, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 8, 13, 19-cu maddələri, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsi, 26-cı maddəsinin 1-ci bəndinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1, 1.2.3, 8.4-2, 8.4-3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 233.4–cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, ikinci qrup əlil kimi 399 (üç yüz doxsan doqquz) manat pensiya alır və hazırda əmək qabiliyyəti yoxdur. Həm də, maddi imkanının aşağı olması səbəbindən təyin edilmiş aliment məbləğini ödəyə bilmir.
14. Qeyd edir ki, məhkəmə ailə vəziyyətini nəzərə almadan onun cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddianın təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2 (*-***)-***/**** saylı qətnaməsi qəbul olunmuşdur. Hesab edir ki, qəbul olunmuş məhkəmə qətnaməsi tam qanunsuz, əsassız və ədalətsizdir. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu halda hesab edir ki, onun aliment məbləğinin azaldılması ilə bağlı tələbi təmin edilməli, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli olmaqla, iki uşaq üçün cəmi 1 misli həddində sabit pul məbləğində aliment ödəməli olması əlilliyə görə aldığı pensiya məbləğinə uyğunlaşdırılmalıdır. 15.Nəzərə almaq lazımdır ki,cavabdeh Cavabdeh Mingəçevir şəhərində müəssisələrin birində təmizləyici işində işləyir aylıq əmək haqqısı 500 (beş yüz) manat təşkil edir.Həmçinin onun himayəsində ağır xəstəlikdən əziyyət çəkən yaşlı anası vardır. Aliment məbləği tutulduqdan sonra onun şəxsi ehtiyaclarını ödəməyə kifayət etmir. Müəyyən edilmiş alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır.
16. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin II hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
22. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016- cı il tarixli Qərarı: Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
28. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-146)- 307/2026 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ## #### 2011-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsində bağlanmış 103 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Nuray və ##.##.2017-ci il təvəllüdlü Nurlan adlı uşaqların iddiaçı Cavabdeh yanında qalmalarının müəyyən edilməsi və ##.##.2024-cü il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minumum əməkhaqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.50 misli olmaqla, iki uşaq üçün cəmi 1 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ikinci qrup əlil kimi 399 (üç yüz doxsan doqquz) manat pensiya alması, hazırda əmək qabiliyyətinin olmaması, aliment məbləği tutulduqdan sonra onun şəxsi ehtiyaclarını ödəməyə kifayət etməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
34. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
35. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq aliment miqdarının azaldılması tələbini rədd edərkən gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, qətnamənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.