Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1423/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (AR ƏƏSMN yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək haqqı tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı tələbi) hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ödənilməli olan 12.000 (on iki min) manat əmək haqqının və ##.##.2024-cü il tarixdən başlayaraq, ##.##.2025-ci il tarixədək gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 25.000 (iyirmi beş min) manat və medaisiya xərci olaraq ödədiyi 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə- cavabdeh «xxxx» MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin 01 iyun tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı iş üzrə ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, «xxxx» MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2021-ci il tarixli, ** saylı əmrinin ləğv olunması, ona məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəyə bərpa olunmağı, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, mənəvi zərər hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin qətnamədən «xxxx» MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və ##.##.2022-ci il tarixli xüsusi qərardadını qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, onun apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinin “mənəvi zərərin rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC dən 2000 (iki min) manat mənəvi zərərə görə pul tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarı cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə ***/**** saylı Əmrin verilməsi ilə icra edildikdən sonra, həmin əmr ##.##.2024-cü il tarixdə “xxxx” altsisteminə (ƏMAS) daxil edilmiş və bundan sonra cavabdeh MMC tərəfindən çıxarılmış ##.##.2023-cü il tarixli Əmr elektron sistemdə qeydiyyata alınmışdır. ##.##.2025ci il tarixdə isə icra məmuru tərəfindən cavabdehin Abşeron rayonu, Məmmədli kəndində yerləşən anbarına işçi kimi təqdim edilmişdir. Həmçinin, icra məmurunun məcburi tələblərinə əsasən, cavabdeh tərəfindən 2024-cü ilin iyun ayınadək əmək haqqı ödənilmişdir. Həmin tarixdən hər gün işə getmiş, lakin cavabdeh tərəfindən işə buraxılmamış və hal-hazıradək ona heç bir əmək haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən ona ödənilməli olan əmək haqqı (##.##.2024-##.##.2025=16 ay*750=12.000) 12.000 manat təşkil edir. Hesab edir ki, ona ödənilməli olan 12.000 manat əmək haqqına hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla ona ödənilməlidir. Ona ödənilməli olan gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış faiz 25.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Miriyeva) iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdən iş yerinə getdiyini, lakin cavabdeh tərəfindən işə buraxılmadığını bildirsə də, göstərilən halı təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş fotoşəkillər və videogörüntülər cavabdeh tərəfindən iddiaçının işə buraxılmasına maneə yaradılması ilə bağlı hər hansı konkret halı özündə əks etdirmir. Belə ki, qapının qıfılla bağlı olduğunu əks etdirən videogörüntülər üzrə çəkilişin hansı tarixdə və hansı vaxtda aparıldığı (iş günü və ya qeyri-iş günü, iş saatı və ya qeyri-iş saatı olması) müəyyən edilmir və həmin görüntülərdən iddiaçının işə buraxılmaması faktını birmənalı qaydada müəyyən etmək mümkün olmur. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya ünvanlanmış yazılı bildirişlərdən görünür ki, iddiaçı dəfələrlə iş yerinə dəvət edilərək əmək funksiyalarının icrasına başlaması tələb olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən daşıyıcıda təqdim edilmiş müşahidə kameralarının görüntülərində tarix və vaxt göstəriciləri dəqiq əks olunmuş və həmin görüntülərin araşdırılması zamanı iddiaçının iş saatları ərzində iş yerinə gəlməsi müəyyən edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ##.##.2025–##.##.2025, ##.##.2025-##.##.2025 və ##.##.2025–##.##.2025-ci il tarixlərini əhatə edən xəstəlik vərəqələri ilə bağlı qeyd edilir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli dövrdə faktiki əmək fəaliyyəti ilə məşğul olmadığı müəyyən edildiyindən, həmin dövr üzrə onun məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancının mövcudluğu müəyyən edilmir və buna görə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması mümkün deyildir və belə olan halda müvafiq müavinətin hesablanması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir.
5. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 2,3, 12, 54, 154, 172-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə cavabdehə və X2 Xidmətinə müraciət edib ki, işə buraxılmır. Cavabdeh isə həm onu işə buraxmamış, həm də ona məktub göndərərək, işə çıxmağını tələb etmişdir. Bütün bunlar iş materialları ilə sübut olunsa da, məhkəmə buna əhəmiyyət verməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Əgər o həqiqətən də işə çıxmırdısa və əmək funksiyalarını yerinə yetirmirdisə, əmək qanunvericiliyinə əsasən işdən çıxarılmalı idi. Cavabdeh isə onu işə buraxmır, işdən çıxartmır və əmək haqqı da ödəmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## ###### 2022ci il tarixli qətnaməsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2021-ci il tarixli, ** saylı əmrinin ləğv olunması, ona məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəyə bərpa olunmağı, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 2000 (iki min) manat mənəvi zərərə görə pul tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. ##.##.2025-ci il tarixdə isə icra məmuru tərəfindən cavabdehin Abşeron rayonu, Məmmədli kəndində yerləşən anbarına işçi kimi təqdim edilib. Həmçinin, icra məmurunun məcburi tələblərinə əsasən, cavabdeh tərəfindən 2024-cü ilin iyun ayınadək əmək haqqı ödənilmişdir. Həmin tarixdən hər gün işə gedib, lakin cavabdeh tərəfindən işə buraxılmayıb və hal-hazıradək ona heç bir əmək haqqı ödənilməmişdir. Beləliklə, məhkəmə qətnaməsinə əsasən işə bərpa olunub, lakin işə buraxılmayıb. Cavabdeh həm onu işə buraxmamış, həm də yalandan bildirişlər göndərərək işə çıxmağını tələb etmişdir. Baxmayaraq ki, cavabdehə müraciətlər edib və bu barədə dəfələrlə X2 Xidmətinə müraciət edib ki, işə buraxılmır. Cavabdeh isə həm onu işə buraxmamış, həm də ona məktub göndərərək, işə çıxmağını tələb etmişdir. Bütüm bunlar iş materialları ilə sübut olunsa da, məhkəmə buna əhəmiyyət verməmiş, yalnız cavabdehin təqdim etdiyi sənədləri nəzərə alınmaqla, qanunsuz qətnamə qəbul etmişdir. Əgər o həqiqətən də işə çıxmırdısa və əmək funksiyalarını yerinə yetirmirdisə, əmək qanunvericiliyinə əsasən işdən çıxarılmalı idi. Cavabdeh isə onu işə buraxmır, işdən çıxartmır və əmək haqqı da ödəməmişdir. Məhkəməyə onun qərəzli olaraq işə buraxılmamağı bəlli olsa da, bunu nəzərə almamış və cavabdehin maraqlarını təmin etməkdən ötrü tərəfindən təqdim olunmuş sübutları deyil, cavabdehin oyunlar əsasında topladığı saxta sənədləri nəzərə almışdır. Tərəfindən işə buraxılmamağı, cavabdeh tərəfindən işə getməməyi barədə ona göndərdiyi bildirişlərə cavab verdiyi barədə sübutları məhkəməyə təqdim etsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır. İş materiallarına əlavə etdiyi fotoşəkillərlə bağlı məhkəmə qərəzli olaraq qeyd etmişdir ki, həmin fotoşəkillərdə tarix göstərilməmişdir, halbuki həmin şəkillərin telefon vasitəsilə çəkilməsi mübahisəsizdir və həmin telefona baxış keçirtməyi məhkəmədən xahiş etsə də, məhkəmə buna əhəmiyyət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş qeyri-mötəbər sübutları nəzərə almış, lakin onun tərəfimdən təqdim olunmuş mötəbər sübutları nəzərə almamışdır. Halbuki, işin hallarından açıq-aydın görünür ki, cavabdeh onu işə buraxmamış, işə buraxmadığı təqdirdə ona saxta bildirişlər göndərmişdir ki, guya o işə çıxmır. Baxmayaraq ki, o həmin bildirşləri cavablandırıb, bildirişi alandan sonra növbəti iş günü yenə işə çıxsa da, işə buraxılmayıb və qapı bağlı olub. Həmçinin, hər dəfə bu barədə X2 Xidmətinə müraciət edib. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, o əmək funksiyalarımı yerinə yetirməyib. Məhkəmə bu nəticəyə gələrkən, cavabdehlə aralarında olan əvvəlki mübahisələrin olması, cavabdehin hər dəfə onu əsassız olaraq işdən çıxartması, məhkəmə tərəfindən işə bərpa olunandan sonra əmək haqqının ödənilməməsi və cavabdehin hər dəfə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətlərə yol verməsi, hazırda eyni hərəkətlərə yol verməsi kimi iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı məhkəmə qərarının icrası qaydasında işə bərpa olunaraq icra məmuru N.İbişova ilə birlikdə ##.##.2025-ci il tarixdə Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən anbar sahəsinə gətirilib işəgötürənə təqdim edildikdən sonra bir gün də olsun işə gəlməmişdir. Bu faktı iddiaçı özü işə birinci instansiya məhkəməsində baxılarkən qəbul etmiş, bu faktı cavabdeh Cavabdeh MMC-nin guya ki, onu işə buraxmaması ilə əlaqələndirmişdir. Bu fakt həqiqəti əks etdirməməklə, tamamilə iftira və yalandır. Belə ki, cavabdeh MMC özü dəfələrlə iddiaçı İddiaçı çoxsaylı məktublar göndərmiş, onun işə gəlməsini tələb etmiş, əmək haqqı kartı sifariş verərək iş yerinə gəlmədiyinə görə iddiaçının ünvanına göndərmiş, hətta bir dəfə barəsində yazılı xəbərdarlıq da etmiş, bu barədə əmrin surətini iddiaçıya göndərmiş, sonuncu da bu məktubu almış, özünə məxsus tərzdə məktubu cavablandırmışdır. İddiaçının guya ki onun iş yerində əmək şəraitinin olmaması barədə göstərdikləri də həqiqətəuyğun deyil, bununla bağlı kifayət qədər sübutlar tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Əmək şəraitinin yaxşı olmamasını fərz olunsa belə (bu fakt öz təsdiqini tapmır), bu işçinin-iddiaçının öz əmək funksiyalarının icrasından imtina etməyə və onun iş yerinə gəlməməsinə əsas verə bilməz. Hətta, DƏMX tərəfindən cavabdeh MMC-yə göndərilmiş iddiaçının müraciəti tərəflərindən cavablandırılmış, faktla bağlı hər hansı araşdırma aparılmamışdır. DƏMX-nə cavabdeh MMC olaraq dəfələrlə müraciətlər etmişlər ki, iddiaçı İddiaçı iş yerinə gəlməsini, əmək funksiyalarının icrasını təmin etsin (bu barədə sübutlar birinci instansiya məhkəməsində təqdim olunmuşdur). Amma bütün bunların heç bir faydası olmamışdır. Digər tərəfdən, iddiaçı İddiaçı birinci instansiya məhkəməsindəki bütün iclaslarda şəxsən iştirak etmiş, amma bir dəfə də olsun gecikdirilmiş dövr üçün əmək haqqından ödənilməli olan faizlərin hesablanması ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti məhkəmədə irəli sürməmişdir. İddia tələbinin əsaslandığı hallara dair hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyinə görə də, birinci instansiya məhkəməsi də ekspertiza təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin videogörüntülərə və fotolara baxış keçirilmiş, hətta görüntülərdə gün, tarix və saatın əks olunmadığı cavabdeh olaraq tərəflərindən bildirilmişdir. Bu faktı iddiaçı İddiaçı hazırda təqdim etdiyi ##.##.2026-cı il tarixli vəsatətində də etiraf etmişdir. İddiaçı göstərmişdir ki: “Çünki, video disklərdə olan video və fotolar mobil telefonu vasitəsi ilə çəkilmiş və məhkəməyə təqdim olunması üçün diskə köçürülüb. Həmin görüntülərdə tarixin və saatın olmaması məhz buna görədir.” Göründüyü kimi, iddiaçı İddiaçı özü etiraf edir ki, məhkəməyə təqdim etdiyi video və foto materiallarda tarix və saat mövcud deyildir. Bu zaman, işə baxan birinci instansiya məhkəməsinin iddiaçı tərəfin təqdim etdiyi “tarix və zamanın” bəlli olmadığı sübuta necə istinad etsin? Əgər video və foto materialların hansı tarixdə, hansı şəraitdə çəkilməsi müəyyən deyilsə, həmin faktı təsdiq edən material necə sübut növü ola bilər? Bu fakt bir daha təsdiq edir ki, iddiaçı İddiaçı iddia tələbinin əsaslandığı hallar yalnız öz şəxsi mülahizələrindən, yalanlarından və həqiqətəuyğun olmayan məlumatlardan ibarətdir. Əksinə, onların tərəfindən anbar sahəsinə dair 8 ədəd müşahidə kameralarının bir ay boyunca görüntüləri, işçilərin işə davamiyyətini təsdiq edən tabellər işə baxan birinci instansiya məhkəməsinə təqdim edilmişdir ki, həmin sübutlardan iddiaçı İddiaçı bir gün də olsun işə gəlməməsi öz təsdiqini tapmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, işə bərpa olunmağına və dəfələrlə iş yerinə getməyinə baxmayaraq, cavabdeh müəssisə onu işə buraxmamışdır. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edir və ümumilikdə 111.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir.
10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının sonradan işə bərpa olunmağına və məcburi işburaxmaya görə bütün haqların, habelə hesablanmış faiz məbləğlərinin ödənilməsinə baxmayaraq, o, öz ərizəsi əsasında işdən azad olunmuşdu. Hazırda iddiaçının yenidən faiz məbləğləri tələb etməsi yolverilməzdir. İddia tələbi həqiqətə uyğun olmayan əsaslara söykənir və dolayısı ilə apellyasiya şikayəti də əsassızdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
11. İddiaçı İddiaçı məhkəmə kollegiyasının sonuncu – ## ### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında sədrlik edənin icazəsi ilə məhkəmə iclas zalını tərk etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 35. VI Bənd. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: .... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
Maddə 12 .1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; ...
Maddə 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Maddə 154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
3. İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.
Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. ...
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
18. İşin materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən Cavabdeh MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2021-ci il tarixli, ** saylı əmrin ləğv olunması, iddiaçı İddiaçı məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir.
19. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, iddiaçı İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022 ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli, ***/**** saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin ##.##.2021-ci iI tarixli, ** saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunaraq ##.##.2023-cü il tarixdən əmək funksiyalarının icrasına başlanması əmr edilmişdir.
21. İddiaçı hazırkı iddia tələbində Cavabdeh MMC-də işə başlamalı olduğu tarixdən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi və Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli, ***/**** saylı əmri icra edilmədiyi üçün və işə buraxılmadığı üçün ona ödənilməli olan əmək haqqının ödənilməsini xahiş etmişdir.
22. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilkin olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ödənilməli olan 12.000 manat əmək haqqının və ##.##.2024-cü il tarixdən başlayaraq, ##.##.2025-ci il tarixədək gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 25.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
23. Sonradan işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ödənilməli olan 15.000 manat əmək haqqının və ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2026-cı il tarixədək gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 96.000 manat, cəmi 111.000 manat və mediasiya xərci olaraq ödədiyi 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı işə birinci instansiya məhkəməsində baxılarkən tərtib edilən nə ## ###### 2026-cı il tarixli məhkəmə iclasının protokolunda, nə də qətnamədə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinə münasibət bildirilməmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə məhkəmə aktı qəbul edilmişdir.
25. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 385-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi icraata qəbul edilmiş, bu səbəbdən iddiaçının iddia tələbinin əsaslılığı həmin tələb nəzərə alınmaqla yoxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə onun işə başlamasına şərait yaradılmamış, bununla bağlı cavabdehin Abşeron rayonu, Məmmədli kəndində yerləşən anbarına getmiş olsa da, anbarın qapısı bağlı olduğu üçün əmək funksiyalarının yerinə yetirilməsi mümkün olmamışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun əmək funksiyalarının həyata keçirilməsinə şərait yaradılmadığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
30. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarının araşdırılması zamanı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı işə bərpa olunduğu ## ###### 2025-ci il tarixdən şirkətin intizam qaydalarının pozması ilə bağlı olaraq “Əmək intizamının pozulmasını nəzərə alaraq xəbərdarlıq verilməsi haqqında” *** nömrəli, ## #### 2025-ci il tarixli əmr qəbul edilmiş və iddiaçıya göndərilmişdir.
31. Bununla yanaşı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən anbar sahəsinə işə gələrək, əmək vəzifələrini və əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı 2025-ci ilin fevral ayından etibarən müxtəlif tarixli məktublar ünvanlanmışdır. Həmçinin, iddiaçı İddiaçı barəsində qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 müxtəlif tarixli məktublar ünvanlanmışdır.
32. İş materiallarının araşdırılması zamanı həmçinin müəyyən edilir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən 2025-ci ilin fevral – dekabr ayları üçün aktlar tərtib edilərək imzalarla təsdiq edilmişdir ki, cəmiyyətin baş mühəndis vəzifəsində çalışan İddiaçı ## ###### 2025-ci il tarixindən etibarən işə başlamaq üçün qeyd edilən anbar sahəsinə icra məmuru ilə birlikdə gəlmiş, lakin növbəti gündən etibarən İddiaçı həmin ərazidə və anbar sahəsində işləmək üçün gəldiyini görməyiblər. İddiaçı ## ###### 2025-ci il tarixdən sonrakı gündən etibarən əmək vəzifələrini və əmək funksiyalarını yerinə yetirmək üçün cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən anbar sahəsinə və onun ərazisinə gəlməmişdir.
33. Həmçinin, iş materiallarına təqdim edilmiş işçilərin davamiyyət cədvəlində İddiaçı imzalarının olduğu müəyyən edilmir.
34. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona əmək funksiyalarının həyata keçirilməsinə şərait yaradılmadığına istinad edərək əmək haqqının və gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. İddia tələbi təmin edilmədiyi üçün mediasiya xərci olaraq ödənilən 50 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilir və cavabdehdən tutulmasının əsası yoxdur.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 15.000 manat əmək haqqı və ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2026-cı il tarixədək gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 96.000 manat, cəmi 111.000 manat və mediasiya xərci olaraq ödədiyi 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 15.000 manat əmək haqqı və ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2026-cı il tarixədək gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 96.000 manat, cəmi 111.000 manat və mediasiya xərci olaraq ödədiyi 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov