Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-811/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “vurulmuş mənəvi zərərə görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi ilə, Iddiaçı İddiaçı; Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Əmək müqaviləsindən görünür ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixdən Məlikli ASM-də “fəhlə” vəzifəsində işə götürülmüşdür. “Istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” ** nömrəli Aktdan görünür ki, Zərdab RMX PHŞ-də “fəhlə” vəzifəsində işləyən ##.##.1975-ci il təvəllüdlü İddiaçı ##.##.2023-cü il tarixində istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol gözündən xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlildir, istehsalat zədəsi nəticəsində 50 faiz əmək qabiliyyətini itirmişdir. X24 tərəfindən verilən epikrizdən, habelə akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzi tərəfindən verilən çıxarışlardan görünür ki, İddiaçı “OS-Göz almasının kontuziyası. Büllurun ön kameraya lyuksasiyası” ilkin diaqnozu və “torlu qişanın qopması”, “OS-travmatik aniridiya. Afakiya” diaqnozları ilə üzərində cərrahi əməliyyatlar icra olunmuşdur. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, PHS-*********** nömrəli məktubu və ona əlavə edilən ödəniş tapşırığından görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbindən xəsarət almış İddiaçı ##.##.2024-cü il tarixdə sağlamlığın 50%-nin itirilməsi nəticəsində (qrup III) müddətsiz əlillik təyin edilməsi ilə əlaqədar ##.##.2024-cü il tarixdə 30845.27 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” X1in (bundan sonra – Xəstəxana) işçisi İddiaçı Islam oğlunun ##.##.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı xidmət tərəfindən ##.##.2023-cü il tarixli 3-17-5/3-2-898/2023 əmri ilə təhqiqat aparılmışdır. Təhqiqat nəticəsində Xidmət tərəfindən ##.##.2023-cü il tarixdə təhqiqat aktı tərtib olunaraq, işəgötürən tərəfindən IZ formalı aktın təhqiqat aktına uyğun tərtib olunması təmin edilmişdir. Həmçinin bədbəxt hadisənin araşdırması zamanı Regional şöbə tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Məcəllə) 555.3-cü maddəsinə (Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə) əsasən Xəstəxananın direktoru vəzifəsini müvəqqəti icra edən X10 barəsində ##.##.2023-cü il tarixli, MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında Qərar və Xəstəxananın Məlikli kənd ASM-nin bölmə müdiri X17 barəsində həmin Məcəllənin 198.1.6-cı maddəsinə (işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə) əsasən ##.##.2023-cü il tarixli, MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, “xxxx” PHŞ-nin Məlikli kənd X19 müdiri X20 işçilərə müəyyən edilmiş müddətdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, “xxxx” PHŞ-nin direktoru vəzifəsini icra edən X10 bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 1800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Zərdab Rayon Prokurorluğunun **-C/** nömrəli materialından görünür ki, İddiaçı Məlikli kənd Ailə Sağlamlıq Mərkəzində baş vermiş istehsalat qəzası nəticəsində sol gözündən xəsarət alması faktı ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanması ##.##.2023-cü il tarixli tarixli qərarla rədd edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Zərdab RMX PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 19000 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il avqust ayının 10-da, saat 08:30 radələrində xxxx PHŞ-nin Məlikli kənd Ailə Sağlamlıq Mərkəzində iş yerində olmuşdur. Məlikli kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Nərbala Xancanovun tapşırığına əsasən Mərkəzin həyətini otbiçən aqreqatla alaq otlarından təmizləyərkən təxminən saat 09:30 radələrində aqreqatın mişarından daşın çıxaraq sol gözümə dəyməsi nəticəsində xəsarət almışdır. Bu hadisə ilə bağlı ##.##.2023-cü il tarixli istehsalatda baş vermiş bədbəxt hadisə haqqında * saylı AKT tərtib olunmuşdur. Həmin gün xxxxna müraciət etmiş və göndəriş əsasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuşdur. Altı dəfə ağır əməliyyat keçirmişdir. Şəki Inzibati Məhkəməsi tərəfindən ona 3-cü dərəcə əlillik müddətsiz təyin edilib. Gözlərində "OS-PPV + Skleral yaranın reviziyası+Hava", "OS-KEE", "OS-IRIS protezi + IOL implantasiyası" cərrahi əməliyyatlar edilib. 3-cü əməliyyatında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində sol gözümə qüzehli qişa (implant) qoyuldu. Bu əməliyyat, xeyli miqdarda maddi vəsait tutmuşdur. Ayda üç dəfə Fotol Forte 4% AlfamLatasopt Azarga Diclftil, Encil, Augenstock mefenac, Neopred AS və.s dərmanları qəbul edir. Keçirdiyi əsəb və stressdən, kor qala biləcəyi ilə bağlı yaranan mənəvi sarsıntı hələ də onu rahat buraxmır. Buna görə də mütəmadi əsəb dərmanları qəbul edir. Bunlar – Espa 10 mq, Zolomax 500 mq, Amtiriptilun, Escita, KlonazepamFenozepam, Bifren, Atarax, Liposom, Vinkabrel və.s dərmanlardan ibarətdir. Bunlar ona dəyən maddi zərərdir. Hər ay akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedib-gəlir. Mərkəzdə ona H27.0-Afaksiya; H33.5-Tor qişasının qopmasının digər formaları diaqnozları qoyulmuşdur. Gözünün görmə faizi 0,002 faizdir yəni demək olar ki, görmür. Rəydə qeyd olunur: VIS OD - 0,8, VIS OS əl hərəkəti. Yəni ancaq əl hərəkətləri ilə görür. Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən ## ###### 2024-cü il tarixdə onun müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi 50 faizdir. Istehsalat zədəsigözdən əlillikdir. Bütün sənədlər vəsatətə əlavə edilir. "Vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair" iddia tələbi ilə cavabdehlər xxxx PHŞ və TƏBIB-ə qarşı Zərdab Rayon Məhkəməsində iddia qaldırmışdır. Iş hazırda Zərdab Rayon Məhkəməsinin icraatındadır. Alınmış xəsarət nəticəsində o bu günə qədər 6 dəfə ağır göz əməliyyatı keçirmişdir. Lakin əməliyyatlara baxmayaraq, görmə qabiliyyəti kəskin zəifləmiş (və ya itirilmiş), bu da onun gündəlik həyat fəaliyyəti, psixoloji durumuna və iş qabiliyyətinə ciddi mənfi təsir göstərmişdir. Uzunmüddətli müalicə prosesi, daimi ağrılar və görmə qabiliyyətinin bərpası ilə bağlı qeyri-müəyyənlik onda dərin mənəvi sarsıntı və iztirablar yaratmışdır. Qeyri-müəyyənlik deyəndə ki, həkim onsuz da tam görə biləcəyinin mümkünsüz olduğunu özü bildirmişdir. Maddi sıxıntıların olması və gözlərinin görməməsi, bu yaşda gözdən əlil qalmağı ona ağır iztirab verir. Ona dəymiş mənəvi ziyanı 19000 manat məbləğində qiymətləndirir. Bu yaşında gözsüz qalmaq ona çox ağır gəlir və ona çox pis mənəvi iztirab, sarsıntı verir. Ona dəymiş mənəvi zərərin əvəzi verilməlidir. Beləliklə, cavabdeh xxxx PHŞ-nin onun vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 19000 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Məlikli kənd Ailə Sağlamlıq Mərkəzində fəhlə kimi işləyir. 2023-cü ilin avqust ayının 10-da Zərdab RMX PHŞ-nin direktoru vəzifəsini icra edən Fazil Ismayılovun və Məlikli kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Nərbala Xancanovun tapşırığına əsasən Məlikli kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzinin həyətində təmizlik işləri aparılmalı idi. Mərkəzin təsərrüfat müdiri Şahid özünə məxsus otbiçən mişarla ərazini alaq otlarından təmizləyərkən ondan otbiçən mişarı alaraq təmizlik işlərini o davam etdirmişdir. Həmin vaxt mişardan daş çıxaraq onun gözünə xəsarət yetirmişdir. Həmin gün xxxxna müraciət etmiş və göndəriş əsasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuşdur. Altı dəfə ağır cərrahi əməliyyat keçirmişdir, lakin buna baxmayaraq gözü, demək olar ki, hələ də görmür. Heç bir həkim də zəmanət verməmişdir ki, onun gözü nə vaxtsa görəcək. 2023-cü ildən bu yana müalicələri davam edir və müalicə üçün mütəmadi olaraq ayda bir və ya iki dəfə xəstəxanalara gedib-gəlir. Onun müraciəti əsasında iş araşdırılmış və Zərdab RMX PHŞ Inzibati Xətalar Məcəlləsinin 555-ci maddəsinə əsasən cərimə edilmişdir. Həmçinin Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Nərbala Xancanov da cərimə edilmişdir. Iş Zərdab Rayon Prokrorluğunda da araşdırılmış, lakin o baş həkimin və təsərrüfat müdirinin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyi üçün izahatında göstərmişdir ki, ona işə başlamamışdan qabaq qaydalara əməl etməsi barədə tapşırıq verilmiş və ona eynək və digər vasitələr təqdim olunsa da, o, bunlardan istifadə etməmişdir. Belə ifadə verməsinə baxmayaraq faktiki olaraq iş şəraitində onun təhlükəsizliyi təmin olunmamış, xəstəxana və mərkəz tərəfindən o heç bir xüsusi geyimlə və ya eynəklə təmin olunmamışdır. Məhkəmə iclasında cavabdeh Zərdab RMX PHŞ-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, TƏBIB tərəfindən işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün vasitələr az da olsa göndərilir. Göndərilməsə belə, İddiaçı öz təhlükəsizliyini təmin etmək üçün eynəkdən istifadə edə bilərdi. Işçi sğortalanmış və işçiyə kompensasiyanı sığorta təşkilatı ödəməlidir. Xəstəxananın müstəqil büdcəsi mövcud deyildir ki, tələb olunan pulu xəstəxana ödəsin. Əlavə olaraq bildirir ki, “xxxx” ASC tərəfindən iddiaçıya 30845.27 manat məbləğində birdəfəlik sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Məlikli kənd Ailə Sağlamlıq Mərkəzində təsərrüfat müdiri vəzifəsində işləyir. 2023-cü ilin avqust ayında Məlikli kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzinin həyətində alaq otlarının təmizlik işləri aparılmalı idi. O bütün fəhlərə göstəriş vermişdir ki, təmizik işlərinə başlasınlar. Fəhlələrdən biri olan İddiaçı ona müraciət edərək havanın isti olması ilə əlaqədar işləri tez başa çatdırmaq üçün onda olan otbiçəndən istifadə edilməsini istədi və o da bu istək qarşısında özünə məxsus otbiçəni gətirmişdir. Birinci otbiçəndən özü istifadə edərək alaq otlarını biçməyə başlamış, sonra İddiaçı ondan otbiçəni alaraq işi davam etdirmişdir. Həyət daşlıq olduğudan Nofəl biçinə başlayarkən ona xəbərdarlıq etmişdir ki, otları yuxarı hissədən biçsin, çünki daşlar otbiçənin altından çıxaraq xəsarətə səbəb ola bilər. Nofəl biçinə başlayandan 10 dəqiqə sonra gözünü tutaraq gəldi və bildirdi ki, daş otbiçənin altından çıxaraq onun gözünə dəyib. Hadisədən sonra o, Nofəli öz avtomobili ilə xəstəxanaya aparmış və həkim müayinəsindən sonra İddiaçı daha ixtisaslaşmış tibbi yardım alması üçün Bakı şəhərinə göndərilməsi tövsiyə olunmuşdur. Həmin gün verilmiş göndəriş əsasında İddiaçı müayinə və müalicə məqsədilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və orada cərrahi əməliyyat olunmuşdur. Bu hadisədən sonra Əmək Müfəttişliyi onu işçilərin əmək təhlükəsizliyi qaydalarını pozduğu üçün 1500 manat məbləğində cərimə etmişdir. Işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün onlara fərdi mühafizə vasitələri verilməmişdir. Həmçinin qeyd edir ki, o, Nofəli hadisə baş verən gün təhlükəsizlik tədbirləri barədə məlumatlandırmamış və fərdi mühafizə vasitələri ilə təmin etməmişdir. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: C.Abbasov) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” X1 mənəvi zərərin əvəzi olaraq 6000 (altı min) manat həcmində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə düzgün əməl olunmadığı, həmçinin bədbəxt hadisə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında X13 tərəfindən ##.##.2023-##.##.2023-cü il tarixləri aralığında aparılmış təhqiqat nəticələrindən görünür ki, bədbəxt hadisə işçinin ehtiyatsızlığı, habelə rəhbər şəxslərin nəzarətsizliyi səbəbindən baş vermiş və həmin şəxslər Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişlər. Məhkəmə daha sonra qeyd etmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə və bununla bağlı iddiaçının xəsarət alması həm əmək qanunvericiliyi, həm tərəflər arasında bağlanmış əmək müqaviləsi, həm də müəssisədaxili lokal aktlarda (vəzifə təlimatları) nəzərdə tutulan məcburi göstərişlərə əməl olunmaması səbəbindən baş vermişdir. Işin faktiki hallarından da göründüyü kimi, əmək funskiyalarının icrası üçün işçiyə təhlükəsiz əmək şəraiti yaradılmamış və o, fərdi mühafizə vasitələri ilə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 81, 119.1, 217.3 və 217.4 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” X1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə başlamamışdan qabaq Şahid onlara təhlükəsizlik qaydalarını izah etmişdir. Otbiçən aparatı Hikmətdən alarkən Hikmət ona dəfələrlə ehtiyatlı davranmağı, otları üzdən biçməyi tapşırmışdır. Həmin vaxtı səbirsizliyindən özü Hikmətin onu eynək və ya digər təhlükəsizlik vasitələri ilə təmin etməsinə imkan verməmişdir. Nəticədə Hikmətin dediklərinə qulaq asmamış və özünün ehtiyatsızlığından bu hadisə baş vermişdir. Baş vermiş hadisə onların deyil, özünün ehtiyatsızlığı ucbatından olmuşdur. Iddiaçının prokrorluq orqanında verdiyi izahatdan müəyyən olunur ki, iddiaçı işə məcbur olunmamış əksinə özü könüllü surətdə çalışaraq təhlükəsizlik qaydalarının təmin olunmasından imtina etmişdir. Eyni zamanda iddiaçı verdiyi izahatında Nərbala Xancanov və Şahid qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, sözü gedən qərarın üzərindən artıq 3 ilə yaxın zaman keçsədə iddiaçı məhs son dövrlərdə bu tələblə məhkəməyə müraciət etmişdir. Lakin 3 il sonra hansı mənəvi sarsıntı və istirab keçirməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Həmçinin təyin olunmuş kompensasiya məbləğinə münasibətdə isə bildirir ki, kompensasiya məbləği ədalətli olmamaqla xüsusi olaraq şişirdilmişdir. Belə ki, baş vermiş istehsalat qəzası nəticəsində “xxxx” ASC 30845.27 AZN məbləğində sığorta pulu ödənilmişdir. Həmin pul iddiaçıya dəymiş maddi ziyanlığı eləcədə mənəvi ziyanlığı qarşılamaq üçün əsas olmuşdur. Eləcədə qeyd edir ki, məhkəmə işin hallarını araşdıran zaman sığorta şirkətinə sorğu verməli və iş üzrə icraat zamanı toplanmış materialları əldə etməli idi. Sığorta şirkətində toplanmış materiallar əldə olunsaydı İddiaçı təyin olunmuş sığorta ödənişi ilə razılaşdığını və əlavə tələbinin olmadığını müəyyən etmək olardı. lakin işin bu hissəsidə araşdırılmamışdır. Ümumilikdə isə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirdiyini bildirsədə lakin mənəvi sarsıntı və iztirabın onun gündəlik həyat tərzinə necə təsir etməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Iddiasını iş materiallarına əlavə etdiyi nevroloji dərmanlarla əsaslandırmağa çalışmışdır. Bu hissədədə məhkəmə tam və hər tərəfli araşdırma aparmamış, iddiaçının nevroloji dispanserdə qeydiyyatda olub olmamaısını, sözü gedən dərmanlardan nə zamandan istifadə etməsi məsələsini araşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. M a d d ə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ. II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsi
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək.
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: c) əməyin təhlükəsizliyi normalarına əməl etmək. 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək.
195. Işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; 207.1. 1. Işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.
215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. 217.1. Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 217.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. 217.3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 217.4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 239.1. Istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2. Işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3. Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4. Istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi. 290.3. Işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ### 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “....mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki: “....Konstitusiyanın 68-ci maddəsinin II hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı X12 cavabdeh "xxxx" X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” X1 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin eilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin məsuliyyət daşıması ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Qanunvericiliyin tələbindən görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Başqa sözlə, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda da iddiaçının cavabdehə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur. Yalnız aşağıdakı dörd şərt məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin hüquqa zidd olması: ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi: təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması: qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması: zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Iş materiallarında olan əmək müqaviləsindən görünür ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixdən Məlikli ASM-də “fəhlə” vəzifəsində işə götürülmüşdür. “Istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” ** nömrəli Aktdan görünür ki, Zərdab RMX PHŞ-də “fəhlə” vəzifəsində işləyən ##.##.1975-ci il təvəllüdlü İddiaçı ##.##.2023-cü il tarixində istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol gözündən xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlildir, istehsalat zədəsi nəticəsində 50 faiz əmək qabiliyyətini itirmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” X1in (bundan sonra – Xəstəxana) işçisi İddiaçı Islam oğlunun ##.##.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı xidmət tərəfindən ##.##.2023-cü il tarixli 3-17-5/3-2- 898/2023 əmri ilə təhqiqat aparılmışdır. Təhqiqat nəticəsində Xidmət tərəfindən ##.##.2023-cü il tarixdə təhqiqat aktı tərtib olunaraq, işəgötürən tərəfindən IZ formalı aktın təhqiqat aktına uyğun tərtib olunması təmin edilmişdir. Həmçinin bədbəxt hadisənin araşdırması zamanı Regional şöbə tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Məcəllə) 555.3-cü maddəsinə (Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə) əsasən Xəstəxananın direktoru vəzifəsini müvəqqəti icra edən X10 barəsində ##.##.2023-cü il tarixli, MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında Qərar və Xəstəxananın Məlikli kənd ASM-nin bölmə müdiri X17 barəsində həmin Məcəllənin 198.1.6-cı maddəsinə (işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə) əsasən ##.##.2023-cü il tarixli, MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, “xxxx” PHŞ-nin Məlikli kənd X19 müdiri X20 işçilərə müəyyən edilmiş müddətdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, “xxxx” PHŞ-nin direktoru vəzifəsini icra edən X10 bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 1800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Bütün digər hüquqların mövcudluğu məhz bu hüquqa bağlıdır. Hər bir insan dünyaya gəldiyi andan etibarən yaşamaq, mövcudluğunu qorumaq, təhlükəsiz şəraitdə həyatını davam etdirmək hüququna malikdir. Bu hüquqdan heç kim könüllü olaraq imtina edə bilməz, dövlət onu qorumağa borcludur. Yaşamaq hüququ yalnız fiziki mövcudluğu deyil, həm də təhlükəsiz və insan ləyaqətinə uyğun şəraitdə yaşamağı nəzərdə tutur. Bu hüquq Konstitusiyanın 27-ci maddəsi ilə təminat altına alınmışdır. Bundan başqa, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 1.1-ci bəndinə görə, şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Həmin qərarın 2.1.2-ci bəndinə əsasən, sağlamlıq hüququ - yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Bu hüquq Konstitusiyanın 41-ci maddəsi ilə təminat altına alınmışdır. 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 3.2.4. Əmək Məcəlləsinin 195-ci maddəsinin “e” və “ə” bəndləri, 285-ci maddəsinin 2-ci hissəsi, habelə 290-cı maddəsinin 3-cü hissəsinin qeydində sadalanan hüquqazidd əməllər əmək münasibətləri prosesində işəgötürən tərəfindən işçiyə mənəvi ziyanın vurulması əsası kimi birbaşa göstərilmişdir. 3.2.6. Bununla belə qeyd olunmalıdır ki, əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər. Məsələn, Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsi və 195-ci maddəsinin “c” və “g” bəndlərində nəzərdə tutulmuş əməllər, habelə işçinin şəxsi və ailə sirri təşkil edən məlumatların kollektivdə yayılması onun müvafiq olaraq şərəf və ləyaqət, sağlamlıq və şəxsi toxunulmazlıqla bağlı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğundan, mənəvi zərərin yaranması əsasını təşkil edəcəkdir. Göründüyü ki, əmək funskiyalarının icrası üçün işçiyə təhlükəsiz əmək şəraiti yaradılmamış və o, fərdi mühafizə vasitələri ilə təmin edilməmişdir. Bunun nəticəsində də iddiaçı sağlamlığının uzunmüddətli pozulması ilə nəticələn xəsarət almışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı X12 iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Məhkəmə kollegiyası daha sonra bildirir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Kollegiya daha sonra qeyd edir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il ## ######## tarixli qərarında Avropa Insan Hüquqları Məhkəməsi, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Məhkəmə kollegiyası daha sonra hüquqi (və ya fiziki) şəxsin məsuliyyət daşıması ilə bağlı qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Yuxarıda qeyd edilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. Işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən HYPERLINK "https://eqanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən işçiyə əmək funskiyalarının icrası üçün təhlükəsiz əmək şəraiti yaradılmamış və o, fərdi mühafizə vasitələri ilə təmin edilməmişdir. Bunun nəticəsində də iddiaçı sağlamlığının uzunmüddətli pozulması ilə nəticələn xəsarət almışdır. Odur ki, cavabdehin heç bir məsuliyyəti olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan mənəvi zərərin məbləği hissəsində dəyişdirilmədir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi təzminatın ağlabatan olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Kollegiya şikayətin həmin dəlillərinə münasibətdə ilkin olaraq bildirir ki, mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 3.2.8-ci bəndinə görə, mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 7.1-ci bəndinə görə, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Hazırki işdən isə müəyyən edilir ki, hadisənin baş verməsində iddiaçı İddiaçı da müəyyən qədər ehtiyyatsızlığı olmuşdur. Belə ki, Zərdab rayon prokurorluğunun ##.##.2023-cü il tarixli, **- C/** nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə, İddiaçı Məlikli kənd Ailə Sağlamlıq Mərkəzində baş vermiş istehsalat qəzası nəticəsində sol gözündən xəsarət alması faktı ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılan zaman hazırki iş üzrə iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, “...hadisə günü özü Hikmətdən ot biçən aparat gətirməsini tələb etmişdir. hikmət əvvəlcə gətirmək istəməmişdir. O, təkidlə tələb etdikdən sonra otbiçən aparat gətirilmişdir...Həmin vaxt səbirsizliyindən özü Hikmətin onu eynək və ya digər təhlükəsizlik vasitələri ilə təmin etməsinə imkan verməmişdir. Nəticədə Hikmətin dediklərinə qulaq asmamış və ehtiyyatsızlığımdan bu hadisə vaş vermişdir...Baş veriş hadisə onların deyil, özünün ehtiyyatsızlığı ucbatından olmuşdur... fəhlə kimi işə başlamamışdan qabaq Şahid onlara təhlükəsizlik qaydalarını izah etmişdir...Hikmətdən aparatı təkidlə tələb edib almışdır”. Iddiaçı İddiaçı izahatından göründüyü kimi, hadisədə onunda müəyyən miqdarda məsuliyyətsizliyi olmuşdur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır (Ali Məhkəmənin Plenumunun müvafiq qərarı 7.6 bənd). Iş materiallarından isə görünür ki, hadisə baş verən vaxtdan təxminən 3 il müddət keçmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Sadalananlar konteksində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək, iddiaçının xeyrinə tutulan mənəvi zərərin həcmi 3000 (üç min) manat müəyyən edilməlidir. Belə ki, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz (“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı 5.9; 7.3, 7.4-cü bəndlər). Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsinin “Oyalın Türkiyəyə qarşı işi üzrə ## #### 2010-cu il tarixli ****/** nömrəli qərarından da görünür ki, dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Avropa Insan Hüquqları Məhkəməsi, təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumenti ilə bağlı qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz”. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçıya aldığı xəsarətə görə yüksək məbləğdə birdəfəlik sığorta ödənişi də həyata keçirilmişdir. Odur ki, kollegiya iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərə görə məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə qeyd edilən miqdarda pul tutulmasını məqsədəmüvafiq hesab edir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ: Cavabdeh “xxxx” X1 apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi – tutulan mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək, cavabdeh “xxxx” X1 iddiaçı İddiaçı xeyrinə tutulan mənəvi zərərin həcmi 3000 (üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.