Məhkəmə qərarları › İş №e-2(3-10)-639/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-639/2026

02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-639/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Mustafayeva Gözəl Bayram qızına qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşaq tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Mustafayeva Gözəl Bayram qızına qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Mustafayeva Gözəl Bayram qızına qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ##.##.2021-ci il tarixdə anadan olmuş X4 onun himayəsinə verilməsinə və uşağın yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə cavabdehlə ailə qurmuşdur. Birgə nikahlarından ##.##.2015-ci il tarixdə “Məhəmmədsaleh” və ##.##.2021-ci il tarixdə “Zəhra” adlı övladları doğulmuşdur. Uşaqların ikisi də azyaşlıdır. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- **/**** saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və ##.##.2015-ci il tarixdə doğulmuş X13 onun, ##.##.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək cavabdehin himayəsinə verilmişdir. Lakin məhkəmə qətnaməsi qüvvəyə minmədən cavabdeh Zəhranı onun himayəsinə verərək özü daimi yaşamaq üçün ölkə hüdudlarından kənara – Rusiya Federasiyasına getmişdir. Bu barədə icra nümümayəndəliyinin arayışını da ərizəyə əlavə etmişdir. Uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. O, valideyni kimi rəsmi olaraq uşağın onun himayəsinə verilməsini istəyir, ona görə ki, gələcəkdə uşağın, yəni gələn il təhsil məsələlərini həll edən zaman boşanmış ər-arvadın birgə nikahından doğulmuş övladlarının hansı valideynin yanında saxlanılmasına dair məhkəmə qətnaməsi tələb olunur. Bundan başqa Ailə Məcəlləsinin 22-ci maddəsində qeyd olunur ki, nikahın pozulması zamanı nikaha xitam verilərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığı müəyyən edilir. Boşanma haqqında məhkəmə qətnaməsində ##.##.2021-ci il tarixdə doğulmuş Zəhra Taryel qızının anasının himayəsində saxlanılması qət edilməsinə baxmayaraq hazırda uşağın mənafeyi, uşağın hansı valideynin yanında qalmasına dair statusu dəyişdiyinə görə boşanma haqqında məhkəmə qətnaməsində göstərilən Zəhra Taryel qızının anasının himayəsində saxlanılmasına dair müddəası öz hüquqi qüvvəsini itirmişdir. Ona görə də o uşağın onun himayəsinə verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edir. Hal-hazırda o işləyir, aylıq qazancı vardır, uşaqları yanında saxlamaq, onların hər bir qayğısını çəkmək və onların tərbiyəsi ilə məşğul olmaq üçün şəraiti və maddi imkanı vardır.

3. Cavabdeh Mustafayeva Gözəl Bayram qızı məhkəməyə ## ###### 2025-ci il tarixdə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “məhkəmə qətnaməsi qüvvəyə minmədən cavabdeh Zəhranı onun himayəsinə verərək özü daimi yaşamaq üçün ölkə hüdudlarından kənara – Rusiya Federasiyasına getmişdir. Halbuki, o daimi yaşamaq üçün deyil, səhhəti ilə əlaqədar və eyni zamanda qohumlarını ziyarət etmək üçün bu ilin may ayında Rusiya Federasiyasına getməli olmuşdur. İddiaçıdan azyaşlı uşağını özü ilə aparmaq istədiyini bildirərək ondan uşağın ölkə hüdudlarından kənara çıxarılması üçün etibarnamə verməsini xahiş etmişdir. Lakin İddiaçı bundan imtina etmişdir. Bu faktı Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazim müəllim də təsdiq edə bilər. Çünki, bununla bağlı əvvəlcə kənd icra nümayəndəsinə müraciət edərək iş üzrə iddiaçıdan uşağı ölkədən çıxarmaq üçün etibarnamə almasını xahiş etmişdir. Lakin iddiaçı etibarnamə verməkdən imtina etmiş və kənd icra nümayəndəsinə uşağı müvəqqəti olaraq özünün yanında saxlaya biləcəyini bildirmişdir. Buna görə də, məcbur olub azyaşlı qızını müvəqqəti olaraq iddiaçının yanında qoymuşdur. 2025-ci ilin oktyabr ayında isə Rusiya Federasiyasından qayıtmışdır. Qayıtdıqdan sonra iddiaçının birgə nikah dövründə tikdikləri evə gedərək ondan uşağı ona təhvil verməsini tələb etdikdə, əvvəlki evliliyindən olan 2 qızını onun qabağına göndərərək uşağı verməyəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərək azyaşlı qızınıн onun himayəsinə verilməsini xahiş etmişdir. Azyaşlı qızı Zəhra Məmmədova ana sevgisinə və qayğısına daha çox ehtiyacı olduğu üçün Zaqatala Rayon Məhkəməsinin ## ### 2025- ci il tarixli e*(***)-**/**** nömrəli qətnaməsi ilə onun himayəsində saxlanılmışdır. Bundan başqa, iddiaçı məhkəmənin ##.##.2025-ci il tarixli iclasında verdiyi izahatında qeyd etmişdir ki, cavabdeh qızını ona verərək, Rusiya Federasiyasına getmişdir. Cavabdeh RF-ya müalicə üçün yox gəzib əylənmək üçün getmişdir. Cavabdeh “Tiktok” sosial şəbəkələrində göbək rəqsi etdiyini paylaşmış, bər-bəzək edib özünü nümayiş etdirmişdir. O kafelərdə və barlarda əyləncələrdə iştirak etmişdir. Bundan başqa cavabdeh ondan ayrıldıqdan sonra iki dəfə evlənmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçı bu ifadələrlə onun şərəf və ləyaqətini alçaltmışdır. O, məhkəməyə həmin görüntüləri təqdim etməmiş və izahatında qeyd olunanları sübut edə bilməmişdir. O, sosial şəbəkələrdə açıq-saçıq görüntülər paylaşmamış, iddiaçının iddia etdiyi kimi göbək rəqsi etməmiş, hamı kimi öz vatsapp statusunda doğma qardaşının uşağının ad günündə öz yaxın qohumlarının ətrafında rəqs etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, barlara getməmiş, cavabdehdən ayrıldıqdan sonra heç kimlə rəsmi olaraq nikah bağlamışdır. Nə də ki, iddiaçının iddia etdiyi kimi, qeyri rəsmi münasibəti olmamışdır. Əksinə iddiaçı məhkəmədə verdiyi böhtan xarakterli bu ifadələrlə onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. Halbuki, iddiaçı əvvəllər onun birinci evliliyindən olan yetkinlik yaşına çatmayan qızına seksual xarakterli hərəkətlər etmişdir. Buna görə də, o iddiaçını Zaqatala RPŞ-nə şikayət etmiş, lakin sonradan iddiaçının başqa nikahdan olan övladları atasız qalmasın deyə şikayətindən imtina etmişdir. Eyni zamanda iddiaçı içki aludəçisidir. İddiaçının ayıq bir günü yoxdur və övladı onun himayəsində qalarsa onun həmin mühitdə böyüməsindən narahatdır. Odur ki, iddiaçı İddiaçı ona qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh qızını ona verərək, Rusiya Federasiyasına getmişdir. Cavabdeh RF-ya müalicə üçün yox gəzib əylənmək üçün getmişdir. Cavabdeh “Tik-tok” sosial şəbəkələrində göbək rəqsi etdiyini paylaşmış, bər-bəzək edib özünü nümayiş etdirmişdir. O kafelərdə və barlarda əyləncələrdə iştirak etmişdir. Bundan başqa cavabdeh ondan ayrıldıqdan sonra iki dəfə evlənmişdir. Həmin şəxslərin adı Əfqan və Sahibdir. Sahin cavabdehi Moskvaya aparmışdır. Hazırda cavabdeh oğlu ilə Türkiyə Respublikasındadır. O, uşaqlarının gələcək həyatlarından narahatdır. Uşağı onun himayəsinə verilsə o söz verir ki, cavabdehdən aliment tələb etməyəcəkdir.

5. Cavabdeh Mustafayeva Gözəl Bayram qızı ## ##### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, qızının iddiaçının himayəsinə verilməsinə razı deyil. O, qızı Zəhranı müvəqqəti qalmaq üçün iddiaçının yanına göndərmişdir və hazırda qızı onun himayəsindədir. Belə ki, o xəstəliyi ilə əlaqədar ölkə xaricinə çıxmalı olmuş və bir müddət qızı iddiaçının yanında qalmışdır. O, icra nümayəndəsindən xahiş etmişdir ki, qızının onunla getməsinə iddiaçı etibarnamə versin. Lakin iddiaçı bundan imtina etmişdir. O, qızını götürmək üçün iddiaçının yanına getmiş, lakin sonuncu qəsdən onun qarşısına ögey qızlarını çıxartdırmışdır ki aralarında dava düşsün və onu şikayət etsinlər. O, Moskva şəhərində cəmi 4 ay qalmışdır. İddiaçı bildirir ki, ondan sonra iki dəfə evlənmişdir. Lakin iddiaçının bildirdikləri yalandır. Əksinə iddiaçı dörd dəfə ailə qurmuşdur. O, iddiaçıdan çoxdandır ki, ayrılmışdır və istədiyi vaxt istədiyi yerə gedə bilər. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qızı Gözəl Mustafayeva yenidən ailə qurmamış və o, uşaqları ilə birlikdə onun yanında yaşayırlar. Qızı hepatit xəstəsi olmuşdur. İddiaçı özü də bu barədə bilir. Hazırda isə qarın nahiyyəsində şişlər var və buna görə müalicə alır. Qızı xəstəliyinə görə ölkə xaricinə çıxmalı olmuşdur. Bundan başqa qızı pul qazanmaq və öz hesabına uşaqlarına baxmaq Türkiyyədə istixanalarda işləyir. O, uşağın iddiaçının himayəsinə verilməsinə razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hüseynzadə Zaur İlqar oğlu Zaqatala rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş rəylərə əsasən ##.##.2021-ci il tarixdə anadan olmuş X4 iddiaçı İddiaçı himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddiaçı İddiaçı cavabdeh Mustafayeva Gözəl Bayram qızına qarşı ##.##.2021-ci il tarixdə doğulmuş X4 onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması tələbinə dair iddiasının rədd edilməsi, iddiaçının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaitinin onun özünə aid edilməsi, ekspertiza xərcinə görə iddiaçı İddiaçı 120 (bir yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X14, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ01360100000000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsini qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər ## ###### 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlаr və həmin nikahdan onların ## ####### 2015-ci ildə Məhəmmədsaleh və ## ##### 2021-ci ildə Zəhra adlı iki uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan ## ####### 2015-ci il tarixdə doğulmuş X13 atası İddiaçı, ##.##.2021-ci il tarixdə doğulmuş X4 isə anası Mustafayeva Gözəl Bayram qızının himayəsində saхlanılmışdır.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. İddiaçı tələbini cavabdehin tez-tez xarici ölkələrə getməsi, ondan sonra iki dəfə evlənməsi, onun yüngül həyat tərzi keçirməsi, qızına nəzarət etməməsi, təlim-tərbiyəsi ilə məşğul olmaması və qayğı göstərməməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir.

11. Məhkəmə iddia tələbi üzrə onu qeyd etməyi zəruri sayır ki, hazırkı tələb azyaşlı uşağın anasından ayrılması xarakteri daşıyır ki, bunun üçün də müstəsna şərait mövcud olmalıdır.

12. İş üzrə sübutlarla isə cavabdehin ##.##.2021-ci il təvəllüdlü X4 mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməsi, onun tərbiyəsində istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməsi, bununla da uşağın anasından ayrılması üçün müstəsna şəraitin mövcud olması, anasının himayəsində qalmasının uşağın üstün tutulmalı olan mənafeyinə zidd olması təsdiq edilməmişdir.

13. Qəyyumluq və Himayəçilik Orqanı ## ###### 2025-ci il tarixli rəyində mənafeyi nəzərə alınaraq atasının himayəsində saxlanılmasını ## ##### 2021-ci il təvəllüdlü X4 mənafeyinə uyğun olduğu nəticəsinə gəlmişdir. Həmin rəy cavabdehin iştirakı olmadan verildiyindən, eləcə də rəyi verən orqan bu nəticəsinə əsas olmuş uşağın mənafeyini nəzərə alarkən hansı halları əsas götürdüyünü göstərmədiyindən məhkəmə rəylə razılaşmamışdır

14. ## ###### 2025-ci il tarixli rəyində isə Qəyyumluq və Himayəçilik Orqanı ## ##### 2021- ci il təvəllüdlü X4 ## ####### 2015-ci il təvəllüdlü qardaşı X13 ilə hazırda atasının yanında yaşamasını, eləcə də ana tərəfindən Məhəmmədsaleh Məmmədovun kimin yanında qalmasının mübahisələndirilmədiyi üçün uşaqları bir-birindən ayırmamaq məqsədi ilə birlikdə doğulub boya-başa çatdıqları evdə atası İddiaçı himayəsində saxlanılmasının uşaqların mənafeyinə uyğun olduğu nəticəsinə gəlmişdir.

15. Məhkəmə bu rəy üzrə də ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaya etirazını qızını götürmək üçün iddiaçının yanına getməsi, lakin sonuncunun qəsdən aralarında dava düşməsi və onu şikayət etməsi üçün qarşısına ögey qızlarını çıxartması, bu səbəbdən iddiaçıya müvəqqəti verdiyi uşağını özü ilə apara bilməməsi ilə əsaslandırmışdır. Rəy verilərkən isə həmin hal nəzərə alınmamışdır. Rəy verilərkən həmçinin nəzərə alınmamışdır ki, Zəhranın cəmi 5 yaşı var və o, atasından çox anasının qulluq və qayğısına möhtacdır. Eyni zamanda Məhəmmədsaleh Məmmədovun kimin yanında qalması məsələsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edildiyindən, cavabdehin həmin halı yenidən mübahisələndirməməsi nəzərə alınmalı hal olmamışdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarının ayrı-ayrı yaşamaları olduqları da məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilmişdir. ##.##.2021-ci il təvəllüdlü X4 anasından ayrılması üçün müstəsna şəraitin mövjud olması isə təsdiq edilməmişdir.

16. Məhkəmə qeyd edilənlərə əsasən Qəyyumluq və Himayəçilik Orqanının rəyləri ilə razılaşmır və bu rəylərin mövcudluğunu iddianın təmin edilməsinə əsas saymır.

17. Yanaşı yoxlanılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli *-**-**-**/*-**/**** saylı ekspert rəyi ilə İddiaçı Məmmədsaleh oğlunun və Mustafayeva Gözəl Bayram qızının fərdi- psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətlərinin müəyyən olunmaması, ##.##.2021-ci il təvəllüdlü X4 yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsinin mümkün olmaması müəyyən edilmişdir.

18. Məhkəmə ##.##.2021-ci il təvəllüdlü X4 cavabdehdən ayrılması üçün müstəsna şəraitin mövcud olması halının sübut edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərci tələb olunmadığından həmin xərclər iddiaçının özünə aid edilməli, ekspertiza xərci 120 manat isə iddiaçıdan alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini II-ci hissəsinə, 34-cü maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3, 58.1, 58.2, 60.4-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5 ci maddəsi, “Uşaq hüquqları haqqında” ##.##.1959-cu il tarixli Bəyannaməsinə, “Uşaq hüquqları haqqında” BMT-nin ##.##.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsi, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsi, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tаriхli 8-2/2016 sаylı qərаrına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələrinin tələblərinin pozmuş, yəni həqiqətə nail olmaq üçün obyektiv araşdırma aparmamış və təqdim edilmiş sübutlar isə qərəzli olaraq qiymətləndirmişdir. Eyni zamanda Ailə Məcəlləsinin tələblərini pozaraq iş üzrə qəyyumluq şurasının verdiyi rəyləri heç bir qanuni əsas olmadan nəzərə almamış və azyaşlının mənafeyinin ziddinə qətnamə qəbul etmişdir.

23. Məhkəmə müstəsna şəraitin mövcud olmasını, hansı maddi hüquq normasına istinad etdiyini qeyd etməmişdir. Mövcud qanunvericiliyin heç birində müstəsna şəraitin tələbi qeyd olunmamışdır.

24. İddiaçı olaraq iddia ərizəmdə göstərdiyim faktların sübut olunması üçün məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Həmin sübutlar aşağıdakılardır: Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Gözəl Mustafayevanın iddiası qismən təmin edilərək, ona 500 manat cərimə yazılmışdır. Həmin qətnamədən hal-hazırda apelyasiya şikayəti vermişdir. Həmin qətnamə üzrə iddia ərizəsində Gözəl Mustafayeva özü də qeyd etmişdir ki, məhkəmə özü də işə baxarkən Gözəl Mustafayevanın video yazısını dinləyən zaman o, Moskvada ərəb rəqsi oynayır, göbək rəqsləri edib paylaşır və onun Tİk-Tok sosial şəbəkəsində olan bütün bu videolara məhkəmə iclası zamanı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan başqa o, iddia ərizəsində göstərmişdir ki, cavabdeh Gözəl Mustafayeva azyaşlı uşağı olan Zəhra Məmmədovanı özünün əmək qabiliyyəti olmayan yaşlı anasına (nənəsinə), yəni Qıztamam Mustafayevanın yanında qoyaraq tez-tez xarici ölkələrə gedir və aylarla xarici ölkələrdə yaşayır. Onun övladı isə baxımsız vəziyyətdə qalır. Bu faktı təsdiq etmək üçün isə onun elə bir səlahiyyətim yoxdur ki, sərhəd keçmə məntəqələrindən məlumat əldə etsin, hətda belə bir məlumatı vəkil sorğusu ilə də əldə etmək mümkün deyil. Lakin məhkəmə özü elektron məhkəmə sistemi vasitəsi ilə real vaxt rejimində Gözəl Mustafayevanın nə vaxt Azərbaycan Respublikasının sərhəddindən çıxması, nə vaxt qayıtmasını yoxlaya bilər. Lakin məhkəmə həqiqətə nail olmaq istəmədiyinə görə elektron məhkəmə sisteminin bu imkanlarından istifadə etməmişdir. Hətda məhkəmə qətnaməsi elan olunan gün, yəni ##.##.2026-cı il tarixli məhkəmə iclasında belə Mustafayeva Gözəl Bayram qızı Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş və məhkəmənin təkidi ilə yaşlı anasını nümayəndə kimi məhkəməyə göndərmişdir. Onun nümayəndəsi olan Qıztamam Mustafayeva isə hətda məhkəmə iclasında azyaşlı qızın Zəhra Məmmədovanın onun himayəsinə verilməsinə etiraz etməmiş və bildirmişdir ki, o, özü azyaşlı uşağa baxa bilmir. Məhkəmə isə buna əhəmiyyət verməmiş və heç bir qiymət verməmişdir. Məhkəmə hətda nəzərə almamışdır ki, o, iddia qaldırarkən, yəni iddianı məhkəməyə təqdim edərkən azyaşlı Zəhra Taryel qızı hətda onun himayəsində yaşayırdı.

25. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qayda xəbərdar olunmasına baxmayaraq cavabdeh Mustafayeva Gözəl Bayram qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin II hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

32.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 5-ci maddəsinə əsaəsn dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsaəsn hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

33. BMT-nin “Uşaq hüquqları haqqında” ## ###### 1959-cu il tarixli Bəyannaməsi 6-cı prinsipdə qeyd edilir ki, “...Uşaq ana və atasının baxımı və məsuliyyəti altında hər vəziyyətdə sevgi və təhlükəsizlik şəraitində böyüməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir...” 34 .“Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı: Həmin qərarda deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarı; Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

40. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olaraq mübahisələndirilən hissədə yuxarıdakı nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ## ###### 2015ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlаr və həmin nikahdan onların ## ####### 2015-ci ildə Məhəmmədsaleh və ## ##### 2021-ci ildə Zəhra adlı iki uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan ## ####### 2015-ci il tarixdə doğulmuş X13 atası İddiaçı, ##.##.2021-ci il tarixdə doğulmuş X4 isə anası Mustafayeva Gözəl Bayram qızının himayəsində saхlanılmışdır. İddiaçı cavabdehin tez-tez xarici ölkələrə getməsi, yüngül həyat tərzi keçirməsi, qızına nəzarət etməməsi, təlim-tərbiyəsi ilə məşğul olmaması və qayğı göstərməməsini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia qəbul edilməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələrinin tələblərini pozması, həqiqətə nail olmaq üçün obyektiv araşdırma aparmaması və təqdim edilmiş sübutları qərəzli olaraq qiymətləndirməsi, eyni zamanda Ailə Məcəlləsinin tələblərini pozaraq iş üzrə qəyyumluq şurasının verdiyi rəyləri heç bir qanuni əsas olmadan nəzərə almaması və azyaşlının mənafeyinin ziddinə qətnamə qəbul etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2015-ci il tarixdə Zaqatala rayonu Muğanlı ərazi nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından ## ####### 2015-ci il tarixdə doğulmuş X13 atası İddiaçı ##.##.2021-ci il tarixdə anadan olmuş X4 anası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir.

49. Kollegiya qeyd edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ##.##.2021-ci il tarixdə anadan olmuş X4 anası Cavabdeh himayəsində saxlanılması qət edilmiş və məhkəmə araşdırması zamanı azyaşlı uşağın anadan alınaraq ataya verilməsi üçün əsaslı səbəb müəyyən edilməmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh Gözəl Mustafayeva azyaşlı uşağı olan Zəhra Məmmədovanı özünün əmək qabiliyyəti olmayan yaşlı anasına (nənəsinə), yəni Qıztamam Mustafayevanın yanında qoyaraq tez-tez xarici ölkələrə getməsi və aylarla xarici ölkələrdə yaşaması, övladının isə baxımsız vəziyyətdə qalması, birinci instansiya məhkəməsinin buna qiymət verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. 51.Kollegiya qeyd edir ki, hazırkı mübahisə qanunvericiliyinin normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşaqların yaşı nəzərə alınmalıdır.

52. Belə ki, tərəflər arasında uşaqlarla bağlı yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

53. Ailə Məcəlləsinin 60.1, 60.2, 60.4-cü, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

54. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».

55. BMT Baş Assambleyasının ## ###### 1959-cu il tarixli 1386 (XIY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvimaddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

56. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

57. Kollegiya qeyd edir ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə ## ##### 2021-ci il təvəllüdlü X4 adlı uşağın anasından ayrılmasını şərtləndirən müstəsna şərait mövcud deyildir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

60. Bütün bu xüsusatları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, azyaşlı uşaqların anası ilə yaşamamasının onların mənafeyinə uyğun olmamasına dair heç bir müstəsna hal yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə uşaqların ən üstün mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşılmış, mübahisəni həll edərkən məhkəmə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallarını tam, hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.

61. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

62. «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 382, 393, 402.1, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar