Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-942/2026 28.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Həbillax oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Həbillax oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh Həbillax oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Həbillax oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış ## ##### 2024-cü il tarixli, 3M-*** reyestr nömrəli borc müqaviləsi üzrə ona ödəməli olduğu 12.650 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 129 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın tələbi təmin edilməsi, cavabdeh Cavabdeh Həbillax oğlundan 12650 manat pul və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bununla yanaşı, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh Həbillax oğlunun Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ## ###### 2025-ci il tarixdə cavabdeh Cavabdeh Həbillax oğluna rəsmi qaydada verilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Həbillax oğlu ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsin ləğv edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbləri tətbiq edilərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi, qərardad qəbul edilməyəcəyi təqdirdə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Həbillax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunda nəzərə tutulmuş prosessual müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh Cavabdeh Həbillax oğlu ##.##.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul edilməsini və Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və (ya) iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rаyоn Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərаrdаdı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Həbillax oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Həbillax oğlunun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh Həbillax oğlu həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh Həbillax oğlunun Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ## ###### 2025ci il tarixdə cavabdeh Cavabdeh Həbillax oğluna rəsmi qaydada verilmişdir. Məhkəmə cavabdehin ərizəsində göstərdiyi, müddətin bərpa edilməsi üçün “əsaslı hesab etdiyi dəlillər” üzrə qeyd edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini rəsmi olaraq almadığını qeyd etməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsinin tələblərinə uyğun deyildir. Əvvəla ona görə ki, cavabdeh Cavabdeh Həbillax oğlunun Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə müvafiq qətnamənin yerləşdirilməsi artıq məhkəmə sənədinin (qətnaməsinin) rəsmi qaydada verilmiş sayılması hesab edilir. Daha sonra cavabdehin ərizəsində “ikinci dəlil” olaraq qeyd edir ki, guya məhkəmə elektron kabinetinə daxil olmaq üçün ASAN imzanı ## ###### 2025-ci ildə əldə etmişdir. Dövlətimiz vətəndaşların məhkəməyə çatımlılığını müxtəlif yollarla təmin etmək üçün Elektron Məhkəmə Informasiya Sistemində şəxsi kabinetə (https://emehkeme.gov.az/auth/sima-login portalına) daxil olmaq üçün imkanları təkcə ASAN imza ilə məhdudlaşdırmamış, bunun üçün paralel olaraq “Mygov ID”, “Elektron imza (“SIMA token”)” və “SIMA” mobil tətbiq və (ya) portalları ilə fiziki və hüquqi şəxslərin elektron kabinetlərinə daxil olmalarının müxtəlif yollarını müəyyən etmişdir. Cavabdeh Cavabdeh Həbillax oğlu elektron kabinetinə sadalanan vasitələrlə daxil ola biləcəyi halda, bu hissədə məhkəmə cavabdehin dəlilini əsassız hesab edir. Cavabdeh ərizəsində bir digər “dəlil” qismində qeyd edir ki, qətnamədən ## ###### 2026cı il tarixdə məlumatlı olmuş, elektron məhkəmə sisteminə daxil olanda orada köhnə tarixə bildirişləri görməmişdir. Bu baxımdan qətnamənin hansı tarixdə elektron məhkəmə sisteminə yüklənməsindən xəbərsiz olmuşdur. ASAN imzasını ## ###### 2025-ci il tarixdə əldə etdiyindən qətnamənin ona çatmasının müddət axımı ## ###### 20205-ci il tarixdən hesablanmalı, apelyasiya şikayəti vermə müddəti 30 yanavar tarixindən bitmiş olmalıdır. Sadalanan hallar cavabdehin xeyrinə üzrlü səbəb kimi qəbul edilməlidir. Əvvəla qeyd etmək yerinə düşər ki, cavabdehin “köhnə bildirişləri görə bilməməsi və ya gec görməsi” məhkəmə sənədinin çatdırılmasına hər hansı formada əngəl, maneə təşkil etmir, elektron kabinetinin istifadə və idarə edilməsi üzrə (indiki halda sənədləri vaxtında görmək baxımından) məsuliyyət “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin tələbləri baxımından da istifadəçinin üzərinə düşür. Daha sonra isə qeyd edilməlidir ki, qətnamədən ## ###### 2026-cı il tarixdə məlumatlı olduğu halda, yerdə qalan müddət ərzində qətnamədən narazılığını bildirmək üçün müəyyən qədər vaxtı olduğu halda, cavabdeh lazımi səbat və səriştəni göstərməyərək, bu müddəti yubadaraq daha sonra şikayətini bildirmək qərarına gəlmişdir. Halbuki elektron məhkəmə sistemindəki şəxsi kabinetində məhkəmə qətnaməsinin göndərildiyi, yəni rəsmi qaydada ona çatdırıldığı vaxt qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 72-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından da hər bir vətəndaşın ölkə qanunlarını, o cümlədən mülkiprosessual qanunvericiliyin tələblərini bilməməsi onu məsuliyyətdən azad etmədiyi kimi, elektron kabinetinə ## ###### 2025-ci il tarixdən yerləşdirilmiş qətnamədən şikayət vermə müddətini bilmədən və ya qərəzli olaraq ötürməsi onu məsuliyyətdən, yəni qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrsüz hesab edilərək apellyasiya şikayəti vermək hüququnun itirilmiş hesab edilməsindən azad etmir. Məhkəmə ərizədə qeyd olunmuş “dəlil”lərin təkzibinə dair mövqe və təhlillərini ümumiləşdirərək, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin cavabdeh tərəfindən buraxılmasını üzrsüz səbəb kimi qiymətləndirir. Belə ki, cavabdeh Cavabdeh Həbillax oğlu ## ###### 2025-ci il tarixdən hesablanmaqla 1 ay müddətində apellyasiya şikayəti verə bilərdi. Cavabdeh Cavabdeh Həbillax oğlunun qətnаmədən apellyasiya şikаyəti verə biləcəyi sоn tаrix ## ###### 2026-cı il tarixi olmuş, lаkin apellyasiya şikаyəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sоnrа, yəni ## ###### 2026-cı il tarixdə Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə verilmişdir. Göründüyü kimi cavabdeh Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürərək apellyasiya şikayətini məhkəməyə göndərmişdir. Odur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Həbillax oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Həbillax oğlunun apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh Həbillax oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-942/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-942/2026
28.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver