Məhkəmə qərarları › İş №e-2(3-6)-1503/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1503/2026

04.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1503/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(5-94) ***/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ## ###### 2007-ci il tarixində İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən alimentin və əlavə xərclərin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 260 manat və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 295 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə cavabdehdən tutulması, ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 aylıq 240 manat təşkil edən əlavə xərci 50% həcmində (120 manat məbləğin) iddiaçının xeyrinə cavabdehdən tutulması, ##.##.2008-ci il təvəllüdlü X1 aylıq 660 manat təşkil etmiş əvvəl ödənilmiş (2025ci ilin sentyabr-dekabr aylarında faktiki çəkilmiş) əlavə xərclərinin 50% həcmində (330 manat məbləğin) iddiaçının xeyrinə cavabdehdən tutulması, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə ödənilmiş 650 manat məbləğində vəkil xidmət haqqı, 60 manat məbləğində mediasiya xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2007-ci il tarixində İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətlər normal olsa da, sonradan münasibətlər pozulmuşdur. Belə ki, cavabdeh ailəsi ilə birgə yaşasa da, övladları ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 daha yüksək yaşam şəraiti ilə təmin olunmasına və maddi ehtiyaclarının hərtərəfli qarşılanmasına dəstək göstərmir, onların məktəb dərsləri ilə maraqlanmır (onların əlavə təhsilində maddi dəstək göstərmir, ümumiyyətlə övladlarının yemək məhsulları ilə təmin edilməsində də yetərincə iştirak etmir). Onu da qeyd edir ki, X1 ali təhsil müəssisəsinə qəbul üçün imtahana hazırlaşır. Buna görə də azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən hazırlıq keçir (aylıq ödənişlər: ingilis dili-50 manat, riyaziyyat-50 manat, azərbaycan dili-50 manat, bununla bağlı müvafiq sənədlərin surətləri iddia ərizəsinə əlavə olunur). X2 isə 7-ci sinif şagirdidir, azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən hazırlıq keçir (aylıq ödənişlər: ingilis dili-70 manat (fərdi müəllimlə repitorla məşğul olur), riyaziyyat-45 manat, azərbaycan dili-45 manat, bununla bağlı müvafiq sənədin surəti iddia ərizəsinə əlavə olunur). Qeyd olunan yeniyetmələrin dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəməklə bağlı barışıq əldə olunmasına cəhd göstərilsə də, bu barədə tərəflər arasında barışıq əldə olunmamışdır. Hal-hazırda iddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X3 118a, mənzil 54 (M10, yeni tikili) ünvanında yaşayır, (cavabdeh şəxs gün ərzində ümumiyyətlə iddiaçının, övladlarının yanında olmur) və övladlar X1 və X2 daha yaxşı yaşam şəraiti ilə təmin olunması və maddi ehtiyaclarının hərtərəfli qarşılanması üçün iddiaçının xeyrinə cavabdehdən ##.##.2008-ci il təvəllüdlü X1 üçün hər ay 260 manat və ##.##.2013-cü il təvəllüdlü X2 üçün hər ay 295 manat sabit pul məbləğində aliment və aylıq 240 manat təşkil edən əlavə xərclərin 50%-i (X2 üçün 45 azn, X1 75 azn həcmində əlavə xərclər) tutulmalıdır. Həmçinin, ##.##.2008-ci il təvəllüdlü X1 aylıq 660 manat təşkil etmiş əvvəl ödənilmiş (2025-ci ilin sentyabr-dekabr aylarında faktiki çəkilmiş) əlavə xərclərinin 50%-nin (330 azn məbləğin) iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(5-94) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulması müddətinin ##.##.2026-ci il tarixdən müəyyən edilməsi, qətnamə aliment hissəsində dərhal icra olunması, hüquqi yardımın alınması üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, 30 (otuz) manat mediasiya üçün ödənilmiş pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, cavabdeh üçün Cavabdeh 51.20 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının övladlarının ali təhsil müəssisəsinə hazırlıqları üçün əlavə xərclər tələb etməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yollatərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment öhdəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olub-olmaması qeyri-müəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-**(*-**)-**/**** saylı qərardadı ilə ##.##.2026-ci il tarixdən başlayaraq ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 üçün sonraki artımlar nəzərə alınaraq, hər ay, hər uşaq üçün Cavabdeh ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, uşaqların saxlanması üçün alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni ##.##.2026-ci il tarixdən başlanılmalıdır. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 260x12=3.120 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 51,20 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 51.20 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, hüquqi yardımın alınması üçün ödənilmiş 325 manat və mediasiya sessiyası üçün ödənilmiş 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi, ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 aylıq 240 manat təşkil edən əlavə xərci 50% həcmində (120 manat məbləğin), ##.##.2008-ci il təvəllüdlü X1 aylıq 660 manat təşkil etmiş əvvəl ödənilmiş (2025-ci ilin sentyabr-dekabr aylarında faktiki çəkilmiş) əlavə xərclərinin 50% həcmində (330 manat məbləğin), ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə ödənilmiş 650 manat məbləğində vəkil xidmət haqqının tam həcmdə onun xeyrinə cavabdehdən tutulması, apelyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, X1 ali təhsil müəssisəsinə qəbul üçün imtahana hazırlaşır. Buna görə də azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən hazırlıq keçir (aylıq ödənişlər: ingilis dili-50 manat, riyaziyyat-50 manat, azərbaycan dili-50 manat, bununla bağlı müvafiq sənədin surətləri iş materiallarına əlavə edilmişdir). Həmçinin X2 isə 7-ci sinif şagirdidir, azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən hazırlıq keçir (aylıq ödənişlər: ingilis dili-70 manat fərdi müəllimlə-repitorla məşğul olur), riyaziyyat-45 manat, azərbaycan dili-45 manat, bununla bağlı müvafiq sənədin surəti iş materiallarına əlavə edilmişdir). Övladlarının dolanacaq xərclərindən başqa, həqiqətən də əlavə xərclərlə bağlı ödənişlərinin edilməsi cavabdeh Cavabdeh tərəfindən də təsdiq edilmişdir. Hal-hazırda övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X3 118a, mənzil 54 (M10, yeni tikili) ünvanında yaşayır, (cavabdeh şəxs gün ərzində ümumiyyətlə övladlarının yanında olmur, onların qayğı və ehtiyaclarının təmin olunmasında iştirak etmir) və övladları X1 və Cavabdeh oğlunun daha yaxşı yaşam şəraiti ilə təmin olunması və maddi ehtiyaclarının hərtərəfli qarşılanması üçün onun xeyrinə aliment ödənişindən başqa aylıq 240 manat təşkil edən əlavə xərclərin 50%-i (X2 üçün 45 azn, X1 75 azn həcmində xərclər) tutulmalıdır. Həmçinin, ##.##.2008-ci il təvəllüdlü X1 aylıq 660 manat təşkil etmiş faktiki çəkilmiş əvvəl ödənilmiş (2025-ci ilin sentyabr-dekabr aylarında çəkilmiş) əlavə xərclərin 50%-i də (330 azn məbləğin) onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd edir ki, ədalət mühakiməsi həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə (vəkillərə etdikləri kömək üçün ödənilən xərclərə görə) tərəfindən 650 (altı yüz əlli) manat məbləğində hüquqi yardım xidmət haqqı da cavabdehdən tutulmalıdır (hüquqi xidmətlə bağlı müqavilənin, qəbzin surətləri iş materiallarına əlavə edilmişdir). Təkrarən qeyd edir ki, cavabdeh şəxs övladlarının maddi ehtiyaclarının qarşılanması istiqamətində üzərinə düşən valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirmir (əlavə təhsillərinin maliyyələşdirilməsinə dəstək göstərmir). Yuxarıda göstərilən bütün halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan hissələrdə təmin etməmişdir. Halbuki, iş üzrə müəyyən edilmiş faktiki hallar və təqdim olunmuş sübutlar həmin xərclərin real mövcudluğunu və uşaqların maddi təminatına birbaşa aid olduğunu göstərir, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilmir. Beləliklə, hesab edir ki, birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və qeyd olunan faktıların müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir (məhkəmə qeyd olunan hallarla bağlı heç bir mötəbər sübuta istinad etməmişdir). Hesab edir ki, “məhkəmələr tərəfindən mülki məsələlərin düzgün həll edilməsi vətəndaşların dövlətə və məhkəmələrə inamını artırır, qanunu pozmuş səxslərdə hüquq qaydalarına əməl etməyə məsuliyyət hislərini yüksəldir” prinsipini nəzərə alaraq iddia tam təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən hüquqa zidd nəticələr doğuran, işin hallarına düzgün hüquqi qiymət verilməyən qərar qəbul edilmişdir. Bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Beləliklə, işin faktiki halları, təqdim olunmuş sübutların məcmusu və uşaqların mənafeyinin üstün tutulması prinsipi nəzərə alınmaqla, iddia tələbinin təmin edilməmiş hissələrində də təmin edilməsini qanuna müvafiq hesab edir. Hesab edir ki, iş materialarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosesual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan halara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir. Bundan başqa məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin-iddia tələbinin təmin edilməyən hissəsinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 =255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, ## ###### 2007-ci il tarixində İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Hazırda iddiaçı apellyasiya şikayətini iddiasının təmin edilməyən hissəsinə münasibətdə belə əsaslandırmışdır ki, cavabdeh şəxs övladlarının maddi ehtiyaclarının qarşılanması istiqamətində üzərinə düşən valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirmir (əlavə təhsillərinin maliyyələşdirilməsinə dəstək göstərmir). Göstərilən bütün halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissələrdə təmin etməmişdir. Halbuki, iş üzrə müəyyən edilmiş faktiki hallar və təqdim olunmuş sübutlar həmin xərclərin real mövcudluğunu və uşaqların maddi təminatına birbaşa aid olduğunu göstərir, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilmir. Məhkəmə Kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsi üçün qeyd olunan normada konkret əsasların olması müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəf uşaqların Ali təhsil almaqları üçün müəyyən hazırlıqlara getdiklərinə görə cavabdehdən əlavə xərclərin tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarında formalaşmış mövqeyi nəzərə alaraq Məhkəmə Kollegiyası bildirir ki, həmin qərarda eyni zamanda göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassız olmuşdur, eyni zamanda iş materiallarından göründüyü kimi tərəflərin birgə nikahlarıdan olan uşaqları hazırda ümumi orta təhsili bitirməmişlər, bununla da ali təhsilə hazırlıqla bağlı əlavə xərclərlə bağlı cavabdehdən vəsait tutulması əsassız olmuşdur. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi yardımın alınması üçün ödənilmiş 325 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, qeyd edilən maddənin mənasına görə məhkəmə göstərilən xərcə görə ağlabatan məbləğ müəyyən edir ki, hazırda cavabdehdən hüquqi yardımın alınması üçün tutulan məbləğ ağlabatan olmaqla ədalətli olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(5-94) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar