Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-754/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qızıl-zinət əşyaları və əmlak” tələbi, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 Məhəmmədiyyə qızının iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında cavabdeh Cavabdeh qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi 40 adda cehiz əşyalarının və ya onların ümumi dəyəri olan 11080 manatın, nişan və toy ərəfəsində ona hədiyyə olunmuş 8 adda qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 8770 mantın, eləcə də mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən “xxxx” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 500 manat ekspertiza xərcinin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə ## ### 2025-ci il tarixində rəsmi nikaha daxil olaraq evlənmişdir. Nikah bağlandıqdan sonra cavabdehin valideynləri X2 və nümayəndə1 Məhəmmədiyyə qızı ilə birlikdə onların mülkiyyətində olan Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən yaşayış evində ## #### 2025-ci il tarixədək birgə yaşamışlar. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə aparmışdır. Cavabdehlə ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olmuşdur. Lakin ## #### 2025-ci il tarixində bacısı Ilahə ağır əməliyyat keçirməli olduğundan, bu barədə cavabdehə məlumat vermiş və onun razılığı ilə təcili olaraq bacısının yanına getmişdir. Növbəti gün bacısı əməliyyatda olduğu zaman cavabdeh ondan dərhal geri qayıtmasını tələb etmişdir. O isə əməliyyat başa çatdıqdan sonra qayıdacağını bildirmişdir. Bundan sonra cavabdeh onu təhqir etmiş və ondan boşanacağını bildirmişdir. Belə ki, hazırda ona məxsus qızıl-zinət əşyaları cavabdehlə birlikdə yaşadığı evdə qalmışdır. Sonradan yalnız bacısının yanında olduğu üçün cavabdeh nikahın pozulması tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda *(***)-****/**** nömrəli iş məhkəmənin icraatda baxılmaqdadır. Hazırda o, Tovuz rayonunda atasının evində yaşayır. Belə ki, o, ## ######## 2025-ci il tarixində bəzi geyim əşyalarını götürmək məqsədilə həmin evə qayıtdıqda, qızıl-zinət əşyalarının artıq otaqda olmadığını görmüşdür. Bu halı təsdiq edən videoçəkiliş mövcuddur. Təqdim edilmiş sübutlar sırasında qızıl-zinət əşyalarının təqdim edildiyi zaman çəkilmiş fotoşəkillər, cehiz əşyalarının evdə yerləşdirilməsi zamanı çəkilmiş videogörüntülər, həmçinin geyim əşyalarının götürülməsi üçün evə gəldikləri zaman çəkilmiş videoçəkilişlər vardır. Həmin videogörüntülərdə cavabdehin anası nümayəndə1 Məhəmmədiyyə qızının qızıl-zinət əşyaları barədə məlumat verdiyi də əks olunmuşdur. Bundan əlavə olaraq onu da qeyd etmişdir ki, ailə qurarkən özünə məxsus bütün cehiz əşyalarını, eləcə də nişan və toy mərasimləri münasibətilə ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını cavabdehlə birlikdə yaşadığı evə aparmışdır. Cavabdehlə ayrıldıqdan və atasının evinə qayıtdıqdan sonra həmin əşyalar cavabdehin yaşadığı evdə qalmışdır. Belə ki, hazırda 3500 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 21,8 qram olan 1 ədəd qarnitur üzük, sırğa qolbaq və boyunbağ dəsti, 400 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 2,5 qram olan 1 ədəd qızıl boyunbağı, 270 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 1,20 qram olan 1 cüt sırğa, 260 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 1,825 qram olan 1 ədəd qolbaq, 500 manat dəyərində 750 əyarlı, ümumi çəkisi 2,8 qram olan 1 ədəd brilyant qaşlı üzük, 680 manat dəyərində 750 əyarlı, ümumi çəkisi 3,62 qram olan 1 ədəd brilyant qaşlı üzük, 760 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 4,8 qram olan 1 ədəd “Şahmiran” qolbaq və 2400 manat dəyərində 585 əyarlı, ümumi çəkisi15,5 qram olan 7 ədəd müxtəlif çəkili üzüklər, eləcə də, 2000 manat dəyərində yataq otağı dəsti, 1350 manat dəyərində qonaq otağı dəsti (stol, 6 stul və qorka), 800 manat dəyərində künc divanı, 980 manat dəyərində “Vesta” markalı 109 ekran televizor, 200 manat dəyərində iki karobka qazan dəsti, 30 manat dəyərində ütü masası, 20 manat dəyərində paltar səbəti, 40 manat dəyərində çömçə dəsti, 25 manat dəyərində beşli şirəli qab, 320 manat dəyərində 2 ədəd 1,5x0,9 ölçüdə xalça, 250 manat dəyərində 1 ədəd 4x3 ölçüdə xalça, 600 manat dəyərində 2 ədəd 5x4 ölçüdə xalça, 300 manat dəyərində qaşlı çay sevisi, 45 manat dəyərində çaynik dəsti, 90 manat dəyərində nahar dəsti, 60 manat dəyərində 2 ədəd masa üstü lampa, 48 manat dəyərində 3 ədəd sini (padnos), 50 manat dəyərində mətbəx dəsti, 45 manat dəyərində blinçik aparatı, 45 manat dəyərində hamam dəsti, 220 manat dəyərində tozsoran, 300 manat dəyərində çomadanda qonaq dəsti, 100 manat dəyərində 2 ədəd çərəz qabı, 200 manat dəyərində “Bagema” markalı beşli dəst, 80 manat dəyərində elektrikli samovar, 45 manat dəyərində bulud dəsti, 160 manat dəyərində 2 ədəd çilçıraq (lüstr), 500 manat dəyərində pərdə-tül, 90 manat dəyərində buxovu adyal, 180 manat dəyərində qırmızı gəlincik yataq üstü dəst, 260 manat dəyərində yaşıl gəlincik yataq üstü dəst, 50 manat dəyərində 1 ədəd sintepon yorğan, 70 manat dəyərində 1 ədəd ağ rəngli yorğan dəsti, 80 manat dəyərində 1 ədəd göy rəngli yorğan dəsti, 540 manat dəyərində 8 ədəd balınc, 3 ədəd yorğan, 3 ədəd döşək, 15 manat dəyərində 1 ədəd çıraq, 35 manat dəyərində toy güzgüsü, 500 manat dəyərində pastel dəsti, stəkan dəsmalları və əl dəsmalları, 65 manat dəyərində vilur qırmızı rəngli ev geyimi, 500 manat dəyərində ona məxsus geyimlər (şalvarlar, yubkalar koftalar, donlar) cavabdehdədir. Sözügedən qızıl-zinət və cehiz əşyalarını cavabdehdən tələb etməsinə baxmayaraq sonuncu həmin əşyaları ona qaytarmamışdır. Bu səbəbdən də, o, mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia qismən təmin edilmiş, Ucar rayonunun Qazıqumlaq kəndindəki fərdi yaşayış evində olan cehiz əşyaları, o cümlədən 2000 manat dəyərində yataq otağı dəsti, 1350 manat dəyərində qonaq otağı dəsti (stol, 6 stul və qorka), 800 manat dəyərində künc divanı, 980 manat dəyərində “Vesta” markalı 109 ekran televizor, 200 manat dəyərində iki karobka qazan dəsti, 30 manat dəyərində ütü masası, 20 manat dəyərində paltar səbəti, 40 manat dəyərində çömçə dəsti, 25 manat dəyərində beşli şirəli qab, 320 manat dəyərində 2 ədəd 1,5x0,9 ölçüdə xalça, 250 manat dəyərində 1 ədəd 4x3 ölçüdə xalça, 600 manat dəyərində 2 ədəd 5x4 ölçüdə xalça, 300 manat dəyərində qaşlı çay sevisi, 45 manat dəyərində çaynik dəsti, 90 manat dəyərində nahar dəsti, 60 manat dəyərində 2 ədəd masa üstü lampa, 48 manat dəyərində 3 ədəd sini (padnos), 50 manat dəyərində mətbəx dəsti, 45 manat dəyərində blinçik aparatı, 45 manat dəyərində hamam dəsti, 220 manat dəyərində tozsoran, 300 manat dəyərində çomadanda qonaq dəsti, 100 manat dəyərində 2 ədəd çərəz qabı, 200 manat dəyərində “Bagema” markalı beşli dəst, 80 manat dəyərində elektrikli samovar, 45 manat dəyərində bulud dəsti, 160 manat dəyərində 2 ədəd çilçıraq (lüstr), 500 manat dəyərində pərdə-tül, 90 manat dəyərində buxovu adyal, 180 manat dəyərində qırmızı gəlincik yataq üstü dəst, 260 manat dəyərində yaşıl gəlincik yataq üstü dəst, 50 manat dəyərində 1 ədəd sintepon yorğan, 70 manat dəyərində 1 ədəd ağ rəngli yorğan dəsti, 80 manat dəyərində 1 ədəd göy rəngli yorğan dəsti, 540 manat dəyərində 8 ədəd balınc, 3 ədəd yorğan, 3 ədəd döşək, 15 manat dəyərində 1 ədəd çıraq, 35 manat dəyərində toy güzgüsü, 500 manat dəyərində pastel dəsti, stəkan dəsmalları və əl dəsmalları və ya həmin əşyaların dəyəri cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılsın. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 150 manat məhkəmə xərcinin 50 %-i, yəni 75 (yetmiş beş) manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı tərəfindən “xxxx” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 500 manat ekspertiza xərcinin 50%-i, yəni 250 (iki yüz əlli) manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 36.1, 36.3, 34.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddəsinə, Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrə qarşı” qərarına (A-52-1983), Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 9.2-ci bəndinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Tovuz rayon IHB-nın Tovuz şəhəri IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, **** nömrəli arayışın surətindən görünür ki, İddiaçı Tovuz şəhəri, Abdulbəyli yaşayış ərazisində yerləşən yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Işdə olan Ağstafa şəhəri H.Əliyev prospekti 34 ünvanında yerləşən qiymətli daşqaşların və qızıl-zinət əşyalarının alqı-satqı mağazasının sahibi X1 tərəfindən verilmiş rəyin surətindən görünür ki, 585 əyarlı, ümumi çəkisi 21,8 qram olan 1 ədəd qarnitur üzük, sırğa, qolbaq və boyunbağı dəstinin qiyməti 3500 manat, 585 əyarlı, ümumi çəkisi 2,5 qram olan 1 ədəd qızıl boyunbağının qiyməti 400 manat, 585 əyarlı, ümumi çəkisi 1,20 qram olan 1 cüt sırğanın qiyməti 270 manat, 585 əyarlı, ümumi çəkisi 1,825 qram olan 1 ədəd qolbağın qiyməti 260 manat, 750 əyarlı, ümumi çəkisi 2,8 qram olan 1 ədəd brilyant qaşlı üzyün qiyməti 500 manat, 750 əyarlı, ümumi çəkisi 3,62 qram olan 1 ədəd brilyant qaşlı üzüyün qiyməti 680 manat, 585 əyarlı, ümumi çəkisi 4,8 qram olan 1 ədəd “Şahmiran” qolbağın qiyməti 760 manat, 585 əyarlı, ümumi çəkisi 15,5 qram olan 7 ədəd müxtəlif çəkili üzüklərin qiyməti isə 2400 manat olmaqla, ümumilikdə qızıl-zinət əşyalarının dəyəri 8770 manat müəyyən olunmuşdur. Işdə olan Ucar RPŞ-nin cinayət işinin başlanılmasının rədd olunması haqqında ## ####### 2025-ci il tarixli qərarının surətindən görünür ki, HK-*/**** nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Işdə olan “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, 02- **/** nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, təqdim edilmiş sənədlərə və məlumatlara uyğun olaraq aparılmış hesablama və təhlillərə əsasən qərardadda qeyd edilən və iddia ərizəsində göstərilən daşınar əmlakların və qızıl-zinət əşyalarının hazırki tarixə likvid dəyəri 15547 manat təşkil etmişdir. Işdə olan “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, 02- **/** nömrəli məktubundan və ## #### 2026-cı il tarixli qəbzdən görünür ki, daşınar əmlakın qiymətləndirilməsi barədə aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 500 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Işdə olan 13 oktyabr və ## ####### 2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 100 manat vəsait də sərf etmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh Cavabdeh qarşı " qızıl-zinət əşyaları və əmlak tələbinə dair "iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə (hakim Xəyal Bədəlov) müraciət etmişdir. Iddia tələbiylə bağlı Ucar rayon Məhkəməsi ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnamə ilə “cehiz əşyalarının qaytarılması” təmin edilsədə, “qızıl-zinət əşyalarımın qaytartılması” hissəsində iddia tələbi qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Belə ki, o, məhkəmə iclaslarında iddia tələbini təsdiq edəcək kifayət qədər sübutlarını, yəni cavabdehin səs yazılarını, qızl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edəcək digər sübutları (fotoşəkillər və. sair) məhkəməyə təqdim etmişdir, eyni zamanda cavabdeh ilk məhkəmə hazırlıq iclasında izahatında qızıl-zinət əşyalarını satdığını və əldə etdiyi pulu da xərclədiyini, eyni zamanda ziddiyətli izahat verərək, ona məxsus qızıl-zinət əşyalarını sataraq, əldə etdiyi pulu, guya onun xəstəliyiylə bağlı bacısına göndərdiyini bildirmişdir, lakin məhkəməyə pulun bacısına göndərilməsini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə yuxarıda qeyd olunanları öz qətnaməsində göstərməmişdir. Bundan başqa cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində də qızıl-zinət əşyalarının bəzisini guya onun razılığı ilə sataraq, ailə ehtiyacları və onun müalicəsi üçün xərclədiyini bildirsə də, məhkəməyə bunu da təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Növbəti məhkəmə iclaslarında cavabdeh iştirak etməsə də, onun etibarnamə üzrə nümayəndəsi, yəni anası nümayəndə1 iştirak etmiş, sonuncu da məhkəmə iclasında ziddiyətli ifadə vermişdir. Belə ki, o, ifadəsində guya onun Tovuz rayonuna gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını qeyd etsə də, eyni zamanda həmin ifadəsində ##.##.2025-ci il tarixdə bacısı ilə birlikdə onun evinə qayıdarkən, bacısı Ilahənin ondan qızıl-zinət əşyalarının harada olmasını soruşduğunu,onun isə bu barədə məlumatı olmadığını bildirdiyini qeyd etmişdir. Əgər o, qızıl-zinət əşyalarını özü ilə aparmışdırsa, bacısı ondan soruşduqda, onun apardığını deyə bilərdi. Göründüyü kimi cavabdeh və nümayəndəsi bu qədər ziddiyətli ifadə versə də, cavabdeh məhkəmə hazırlıq iclasında qızıl-zinət əşyalarını satdığını etiraf etsə də məhkəmə qeyd olunan xüsusatlara göz yumaraq, görməzdən gələrək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Cavabdehin ona qanunsuz olaraq qaytarmaqdan imtina etdiyi qızıl-zinət əşyaları onun xüsusi mülkiyyətidir, həmin qızl-zinət əşlarının cavabdehdə olması barədə də kifayət qədər sübut təqdim etsə də, məhkəmə öz qətnaməsi ilə onun mülkiyyət hüququnu pozaraq, əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin norması da mülki hüquqların müdafiəsini qanunvericlik çərçivəsində aparılmasını nəzərdə tutan üsullarla həyata keçirilməsini bildirsə də məhkəmə bu hissədə də heç bir qanuna söykənmədən öz fikirləri və öz mülahizələrini tətbiq etməklə qanunvericlikdən kənara çıxaraq kobud pozuntu etmişdir. Ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edəcək sübutlar təqdim etsə də, cavabdeh isə heç bir sübut təqdim etməsə də, məhkəmə onun təqdim etdiyi sübutları araşdırmamışdır. Məhkəmə iclasında ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edəcək kifayət qədər sübutları(fotoşəkillər, votçaap səs yazıları və sair) məhkəməyə təqdim edərək istinad etdiyi halları sübut etmişdir. Belə ki, məhkəmə ümumiyyətlə işin mahiyyətini araşdırmamış iddiaçı nə demişsə onu qətnaməyə köçürmüşdür. Məhkəmə qətnamsi isə özündə heç bir sübutları nədə ki, araşdırmaları, hansısa obyektivliyi əks etdirmir. Həmin pozuntular qətnamədə açıq şəkildə görünür. Belə ki, məhkəmə işi araşdırmada, tərəfindən verilən sübutları isə umumilikdə saya saymamış, onu görməzdən gələrək sözü gedən qətnaməni çıxarmağa nail olmuşdur. Məhkəmə qətnaməsində “qızıl-zinət əşyaları tələbini” nəyə görə təmin etməməsinin əsaslandırmasını da aparmamışdır.
8. Ona görə də Ucar rayon Məhkəməsinin ##.##.2026-cı il, tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin bütövlükdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və ərizə ilə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-2(063)- 1394/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 Məhəmmədiyyə qızının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
17. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolu: 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
18. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrə qarşı” qərarı (A-52-1983): mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarı: 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.
20. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunu: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Iddiaçı İddiaçı Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
30. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər ## ### 2025-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Hazırda tərəflər arasında bağlanmış nikah hüquqi cəhətdən qüvvədə olsa da, onun pozulmasına dair mübahisə üzrə iş Tovuz Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında nişan və toy mərasimləri zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını, həmin əşyaların cavabdehin faktiki sahibliyində olduğunu və ona qaytarılmadığını bildirir. Lakin həmin əşyaların cavabdeh tərəfindən saxlanılması, mənimsənilməsi və ya iddiaçıya qaytarılmasından imtina edilməsi hallarını təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, təkcə iddiaçının subyektiv mülahizələri və ehtimala əsaslanan izahatları mübahisələndirilən əmlakın cavabdehin faktiki sahibliyində olmasının sübuta yetirilməsi üçün kifayət hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər, videogörüntülər və digər materiallar qızıl-zinət əşyalarının müəyyən vaxtda iddiaçıya məxsus olmasını təsdiqləsə də, həmin əşyaların hazırkı dövrdə cavabdehin istifadəsində, sahibliyində və ya sərəncamında olmasını birmənalı şəkildə təsdiq etmir. Təqdim edilmiş sübutlardan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsi, saxlanılması, gizlədilməsi, mənimsənilməsi və ya iddiaçıya qaytarılmasından imtina edilməsi halları müəyyən edilmir. Məhkəmə nəzərə almışdır ki, iddiaçının yaşayış yerini tərk etməsi ani və məcburi xarakter daşımamış, onun şəxsi əşyalarını, o cümlədən şəxsi istifadəsində olan qızıl-zinət əşyalarını özü ilə aparmaq imkanı olmuşdur. Iş materiallarından görünür ki, iddiaçının evi tərk etməsi zamanı öz şəxsi əşyalarını götürməsinə maneə yaradılması, həmin əşyaların cavabdeh tərəfindən gizlədilməsi və ya alınaraq saxlanılması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyaları şəxsi istifadə xarakteri daşıyan, gündəlik olaraq sahibinin birbaşa sərəncamında olan əşyalar kateqoriyasına aid olduğundan, onların cavabdehdə qalması ehtimalı yalnız ehtimala əsaslana bilməz və bu hal mütləq şəkildə sübut olunmalıdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sübutlar həmin hissədə iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Belə olan halda iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq, iddiaçıya qaytarılması hissəsinin təmin edilməsi istisna edilir. Məhkəmə iddia tələbinin digər hissəsinə, yəni cehiz əmlakının cavabdehdən alınaraq ona qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd olunan cehiz əşyalarının iddiaçıya qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qanuni, əsaslı və sübutlarla təsdiq olunduğundan təmin edilməlidir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdehin evində qaldığını sübut edə bilməmişdir. Belə ki, göründüyü kimi iddiaçı evdən çıxarkən ona hər hansı fiziki və ya psixi təsir edilməmiş, onun çətin şəraitdə evdən çıxdığını təsdiq edən hər hansı hal mövcud deyildir.
33. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
34. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
36. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-2(063)-1394/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.