Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1437/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“aliment”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşayış dövründə doğulan ##.##.2022-ci il təvəllüdlü X3 üçün aliment məbləğinin müəyyən olunaraq cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçı arasında Nizami rayon qeydiyyat şöbəsində ##.##.2011-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1553 nömrə ilə qeyd edilmiş nikah Xətai Rayon Məhkəməsinin ##.##.2017-ci tarixli *(***)-****/** nömrəli Qərarı ilə pozulmuşdur. Qərar əsasında AZ-İ № ****** nömrəli X11 Şəhadətnamə verilmişdir (ərizəyə qoşma olunur). Xətai Rayon Məhkəməsinin ##.##.2017 ci tarixli *(***)-****/** nömrəli Qərarına əsasən nikah pozulduqdan sonra ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün ##.##.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 200 manat (cəmi 400 manat) sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qərarlaşdırılmışdır. Həmçinin sözügedən Qərar ilə ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 anasının (yəni iddiaçının) yanında qalması müəyyənləşdirilmişdir. Bundan sonra cavabdehlə 2019-cu ilin noyabr ayına qədər münasibətlər bitmiş, ayrı ayrılıqda yaşamışdırlar. Cavabdeh həmin tarixə qədər aliment ödənişlərini icra etmişdir. Lakin 2019-cu ilin noyabr ayından etibarən cavabdeh yenidən iddiaçı ilə ünsiyyət qurmuş, münasibətləri bərpa etmək və yenidən birgə yaşamaq barədə danışıqlar aparmışdır. Həmin ilin (yəni 2019-cu ilin) noyabr ayından etibarən cavabdeh aliment ödənişini dayandırmışdır. Bundan sonra 2021-ci ilin ilk ayından etibarən münasibətlər bərpa olunmuş və yenidən birlikdə yaşamağa başlamışdırlar. Birgə yaşamağa başladıqları dövrdə yenidən rəsmi nikaha daxil olmağa dair hər hansı sənədləşmə olmamışdır. Birgə yaşayış dövrü 2025-ci ilin sentyabr ayına qədər davam etmişdir. Birgə yaşadıqları dövrdə cavabdeh tərəfindən hər hansı aliment ödənişi icra edilməmiş, uşaqların baxılma xərcləri daha çox iddiaçı tərəfdən olmaqla, bəzən isə cavabdeh tərəfdən ödəmələr olmaqla ortaq qarşılanmışdır. Birgə yaşayış dövründə, yəni ##.##.2022-ci il tarixində üçüncü övladı X3 dünyaya gəlmişdir (elektron doğum şəhadətnaməsinin skan surəti əlavə olunur). Birgə yaşamaqlarına baxmayaraq aralarındakı münasibətlər 2025-ci ilin iyul ayından yenidən pisləşməyə başlamış, eks həyat yoldaş və ailəsi onu hal-hazırda yaşadıqları evdən çıxarmaqla təhdid etmişdir. Hal-hazırda mövcud olan şərtlər çərçivəsində eks həyat yoldaş və onun ailəsi ilə birlikdə yaşamaq və münasibətləri davam etdirmək qeyri-mümkün olmuşdur.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 500 manat aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasının qismən təmin olunması, cavabdeh Cavabdeh ## ###### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı ödənilməsi, alimentin tutulması ## ###### 2025-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Uşaq hüquqları haqqında” Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 85.1.1, 100.2; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarına; “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024 cü il tarixli ** nömrəli Qərarına; Azərbaycan Respublikası Prezidentinin Minimum Əməkhaqqı ilə bağlı Sərəncamına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 234.2.1; Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alimentin məbləğinin müəyyən edilməsini məhkəmənin öhdəsinə buraxmış, cavabdehin qazancı ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, 2026-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Cavabdeh ## ###### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ## ###### 2025-ci il tarixdən hər ay 260 manat məbləği indeksləşdirilməklə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment iddiaçı İddiaçı xeyrinə tutulmalıdır.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında ##.##.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1553 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və Cavabdeh ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ##.##.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir; - Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli X11 şəhadətnamənin surətinə əsasən, Cavabdeh və İddiaçı arasında ## #### 2018-ci il tarixdə *** nömrəli akt qeydi tərtib olunmuşdur; - * saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında elektron şəhadətnamənin surətinə əsasən, X3 ## ###### 2022-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; - Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1AZ-III seriyalı ****** nömrəli doğum haqqında elektron şəhadətnamənin surətinə əsasən, X2 ## ###### 2013-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; - Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1AZ-II seriyalı ****** nömrəli doğum haqqında elektron şəhadətnamənin surətinə əsasən, X1 ## ###### 2012-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilməsini, ##.##.2022-ci il təvəlüdlü X3 üçün cavabdehdən tutulan aliment məbləğinin ayda minimum həddi 500 manat olaraq müəyyən edilməsini, aliment məbləğinin cavabdehin real gəlirləri və iqtisadi imkanları, habelə uşağın xüsusi sağlamlıq və baxım ehtiyacları nəzərə alınmaqla hesablanmasını, cavabdehin gəlirlərinin müəyyən edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə ##.##.2022-ci il təvəlüdlü X3 üçün cavabdehdən hər ay 260 manat (minimum əmək haqqının 0,65 misli) məbləğində aliment tutulması qərara alınmışdır. Iddiaçı olaraq bu qətnamə ilə qismən razı deyil, çünki müəyyən edilmiş aliment məbləği uşağın real ehtiyaclarını, sağlamlıq vəziyyətini və cavabdehin faktiki maddi imkanlarını əks etdirmir. Aliment tələb edilən uşaq qan xəstəliyindən əziyyət çəkir. Bu isə mütəmadi tibbi nəzarət, dərman preparatları, əlavə baxım və xüsusi qidalanma xərcləri deməkdir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən nə araşdırılmış, nə də aliment məbləği müəyyən edilərkən nəzərə alınmışdır. 260 manat məbləğ uşağın sağlamlıqla bağlı minimum ehtiyaclarını belə ödəmir. Bundan əlavə Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, «Məhkəmə iclasında barədə iddiaçı İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.” Birinci instansiya məhkəməsi tərəfindən yol verilən bu aşkar qanunsuzluğa xüsusi diqqət çəkmək istədiyi üçün hadisənin faktiki baş vermə halını burada qeyd edir. Belə ki, məhkəmə iclasının keçirildiyi tarixdə, yəni ##.##.2026-cı il tarixində onun Xətai Rayon Məhkəməsində, Hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iş üzrə e-*(***)-****/**** saylı iş üzrə digər iclasda da iştirak etməli idi və iştirak etdi. Daha sonra hakim Ilahə Abbasovanın sədrliyi ilə keçiriləcək iclasla bağlı ona qəbz verilmişdi və həmin saatda keçirilməli iclasın vaxtına daha çox olduğundan 2 saat gözlədi. Məhkəmə iclası üçün yaxınlaşdıqda isə ona artıq iclasın baş tutduğunu bildirdilər. O, əlindəki qəbzi həmin xanıma göstərərək bayaqdan gözlədiyini, onsuz iclasın necə baş tuta biləcəyini bildirdikdə isə, “verin baxım” deyərək qəbzi ondan aldı və geri qaytarmadı. Qeyd etdiyi bütün hallar məhkəmə binasında baş tutduğundan doğruluğu məhkəmənin həmin tarixə olan video kameralarından təsdiq edilə bilər. Bundan sonra şəxsi kabinetə yüklənilmiş Qətnamədə “məlumat verilməyinə rəğmən mənim prosesdə iştirak etmədiyimə” dair məlumatı gördükdə dəhşətə gəldi. Görünən odur ki, onun prosesdə iştirakı məqsədli şəkildə əngəllənmişdir. Nəzərə alaraq ki, Məhkəmənin uşaqların hüquqlarını qorumaqda xüsusi diqqəti olmalı idi, belə olan halda Məhkəmənin iddiaçı olaraq çıxışı olmayan məlumatları əldə edə bilməməyini əsas gətirərək cavabdehin qazancı barədə cavabdehdən hər hansı məlumat tələb etməməsi, cavabdehin şifahi məlumatı əsasında onun işsiz olmasına qənaət gətirməsi ilə qətiyyən razılaşmaq mümkün deyil. Məndə olan məlumata əsasən Cavabdeh Cavabdeh 2004905782nömrəli VÖEN altında fəaliyyət göstərir və Məhkəmə Cavabdehin həmin VÖEN altında göstərdiyi fəaliyyətdən daxil olan gəlirlərini müəyyən etməmişdir. Sözügedən Məcəllədə alimentin tutulması üçün “qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin” anlayışından istifadə etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin başqa gəlirlərini müəyyən edə biləcəyi halda müəyyən etməmiş, uşağın hüquq və mənafelərini pozmuşdur. “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.” Belə ki, Birinci instansiya məhkəməsi Cavabdehin adına VÖEN olmasını, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, faktiki gəlir əldə etmək imkanlarını nəzərə almamış, bu barədə heç bir sorğu və araşdırma aparmamışdır. Məhkəmə aliment məbləğini faktiki olaraq yalnız minimum yaşayış göstəricilərinə əsaslanaraq müəyyən etmişdir ki, bu da Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə prosesi məqsədli şəkildə onun iştirakı əngəllənərək keçirilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməsi prinsipi kobud qaydada pozulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh işsizdir və ona görə də aliment məbləğini 260 AZN olaraq müəyyən etmişdir. Lakin məhkəmə cavabdeh Cavabdeh ********** nömrəli VÖEN altında vergi qeydiyyatında olduğunu, cavabdehin həmin VÖEN altında fəaliyyətindən daxil olan gəlirlərini və ya digər gəlirlərini araşdırmamış, alimentin müəyyən olunmasında nöqsana yol verərək uşağın hüquq və mənafelərini pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, uşağın talassemiya xəstəliyinin olduğunu, bu səbəbdən də əlavə xərclərinin olduğunu, cavabdehin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu, sistemdə işsiz kimi qeyd edilsə də, onun əlavə qazanc yerlərinin olduğunu, VÖEN-nin olduğunu, digər tərəfdən sonuncu məhkəmə iclasında onun iştirakının təmin olunmadığını qeyd etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 22.2-ci maddəsinə əsasən, bu məcəllənin 22.1-ci maddədə göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, yaxud mövcud saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanma zamanı aşağıdakıları müəyyən etməlidir: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən aliment tələb etmiş, lakin əlavə xərclərlə bağlı mövqeyini əks etdirməmişdir. Digər tərəfdən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh aylıq əmək haqqısı 400 manat təşkil edir və onun əlavə gəlirləri ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən halları nəzərə alaraq birinci instansiya məhkəməsi ədalətli mövqe sərgiləmiş və aliment məbləğini yaşayış minimumundan az olmayan məbləğdə təyin etmişdir. Iddiaçının məhkəmə kollegiyasına verdiyi izahatında qeyd etdiyi digər məsələlərə, yəni uşağın xəstəliyi və əlavə xərcləri ilə bağlı arqumentinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı əlavə xərclərinin olması ilə bağlı iddia ərizəsində hər hansı qeyd etməmiş, əlavə xərclərdə cavabdehin iştirakının təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Prosessual qanunvericilik yalnız tələb həddində işə baxılmasını və apellyasiya icraatı zamanı baxış predmeti olmayan tələbdən kənar baxılmanın yolverilməzliyini müəyyən edir. Hazırda da yeni tələblərin və ya iddia tələblərindən kənar məsələlərə qiymət verilməsi üçün iddiaçı həmin tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və qanunda göstərilən müstəsna hallar mövcud deyildir. Iddiaçıya izah edilir ki, əlavə xərclərə cavabdehin cəlb olunması ilə bağlı iddiaçının məhkəməyə ayrıca iddia tələbi ilə müraciət etmək hüququ vardır.
13. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinə əsasən,hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə müəyyən edilən və mübahisələndirilən məbləğ (iddianın qiyməti) illik hesablandıqda beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti mümkünlüyü qanunla istisna edilir.
14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.