Məhkəmə qərarları › İş №e-2(3-6)-1551/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1551/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1551/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 62,6 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə dair “xxxxxxxx” MMC ilə İddiaçı arasında ##.##.2017-ci il tarixli müqavilə bağlanmışdır.

2. ##.##.2017-ci il tarixli arayışda əsasən İddiaçı Bakı şəhəri, həmin mənzilin dəyərini tam ödəmişdir.

3. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 59,5 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə dair “xxxxxxxx” MMC ilə İddiaçı arasında ##.##.2017-ci il tarixli müqavilə bağlanmışdır.

4. ##.##.2017-ci il tarixli arayışa əsasən İddiaçı həmin mənzilin dəyərini tam ödəmişdir.

5. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 59,5 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə dair “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında ##.##.2017-ci il tarixli müqavilə bağlanmışdır.

6. ##.##.2017-ci il tarixli arayışa əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin mənzilin dəyərini tam ödəmişdir.

7. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 62,6 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə dair “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır.

8. ##.##.2024-cü il tarixli arayışa əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin mənzilin dəyərini tam ödəmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” MMC ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ. Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,6 kv.m olan 128 №li mənzilin və ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,5 kv.m olan 275 №li mənzilin təhvil verilməsi barədə hər iki müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrasının cavabdehə həvalə edilməsi, həmçinin bu barədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ. Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,6 kvm olan 128 №li mənzilin, həmçinin ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri,Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,5 kvm olan 275 №li mənzilin tikilib təhvil verilməsi nəzərdə tutulmuş, mənzillərin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Hər iki müqavilənin 8.1-ci bəndinə müvafiq olaraq tikinti işləri başa çatdıqdan sonra mənzillərin təhvil-təslimi nəzərdə tutulsa da tikintinin başa çatdığı və mənzillərin istehlak xassələrinə uyğun istifadəyə verilməsinə baxmayaraq bu günə qədər sözügedən öhdəlik cavabdehə münasibətdə icra edilməmişdir. Belə olduğu təqdirdə, müqavilənin həmin bəndlərinin icrası üçün məcburetmə mexanizminin yaradılması zərurəti yaranmışdır.

11. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı şirkət rəhbərinə yaxın adam olub. Hazırki iki mənzilə dair heç bir pul ödənilməyib. Rövşənin dostu Xəqani adlı şəxs binanın tikilməsi üçün beton verirdi. Lakin beton verilmədi və tərəflər şifahi qaydada öz aralarında razılaşmanı ləğv etdilər. Müqavilələr qalıb. Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən *** nömrəli mənzil satılıb Emil Məmmədova. Emil Məmmədov evi təmir etdirib və bir müddət ailəsi ilə birlikdə həmin mənzildə yaşayıb. Sonradan həmin mənzili satıb mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1. Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində *** nömrəli mənzil isə evi sökülən sakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 verilib. O mənzildə hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yaşayır. Iddiaçı 8-9 ildir ki, iddia ilə bağlı məhkəməyə müraciət etməyib. Bu səbəbdən iddiaçı dəymiş ziyanı tələb edə bilər.

12. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

13. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında razılaşma əldə oluna bilər. Iddiaçı tərəfindən MMC-yə 15.000 manat ödəniş edilib. Həmin məbləği geri qaytarmaq niyyətindədirlər.

14. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə mübahisəli mənzillərə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində *** nömrəli mənzildə təmir işləri gedir, mənzildə ustalar işləyir və həmin mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsusdur. Bakı şəhəri, Yasamal rayon, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən *** nömrəli mənzilə baxış keçirmək mümkün olmadı. Belə ki, mənzildə heç kəs yox idi və mənzil bağlı idi. Özünü binanın komendantı kimi tanıdan şəxs tərəfindən bildirildi ki, Bakı şəhəri, Yasamal rayon, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən *** nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsusdur. Həmin şəxs cavabdeh “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış müqavilələri təqdim etdi.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh “xxxxxxxx” MMC-nin nümayəndəsi keçirilmiş məhkəmə iclasında mübahisəli mənzillərin başqa şəxslərə satıldığını bildirmiş, məhkəmə cavabdehin nümayəndəsindən mübahisəli mənzilləri alan şəxslərin kimliyinin bildirilməsini və həmin şəxslərlə MTK arasında imzalanmış müqavilələrin təqdim olunmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən müqavilələr məhkəməyə təqdim olunmamış, mübahisəli mənzilləri alan şəxslər barədə məhkəməyə dəqiq məlumat verilməmişdir. Məhz bu səbəbdən məhkəmə iclası dəfələrlə təxirə salınmış daha sonra məhkəmə mübahisəli mənzillərə yerində baxış keçirilməsini zəruri hesab etmiş, bu məqsədlə mənzillərə yerində baxış ##.##.2025-ci il tarixinə, saat 15:00-a təyin olunmuşdur. Həmin tarixdə onun iştirakı ilə mübahisəli mənzillərə yerində baxış keçirilmişdir. Bakı şəhər, Yasamal rayon, A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,5 m2 olan *** nömrəli mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə təmir işləri aparılır, təmir işini aparan şəxslər mənzilin kimə məxsus olduğunu bilmirlər. Mübahisəli digər Bakı şəhər, Yasamal rayon, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62,6 m2 olan *** nömrəli mənzilin isə qapısı bağlı olduğundan yerində faktiki baxışın keçirilməsi mümkün olmamışdır. Bundan sonra özünü “xxxxxxxx” MMC-nin nümayəndəsi kimi təqdim edən bir şəxs A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4cü blok, 7-ci mərtəbəsində *** nömrəli mənzilə münasibətdə ##.##.2017-ci il tarixli müqaviləni və həmin tarixli maliyyə arayışını, Yasamal rayon, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8 ci mərtəbəsində yerləşən *** nömrəli mənzilə münasibətdə isə ##.##.2024-cü il tarixli müqaviləni və həmin tarixli maliyyə arayışını təqdim edərək *** nömrəli mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, *** nömrəli mənzilin isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 “satıldığını” bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə imzalanmış müqavilədə *** saylı mənzil qeyd edilsə də, faktiki olaraq *** nömrəli mənzillə *** nömrəli mənzil eyni mənzildir (istinad olunan müqavilələr və maliyyə arayışları iş materiallarına əlavə olunur). ##.##.2017-ci il tarixli və ##.##.2017-ci il tarixli müqavilələrə və həmin tarixli maliyyə arayışlarına əsasən hər iki mənzilə münasibətdə iddiaçının payçı olması və mənzillərin dəyərinin istinad olunan tarixlərdə sonuncu tərəfindən tam olaraq ödənilməsi işin mübahisəsiz halıdır. Bundan sonra isə “xxxxxxxx” MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 aldadılması yolu ilə həmin mənzillər etibarsız müqavilələr əsasında təkrarən onlara satılmışdır. Sonuncuların mübahisə predmeti olan mənzillər üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır bu baxımdan onlar həmin mənzillər üzərində üstün hüquqa sahib ola bilməzlər. Beləliklə, “xxxxxxxx” MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozaraq üçüncü şəxslər ilə etibarsız, hazırki halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Müqavilə bağlanarkən mənzil üzərində mülkiyyət hüququnun Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən artıq iddiaçıya məxsus olması, yəni cavabdehin həmin mənzilə sərəncam vermək səlahiyyəti olmadığından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə imzalanmış ##.##.2017-ci il tarixli və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə ##.##.2024-cü il tarixli müqavilələr əhəmiyyətsiz əqd kimi tanınaraq qiymətləndirilməlidir. Analoji mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli qərarının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Belə ki, həmin iş üzrə Hüseynov pay haqqını tam ödəməklə mübahisə predmeti olan əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, belə olan halda, “xxxxxxxx” MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Bağırlı adlı şəxslə müqavilə bağlaması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində *** nömrəli mənzilə münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2017-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən *** nömrəli mənzilə münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə ##.##.2024-cü il tarixdə cavabdeh “xxxxxxxx” MMC ilə imzalanmış müqavilələr etibarsız hesab olunmaqla iddia tələbinin təmin edilməsi, həmçinin bu barədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilməmişdir.

17. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd edilən müqavilələrə əsasən İddiaçı “xxxxxxxx” MMC-yə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Hazırda həmin mənzillərə dair paylar başqa şəxslərə verilməklə onların istifadəsinə və sahibliyinə verilmişdir.

18. Iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## ###### 2017-ci il tarixli müqavilə və “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ## #### 2024-cü il tarixli müqavilə öz-özlüyündə etibarsız hesab edilə bilməz.

19. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 59.5 kv.m olan, 1 otaqlı, *** nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2017-ci il tarixdə, İddiaçı daha əvvəl (## ######## 2017-ci il) satılmışdır.

20. Iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd edilmişdir ki, “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə imzalanmış müqavilədə *** saylı mənzil qeyd edilsə də, faktiki olaraq *** nömrəli mənzillə *** nömrəli mənzil eyni mənzildir”. Belə olan halda məhkəmə hər iki müqaviləyə mənzillərin nömrələri fərqli olsa da, eyni mənzil barədə bağlanmış müqavilə kimi qiymət verir.

21. Məhkəmə hər iki müqaviləyə münasibətdə bildirir ki, müqavilələrin etibarsızlıq məsələsini yoxlayan zaman istinad olunan Konstitusiya Məhkəməsinin Plenumu Qərarında göstərilən tələblərə əməl edilməklə bağlanıldığından “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## ###### 2017-ci il tarixli müqavilə və “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ## #### 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.

22. Işin hallarından görünür ki, satıcı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mənzilləri alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırki iş üzrə İddiaçı tərəfindən hər iki mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2017-ci il və ## #### 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin binada dəyəri ödənilmiş 1 otaqlı hər iki mənzilin onlara təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilələr üzrə İddiaçı dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun olaraq onun tərəfindən irəli sürülə bilməsi ona izah edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 404.1, 452.1, 452.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2015-ci il tarixli qərarına, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi barəsində mübahisə olunan hüququ münasibətlərinə qüvvədə olan Mülki Məcəllənin 452-ci maddəsini tətbiq edilməsini qət edərək iddiaçıya cavabdehin qanunazidd hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi barədə yenidən məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Işin faktiki halları və iddia tələbinin hüquqi əsasları baxımından hazırkı halda istinad olunan normanın tətbiq edilməsi ümumiyyətlə yolverilməzdir. Belə ki, 452.1-ci maddəsi yalnız o halda tətbiq edilə bilərdi ki, fərdi-müəyyən əşya (hazırda mənzil) artıq üçüncü şəxsə mülkiyyət hüququ ilə verilsin. Üçüncü şəxslərlə imzalanmış müqavilələr isə əqdin etibarlılığına dair tələblərin göstərişlərinə zidd olduğundan (həmçinin üçüncü şəxslərin hüquqları dövlət reyestrində qeydə alınmadığından) heç bir hüquqi nəticəyə səbəb olmamaqla məhkəmənin istinad etdiyi müddəanın tətbiqini şərtləndirə bilməzdi. Iddiaçı isə hər iki mənzilə dair ilk müqaviləni bağlayan şəxs olmuş, mənizllərin dəyərini tam olaraq ödəmiş, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin dispozisiya şərtlərini tam qarşılayaraq mülkiyyət hüququ qazanmışdır. Bu baxımdan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanmış müqavilələrə münasibətdə əqdin etibarsızlığına dair nəticələr formalaşmalı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər əqdin onlar tərəfindən icrasını sübuta yetirdikdə isə Mülki Məcəllənin 452-ci maddəsinin müddəalarına uyğun olaraq restitusiya tətbiq olunmaqla etibarsız sayılan əqdlərin nəticələrinin aradan qaldırılması və tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair məhkəməyə müraciət etmək hüququ iddiaçıya yox üçüncü şəxslərə izah olunmalı idi. Məhkəmənin yol verdiyi çoxmərhələli maddi və prosessual pozuntular həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin hüquqlarının təsbit və bərpa olunması əsassız olaraq məhdudlaşdırmış, hazırkı halda isə qeyri-mümkün etmişdir. Birinci instansiya məhkəməsi etibarlılığı mübahisə olunan əqdlərə münasibətdə mövqeyini ##.##.2021-ci il tarixli Plenum qərarı ilə əsaslandırmışdır. Lakin məhkəmə əqdin etibarlılığını şərtləndirən tələbləri (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması, qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s) sadalasa da nədənsə sadəcə tərəflərin anlaqlılığına qiymət verməklə və tərəflərin anlaqlılığının əksini sübut edən mötəbər sübutların məhkəməyə təqdim olunmaması səbəbilə əqdlərin etibarlılığına şübhə doğuran halların müəyyən edilmədiyini qət etmişdir. Iddiaçı isə öz növbəsində ərizəsində əqdlərin etibarsızlılığını şərtləndirən əsası onun bağlanmasında iştirak edən tərəfin (cavabdehin) subyektiv hüquq və səlahiyyətlərə malik olmaması ilə əlaqələndirmişdir. Belə ki, “hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur” (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Təəssüf ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan etibarlılıq şərti çərçivəsində hüquqi mövqe ifadə olunmamışdır. Yekun aktda məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinin tətbiqinə dair mövqeyini ##.##.2015-ci il tarixli plenum qərarı fonunda əsaslandırmaqla, həmin normanın tətbiqi qaydasında iddianı rədd etməkdə özünü haqlı saymışdır. Lakin aşkar görünür ki, birinci instansiya məhkəməsi qərarı natamam və səthi təhlil edərək əslində bu qərarın məhz aşağı instansiya məhkəmələrinin bu qəbildən olan münasibətlərə hüquqi yanaşmasındakı yanlışlıqların aradan qaldırılması mahiyyətində olduğunun fərqinə varmamışdır. Konstitusiya Məhkəməsi aşağı instansiya məhkəmələrinin maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verdiyi, xüsusilə apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək iddianı rədd etməkdə haqlı olmadığı, tətbiq olunması zəruri olan normanın isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) olması qənaətinə gəlmişdir. Beləcə e-*(***)-****/****-** saylı qətnamədə ifadə olunan konteksdə istinad olunan mövqe əslində tam yanlış hesab edilməklə Konstitusiya Məhkəməsinin istinad olunan qərarı məhkəmə təcrübəsinin tətbiqi istiqamətini tam və aydın müəyyən etmişdir. Məhkəmə isə görünür ya bu mövqe ilə razılaşmamış yaxud ümumiyyətlə qərarın hüquqi mahiyyətinə anlam verə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ifadə olunan faktiki və hüquqi əsaslara qiymət verməmiş, bununla da işin həlli üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlər məhkəmə tədqiqatının predmetindən kənarda qalmışdır. Belə ki, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərlə cavabdeh hüquqi şəxs arasında imzalanmış müqavilələrin etibarlılıq şərtlərini kifayət qədər yoxlamamış, iddiaçı ilə imzalanmış müqavilələrin tarixləri etibarı ilə tətbiq edilməli olan maddi normaları düzgün tətbiq etməmiş, ümumilikdə iddiaçı tərəfindən təqdim edilmiş maddi sübutların tam, hərtərəfli, qanunamüvafiq qiymətləndirilməsində hərəkətsizlik nümayiş etdirməklə işin ədalətli həllinə nail ola bilməmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

29. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (##.##.2017-ci il tarixinədək olan redaksiya). Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Işdən müəyyən olunur ki, “xxxxxxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 59,5 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət olan mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni mənzilə dair iddiaçı İddiaçı ilə “xxxxxxxx” MMC arasında ##.##.2017-ci il tarixli müqavilə bağlanmışdır.

36. Işdən göründüyü kimi, *** nömrəli mənzilə dair müqavilə cavabdeh MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında iddiaçıdan daha əvvəl bağlanmışdır.

37. Bundan başqa, “xxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 62,6 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilini İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra həmin yaşayış binasının 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 62,6 kv.m olan, *** nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə “xxxxxxxx” MMC arasında ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı qeyd olunan *** nömrəli və *** nömrəli mənzillərin eyni mənzil olması müəyyən edilmişdir.

38. Hazırda iddiaçı üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız olduğunu iddia edir və tələbini belə əsaslandırır ki, iddiaçı ilə müqavilə bağlanarkən mənzil üzərində mülkiyyət hüququnun Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən artıq iddiaçıya məxsus olduğundan, yəni cavabdehin həmin mənzilə sərəncam vermək səlahiyyəti olmadığından üçüncü şəxslərlə bağlanmış sözügedən müqavilələr əhəmiyyətsiz əqd kimi tanınaraq qiymətləndirilməlidir.

39. Məhkəmə kollegiyasi ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (##.##.2017-ci il tarixinədək olan redaksiya) mənzil kooperativin üzvü kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir.

40. Hazırki iş üzrə isə iddiaçı hər hansı Mənzil-tikinti Kooperativindən mənzil almamış, cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

41. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən mənzillərin yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində *** nömrəli mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yaşayır. O, mənzili 1 ay əvvəl təmir etdirdiyini, 2026-cı ildən mənzilə köçüb yaşadığını bildirmişdir. Bakı şəhəri, Yasamal rayon, İ.Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən *** nömrəli mənzil bağlı olduğundan mənzilə baxış keçirmək mümkün olmamışdır. Özünü binanın komendantı kimi təqdim edən şəxs həmin mənzilin əvvəlki nömrəsinin 128 olduğu, mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olduğunu və hazırda işdə olduğu üçün qapının bağlı olduğunu bildirmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, digər mənzillərlə müqayisədə həmin mənzilin qapısı dəyişdirilmiş, qapı çərçivəsinin ətrafında təmir işləri aparılmışdır.

42. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsaslanaraq birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır ki, mübahisə predmeti olan mənzillər artıq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sahiblik və istifadəsinə verilmiş, onlar tərəfindən mənzillərin təmiri də həyata keçirilmişdir. Bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.

43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin və cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsaslar mövcud deyil.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar