Məhkəmə qərarları › İş №e-2(3-6)-1410/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1410/2026

20.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1410/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh «xxxx” MMC-yə qarşı “pulun tuutlması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMCdən iddiaçı İddiaçı xeyrinə 60000,0 manat mənəvi ziyanın və ödənilmiş 270,0 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh «xxxx” MMC-dən 5000,0 manat pul, 70,0 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070,0 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub ünvanlanaraq bildirilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh «xxxx” MMC tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili mülki işin rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası cavabdeh «xxxx” MMC-nin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin e-*(*-*)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, cavabdeh «xxxx” MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin e-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Cavabdeh «xxxx” MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar