Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1576/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “həm sabit pul məbləğində, həm də qazancının 1/3 hissəsində aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş ##.##.2010-cü il təvəllüdlü X2 və ##.##.2014ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh həm sabit pul məbləğində - hər ay, hər uşaq üçün 260 manat alimentin, həm də Cavabdeh qazancının 1/3 hissəsində alimentin tutulması, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pul vəsaitinin, mediasiya rüsumu olaraq ödənilmiş 60 manat pul vəsaitinin alınaraq Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Iddiaçı məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, şikayəti onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması, aliment tələbi barədə Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, aralarında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sora yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X1 onun yanında saxlanılması müəyyən edilmişdir. O, aliment tələbi barədə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ## ##### 2010-cu il təvəllüdlü X2 və ## ###### 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində aliment ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh Cavabdeh alimeti ödəməkdən yayınırdı. Sonra cavabdeh Gülnazın təkidi ilə o, yığılmış ümumi aliment məbləğindən imtina barədə notarial ərizə imzalamışdır. Binəqədi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Yenidən aliment tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırıldı. Lakin Binəqədi Rayon məhkəməsinin e-2(5-93)-1117/2026 ##.##.2026-cı il tarixli qərardadı ilə onun cavabdeh Cavabdeh qarşı “həm sabit pul məbləğində, həm də qazancının 1/3 hissəsində aliment tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş övladları X2 2010-cu il tarixdə Bakı Slavyan Litseyində təhsil alır, hazırda 10-cu sinifdə oxuyur və universitetə hazırlaşır, 5 fəndən - riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, tarix, Ingilis dili, coğrafiya hazırlığa gedir, oğulları X1 da Bakı Slavyan Liseyində təhsil alır. 2023-cü il tarixdən Abbasın məktəbə gedib-gəlməsi üçün servis xidmətindən istifadə edirlər. X5 hər aylıq 460 manat ödəniş edir. Illərdir azyaşlı övladları ilə birlikdə kirayədə yaşayır. Bildirir ki, aliment davam edən münasibət olduğu üçün cavabdeh övladlarının saxlanmasında, onların maddi təlabatının qarşılanmasında iştirak etməlidir. Onun əvvəlki yığılmış aliment borclarından imtina etməyi cavabdehin bundan sonrakı aliment ödəməkdən azad etmir. Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını qanunsuz və əsassız olduğu üçün şikayət verirlər. Qeyd etməyi zəruri hesab edir ki, o, hazırda alimentin tutulması tələbi ilə deyil, aliment məbləğinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Halbuki, yuxarıda qeyd etdiyi kimi o, aliment tələbi barədə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ## ##### 2010-cu il təvəllüdlü X2 və ## ###### 2014- cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh Cavabdeh alimeti ödəməkdən yayınırdı. Sonra cavabdeh Gülnazın təkidi ilə o, yığılmış ümumi alimentdən məbləğindən imtina barədə notarial ərizə imzalamışdır. Binəqədi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Yəni, həmin məhkəmə qətnaməsi artıq qüvvədə deyil. Belə ki, məhkəmə iddia ərizəsini icraata qəbul etməli olduğu halda, prosessual pozuntuya yol verərək iddia ərizəsinin icraata qəbul etməkdən imtina etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək iddia ərizəsinin icraata qəbul edilməsini, əks təqdirdə Binəqədi Rayon Məhkəməsinin 2(5- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdikləri şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respubikasının Mülki Prosessual Məcələsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “həm sabit pul məbləğində, həm də qazancının 1/3 hissəsində aliment tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı daha əvvəl alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Iddiaçı hazırda alimentin tutulması tələbi ilə deyil, aliment məbləğinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ## ##### 2010-cu il təvəllüdlü X2 və ## ###### 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçının xeyrinə hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsində alimentin sabit pul məbləğində - hər ay, hər uşaq üçün 260 manat, həm də cavabdehin qazancının 1/3 hissəsində tutulmasını xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının alimentin tutulması tələbi ilə deyil, aliment məbləğinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmasına dair mövqeyi ilə razılaşmamaqla qeyd edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirərək iddiaçının iradə ifadəsinin həqiqi mənasını nəzərə almaqla məsələyə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “həm sabit pul məbləğində, həm də qazancının 1/3 hissəsində aliment tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “həm sabit pul məbləğində, həm də qazancının 1/3 hissəsində aliment tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1576/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1576/2026
05.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver