Məhkəmə qərarları › İş №e-2(3-6)-1584/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1584/2026

13.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1584/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında olan ##.##.2010cu ildə Ağdam rayon Mərzilli kənd Ərazi Nümayəndəliyində 46 № ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulan uşaqların Cavabdeh yanında qalması, İddiaçı ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat, cəmi 308 sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 154 (bir yüz əlli dörd manat) manat məbləğində tutulan aliment, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,19 misli həddində indeksasiya edilmiş və ##.##.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır.

3. Nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətinə görə İddiaçı ilə X5 arasında ##.##.2014-cü il tarixdə nikah bağlanmışdır.

4. Doğum haqqında şəhadətnamələrin tərcümə olunmuş surətinə görə X6 ##.##.2016-cı il tarixdə, X2 isə ##.##.2014-cü il tarixdə Rusiya Federasiyası, Novosibirsk vilayəti, Novosibirsk şəhərində doğulmuşlar. Ataları İddiaçı, anaları, X5.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Idrak” liseyi tərəfindən verilən ##.##.2026-cı il tarixli məlumatın surətindən görünür ki, X6 və X2 hal-hazırda “Idrak” liseyinin Bakı filialında təhsil alırlar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Idrak liseyi tərəfindən verilən ##.##.2026-cı il tarixli məlumatın surətindən görünür ki, X6 və X2 hal-hazırda “Idrak” liseyinin Bakı filialında təhsil alırlar. Lisey tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə görə ödənilməli olan təhsil haqqı tam şəkildə ödənməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması”na dair iddiası üzrə Cavabdeh ilə birgə nikahdan anadan olmuş ## ######## 2011-ci il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X3 üçün hər ay 308 manat, yəni hər uşaq üçün 154 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh ödənilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi və Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-262/2025 ##.##.2025-ci tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilərək həmin uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər uşağın 18 yaşına çatana kimi saxlanılması üçün ondan hər ay minimum əmək haqqının 0.40 misli miqdarında sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin2(051)- ***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh ilə birgə nikahın pozulması, birgə nikahdan anadan olmuş ## ######## 2011-ci il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması, ## ######## 2011-ci il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X3 üçün hər ay 308 manat məbləğində olmaqla hər uşaq üçün 154 manat alimentin alınması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilərək həmin uşaqların saxlanılması üçün ondan ## ######## 2011-ci il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bildirir ki, daimi iş yeri yoxdur. Məcburi köçkün olmaqla, Rusiya Federasiyasında yaşamaqla fərdi əməklə məşğul olur. Özünün adına ayrıca təsərrüfatı yoxdur. Himayəsində olan anası yaşlı və xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir. Pensiyaçıdır və yaşa görə müavinət alır. Həmçinin anası müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ona görə də ona özü baxır. Bundan əlavə olaraq bildirir ki, Cavabdeh faktiki olaraq ayrıldıqdan sonra Rusiya Federasiyasında yenidən ailə qurmuşdur. Həmin nikahdan 2 azyaşlı övladı vardır. Onlara da baxmaq və qayğısına qalmaq, onları saxlamaq yükü üzərinə düşür. Qeyd etdiyi səbəblərdən məhkəmə qətnaməsi ilə əvvəllər qət edilmiş və indeksasiya olunmuş alimenti artıq ödəyə bilmir. Anası yaşlı və xəstə olduğundan onun saxlanılması, daima müayinə və müalicəsi üçün tələb olunan vəsaitlər, eləcə də hazırda onunla yaşayan həyat yoldaşı və azyaşlı övladlarının saxlanılması üçün tələb olunan vəsaitlər, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhz bu səbəbdən də uşağın saxlanıması üçün müəyyən edilmiş hər ay hər uşaq üçün minimum əmək haqqının 1.19 misli (476 manat) məbləğində alimenti ödəməyə imkanı çatmır. Çox çətinliklə ayda qət edilmiş alimenti hazırki dövrədək borc alaraq ödəmişdir ki, qalan borcun ödənilməsi və alimentin miqdarının hazırki səviyyədə qalması onun daha da ağır ailə və maddi vəziyyətə düşəcəyini qaçılmaz edir. Məhkəmə qətnaməsinin icrasından böyun qaçırmamış və qaçırmır. Uşağın saxlanılması üçün tərəfindən maddi dəstəyin vacib olduğunu bilir. Lakin aylıq gəliri az olduğundan himayəsində yaşlı və xəstə anası, həmçinin hazırda onunla yaşayan ailəsi və azyaşlı uşaqları olduğundan, yəni ailə və maddi vəziyyəti olduqca ağır olduğundan hər uşağın saxlanılması üçün ayda maksimum 160 manat, yəni minimum əmək haqqının 0.40 misli miqdarında aliment ödəmək iqtidarındadır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq alimenti məhkəmə qətnaməsi ilə qət edilmiş miqdarda tələb edir. Ona görə də alimentin miqdarının azaldılması ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş və məhkəmə qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarının azaldılmasına zərurət yaranmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrinə, “Uşaq hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə, BMT-nin Baş Məclisinin ## ###### 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının aliment müəyyən edildikdən sonra keçən müddətdə ailə və maddi vəziyyətinin ağırlaşmışdır. Onun daimi iş yeri yoxdur. Məcburi köçkün olmaqla və müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayır. Özünün adına ayrıca təsərrüfatı yoxdur. Himayəsində yaşlı və xəstə anası var və müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ona görə də anasına da özü baxır. Cavabdehlə ayrıldıqdan sonra başqa qadınla rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və həmin rəsmi nikahında iki nəfər uşaqları da anadan olmuşdur. Ailə və maddi vəziyyəti ağır olduğundan məhkəmə qətnaməsi ilə əvvəllər qət edilmiş və indeksasiya olunmuş alimenti artıq ödəyə bilmir. Xəstə və yaşlı anasını, həmçinin iki nəfəri azyaşlı olmaqla üç nəfər ailə üzvlərinin saxlanılması, onların daim müayinə və müalicələri üçün tələb olunan vəsaitlər və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi onsuz da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhz bu səbəbdən də uşağın saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşaq üçün minimum əmək haqqının 1.19 misli (476 manat) məbləğində alimenti ödəməyə imkanı çatmır. Ona görə də alimenti indiyədək başqalarından aldığı borcun hesabına ödəmişdir ki, qalan borcun ödənilməsi və alimentin miqdarının hazırki səviyyədə qalması onun daha da ağır ailə və maddi vəziyyətə düşəcəyini qaçılmaz edir. Iddiaçı tərəf məhkəmə qətnaməsinin icrasından böyun qaçırmamış və qaçırmır. Uşaqların saxlanılması üçün tərəfindən maddi dəstəyin vacib olduğunu bilir. Lakin hazırda aylıq qazancı az olduğundan himayəsində yaşlı və xəstə anası, həmçinin onunla yaşayan ailəsi və azyaşlı uşaqları olduğundan, yəni ailə və maddi vəziyyəti olduqca ağır olduğundan hər uşağın saxlanılması üçün ayda maksimum 160 manat, yəni minimum əmək haqqının 0.40 misli miqdarında aliment ödəmək iqtidarındadır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq alimenti məhkəmə qətnaməsi ilə qət edilmiş miqdarda tələb edir. Ona görə də haqlı olaraq məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş və məhkəmə qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarının azaldılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailə və mülki prosesual qanunvericiliyin tələbinə görə müəyyən edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əvvəlki qətnamənin qəbul edilməsindən çox vaxt keçmişdir. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəfin qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək onun ailə və maddi vəziyyəti və ya həyat şəraiti ilə bağlı vəziyyəti olduqca ağırlaşmışdır. Ona görə də məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çox çətinliklə ödəyir. Işə baxılarkən iddiaçı tərəfin ailə və ya maddi vəsiyyətində dəyişikliyin olması, aliment müəyyən edildikdən keçən müddətdə onun ailə və maddi vəziyyətində ağırlaşma istiqamətində dəyişikliklərin olması və bu barədə məhkəməyə təqdim edilmiş sübutlar işin faktiki halları kimi işə baxan məhkəmə tərəfindən nəzərə almamışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlməmişdir. Bununla da tərəf kimi iddiaçının qanunla qorunan hüquqlarını və aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnamə faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız, mahiyyəti üzrə isə düzgün olmadığından, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Işə baxan məhkəmə iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına zərurətin yaranmasını, ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən kifayət qədər sübutlarını təqdim edildiyi halda, həmin sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnamə qəbul edərkən həmin sübutlardan yox, yalnız cavabdeh tərəfin heç bir hüquqi əsası olmayan iddiaya etirazından istifadə etmişdir. Iddiaçı tərəf iddia tələbinin əsası kimi aliment qət edildikdən sonra onun ailə və ya maddi vəziyyətində dəyişikliklərin olmasını təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etmiş və işin faktiki hallarını təqdim etdiyi sənədlərlə tam sübut etmişdir. Iddiaçı tərəfindən aliment qət ediləndən sonra iddiaçının ailə və maddi vəziyyətində dəyişikliklərin olmasını təsdiq edən kifayət qədər subutlar təqdim olunduğu halda, işə baxan məhkəmə həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçı tərəfin ikinci ailəsindən doğulmuş uşaqlarının Idrak Liseyində oxumaqları barədə cavabdeh tərəfin məlumatlarını sübut kimi qəbul etmiş, lakin həmin sübutlara yuxarıda qeyd etdiyi hüquq normalarına uyğun qiymət verməmişdir. Işə baxan məhkəmə qətnaməsini iddiaçı tərəfin aliment müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və maddi vəziyyətində dəyişikliklərin olmasına dair təqdim etdiyi sübutlarla yox, qətnaməsini yalnız cavabdeh tərəfindən iddiaçı tərəfin ikinci ailəsindən doğulmuş uşaqlarının Idrak Liseyində oxumaqlarına dair təqdim olunmuş məlumatlara əsaslandırmaqla normanın həmin tələblərini pozmuşdur. Işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçının alimentin miqdarı müəyyən edildikdən sonra ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olmasını düzgün aydınlaşdırmamışdır. Işə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianım rədd edilməsi yox, iddiaçının iddia tələbi əsaslı olduğuna görə təmin edilməsi nəticəsinə gələrdi. Işə baxan məhkəmə iddia tələbini təmin edərkən keçən müddətdə iddiaçının vəziyyəti ağırlaşımadığından alimentin miqdarının azaldılmaması qənaətinə gəlməsi iddiaçı tərəfin aliment müəyyən edildikdən sonra keçən müddətdə ailə vəziyyətində dəyişikliklərin olması, yəni ikinci dəfə ailə qurması, həmin nikahdan iki nəfər uşaqlarının anadan olması və bundan başqa himayəsində xəstə və yaşlı anası olması kimi faktlarla iddiaçının keçən müddətdə ailə və maddi vəziyyətin ağırlaşdığından sübut edilmir. Işə baxan məhkəmə iddia tələbinin rədd edilməsi barədə qəbul etdiyi qətnaməsi, aliment müəyyən edildikdən sonra keçən dövrdə iddiaçının ailə və maddi vəziyyətində dəyişikliklər olduğundan alimentin miqdarının azaldılmasına zərurətin yaranmasını təsdiq edən kifayət qədər sübutunun olması, yəni onun maddi vəziyyətinin ağırlaşması, ona görə də iddiaçının müəyyən edilmiş alimenti ödəməyin mümkün olmaması kimi işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

8. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

9. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin həcminin artırılması, ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun

14. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

15. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Konvensiyanın

16. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Məhkəmə kollegiyası vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur.

22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin həcminin artırılması, ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

25. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının tələb etdiyi həcmdə alimentin azaldılması məqsədəuyğun deyil. Belə ki, birinci nikahdan olan iki uşağın birlikdə saxlanılması üçün müəyyən edilən bir aylıq cəmi alimentin (hansı ki, həmin məbləğə uşağın bir ay üçün zəruri olan bütün xərcləri, yəni yemək, dərs ləvazimatlarının alınması, gəzmək, istirahət və s. daxildir) məbləği təxminən digər nikahdan olan bir uşağın yalnız bir ay üçün müəyyən edilmiş təhsil haqqına mütənasibdir. Işin halları iddiaçının göstərilən xərcləri qarşılamaq iqtidarında olduğunu göstərir. Bu halın əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən haqlı olaraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır.

27. Apellyasiya şikayətinin dəlilərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, alimentin məbləğinin azaldılması ədalətli və ağlabatan deyil, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları (uşağın mənafeyini) nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar