Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1276/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh2 və X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 ödədiyi 158036 manat pul və 448,04 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (Hakim Aygün Cəmilova) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və X1 50 660 (əlli min altı yüz altmış manat) manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumunun 162.26 manat (yüz altmış iki manat 26 qəpik) hissəsinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər cavabdeh2 və X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Saatlı Rayon Məhkəməsi ## ######## 2026-cı il tarixli müşaiətedici məktubla apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Sonradan Saatlı Rayon Məhkəməsi ## ######## 2026-cı tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnamədən iddiaçı İddiaçı tərəfindən də apellyasiya şikayətinin, habelə apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verildiyini bildirib, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə baxılmasından ötrü iş materiallarının qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi hesab edir ki, qətnamədən iddiaçı İddiaçı tərəfindən də apellyasiya şikayəti (apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə) verildiyindən, mülki iş apellyasiya icraatına qəbul edilmədən baxışından çıxarılaraq iş materialları apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi q ə r a r a a l d ı: İş apellyasiya icraatına qəbul edilmədən baxışdan çıxarılsın. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə baxılmasından ötrü iş materialları Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1276/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1276/2026
29.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver