Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1436/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı işi üzrə Açar sözlər: (“mənəvi zərərin ödənilməsi“) hakimlər X12, Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 100000 manat, hüquqi yardıma görə ödənilən 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17 manat 25 qəpik olmaqla, ümumilikdə 100317 manat 25 qəpik məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum Osmanov Natiq Asif oğlunun həyat yoldaşıdır. Onlar 2004-cü ildə nikaha daxil olmaqla evlənmişdirlər. ##.##.2011-ci ildə atası Məmmədov Nurəddinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı yaşayış massivi, Məmməd Namazov küçəsində yerləşən yaşayış evinə qonaq getmişdirlər. ##.##.2011-ci il gecə saat 01:00 radələrində evdə dəhşətli səs eşitmiş, zəlzələ olduğunu düşünüb bayıra qaçmışdırlar. Həyətə düşəndə hamam tərəfdə yanğın olduğunu, yoldaşının çox pis vəziyyətdə üstünə gəldiyini görmüşdür. Nə baş verdiyini soruşanda, “işığı yandıranda hamam partladı deyib, özündən gedərək yıxılmışdır. Natiq müalicə almasına baxmayaraq, ağır yanıq xəsarətləri aldığından ## ###### 2011-ci il tarixdə səhər saat 07:30 radələrində * saylı Şəhər Klinik Xəstəxanda əzablar içində dünyasını dəyişmişdir. Vəfat edənə qədər yanında olduğu hər gün iddiaçıya uzun bir il kimi gəlirdi. Onun yanmış bədəni gözünün qarşısından, zarımaları, iniltiləri qulaqlarından getmir. Bu hadisədən sonra həyatları tamamilə dəyişdi, mənəvi hüzuru pozulmuşdu. Həyat yoldaşının gözlənilməz itkisi iddiaçıya çox ağır təsir etmişdir. İddiaçı təkcə ömür-gün yoldaşını yox, uşağının atasını itirmişdir. Birgə nikahlarından Murad adlı övladları doğulmuşdur. Murad atasına çox bağlı idi, onu çox sevirdi. İddiaçının nə çəkdiyini anlamaq üçün bir anlıq atasının ölüm xəbərini uşağa necə izah etdiyini təsəvvür edilməlidir. Gəlməyəcəyini bilə-bilə hər dəfə müxtəlif bəhanələrlə atasının gələcəyini demək, nəhayət atasının gəlməyəcəyini öldüyünü bildirərkən uşağın necə çökdüyünü görmək qəlbini parça-parça etmişdir. Öz çəkdikləri bir tərəfə, övladının atasız böyüməsi, onun kiçik yaşda belə ağır travma alması davamlı ruhi sarsıntı yaşadır iddiaçıya. Başqa uşaqların ataları ilə parkda, küçədə oynadıqları zaman iddiaçının oğlunun onlara necə həsrətlə baxdığını görmək bir ananın yaşayacağı ən böyük əzablardan biridir. Atasının itkisi Muradın inkişafına, təlim-tərbiyəsinə ağır təsir göstərdi. İddiaçı o andan etibarən oğluna həm ata, həm ana olmuşdur. Əlindən gələni etsə də, atasızlığı ona hiss etdirməməyə çalışsa da, atasız və kimsəsiz kimi hiss etdiyini hər baxışında, hər davranışında hiss edir. Bu ağır və dözülməsi çətin bir faciə idi. Ailə başçısını itirməyi anlamaq üçün o hisləri yaşamaq lazımdı. İddiaçının keçirdiyi sarsıntılar çox dərin izlər buraxmışdır. Onlar sevib ailə həyatı qurmuşdurlar. Çox xoşbəxt ailələri var idi, lakin bu ailə xoşbəxtliyi çox uzun çəkmədi. Həyat yoldaşının ölümüylə xoşbəxtlik də, sevinc də bircə anda yox oldu. O gündən bəri iddiaçı bütün həyatını övladının inkişafına, tərbiyəsinə həsr etmişdir. Onun böyüyüb öz dövlətinə, millətinə layiqli övlad olması üçün əlindən gələni etməyə çalışmışdır. Bu çətin və ağrılı bir yol oldu. Çəkdiyi iztirablara görə vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ var. Dəymiş mənəvi zərərin həcmini müəyyən edərkən, mərhum həyat yoldaşını dərin məhəbbətlə sevən bir qadının, uşağını atasız böyüdən bir ananın keçirdiyi ağır mənəvi iztirablar, ruhi sarsıntılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə görə onlara dəymiş mənəvi ziyanın həcmi tam ödənilməlidir. Hadisəyə baxış zamanı müəyyən olunmuşdur ki, atasına məxsus olan evin qarşısında həmin evin çirkab sularının axdığı, quyunun yaxınlığından keçən və digər abonentlərə gedən diametri 40 mm olan qaz xəttinə vaxtında baxış keçirilmədiyindən boru paslanmış, boru qabıqlaşaraq qaz sızıntısı baş vermiş, həmin qaz sızıntısı çirkab suların toplanması üçün qazılmış torpağın altındakı quyuya, ordan isə kanalizasiya boruları vasitəsi ilə evin hamam otağına dolmuş, nəticədə partlayış baş vermişdir. Partlayışın səbəbi həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş, partlayışa səbəb kimi əlaqədar qurumların və onların vəzifəli şəxslərinin öz işlərinə laqeyd, etinasızca yanaşması müəyyən edilmişdir. Cinayətin törədilməsində təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qanuna müvafiq şəkildə addımlar atılmış, istinaq və məhkəmə orqanları tərəfindən qanuni tədbirlər görülmüşdür. Belə ki, Məmmədov Hümbət Dursun oğluna Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, O Cavabdeh İstehsalat Birliyinin Xəzər Qaz İstismar Sahəsinin * saylı yaşayış yerlərinə nəzarət xidmətinin ustası vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs olmaqla, işə laqeyid münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan iddiaçının həyat yoldaşının ölümünə səbəb olmuşdur. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki, Hümbət Məmmədov vəzifədə işləyəkən Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.30, 9.31 bəndlərinin “ Yaşayış evlərində və istismar binalarında daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın” 1.8, 2.3 bəndlərinin, “Xəzər Qaz İstismar Sahəsinin Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatının 2.5, 2.9, 4.1, 4.6-cı bəndlərinin tələblərini pozaraq səhlənkarlıq etmişdir. Ona qarşı irəli sürülən ittiham cinayət işinə əlavə edilmiş sənədlər və digər sübutlarla təsdiq edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2011-ci il tarixli hökmünə əsasən Məmmədov Hümbət Dursun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi hadisə cavabdehin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz, hüquqazidd, təqsirli hərəkətləri hadisə nəticəsində iddiaçıya ağır mənəvi ziyan dəymişdir. Bu hadisə nəticəsində bu günədək yaşadığı stress, əzab, əziyyətlər, sarsıntı, iztirablar ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.
2. Cavabdeh tərəfindən etiraz təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, hazırki iddia üzrə iddiaçı İddiaçı vəfat etmiş həyat yoldaşı Osmanov Natiq Asif oğlunun həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşsaq Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu, həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2018-ci il tarixli 1nömrəli Fərmanına əsasən 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11000 (on bir min) manat məbləğində müəyyənləşdirilib. Təbiidir ki, ölüm hallarını müqayisə etdikdə, Dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan Vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır. Və bunun üçün Dövlətin ayırdığı sosial yardım 11 000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Yuxarıda iki bənddə göstərilənləri əsas tutub deyə bilərik ki, iddiaçı İddiaçı həyat yoldaşını itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 1000 000 manat həcmində dəyərləndirməsi Vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün Dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPMnin 284-5.2-ci müvafiq olaraq və MPM-nin 154-cü maddəsini rəhbər tutaraq, iddiaçı İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz edir və iddianın təmin edilməməsi, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X2 və Osmanova (Məmmədova) Əfsanə Nurəddin qızı arasında ## ### 2004-cü il tarixdə *** nömrəli akt qeydi tərtib olunmuşdur; - Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2011-ci il tarixli hökmünə əsasən Məmmədov Hümbət Dursun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, Məmmədov Hümbət Dursun oğlu xidməti vəzifəsini yerinə yetirərkən səhlənkarlıq edərək ehtiyatsızlıqdan Osmanov Natiq Asif oğlunun ölümünə səbəb olmuşdur. Belə ki, Məmədov Hümbət Dursun oğlu Cavabdeh İstehsalat Birliyinin Xəzər Qaz İstismarı Sahəsinin 20.05.20I0-cu il tarixli əmrinə əsasən həmin tarixdən Xəzər Qaz İstismarı Sahəsinin * saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləmişdir.Həmin vəzifədə işləyərkən «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.30, 9.31 bəndələrinin,«Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın» 1.8. 2.3. bəndlərinin,«Xəzər Qaz İstisamır Sahəsinin Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı»nın 2.5,2.9.,4.1.,4.6.-cı bəndlərinin tələblərini pozaraq səhlənkarlıq etmişdir.Yəni vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Məməd Namazov küçəsində yerləşən X8 məxsus olan evin qarşısında həmin evin çirkab sularının axıldığı quyunun yaxınlığından keçərək digər abonentlərin evlərinə gedən diametir 40 mm olan qaz xəttinə onun tərəfindən vaxtında baxış keçirtməmişdir. Həmin qaz borusunun qabıqlanan şəkildə paslanması səbəbindən qaz sızıb tullantı sular üçün tikilmiş torpağın altındakı quyuya, oradan isə üzü yuxarı mailliklə aparılmış kanalizasiya xətti ilə Nurəddin Məmmədovun evinin hamam otağındakı trap vasitəsilə hamam otağına dolmuşdur. ##.##.2011-ci il tarixdə Osmanov Natiq Asif oğlu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi. Albalılıq yaşayıy massivi, Məmməd Namazov küçəsindəki yeni yaşayış sahəsində yerləşən qaynatası Nurəddin Məmmədovun hamam otağında işığı yandırarkən partlayış baş verməsi nəticəsində bədən xəsarətləri almışdır. N.A.Osmanov baş vermiş yanıq intoksikasiyasından ölmüşdür. Bununla da təqsirləndirilən şəxs H.D.Məmmədov Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2011-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır; - Ölüm haqqında şəhadətnamənin sürətinə əsasən, X2 ##.##.2011ci il tarixdə yanıq intoksikasiyası nəticəsində vəfat etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İstehsalat Birliyindən dəymiş mənəvi zərərin əvəzi olaraq 11000 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı İddiaçı ödənilməsi,iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 317.25 manat pul vəsaitinin 10%, yəni 31.25 manatın cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi, qalan 90%, yəni 286 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1099; Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli 7№li qərara; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh İstehsalat Birliyinin əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının ərinin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyinin əməkdaşının Cavabdeh İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunduğundan, bu məhkəmə üçün məcburidir. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının ərinin ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, faciənin baş verdiyi müddətdən xeyli vaxt keçdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 11000 manat məbləğində dəymiş mənəvi ziyanın iddiaçı İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsini təmin olunmayan hissədə ləğv edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual 13.7, 121.1, 217, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, partlayışın səbəbi həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş, partlayışa səbəb kimi əlaqədar qurumların və onların vəzifəli şəxslərinin öz işlərinə laqeyd, etinasızca yanaşması müəyyən edilmişdir. Cinayətin törədilməsində təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qanuna müvafiq şəkildə addımlar atılmış, istinaq və məhkəmə orqanları tərəfindən qanuni tədbirlər görülmüşdür. Belə ki, Məmmədov Hümbət Dursun oğluna Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, O Cavabdeh İstehsalat Birliyinin Xəzər Qaz İstismar Sahəsinin * saylı yaşayış yerlərinə nəzarət xidmətinin ustası vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs olmaqla, işə laqeyid münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan mənim həyat yoldaşımın ölümünə səbəb olmuşdur. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki, Hümbət Məmmədov vəzifədə işləyəkən Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.30, 9.31 bəndlərinin “ Yaşayış evlərində və istismar binalarında daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın” 1.8, 2.3 bəndlərinin, “Xəzər Qaz İstismar Sahəsinin Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatının 2.5, 2.9, 4.1, 4.6-cı bəndlərinin tələblərini pozaraq səhlənkarlıq etmişdir. Ona qarşı irəli sürülən ittiham cinayət işinə əlavə edilmiş sənədlər və digər sübutlarla təsdiq edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2011-ci il tarixli hökmünə əsasən Məmmədov Hümbət Dursun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi hadisə cavabdehin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz, hüquqazidd, təqsirli hərəkətləri hadisə nəticəsində ona ağır mənəvi ziyan dəymişdir. Bu hadisə nəticəsində bu günədək yaşadığı stress, əzab, əziyyətlər, sarsıntı, iztirablar ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. İbtidai istintaq zamanı o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayəti törətmiş şəxs azadlıqdan məhrum edilsə də, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Qeyd olunan normada Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan iddianı 11000 manat, ödənilmiş hüquqi yardım haqqının əvəzini 31,25 manat məbləğində tutulmasını qeyd etmişdir. Məhkəmə iddiaçının keçirdiyi sarsıntı və iztirabın dərinliyini yetərincə nəzərə almayıb, iddia tələbinə qeyri-mütənasib, az (cüzi) kompensasiya təyin edərək normanın tələblərini pozmuşdur. Məhkəmə nə qadın olmağını , nə ailəsinin başçısı olan həyat yoldaşının gözünün önündə faciəvi şəkildə ölməsi, nə ana olmağı, nə övladını minbir əzab-əziyyətlə təkbaşına böyütməyi , nə həyat yoldaşı ilə aralarındakı bağlılıq və şəfqətlə bağlı, nə cavabdehin əmlak vəziyyəti ilə bağlı nəinki bir cümlə, bir söz belə yazmamışdır. Tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş çıxarışdan görünür ki, cavabdehin 1.728.299.526,55 milyon manatlıq əmlakı var. Məhkəmə cavabdehin milyardlarla əmlakı olduğu halda, qətnamədə mənəvi zərərin əvəzi olaraq nə üçün məhz 11000 manat pulun tutulması əsaslandırılmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən mənəvi zərərə görə iddiaçıya təyin edilən kompensasiyanın həcminin kifayət qədər əsaslandırılmaması iddiaçıya qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Çox təəssüf ki, qadın olsa da 29 yaşından dul qalan, gəncliyini yas içində keçirən, övladını əzab-əziyyətlə tək böyüdən bir ananın, əzizini, evinin dirəyini, ailə başçısını itirmiş bir qadının yaşadığı əzab, əziyyət, iztirabları görməzdən gələn hakimin ədalətsizliyinə məruz qaldı. Məhkəmə qeyd etdiyi məsələlərə ümumiyyətlə toxunmamışdır. Gənc bir qadın üçün həyat yoldaşının vəfat etməsinin yaşatdığı ruhi sarsıntının ağırlığını nə demək olduğunu bilirsinizmi? Bu, faciəvi şəkildə, yəni partlayışdan yanan, aldığı xəsarətlərdən inildəyərək gözünün önündə həyat yoldaşının can verməsini dəhşətlə görən qadın üçün dünyasının yıxılması, psixoloji ağrı və əzab, bitməyən iztirab deməkdir. O vaxtdan sonra iddiaçının yaşama sevinci azalmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, faciənin baş verdiyi müddətdən xeyli vaxt keçib. Bu cümlənin yazılması tamamilə yanlış bir fikirdir. Həyat yoldaşımın faciəvi çəkildə ölməsindən sonra hər gün yaşadığı qeyri-müəyyənlik, məyusluq, iztirablarını, əzablarını, sarsıntılarını daha da artırır. Kimsə düşünürsə ki, 7 il birlikdə yaşadığın həyat yoldaşının ölümünün yaşatdıqları unudulan bir şeydir, yanılır. Hadisədən nə qədər keçsə də, sarsıntı, məyusluq, əzab və iztirablar unudulmur, əksinə daha da ağırlaşır. Cavabdehin işçisinin təqsiri üzündən toy, bayram və el şənliklərində iştirakdan məhrum olduğundan mənəvi hüzuru pozulmuşdur. Məhkəmə iddianı tam təmin etmək əvəzinə, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyinə əməl etməmişdir. Qeyd olunan normada məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almalı olduğu halda qətnamədə, ödənilmiş hüquqi yardım haqqının əvəzini 31,25 manat məbləğində tutulmasını qeyd etmişdir. O, hüquqi yardıma görə 300 manat ödəmişsə 31,25 manat niyə tutulmalıdır? Məhkəmə bunu hansı məntiqlə müəyyən edib? 300 manat 30000 manat deyil, ən aşağı həddə bağlanan müqavilə qiymətidir. Hüquqi yardıma görə ödənən məbləğ dövlət rüsumu deyil ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulsun. Qeyd olunan norma da məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə qətnaməsi pozulmuş hüquqların ədalətli bərpa olunmasına xidmət etməlidir. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Əks təqdirdə iddiaçıya ədalətsizlik etmiş olur. Belə ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.. Yuxarıda şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll etmişdir. Apellyasiya instansiyası icraatı zamanı müəyyən edilən hallar
6. İddiaçı X10 cavabdeh Cavabdeh İB qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(3-6)-325/2026-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh Cavabdeh İstehsalat Birliyindən dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat, ödənilmiş hüquqi yardım haqqının əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,50 (yüz əlli yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq X10 ödənilməsi qət edilmişdir.
7. Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X5 ## ##### 2005-ci ildə doğulmuşdur, atası X2, anası Osmanova Əfsanə Nurəddin qızıdır.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarında qeyd edilmişdir: 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. 7.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər. 7.9. Zərərçəkənin şəxsiyyəti ilə bağlı göstəricilərə hissetmə qabiliyyəti, fiziki və psixi dözümlülüyü, yaşı, cinsi, şəxsi nüfuzu; həyat tərzi ilə bağlı göstəricilərə yaşam səviyyəsi, maddi vəziyyəti; davranışı ilə bağlı göstəricilərə isə hadisəyədək, hadisə zamanı, habelə hadisədən sonrakı hərəkətləri (hərəkətsizliyi) aid edilir.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair ## ##### 2020-ci il tarixli qərarı: 2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. 3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. 4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrıayrılıqda da müəyyən edilə bilər.
15. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh İstehsalat Birliyinin əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının ərinin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyinin əməkdaşlarının “Azəriqaz İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 11000 manat miqdarında mənəvi zərərin əvəzi işin hallarına tam uyğun deyildir. Yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarında deyilir ki, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir (7.2). Məhkəmə kollegiyası iddiaçının ərinin faciəvi şəkildə vəfat etməsini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulması daha ədalətli məbləğdir. Belə ki, mənəvi zərərin məbləği ilk növbədə bu zərərə məruz qalmış şəxsin özü tərəfindən səciyyələndirilən halların qiymətləndirilməsi ilə bağlıdır ki, burada zaman keçdikcə iddiaçının (ananın) tək qalaraq övladını tək ərsəyə çatdırması və ağır mənəvi zərbə ilə nəticələnən anların yaddaşda gündəlik mənəvi yük olmasını istisna etmir. Birinci instansiya məhkəməsi tutulan məbləğin əsaslandırmasını işin faktiki halları, mülki işdə olan sübutlar, faciənin baş verdiyi müddətdən xeyli vaxt keçməsi, ədalətlilik və tərəflərin mənafelərinə uyğunluq ilə qiymətləndirməyə cəhd etsə də, bu meyarlar və kriteriyaları əsaslandırmamış və şəxsin daxili aləmində həyəcan, itki, uşağını tək böyüdən ananın şuurunda sarsıntının daimi mənfi səciyyəsini və sair mənəvi kateqoriyaya aid xüsusatları nəzərə almamışdır. Qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müvafiq cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
17. Əlavə olaraq iş materillarından görünür ki, iddiaçı hüquqi yadım xidmətinə görə 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17 manat 25 qəpik pul ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən hüquqi yadım xidmətinə görə ödədiyi 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17 manat 25 qəpik, cəmi 317,25 manat pul məbləği ağlabatan məbləğ hesab olunmaqla tam olaraq cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, hər bir halda bu iddianın verilməsində cavabdehin mülki məsuliyyəti istisna edilmir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh İstehsalat Birliyindən dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat, ödənilmiş hüquqi yardım haqqının əvəzi olaraq 317.25 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İstehsalat Birliyindən dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat, hüquqi yardıma görə ödənilmiş 317.25 (üç yüz on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 20317.25 (iyirmi min üç yüz on yeddi manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektoron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.