Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-758/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment və əlavə xərclər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment və əlavə xərclər” tələbinə dair mülki iş üzə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment və əlavə xərclər tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment və əlavə xərclər tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı məhkəməyə elektron qaydada şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizənin icraata götrülməklə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, hazırda tərəflər arasında olan mübahisə ailə münasibətlərindən irəli gəlməkdədir və bu səbəbdən məhkəməyə müraciət edərkən mediasiya sessiyasında iştirakı təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi mütləqdir. Iddia ərizəsinə əlavə edilmiş X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MŞN-**-A-***** nömrəli “X2 Iştirak Edilməməsi barədə” arayışdan görünür ki, ##.##.2026-cı il tarixə təyin edilmiş mediasiya prosesində cavabdeh Cavabdeh iştirak etməmişdir. Məhkəmə qeyd etmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 28.3-cü maddələrinin tələblərindən görünür ki, mediator və ya mediasiya təşkilatı ya tərəflərin qarşılıqlı razılığı ilə seçilməli, ya da mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı olmalıdır. Hazırkı işdə isə cavabdehin mediasiya prosesinin X3 mediatorunun iştirakı ilə keçirilməsi barədə razılığının olması sübuta yetirilmir. Əksinə cavabdehin mediasiya prosesində iştirak etməməsi onun belə bir razılığının olmadığını göstərir. Göründüyü kimi ilkin mediasiya sessiyasının tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı vasitəsi ilə keçirilmədiyindən, ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə Qəbələ rayonunda yerləşən mediasiya təşkilatında keçirilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı mübahisənin aid olduğu Qəbələ rayonu ərazisində Qəbələ * saylı Mediasiya Təşkilatı fəaliyyət göstərməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 28.3-cü maddələrinin tələblərinə əməl etmədən Mediasiya Təşkilatına müraciət etdiyindən və bu hal cavabdehin hüquqlarını pozduğundan iddia ərizəsinə əlavə edilmiş X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MŞN-26- A-***** nömrəli “X2 Iştirak Edilməməsi barədə” arayışı iddiaçının mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-758/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-758/2026
12.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver