Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1596/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəbbə pulu, kirayə haqqının ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “dəbbə pulu, kirayə haqqının ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı Mənzil-Tikinti Kooperativi arasında bağlanmış ## ###### 2020-cu il tarixli ** nömrəli “Kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 1, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 4-cü girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 89,5 kv.m olan ** nömrəli ikiotaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, mənzilin ümumi dəyəri 88.969 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdehilkin ödəniş kimi 20.000 manat ödəməyi, qalan 75.765 manat məbləğini isə hər ay 2.105 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin bağlanması ilə tərəflər arasında həmin müqavilədən irəli gələn qarşılıqlı hüquq və öhdəliklər yaranmışdır.
2. ##.##.2024-cü il tarixdə tərəflər arasında yeni müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, əvvəlki ödəniş cədvəli üzrə yaranmış 53.930 manat məbləğində qalıq borcun 6 ay müddətində, hər ay 8.988 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
3. Cavabdehin həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirməməsi ilə əlaqədar olaraq, İddiaçı Mənzil Tikinti Kooperativinin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli, ** nömrəli kooperativ mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, onun kooperativ üzvlüyündən çıxarılması, mənzilin dəyərinin 20 faizi məbləğində dəbbə pulunun və aylıq 800 manat olmaqla 24 ay müddətinə kirayə haqqının hesablanması, həmin məbləğlər çıxıldıqdan sonra qalan vəsaitin vətəndaşa qaytarılması barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ümumi dəyərinin 20%-i məbləğində 26.153 manat dəbbə pulu məbləğinin, 24 ay müddətinə hesablanmış 19.200 manat kirayə haqqının, məhkəməyə dövlət rüsumu olaraq ödədikləri 227 manat, ümumilikdə 45.580 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə cavabdeh Cavabdeh arasında kooperativin ünvan 1 Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 4-cü giriş 4-cü mərtəbəsində olan 2 otaqlı ** nömrəli mənzilinə dair ## ##### 2024cü il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri olaraq xxxx tərəfindən müqavilə bağlanan gün 76.835 (yetmiş altı min səkkiz yüz otuz beş) manat ilk ödəniş edilmişdir. Qalan 53.930 manat borcun isə 6 ay müddətinə aylıq 8.988 manat olaraq ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik xxxx tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.2ci bəndinə əsasən “xxxx” müqavilənin 3.3-cü bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və “xxxx” həmin günə olan qiymətlərlə ödəniş aparır. Həmçinin müqavilənin 5.5-ci bəndinə əsasən “xxxx” mənzili yeni qiymətə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” çıxılır və mənzildə yaşadığı müddətə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra “xxxx”ya qaytarılır və mənzil azad olunur. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər xxxx tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kooperativin ##.##.2024-cü il tarixli *** nömrəli xəbərdarlıq məktubu ilə müqavilənin 5.5-ci bəndinə əsasən Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” çıxıldıqdan sonra vəsaitin qaytarlacağı və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla xxxxya bildirilmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Lakin bu xəbərdarlığa da məhəl qoyulmadığından qeyd edilənlərlə bağlı olaraq Kooperativ tərəfindən Cavabdeh arasında ## ##### 2024-cü il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə ##.##.2024cü il tarixdə ləğv edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “xxxx” müqavilə üzrə ödənişi 2 ay gecikdirdikdə, “xxxx”ya xəbərdarlıq edilmədən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Həmin müqavilənin 5.5.-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Göstərilən əsaslara və müqavilə şərtinə görə cavabdeh X2 mənzilin ümumi dəyərinin 20%-i məbləğində cərimə və kirayə haqqı məbləğinin tutulub kooperativə ödənilməsi zəruridir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh 12.000 (on iki min) manat kirayə haqqı və 3.000 (üç min) manat cərimə olmaqla, cəmi 15.000 (on beş min) manat və dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin şərtlərinə əsasən, ödənişlərin 2 ay müddətində aparılmaması Kooperativə müqavilədən birtərəfli qaydada imtina etmək və xxxxnın üzvlüyünə xitam vermək hüququ verir. Cavabdeh nəinki iki ay müddətində, ümumiyyətlə müqavilədə nəzərdə tutulmuş müddət ərzində hər hansı ödəniş etməmişdir. Bu hal müqavilədən birtərəfli imtina üçün nəzərdə tutulmuş şərtlərin baş verdiyini təsdiq edir. Cavabdehin qalıq borc üzrə ümumiyyətlə ödəniş etməməsi öhdəliyin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Çünki öhdəliyin əsas predmetini təşkil edən pul öhdəliyinin icra edilməməsi müqavilənin məqsədinə çatmasını qeyri-mümkün edir və qarşı tərəfi müqavilədən gözlədiyi nəticədən məhrum edir. İş materialları ilə həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, tərəflər arasında danışıqlar aparılmış, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası təmin edilməmişdir. Bu hal cavabdehin müqavilə üzrə öhdəliyi kobud və davamlı şəkildə pozduğunu təsdiq edir.
8. Məhkəmə iddiaçının 26.153 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Dəbbə pulunun əsas funksiyası mümkün zərərin kompensasiyası və öhdəliyin icrasının təmin edilməsidir, əsassız varlanma vasitəsi deyildir. Məhkəmə hesab etmişdir ki, tələb olunan 26.153 manat məbləğində dəbbə pulu öhdəliyin pozulmasının nəticələri ilə müqayisədə qeyri-mütənasibdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, lakin qalıq öhdəlik icra olunmamışdır. Belə olan halda, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm Satıcının, həm də “xxxx”nın əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 3.000 manat məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə iddiaçının 24 ay müddətinə hesablanmış 19200 manat kirayə haqqının tutulması tələbinə münasibətdə qeyd edir ki, müqaviləyə əsasən aylıq 800 manat məbləğində istifadə haqqı nəzərdə tutulmuşdur. Müqavilədə “mənzildə yaşadığı müddətdə” ifadəsi dar mənada faktiki yaşayış kimi deyil, mənzilin xxxxnın sərəncamında olması kimi başa düşülməlidir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən mənzil üçüncü şəxslərə realizə edilə bilməmiş və Kooperativ həmin müddətdə əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, mənzilin cavabdehə təhvil verildiyi (və ya cavabdeh tərəfindən təhvil alınmalı olduğu) vaxtdan iddianın verildiyi günədək keçən 15 ay üçün hər ay 800 manat olmaqla, ümumilikdə 12.000 (800*15=12.000) manat məbləğində kirayə haqqı hesablanmalı və həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə iddiaçının cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflərin izahatlarına əsasən cavabdehin mənzili faktiki olaraq təhvil almadığı və orada yaşamadığı müəyyən olunmuşdur. Belə olan halda, iddia həmin hissədə təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 6.2, 152.1, 152.5, 157.2, 178.8, 390.1, 399.1, 425.1, 442, 443.1, 443.5, 445.2.1, 445.2.2, 462.1, 465.1, 465.2 və 752.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi, müqavilədə nəzərdə tutulan mənzili ona təqdim etmədiyi, onun bir gündə olsun həmin mənzildə yaşamadığı halda, məhkəmənin 12.000 manat kirayə haqqı və 3.000 manat cərimə olmaqla, cəmi 15.000 manat ondan tutması əsassız və qanunsuzdur. Bundan başqa, tərərflər arasında ##.##.2020-ci ildə müqavilə öhdəlikləri olduğu, həmin müqavilə qüvvədə olduğu halda, MTK-nın öz üstün mövqeyindən sui-istifadə edərək, əlavə 35.000 manat dəbbə pulu hesablamaqla ##.##.2022-ci ildə yeni müqavilə bağlamağa məcbur etməsi, habelə ödənişləri icra etmək istəyən ondan vəsaiti qəbul etməməsi, bununla bağlı bank rekvizitlərini verməməsi məhəkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi nəzər almır ki, məhz iddiaçı tərəfindən öhdəliklərə əməl edilməmiş, tərəflər arasında mövcud olan ##.##.2020–ci il tarixli müqavilə, habelə sonradan ##.##.2024cü ildə bağlanılmış müqavilədə nzərədə tutulmuş mənzil sahəsini ona təhvil verməmiş, tərəfindən ödənilməsi nəzərdə tutulan 75.765 manat borcdan cəmi 19.000 manat borcun pandemiya səbəbindən ödənilməməsi nəzərə alınmadan, həmin müqavilə qüvvədə ola-ola əlavə 35.000 manat faiz hesablamaqla, həmin dövrdə də mənzil təhvil verməməklə müqavilə öhədliklərini pozmuş, cəmi 1 ay gecikmə səbəbindən növbəti ödənişləri nağd qaydada qəbul etməkdən imtina edərək, MTK rəhbərinin əbuluna düşdükdən sonra məsələnin həll olunacağını və onun MTK-ya çağrılacağı adı altında onu aldadaraq ## #### 2025-ci ildə yenidən 40.000 manat əlavə ödəniş etməsi tələb olunaraq bank rekvizitləri verilməsindən imtina edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş bütün sübutları nəzərə alınmamışdır. İddianın rədd edilməsinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, iddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cəmi 1 ay ödəniş pandemiya səbəbindən gecikdirildiyi halda, ödəniş məbləğinin hansı əsasla nağd formada qəbul edilməməsi, ona hansı əsaslarla birinci dəfə 35.000 manat, ikinci dəfə isə 40.000 manat faiz hesablamasının hansı qanundan irəli gəlməsi, mənzil sahəsi müqavilə öhdəlikləri üzrə ona təhvil verilmədiyi, təhvil-təslim aktı imzalanmadığı halda, iddiaçıya kirayə haqqının hansı qanun əsasında hesablanmalı olması araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 22.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 24.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 26.178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 30.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 31.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 32.405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 33.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 34.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 35.421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 36.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 37.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 38.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 39.432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 40.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 41.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 42.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 43.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 44.752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 45.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
46.36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 47.119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
48.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “kirayə haqqı olaraq tutulmalı olan məbləğ” hissəsində dəyişdirilməli, iddia bu hissədə qismən təmin edilməlidir. 52.İş materiallarından göründüyü kimi, ## ###### 2020-cu il tarixli ** nömrəli “Kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən satıcı-kooperativ (İddiaçı MTK-bundan sonra iddiaçı) müqavilə ilə müəyyənləşdirilmiş mənzili alıcı-xxxxya təhvil verməyi, həmin mənzili əldə etmək istəyən şəxs-xxxx (Cavabdeh-bundan sonra cavabdeh) isə bunun müqabilində razılaşdırılmış məbləği hissə-hissə və müəyyən edilmiş müddətlərdə satıcı-kooperativə ödəməyi öhdəsinə götürmüşdür. 53.Belə ki, həmin müqaviləyə əsasən, cavabdehə Bakı şəhəri, ünvan 1, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 4-cü girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 89,5 kv.m olan ** nömrəli ikiotaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, mənzilin ümumi dəyəri 88.969 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh ilkin ödəniş kimi 20.000 manat ödəməyi, qalan 75.765 manat məbləğini isə hər ay 2.105 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin bağlanması ilə tərəflər arasında həmin müqavilədən irəli gələn qarşılıqlı hüquq və öhdəliklər yaranmışdır. 54.##.##.2024-cü il tarixdə tərəflər arasında yeni müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, əvvəlki ödəniş cədvəli üzrə yaranmış 53.930 manat məbləğində qalıq borcun 6 ay müddətində, hər ay 8.988 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 55.Cavabdehin həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirməməsi ilə əlaqədar olaraq, İddiaçı Mənzil Tikinti Kooperativinin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli, ** nömrəli kooperativ mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, onun kooperativ üzvlüyündən çıxarılması, mənzilin dəyərinin 20 faizi məbləğində dəbbə pulunun və aylıq 800 manat olmaqla 24 ay müddətinə kirayə haqqının hesablanması, həmin məbləğlər çıxıldıqdan sonra qalan vəsaitin vətəndaşa qaytarılması barədə qərar qəbul edilmişdir. 56.Hazırda cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı MTK müqavilə üzrə öhdəliklərini icra etməmiş, nəzərdə tutulan mənzili ona təhvil verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ondan 12.000 manat kirayə haqqı və 3.000 manat cərimə olmaqla, cəmi 15.000 manat tutulması əsassız olmuşdur. Cavabdeh bildirmişdir ki, ##.##.2020-ci il tarixli müqavilə qüvvədə olduğu halda, MTK öz üstün mövqeyindən istifadə edərək əlavə 35.000 manat dəbbə pulu hesablamış, ##.##.2024-cü il tarixdə yeni müqavilə bağlamağa məcbur etmiş, habelə ödənişlərin qəbulundan və bank rekvizitlərinin təqdim edilməsindən imtina etmişdir. Onun qənaətinə görə, məhkəmə tərəfindən təqdim edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamış, müqavilə öhdəliklərinin pozulması, mənzilin təhvil verilməməsi, eləcə də əlavə ödəniş və kirayə haqqı tələblərinin hüquqi əsasları düzgün qiymətləndirilməmişdir. 57.Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 58.Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. 59.Beləliklə, müqavilənin Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən ləğv edilməsi üçün tərəfə elə bir zərərin vurulması müəyyən edilməlidir ki, bu, onun müqavilə bağlanarkən gözlədiyi nəticələrdən əhəmiyyətli dərəcədə məhrum olmasına gətirib çıxarsın. Bu baxımdan, tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması faktı yalnız qarşı tərəfin müqavilədən gözlədiyi faydanı itirməsi, müqavilənin məqsədinə nail olmaq imkanının aradan qalxması və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsinə laqeyd münasibətin mövcudluğu müəyyən edildiyi halda təsbit edilə bilər və yalnız belə hallarda göstərilən əsasla müqavilənin ləğvi mümkün hesab edilə bilər. 60.Belə ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən tərəflər üzərlərinə götürdükləri öhdəliklərdən irəli gələn hüquq və vəzifələri vicdanlılıq prinsipi əsasında həyata keçirməli, öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və qaydada icra etməlidirlər. Bu tələblər yerinə yetirilmədikdə isə tərəflərin davranışı mülki qanunvericiliyin tələbləri, o cümlədən vicdanlılıq və ədalətlilik prinsipləri baxımından qiymətləndirilməlidir. 61.İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli, ** nömrəli “Kooperativ mənzil tikintisi haqqında müqavilə” cavabdeh tərəfindən həmin müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar tərəflərin qarşılıqlı razılaşması əsasında xitam olunmuşdur. Həmin müqavilə üzrə yaranmış ödənilməmiş qalıq borc hesablamaya daxil edilməklə tərəflər arasında ##.##.2024-cü il tarixli yeni “Kooperativ mənzil tikintisi haqqında müqavilə” bağlanılmışdır. 62.Həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməməsi ilə əlaqədar olaraq, İddiaçı Mənzil-Tikinti Kooperativinin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli, ** nömrəli “Kooperativ mənzil tikintisi haqqında müqavilə”nin ləğv edilməsi, onun kooperativ üzvlüyündən çıxarılması, mənzilin dəyərinin 20 faizi məbləğində dəbbə pulunun və aylıq 800 manat olmaqla 24 ay müddətinə kirayə haqqının hesablanması, həmin məbləğlər çıxıldıqdan sonra qalan vəsaitin vətəndaşa qaytarılması barədə qərar qəbul edilmişdir. 63.Müqavilə predmetini təşkil edən mənzilin təmirsiz vəziyyətdə olması və ##.##.2024-cü il tarixli yeni “Kooperativ mənzil tikintisi haqqında müqavilə” üzrə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməməsi işin mübahisəsiz hallarındandır. Cavabdeh mübahisəli mənzilin ona təhvil verilmədiyini, öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu və ödənişləri həyata keçirmək məqsədilə bir neçə dəfə müraciət etdiyini bildirsə də, həmin dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. 64.Həmin istinadların əsassız olması cavabdehin ##.##.2024-cü il tarixdən etibarən öhdəliklərin icrasına yönəlmiş hər hansı aktiv hərəkət etməməsi, ödənişlərin həyata keçirilməsi məqsədilə etdiyi cəhdləri təsdiq edən sübutları təqdim etməməsi, habelə ilkin müqavilənin bağlandığı ##.##.2020-ci il tarixdən mübahisənin yarandığı vaxtadək mənzilin təhvil verilməsi ilə bağlı MTK-ya hər hansı pretenziya ilə müraciət etməməsi, eləcə də İddiaçı Mənzil-Tikinti Kooperativinin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağının qərarını mübahisələndirməməsi ilə təsdiq olunur. 65.Beləliklə, iş materialları ilə müəyyən edilir ki, cavabdeh uzun müddət ərzində müqavilə üzrə ödənişləri həyata keçirməmiş və bu öhdəliyin icrası istiqamətində hər hansı aktiv hərəkət göstərməmişdir. Eyni zamanda, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icrasına iddiaçı tərəfindən maneələr yaradılması, o cümlədən mənzilin təhvil verilməməsi səbəbilə öhdəliklərin icrasından imtina etməsinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 66.Yuxarıda göstərilən hallara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 67.Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci yarımbəndinə əsasən «xxxx» aylıq ödənişi 10 gündən artıq gecikdirdikdə mənzilin ümumi dəyərinin 2 faizi məbləğində cərimə tətbiq edilir, ödəniş 2 ay müddətində gecikdirildikdə isə «xxxx»ya xəbərdarlıq edilmədən müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv olunur və mənzil başqa şəxsə satılır. Həmin müqavilənin 5.3 və 5.5-ci yarımbəndlərinə əsasən ödəniş müddətində tam hesablaşma aparılmadıqda mənzilin qiymətinə yenidən baxılır və «xxxx» yeni qiymətlə almaqdan imtina etdikdə müqavilə pozularaq mənzilin dəyərinin 20 faizi məbləğində dəbbə pulu və mənzildə yaşadığı hər ay üçün 800 AZN kirayə haqqı çıxıldıqdan sonra qalan məbləğ «xxxx»ya qaytarılır. 68.Mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallarda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi mahiyyəti də ondan ibarətdir ki, o, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri olmaqla pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötüşmür. 69.Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, işin hаllаrı nəzərə аlınmaqla məhkəmə tərəfindən təyin edilmiş dəbbə pulunun məbləği tənаsübsüz surətdə yüksək olduqda onun аzаldılması mümkündür. Tənаsüblülük müəyyən edilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütövlükdə tərəflərin mənаfeləri nəzərə аlınmalıdır. 70.Belə ki, dəbbə pulu ilə bağlı tələblərə baxılarkən yalnız kreditorun deyil, həm də borclunun maraqlarının qorunması təmin edilməli, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarını, o cümlədən borclunun məsuliyyət dərəcəsini nəzərə alaraq yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azaltmaq səlahiyyəti vermişdir. 71.Hazırki işdən göründüyü kimi tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi halında dəbbə pulunun tətbiqini əvvəlcədən müəyyən etmiş və bununla da cavabdehə münasibətdə maliyyə sanksiyasının tətbiqini razılaşdırmışlar. Bu səbəbdən birinci instansiya məhkəməsi qanunvericiliyin məhkəməyə yalnız aşkar surətdə tənasübsüz hesab edilən dəbbə pulunun məbləğini azaltmaq səlahiyyəti verdiyini, lakin onun tutulmasından tamamilə imtina edilməsini və ya tam ləğvini nəzərdə tutmadığını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğini 3.000 manat müəyyən etmişdir. 72.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müqavilədə hər ay üçün 800 manat məbləğində nəzərdə tutulmuş kirayə haqqının tutulmalı olmasına dair gəldiyi nəticə ilə də razılaşır. Bununla belə, kirayə haqqının hesablanmalı olduğu dövrün müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ayrıca qiymətləndirilməsi zəruridir.
73. Belə ki, birinci instansiya məhkəmədi iddiaçının 24 ay müddətinə hesablanmış 19.200 manat kirayə haqqının tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, müqavilədə “mənzildə yaşadığı müddətdə” ifadəsi dar mənada faktiki yaşayış kimi deyil, mənzilin xxxxnın sərəncamında olması kimi başa düşülməlidir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən mənzil üçüncü şəxslərə realizə edilə bilməmiş və Kooperativ həmin müddətdə əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, mənzilin cavabdehə təhvil verildiyi (və ya cavabdeh tərəfindən təhvil alınmalı olduğu) vaxtdan iddianın verildiyi günədək keçən 15 ay üçün hər ay 800 manat olmaqla, ümumilikdə 12.000 (800*15=12.000) manat məbləğində kirayə haqqı hesablanmalı və həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 74.Halbuki iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə İddiaçı Mənzil-Tikinti Kooperativinin ##.##.2024-cü il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilmişdir. Məhz bu əsasla birinci instansiya məhkəməsi iddianın cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılması hissəsini təmin etməmiş və mübahisəli mənzilin cavabdehin sahibliyində və istifadəsində olmadığı qənaətinə gəlmişdir. 75.Belə olan halda, cavabdehdən tutulmalı olan kirayə haqqı mənzilin cavabdehə təhvil verildiyi tarixdən (birinci instansiya məhkəməsi bu tarix kimi ##.##.2024-cü il tarixini qəbul etmiş və iddiaçı həmin tarixin hesablamanın başlanğıcı kimi götürülməsini mübahisələndirməmişdir) iddianın verildiyi günədək deyil, tərəflər arasında bağlanmış müqavilənin İddiaçı Mənzil-Tikinti Kooperativinin ##.##.2024-cü il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edildiyi tarixədək hesablanmalıdır. Buna görə də kirayə haqqı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan 7 ay üçün, hər ay 800 manat olmaqla, ümumilikdə 5.600 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 76.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 78.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi “kirayə haqqı məbləği” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin olunsun. Cavabdeh Cavabdeh kirayə haqqı 5.600 (beş min altı yüz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 114 manatın 68 manatı iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativindən tutularaq cavabdeh Cavabdeh Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev