Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-753/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-2(039)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 21800 (iyirmi bir min səkkiz yüz) manat borcun, vəkilə hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manatın, sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 (üç manat qırx qəpik) manatın, etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manatın və 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonunun Nərimanabad kəndində yaşayır və kiçik ticarətlə məşğul olmuşdur. Cavabdeh Cavabdeh xeyli müddətdir ki, tanıyır və cavabdehin dediyinə görə o (cavabdeh) alverlə məşğul olmuşdur. Cavabdeh ona əlində nəğd pul az olduğu üçün alver edə bilmədiyini və ona maddi köməklik etməyini istəmiş və mal alıb bir yerdə alver edəcəklərini demişdir. O isə Türkanəyə yalnız ona əlində olan alver pulları ilə köməklik edə biləcəyini demişdir. Bununla da aralarında borc haqq hesabları yaranmışdır. O (iddiaçı) müxtəlif vaxtlarda Cavabdeh borc pul vermiş, cavabdeh isə həmin pulları vaxtında qaytarmışdır. Beləliklə, aralarında münasibətlər daha da yaxşılaşmışdır. Münasibətləri dərinləşdikdən sonra Cavabdeh ondan iri məbləğdə pullar istəməyə başlamışdır. Həmin vaxt atası (iddiaçının) maşını satmış, o da atasından pul alıb Cavabdeh vermişdir. O, Türkanəyə borc vermiş, Türkanə borcundan bir hissə qaytarır, lakin borcunu tam qaytarmamış yenidən ondan borc almışdır. Aralarında sözlü mübahisə yaranmış və Türkanə borcunu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehə məlumat vermişdir ki, bu pullar onun deyil başqa adamdan almış və ona (cavabdehə) borc pul vermişdir. Həmin pulların bir hissəsini lombarddan kredit götürmüşdür. O, Cavabdeh pulu qaytarmasını, daha sonra işlərinə davam edəcəklərini bildirmişdir. Cavabdeh borcunu qaytarmaq əvəzinə ondan Yevlax rayon Polis Şöbəsinə şikayət etmiş və şikayətində guya ona (iddiaçıya) 13800 manat borcunun qaldığını göstərmişdir. Halbuki, Cavabdeh ona (iddiaçıya) 21800 (iyirmi bir min səkkiz yüz) manat borcu olmuş, həmin pulları Türkanəyə kart vasitəsi ilə və nəğd qaydada vermişdir. Bir dəfə də Türkanə əri ilə onun yaşadığı ünvana gələrək ondan (iddiaçıdan) 8000 manat borc pul istəmişdir. O da əlində yalnız 7300 manat pul olduğunu bildirmişdir. Cavabdeh isə 8000 manat pulu vacib olaraq ona çatdırmasını xahiş etmişdir. Həmin günü evində usta işləyən həmkəndlisi Ruslan Rzazadədən 700 manat borc almış, 7300 manatın üstünə qoyub Cavabdeh vermişdir. Ümumilikdə Cavabdeh ona (iddiaçıya) 21800 manat borcu vardır. Dəfələrlə borcun qaytarılmasını desə də Türkanə müəyyən bahənalərlə pulu qaytarmaqdan imtina etmişdir. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh karta göndərilmədən başqa borcu olmasını etiraf etməsi ilə bağlı telefonda çəkilişi də vardır. Məhkəməyə müraciət etmək üçün, vəkilə hüquqi xidmət üçün 400 (dörd yüz) manat, etibarnamə vermək üçün 17.25 manat, şəxsiyyət vəsiqəsinin notarial təsdiqi üçün 3.40 manat ödəmişdir. Iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739 və 1096.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-2(039)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 15 700 (on beş min yeddi yüz) manat pul, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat, sənədin notarial qaydada təsdiq edilməsi üçün 3 (üç) manat notariat rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat rüsümü və 155 (bir yüz əlli beş) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərdən müəyyən edilir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 2000 (iki min) manat və 2500 (iki min beş yüz) manat aldığını bildirmişdir. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2023-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2023-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2023-cü il tarixdə 250 (iki yüz əlli) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2023-cü il tarixdə 1250 (bir min iki yüz əlli) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 1075 (bir min yetmiş beş) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 50 (əlli) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 500 (beş yüz) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 450 (dörd yüz əlli) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 10 (on) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 250 (iki yüz əlli) manat köçürülmüşdür. Işdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915********** saylı kart hesabından iddiaçı İddiaçı məxsus olan 552209********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 400 (dörd yüz) manat köçürülmüşdür. Işdə olan iddiçının nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçı İddiaçı məxsus LEOBANKa aid kart hesabına köçürmələr haqqında çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçı İddiaçı hesabına ##.##.2023-cü il tarixdə 225 (iki yüz iyirmi beş) manat, ##.##.2023-cü il tarixdə isə 15 (on beş) manat köçürülmüşdür. Işdə olan cavabdeh Cavabdeh tərəfindən sübut olaraq təqdim edilmiş əri (cavabdehin) Ilkin Cəfərov ilə iddiaçı İddiaçı arasında olan Vatsap yazışmalarından (səsli mesajlar və yazılar) müəyyən edilir ki, tərəflər arasında cavabdeh X2 iddiaçı İddiaçı olan borc haqqında danışıqlar və yazışmalar olmuş, cavabdehin əri həmin yazışmalarda arvadı Cavabdeh iddaçıya 16 000 (on altı min) manat borcunun qaldığını, iddiaçı isə həmin borcun 15 700 (on beş min yeddi yüz) manat olduğunu bildirmişdir. Işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün vəkil2 Haı oğlunun hesabına 400 (dörd yüz) manat ödənilmişdir. Işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən notariat əməlliyyatının aparılması üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat ödənilmişdir. Işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən notariat əməlliyyatının aparılması üçün 3 (üç) manat və xidmət haqqı olaraq 0.40 (qırx qəpik) manat ödənilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan məhkəmə cavabdehin təqsirini müəyyən etməmiş, lakin səhvən cavabdehin delikt törətməsi nəticəsinə gəlmişdir. Hazırkı işdə iddiaçının iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdeh Cavabdeh 21800 (iyirmi bir min səkkiz yüz) manat pul vəsaiti almasını iddia edir. Lakin bu iddianın hüquqi əsasını göstərmir və tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Iddiaçı tərəfin vəsatəti ilə məhkəməyə sübut kimi 2 şahid təqdim etmişdir. Bunlardan biri – Orxan Israfilov olmaqla iddiaçı onun dayısı qızı, digər şahid-Ruslan Rzazadə də iddiaçı ilə qohumdurlar. Deməli şahidlər cavabdehə qarşı qərəzsizliyi şübhə doğurur, məhkəmə şahidlərin ifadəsini qiymətləndirərkən bunu nəzərə almalı idi. Bundan əlavə, şahidlər ziddiyyətli ifadələr verərək göstərilən pul məbləğlərinin cavabdehə verilməsinə dair konkret halları (yer, vaxt, məbləğ) göstərə və təsdiq edə bilməmişlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatət əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı İddiaçı onun (şahidin) dayısının qızıdır. Ruslan adlı tanışı ilə birlikdə iddiaçıya məxsus evdə usta işləmişdir. Iddiaçının evində usta işlədiyi dəqiq tarixi xatırlamadığı vaxt cavabdeh həyat yoldaşı ilə birlikdə iddiaçının yaşadığı evə gəlmiş və Cavabdeh iddiaçıdan pul istəmişdir. Iddiaçı da onun yanında onunla (şahidlə) birlikdə iddiaçının evində usta işləyən Ruslan adlı şəxsdən 700 (yeddi yüz) manat alaraq cavabdehə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndli və qohumdurlar. Iddiaçının evində usta işləyən zaman cavabdeh Türkan Cəfərovahəmin evə gəlmiş və iddiaçıdan 8000 (səkkizmin) manat pul istəmişdir. Iddiaçı da ondan (şahiddən) 700 (yeddi yüz) manat almış və onun yanında cəmi 8000 (səkkiz min) manatı cavabdehə vermişdir. Beş gündən sonra iddiaçı aldığı 700 (yeddi yüz) manatı ona (şahidə) qaytarmışdır. Göründüyü kimi iddiaçı ilə onun təqdim etdiyi şahidlərin ifadələri üst-üstə düşmür. Məhkəməyə iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları ətraflı araşdırılmamış, iddiaçı ilə cavabdehin əri Ilkin Cəfərovun arasında olan səsli mesajları və yazıları iddiaçının iddia tələbinin sübutu kimi qiymətləndirmişdir. Lakin qətnamədə bu səs yazıları ilə iddia tələbi üzrə hansı halın müəyyən olunduğu göstərilmir. Səs yazıları ilə, ümumiyyətlə, iddiaçının tələbini təsdiq edən hər hansı hal müəyyən olunmur. Iddiaçı səbəbli cavabdehlə münasibətləri pis olan cavabdehin ərinin arvadı Cavabdeh iddiaçıya 16000 min manat borcunun qaldığını, iddiaçının isə həmin borcun 15700 manat olduğunu bildirməsi və dolayısı ilə tələb etməsi inadırıcı deyil. Belə ki, iddiaçı özü məhkəmədə verdiyi izahatında göstərmişdir ki, cavabdehin ona 21800 manat borcu var. Məhkəmə iclaslarında cavabdeh iddiaçının adına olan müxtəlif kart hesablarına (iddiaçının adına olan və köçürülmə aparılan kart nömrələrini və surətləri Yevlax R.M-nə cavabdeh təqdimedilib) köçürmə etməsini bildirərək sənədləri təqdim etsə də, məhkəmə tərəfindən ABB kartına olan köçürmə haqqında sənədlərə istinad olunsa da, iddiaçının başqa kart hesablarına olan köçürülmələrə münasibət bildirilməmişdir. Iddiaçının adına olan LeoBank kart hesabına, Kapital Bank kart hesabına cavabdehə məxsus kart hesabından olan köçürmələr barədə araşdırılma aparılmamış,cavabdehin şifahi vəsatətinə münasibət bildirilməmişdir. Iddiaçı ilə Ilkin Cəfərov arasında olan Whatsap yazışmalarının olması heç də cavabdeh tərəfindən 21800 manat pulun alınmasına və ya iddiaçının cavabdehə 218000 manat pul verməsini təsdiq edə bilməz. Qətnamədən də göründüyü kimi, iddiaçı cavabdehdən 21800 manat borcu tələb edir. Cavabdeh isə iddiaçıdan müxtəlif vaxtlarda 13800 manat pulaldığını və aldığı məbləği də faizi ilə birlikdə iddiaçıya qaytardığını, iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir, habelə iddiaçıdan götürdüyü 13800 manat pulu qaytarmasına baxmayaraq Türkan Əliyevanın ondan artıq pul aldığı, habelə evini satdırması səbəbli həmin pulları iddiaçıdan tələb etdiyini bildirdiyi üçün iddiaçı onun övladlarını qaçıracağı ilə hədələməsi ilə bağlı Yevlax RPŞ-nə müraciət etdiyini, onun müraciətindən sonra iddiaçı tərəfindən əsası olmayan iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə iddiçının tələbi üzrə 21 800 manat məbləğdə pulun məhz onun tərəfindən qəbul edilməsini təsdiq edən sübutları araşdırmadan, şahid ifadələrinə və Ilkin Cəfərovla iddiaçı arasında olan yazışmalara istinad edərək ədalətsiz qərar qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı haqlı, əsaslı etirazlar edərək, məhkəmə iclaslarında təqdim etdiyi sənədlər və verdiyi şifahi vəsatətlər üzrə araşdırmalar aparmamışdır. Məhkəmə şahid ifadələrini və Ilkin Cəfərovla iddiaçı arasında olan yazışmaları əsas götürərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Baxmayaraq ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi ilə iddiaçının idiası qismən təmin olunsa da, həmin hissə qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirər. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmətərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli,araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməli olduğu halda göstərməmişdir. Lakin qətnamədən görünür ki, birinci instansiya məhkəməsi Qanunun maddələrini sadalamaqla hüquqi nəticəyə gəlmiş və həmin maddələrin hansı şəkildə tətbiq etdiyini, işin hansı halı üçün tətbiq etdiyini əsaslandırmamışdır. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməlidir.
8. Ona görə tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək, Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı, cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-2(039)-1794/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya qaytarılmış yuxarıda qeyd edilən cəmi məbləğin (qəbzlərə və kart hesabından çıxarışa əsasən) cavabdehin əri Ilkin Cəfərovla iddiaçı İddiaçı arasında olan yazışmalardan sonra ödənildiyi öz təsdiqini tapmamış və həmin xüsusatla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş kart hesabına dair çıxarışlardan cavabdehin hesabından silinmiş vəsaitlərin iddiaçının hesabına köçürülməsi öz təsdiqini tapmamışdır. Həmin çıxarışlardan qeyd edilən halın müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı pulu faizlə aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmin xüsusatla bağlı iddiaçının nümayəndəsi cavabdeh tərəfindən pul qaytarılmadığına görə iddiaçı tərəfindən cavabdehə təsir vasitəsi olaraq pulun başqa şəxsdən faizlə alındığını dediyini göstərmişdir ki, məhkəmə həmin xüsusatla bağlı iddiaçının nümayəndəsinin izahatını daha inandırıcı və səmimi hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.