Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1516/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər İbrahimov Nizami Nəbi oğluna və İbrahimov Firovsi Nəbi oğluna qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 və cavabdeh İbrahimov Nizami Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Zamanov Dilman Salman oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması hökm edilmişdir.
2. AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
3. ## ###### 2018-ci il, ****** nömrəli etibarnamənin surətindən görünür ki, “İbrahimov Firdovsi Nəbi oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam yerməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı, (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim-adımdan ərizə verməyi, imza etməyi, işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm. Qeyd: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrim, etibar edən qismində ona ətraflı izah olundu. Bu etibarnamə "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. İbrahimov Nizami Nəbi oğluna etibar edir. Etibarnamə 5 il müddətinə verilib və ##.##.2023- cü ilədək qüvvədədir.
4. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İbrahimov Firdovsi Nəbi oğlu ilə “xxxx” MMC arasında ## ###### 2020-ci il tarixdə D-***/**** nömrəli distribyutorluq müqaviləsi bağlanmışdır.
5. “xxxx” MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında bağlanmış ## ###### 2020-ci il tarixli, D-***/**** nömrəli “Distribyutorluq” müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən Şirkət istehsal və satışını təşkil etdiyi və hazırda payı 35%-dən artıq olan sərinləşdirici spirtsiz içkiləri, çayları (bundan sonra "İ Qrup məhsullar") və bazarda payı 35% və daha az olan sərinləşdirici spirtsiz içkiləri, çayları (bundan sonra "II Qrup məhsullar") (İ Qrup Məhsullar və II Qrup Məhsullar birlikdə bundan sonra "Məhsullar" adlandırılacaq) "xxxx"-ndə nəzərdə tutulmuş bölgədə fəaliyyət göstərəcək Distribyutora satmağı və çatdırmağı öhdəsinə götürür. "xxxx" müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqaviləyə əsasən alıcı üzərinə aşağıdakı öhdəliyi götürmüşdür: "xxxx"-ndə dəqiq müəyyən olunmuş ərazidə yalnız Şirkətin istehsal və satışını təşkil etdiyi və edəcəyi sərinləşdirici spirtsiz içkiləri, çayları qaytarılan və qaytarılmayan şüşə qabları, yeşikləri (premix və postmix tanklar, CO2 qaz balonu və s.) birbaşa özü və (və ya) nümayəndələri vasitəsi ilə öz satış yerlərində və bölgəsində olan "Satış məntəqələrində" müştərilərə satmaq və çatdırmaq.
6. 7E-**** reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İbrahimov X5 Dilman Salman oğluna “X1 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdehlər İbrahimov Nizami Nəbi oğluna və “xxxx” MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və İbrahimov Nizami Nəbi oğlundan iddiaçı İddiaçı xeyrinə 70000 (yetmiş min) manat mənəvi ziyan və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx" MMC-dən və İbrahimov Nizami Nəbi oğlundan iddiaçı İddiaçı xeyrinə 70000 (yetmiş min) manat mənəvi ziyan və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası dövründə müəyyən olunmuşdur ki, “xxxx" MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında (Fin: *******) D***/**** nömrəli, ##.##.2020-ci il tarixli distribyutorluq müqaviləsi bağlanmışdır. Buradan da məlum olur ki, hadisəni törədən sürücü Zamanov Dilman Salman oğlu əmək münasibətlərini icra edərkən İbrahimov Firdovsi Nəbi oğluna xidmət göstərmişdir və onun sifarişlərini icra etmişdir. Odur ki, qeyd olunan halları nəzərə alaraq cavabdeh “xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılması və İbrahimov Firdovsi Nəbi oğlunun cavabdeh ilə əvəz edilməklə cavabdeh qismində cəlb edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh “xxxx" MMC-nin cavabdeh İbrahimov Firdovsi Nəbi oğlu ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. Qeyd edildiyi kimi Məhəmməd Quliyev ## ####### 2003-cü il tarixdə anadan olmuşdur. Vəfat etdiyi vaxt onun cəmi 16 yaşı olmuş, hələ yeniyetməlik dövründə, həyatının ən gənc çağında, gələcək arzularını həyata keçirməyə hazırlaşdığı bir dövrdə qəfil və faciəvi şəkildə həyatdan ayrılmışdır. O, ailənin böyük oğlu olmuş və ailəsinin gələcək ümid yeri sayılmışdır. Onun həyatdan qəfil və faciəvi şəkildə ayrılması anası üçün bərpaolunmaz bir itki olmuşdur. Bu ağır faciədən sonra ana mənəvi sarsıntıya düçar olmuş, oğlunun qəfil və amansız itkisi ilə sarsılmışdır. Ana üçün övladını itirmək təkcə böyük psixoloji sarsıntı deyil, həm də bütün həyatının mənasının, gələcək ümidlərinin və yaşamaq stimulunun itməsidir. Belə olan halda yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən bu faciəvi hadisə ananın mənəvi dünyasında sağalmaz izlər buraxmışdır. O, övladını itirməklə həm gələcəkdə ona arxa-dayaq olacaq övladını, həm də öz həyatının ən qiymətli dəyərini itirmişdir. Bu acı və ağrı onun həyatının sonunadək davam edəcək və heç bir məbləğlə ölçülməyəcək bir iztirab olacaqdır. Hadisə nəticəsində iddiaçı - mərhumun anası ömrünün sonuna qədər sağalmayacaq bir yara ilə yaşamağa məhkum edilmişdir. O, hər gün övladının vaxtsız itkisini xatırlayır, məktəbini bitirib ali təhsil almalı olan, ailəsinə dayaq olmalı olan övladının olmaması ilə barışa bilmir. Övladını uşaq yaşında, 16 yaşında itirməsi isə ona ikiqat zərbədir. Psixoloji baxımdan ağır sarsıntılar keçirməklə yanaşı, bu itki onun gündəlik həyatına, sağlamlığına və sosial münasibətlərinə də ciddi mənfi təsir göstərmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın qismən təmin edilməsi, cavabdehlər İbrahimov Nizami Nəbi oğlundan və İbrahimov Firovsi Nəbi oğlundan müştərək qaydada 5000 manat mənəvi ziyanın və məhkəmə xərclərinə aid olan ödənilmiş 300 manat dövlət rüsumunun 21,42 manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasi Konstitusiyasının 24 və 68ci maddəsinin
11. II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına, “Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarının 8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin İbrahimov Firdovsi Nəbi oğluna qarşı olan hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbinin İbrahimov Firdovsi Nəbi oğluna qarşı təmin olunmamasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hansı hüquq (qanun) normasına əsasən Firdovsi İbrahimovun, iddiaçıya qarşı mülki məsuliyyət daşımalı olduğunu göstərməyib. Məhkəmə hazırlıq iclası dövründə müəyyən olunmuşdur ki, “xxxx" MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında (Fin: *******)D***/**** nömrəli, ##.##.2020-ci il tarixli distribyutorluq müqaviləsi bağlanmışdır. Belə ki, qeyd olunan məlumatlardan aydın olur ki, Firdovsi İbrahimovun mağazasında çalışan əməkdaşlar Coco-Cola şirkətində olan yük daşınmasını yük maşının mülkiyyətçisi olan iş üzrə digər cavabdeh Nizami İbrahimova həvalə edib, o da öz növbəsində bu işi etibarnamə verdiyi Dilman adlı sürücüyə tapşırıb. Dilman da Nizami İbrahimova məxsus yük maşını ilə yükü daşıyarkən ehtiyatsız davranıb və nəticədə qəza baş verib və nəticədə iddiaçının oğlu qəzada vəfat edib. Dilman ilə Firdovsi İbrahimov arasında heç bir əmək müqaviləsi və ya başqa bir müqavilə yoxdur. Belə olan halda bu qəza səbəbi Firdovsi İbrahimovun iddiaçıya qarşı mülki məsuliyyət daşıdığını qəbul etmək mümkün deyildir. Ona görə də hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu, 1108-ci və digər maddələrini pozmuşdur. Göstərilənlər əsasında hesab edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyin, o cümlədən prosessual normalarını pozan həmin qətnamənin ləğv olunması hüququn bərqərar olunması üçün zəruridir. Məhkəmə işi təfsilatlı araşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi üçün maddi və prosessual hüquq normalarını pozaraq, onları düzgün tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmiş bununla cavabdehi məhkum etmişdir. Bununla məhkəmə Azərbaycan RespublikasıKonstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, 14-cü, 16-cı, 1099-cu, 1108-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur.
14. Qətnamədən cavabdeh İbrahimov Nizami Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin İbrahimov Nizami Nəbi oğluna qarşı olan hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbinin İbrahimov Nizami Nəbi oğluna qarşı təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hansı hüquq (qanun) normasına əsasən Nizami İbrahimovun, iddiaçıya qarşı mülki məsuliyyət daşımalı olduğunu göstərməyib. Belə ki qeyd olunan məlumatlardan aydın olur ki, iş üzrə digər cavabdeh Firdovsi İbrahimovun mağazasında çalışan əməkdaşlar Coco-Cola şirkətində olan yükün daşınmasını üçün yük maşının mülkiyyətçisi olaraq Nizami İbrahimova deyilib, o da öz növbəsində bu işi etibarnamə verdiyi mülkiyyətçisi olaraq Nizami İbrahimova deyilib, o da öz növbəsində bu işi etibarnamə verdiyi Dilman adlı sürücüyə deyib. Dilman da icarə əsasında sürdüyü Nizami İbrahimova məxsus yük maşını ilə yükü daşıyarkən ehtiyatsız davranıb və nəticədə qəza baş verib və nəticədə iddiaçının oğlu qəzada vəfat edib. Dilman ilə Nizami İbrahimovun arasında heç bir əmək müqaviləsi və ya başqa bir mülki xidmət müqaviləsi yoxdur. O icarə əsasında yük maşınını götürüb, sifarişi özü qəbul edərək pul qazanmağa çalışıb. Belə olan halda bu qəza səbəbi Nizami İbrahimovun iddiaçıya qarşı mülki məsuliyyət daşıdığını qəbul etmək mümkün deyildir. Ona görə də hesab ediri ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci və digər maddələrini pozmuşdur. Göstərilənlər əsasında hesab edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyin, o cümlədən prosessual normalarını pozan həmin qətnamənin ləğv olunması hüququn bərqərar olunması üçün zəruridir. Bunlardan başqa hesab edir ki, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun cavabdehin “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Məlum olduğu kimi, həm Konstitusiyanın 60-cı maddəsi, həm də Konvensiyanın 6cı maddəsinin 1-ci hissəsi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin birçox qərarında qeyd edildiyi kimi, məhkəməyə müraciətetmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ “məhkəmə araşdırması” hüququnun təkcə bir aspektini təşkil edir. Bütün bunlar onu göstərir ki, məhkəmə işi təfsilatlı araşadırmadığı, sübutlara düzgün qiymət vermədiyi üçün maddi və prosessual hüquq normalarını pozaraq, onları düzgün tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmiş bununla cavabdehi məhkum etmişdir. Bununla Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, 14-cü, 16-cı, 1099-cu, 1108-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Ona görə də hesab edir ki, həmin qətnamə ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi təmin olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun və cavabdeh İbrahimov Nizami Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasi Konstitusiyasının
19. 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
20. 68-ci maddəsinin II hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarı:
Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarı
26. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
27. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda qətnamə apellyasiya şikayətləri həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh İbrahimov Nizami Nəbi oğlunun apellyasiya şikayəti təmin edilməməli, cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə ləğv edilməli, iddia tələbi cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, “xxxx” MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında bağlanmış ## ###### 2020-ci il tarixli “Distribyutorluq” müqaviləsinə əsasən İbrahimov Firdovsi Nəbi oğlu "xxxx"-ndə dəqiq müəyyən olunmuş ərazidə yalnız Şirkətin istehsal və satışını təşkil etdiyi və edəcəyi sərinləşdirici spirtsiz içkiləri, çayları qaytarılan və qaytarılmayan şüşə qabları, yeşikləri (premix və postmix tanklar, CO2 qaz balonu və s.) birbaşa özü və (və ya) nümayəndələri vasitəsi ilə öz satış yerlərində və bölgəsində olan "Satış məntəqələrində" müştərilərə satmağı və çatdırmağı öhdəsinə götürmüşdür. Bu səbəbdən İbrahimov Nizami Nəbi oğlu özünə məxsus yük avtomobillərini “xxxx” şirkətinin istifadəsinə vermişdir. İbrahimov Nizami Nəbi oğlu “Mercedes Ateco yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili Zamanov Dilmana idarə etmək üçün etibarnamə vermişdir. Zamanov Dilman Salman oğlunun təqsirli hərəkəti nəticəsində də iddaçının övladı ölmüşdür. Bütün bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapır. Belə olan halda, cavabdehlər İbrahimov Nizami Nəbi oğlu və İbrahimov Firovsi Nəbi oğlu hər ikisi iddiaçıya vurulmuş mənəvi ziyana görə cavabdehlik daşıyır.
40. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə təmin edilən hissəsi ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir.
41. İş materiallarından görünür ki, “xxxx” MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında ## ###### 2020-ci il tarixdə D-***/**** nömrəli “Distribyutorluq müqaviləsi” bağlanmışdır. İbrahimov Firdovsi Nəbi oğlu qardaşı İbrahimov Nizami Nəbi oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı, (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi üçün etibarnamə vermişdir. 7E-**** reyestr nömrəli etibarnamə əsasında mülkiyyətçi İbrahimov X5 Dilman Salman oğluna mülkiyyətində olan “X1 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. Zamanov Dilman Salman oğlu 7E-**** reyestr nömrəli etibarnamə əsasında İbrahimov Nizami Nəbi oğlunun mülkiyyətində olan səs siqnalı nasaz vəziyyətdə olan “X1 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli hökmünə əsasən Zamanov Dilman Salman oğlu ## #### 2020-ci il tarixdə saat 22:35-də “BC” kateqoriyalı, AB seriyalı ***** nömrəli sürücülük vəsiqəsi və 7E-**** seriyalı etibarnamə əsasında İbrahimov Nizami Nəbi oğluna məxsus səs siqnalı nasaz vəziyyətdə idarə etdiyi “X1 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi istiqamətindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətində saatda təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini və Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 5 ünvanının qarşısından keçən avtomobil yolunda hərəkətdə olduğu yolun sağ tərəfi ilə ona doğru üzbəüz velosipedlə hərəkət edən X4 velosipedin idarə etməsini itirib, yolun hərəkət hissəsinə yıxılmış, D.Zamanov ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Zamanov Dilman Salman oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması hökm edilmişdir.
42. İş materiallarından göründüyü kimi, “xxxx” MMC ilə İbrahimov Firdovsi Nəbi oğlu arasında bağlanmış ## ###### 2020-ci il tarixli “Distribyutorluq” müqaviləsinə əsasən İbrahimov Firdovsi Nəbi oğlu "xxxx"-ndə dəqiq müəyyən olunmuş ərazidə yalnız Şirkətin istehsal və satışını təşkil etdiyi və edəcəyi sərinləşdirici spirtsiz içkiləri, çayları qaytarılan və qaytarılmayan şüşə qabları, yeşikləri (premix və postmix tanklar, CO2 qaz balonu və s.) birbaşa özü və (və ya) nümayəndələri vasitəsi ilə öz satış yerlərində və bölgəsində olan "Satış məntəqələrində" müştərilərə satmağı və çatdırmağı öhdəsinə götürmüşdür. İbrahimov Nizami Nəbi oğlu özünə məxsus yük avtomobillərini “xxxx” şirkətinin istifadəsinə vermiş, həmçinin, mülkiyyətində olan “Mercedes Ateco yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Dilman Zamanova nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Zamanov Dilman Salman oğlunun 7E-**** seriyalı etibarnamə əsasında İbrahimov Nizami Nəbi oğluna məxsus səs siqnalı nasaz vəziyyətdə idarə etdiyi “X1 yük” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi təqsirli hərəkət nəticəsində iddaçının övladı ölmüşdür.
43. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
44. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
45. Kollegiya hesab edir ki, cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Zamanov Dilman Salman oğlunun iddiaçının oğlunun ölümünə səbəb olan hadisəni törədərkən idarə etdiyi yük avtomobili cavabdeh İbrahimov Nizami Nəbi oğluna məxsus olmuşdur. İbrahimov Firdovsi Nəbi oğlunun iddiaçıya qarşı mülki məsuliyyət daşıması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının mənəvi sarsıntılar keçirməsinin İbrahimov Firdovsi Nəbi oğlunun qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində baş verməsi və bunlar arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Belə olan halda iddiaçı oğlunun ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində vurulmuş mənəvi ziyanın əvəzinin cavabdeh İbrahimov Firdovsi Nəbi oğlundan tutulmasını tələb etməkdə haqlı olmamışdır.
46. Kollegiya digər cavabdeh İbrahimov Nizami Nəbi oğluna münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh İbrahimov Nizami Nəbi oğlunun apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla təmin edilə bilməz.
47. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
48. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ##.##.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68
49. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, cavabdeh İbrahimov Firdovsi Nəbi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı tutularaq cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna ödənilməlidir. Cavabdeh İbrahimov Nizami Nəbi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İbrahimov Nizami Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh İbrahimov Firdovsi Nəbi oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə ləğv edilsin. İddia tələbi cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh İbrahimov Firdovsi Nəbi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı tutularaq cavabdeh İbrahimov Firdovsi Nəbi oğluna ödənilsin. Cavabdeh İbrahimov Nizami Nəbi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.