Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1558/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar (Açar sözlər: “alimentin təyin edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X2 ** saylı Poliklinası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı barəsində “göbək yırtığı” diaqnozu qoyulmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Əhmədov İddiaçı Zoya Abdulla qızına qarşı CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmişdir.
3. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş ** nömrəli, ##.##.2023- cü il tarixli qısamüddətli mühafizə orderindən görünür ki, İddiaçı vətəndaş Cavabdeh tərəfindən fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqların tətbiq edilməsi qadağan edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 139, 141, *** nömrəli mənzilə (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) köçürülməsi qət edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı 25000 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsiev 139, 141, *** nömrəli mənzilə (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə cavadeh İddiaçı mənzilə olan istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı saxlanılması üçün hər ay sabit pul məbləğində 285 manat alimentin cavabdeh Cavabdeh alınaraq, iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü ildə bağışlama müqaviləsi əsasında özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, ev 22, mənzil 7-də yerləşən, ümumi sahəsi 49.21 kv.m., yaşayış sahəsi 35 kv. m. olan 2 otaqlı mənzili qızı və cavabdeh Cavabdeh bağışlamışdır. Bağışlama zamanı qızı onа şifahi olaraq söz vermişdi ki, ömür boyu onа baxacaq, ehtiyaclarını qarşılayacaq, onа bir ata kimi qulluq edəcək. Sonradan həmin mənzil plana düşmüş, verilən pul əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 139, M 11, m 2-də yerləşən ev alınmışdır. Artıq 10 aydır ki, qızı onu evdən çıxararaq çöldə qoyub. Cavabdeh, bir övlad kimi bağışlama müqaviləsi tərtib edilən zaman onа verdiyi şifahi vədini yerinə yetirməmişdir. O, özü ümumi səbəblərdən II qrup əlildir, qalacaq yeri yoxdur. Odur ki, həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Sabunçu rayon məhkəməsi 2(008)- ****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsiev 139, 141, *** nömrəli mənzilə (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11, m2) mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə cavadeh İddiaçı mənzilə olan istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qərara alınmışdır. Qeyd etmək istəyir ki, məhkəmə qətnaməsi bugünədək icra edilməmişdir. Yəni cavabdeh Cavabdeh iddiaçı İddiaçı kompensasiyanı ödəməmişdir, eyni zamanda da, mübahisəli mənzildən istifadə etmə hüququna qəti şəkildə maneçilik yaratmışdır. Məlumat üçün bildirir ki, iddiaçı II qrup əlildir, qalacaq yeri yoxdur. Hal-hazırda əmək fəaliyyəti ilə məşğul ola bilmir, qazancı yoxdur və sağlamlıq vəziyyəti çox ağır vəziyyətdədir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq, iddiaçı İddiaçı saxlanılması üçün hər ay sabit pul məbləğində 285 manat alimentin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. (hakim Müseyib Bayramov)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mübahisənin qanuni əsası qismində AM-nin 82.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Qeyd olunan maddənin dispozisiya şərtlərinə aşağıdakılar aiddir: 1) İddiaçı olan valideynin əmək qabiliyyəti olmamalıdır. 2) İddiaçı olan valideynin maddi yardıma ehtiyacı olmalıdır. 3) Cavabdeh olan övladın əmək qabiliyyəti olmalıdır. İddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılan zamanı qeyd olunan dispozisiya şərtlərinin hər birinin mövcud olması zəruridir və şərtlərdən birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir. İlk şərti kimi valideynin əmək qabiliyyətinin olmaması çıxış edir. Məhkəmə hesab edir ki, həmin şərt ödənilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı II qrup əlil olmaqla, əmək qabiliyyəti yoxdur. Odur ki, bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. İkinci şərt qismində valideynin maddi yardıma ehtiyacı olması çıxış edir. Məhkəmə hesab edir ki, bu şərt də ödənilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, iddiaçı olan valideynin mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilmişdir. Göründüyü kimi hal-hazırda iddiaçının yaşayış sahəsi yoxdur və saxlanılması üçün maddi yardıma ehtiyacı vardır. Odur ki, bu şərt də ödənildiyindən yekun şərtə keçilməli və o da ödənildiyi təqdirdə iddia tələbi təmin edilməlidir. Sonuncu şərti isə övladın əmək qabiliyyətinin olması təşkil edir.Məhkəmə hesab edir ki, həmin bu şərt də ödənilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh əmək qabiliyyətli olmaqla, bu və digər xəstəlik nəticəsində əlilliyə məruz qalmamış və ümumi və ya peşəkar əmək fəaliyyəti ilə məşğul olmaq imkanını itirməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı aliment tələb etməyə haqlı olmuşdur. Məhkəmə valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərdən keçiriərək hesab edir ki, alimentin hər ay 285 manat məbləğində təyin edilməsi iddiaçının yaşayış minimumunu qarşılamaqla yanaşı cavabdehin maddi və ailə vəziyyətinə adekvatdır. Məhkəmə bu qəbildən olan işlər üzrə sübutetmə yükü ilə bağlı qeyd edir ki, bu işlər üzrə iddiaçının sübut etmə yükü maddi yardıma ehtiyacı olmasını, əmək qabiliyyətinin olmamasını və cavabdehin əmək qabiliyyətinin olmasını sübut etməkdən ibarətdir. Həmin alimentin verilməsini istisna edən halların mövcudluğunu (AM-nin 82.5-ci maddəsi) sübut etmək yükünü isə cavabdeh tərəf daşıyır. Hazırki iş üzrə iddiaçı öz sübutetmə predmetinə düşən halları sübut etmişdir, lakin cavabdeh tərəfindən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsini sübuta yetirə bilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti, verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı İddiaçı heç bir maddi yardıma ehtiyacı yoxdur, dövlət tərəfindən yaşayış yeri və qidayla təmin olunur və üstəlik pensiya təminatı alır. “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin ##.##.2005-ci il tarixli, № * saylı Qərarının 1-ci yarımbəndinə əsasən məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Sabunçu rayon məhkəməsinin hazırki qətnaməsi hansısa səbəbdən daha çox iddiaçının mənafeyinə üstünlük vermiş, nəticədə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdeh Cavabdeh və nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh izahatında bildirmişdir ki, tərəflər arasında münaqişələr mövcuddur. Mühafizə orderi ilə bağlı qətnamə çıxarılmışdır. İddiaçı tərəf cavabdehə dəfələrlə xəsarətlər yetirmişdir. Cavabdehin hazırda yaşadığı ev isə bağışlama müqaviləsi əsasında anasından cavabdehə keçmişdir. İddiaçı cavabdehin böyüyübbaşa çatmasında heç bir əziyyət çəkməmişdir. Ömrünü Rusiyada keçirmiş, elə orada da avtoqəzaya düşərək əlil vəziyyətə düşmüşdür. İddiaçının məqsədi ancaq cavabdehi incitməkdir. Cavabdehin hazırda rəsmi iş yeri yoxdur. Dayəlik edərək gündəlik dolanışığını təmin edir. İddiaçı kifayət qədər yüksək məbləğdə pensiya alır, yaşamaq üçün yeri var, qocalar evində yaşayır. Belə olan halda, iddiaçının ehtiyacı olmadığı halda, cavabdehdən aliment istəməsi qanunun tələblərinin pozulmasıdır. Bu hal əsassız varlanmaya gətirib çıxarır.
15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmidir ki, 120.000 manata ev alıb vermişdir. Məhkəmənin sualına cavab olaraq qocalar evində yaşadığını, lakin xəstə olduğunu, dərmanlarına pul çatdırmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinəəsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinəəsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 83.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
21. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Hazırkı işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh ata ilə qızıdır, onlar arasındakı münasibətlər yaxşı olmadığından hal-hazırda birgə yaşamırlar. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəsarət yetirilməsi səbəbindən məişət zorakılığından zərər çəkdiyi üçün uzunmüddətli mühafizə orderinə dair 2(008)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. İddiaçı hazırda Qocalar evində yaşayır və qızından onun saxlanılması üçün aliment ödənilməsini tələb edir.
23. Ailə məcəlləsinin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulmalıdır. Göründüyü kimi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılan zamanı qeyd olunan dispozisiya şərtlərinin hər birinin mövcud olması zəruridir və şərtlərdən birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir.
24. Hazırda isə iddiaçının özünündə bildirdiyi kimi, dövlət tərəfindən sosial müdafiəsi təmin olunaraq təşkil olunmuş Qocalar evində qalır və hər ay pensiya təminatı mövcuddur. Əksinə qızı olan cavabdeh əmək qabiliyyəti olsa da, əmək fəaliyyəti ilə məşğul olmamaqla işsizdir. Əlavə olaraq hər hansı alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması da təsdiqini tapmır. Göründüyü kimi, iddiaçının maddi yardıma ehtiyacının olması məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmaması iddia tələbinin təmin edilməməsini şərtləndirir.
25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə müəyyən edilən məbləğ illik hesablandıqda beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.