Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1603/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Elektron məhkəmə informasiya sistemindən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ##.##.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlu Bakı şəhərində doğulmuş, anası Cavabdeh, atası isə İddiaçıdur.
2. Yevlax Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, ##.##.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. Yevlax Rayon məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır.
4. Elektron məhkəmə informasiya sistemindən iddiaçının gəlirləri barədə edilmiş sorğudan görünür ki, iddiaçı İddiaçı «xxxx» MMC-də aylıq əmək haqqı 1396,45 manat olmaqla mütəxəssi kimi işləyir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli Atilla Taleh oğlunun saxlanması üçün yetkinlik yaşına çatanadək ondan 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment məbləğinin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır. 2025-ci il üçün minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alınsa, məndən tutulan alimentin miqdarı artaraq birdən-birə 445.6 manat olmuşdur. Qeyd edilən məbləği ödəməyə isə onun maddi imkanı çatmır. O, ##.##.2022-ci il tarixdə X5 ilə nikah qurmuşdur. Birgə nikahdan ## ######## 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Həmçinin hazırda ailəsi ilə yaşadığı evi Azərbaycan Beynəlxalq Bankından 49.500 manat məbləğində kredit götürərək almışdır. Həmin kredit üzrə 44.886 manat borcum qalmaqdadır və hər ay 477.44 manat həcmində kredit ödənişi edir. Onun aylıq əmək haqqı 1016.57 manat təşkil edir, heç bir əlavə gəlir yeri yoxdur. Əvvəlki nikahdan olan övladı üçün tutulan alimentin 445 manata qaldırılması, ödəmiş olduğu 447 manat kredit məbləğini də nəzərə aldıqda əmək haqqından ona geriyə 124 manat qalmaqdadır. Hazırda onun azyaşlı uşağı vardır, yoldaşı da heç bir yerdə çalışmadığından onun himayəmdədir. Bu halda alimentin bu məbləğdə tutulması onların normal dolanmalarına belə əngəl törətməkdədir. Odur ki, hesab edir ki, ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli Atilla Taleh oğlunun saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində təyin edilməlidir. Bu hal uşağın əvvəlki təminat səviyyəsinin saxlanmasına heç bir mənfi təsir göstərməyəcəkdir, əksinə 117 manat həddində təyin edilmiş alimentin 2025-ci il üçün 248 manat həddində olması uşağın normal təminatını qarşılayacaqdır. Nəzərə alınmalıdır ki, uşağın saxlanması hər iki valideynin vəzifəsidir. Mübahisənin mediasiya vasitəsilə həllinə çalışsa da, bu, mümkün olmamışdır. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixli“ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş və 60 manat mediasiya xərci tərəfindən ödənilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaya etiraz edərək, həmçinin məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirdi ki, uşaq böyüdükcə onun tələbatları da artır. On bir ildir ki, uşağa tək baxır. On bir ildir ki, 117 manat aliment ödəmişdir. Iddiaçı İddiaçı aralarında olan nikah Atilla 3 aylıq körpə ikən faktiki olaraq pozuldu. Hüquqi olaraq da Yevlax Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə nikah pozuldu. Faktiki ayrı yaşadıqları müddətdən etibarən Atilla ilə maraqlanmamış, uşağın heç bir xərcində iştirak etməmiş, uşağı bu yaşınadək təkbaşına böyütmüşdür. Iddiaçı 2016-cı ildən etibrən 10 ildir ki, övladının təminatı üçün aylıq 117 manat məbləğində aliment ödəyir. 2016-cı ildən bu günədək aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Bununla belə o heç vaxt uşağın əlavə xərclərində iştirak etməmiş, uşağa əlavə vəsait ödəməmiş, uşaqla ümumiyyətlə maraqlanmamışdır. Ötən 10 il ərzində ata-anasının himayəsində yaşamış və onların maddi dəstəyi sayəsində uşağın xərclərini qarşılamışdır. Lakin hazırda valideynləri təqaüdə çıxmış, maddi imkanları zəiflədiyi üçün ona əvvəlki kimi dəstək ola bilmirlər. Uşağın isə yemək, geyim, təhsil, sağlamlıq və digər zəruri xərcləri artmışdır. Bu səbəbdən, uşağın bütün xərclərini ödəməkdə çətinlik çəkir. Hazırda övladının məktəb, hazırlıq və dərslərinə mütəmadi olaraq aparıb-gətirilməsi, gündəlik qayğı və nəzarət zərurəti səbəbindən tam iş günü ilə işləmək imkanı yoxdur. Bu səbəbdən o, yalnız qısa müddətli işdə çalışa bilir və gəliri məhduddur. Bu səbəbdən bu ilin aprel ayında alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmişdir. Iddiaçı iddia ərizəsində qeyd edir ki, 1016.57 manat əmək haqqı alır, yoldaşı isə işləmir. Bu halda alimentin bu məbləğdə tutulması normal dolanmağına belə əngəl törətməkdədir. Bununla bağlı bildirir ki, onun gəlirləri kifayət qədərdir, özünə aid aptekləri var. Həmçinin əmək haqqı ilə bağlı qeyd etdiyi məbləğ də real deyil. Bunu iddia ərizəsində qeyd etdiyi gəlirləri və xərcləri arasında fərqdən də görmək mümkündür. Lakin onun gəlirinin az olması uşağının saxlanması üçün xərcləri ödəməkdən onu azad etmir. Iddiaçı qeyd edir ki, ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli Atilla Taleh oğlunun saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək 248 manat müəyyən edilməsi uşağın əvvəlki təminat səviyyəsinin saxlanmasına heç bir mənfi təsir göstərməyəcək, əksinə 117 manat həddində təyin edilmiş alimentin 2025-ci il üçün 248 manat həddində olması uşağın normal təminatını qarşılayacaqdır. Bununla bağlı bildirir ki, 2016-cı ildə məhkəmə tərəfindən aliment uşağın zəruri tələbatı əsas tutularaq müəyyən edilmişdir. Bu məbləğ də həmin dövrdə minimum əmək haqqının 1,114 misli idi. Lakin sonrakı illərdə inflyasiya getdikcə minimum əmək haqqı artmış, buna uyğun olaraq iddiaçı uşağın təminat səviyyəsini nəzərə almamış və təyin olunmuş miqdardan artıq məbləğdə vəsait ödəməmişdir. Hazırkı dövrdə yeməklə və geyimlə təminat, təhsil alması, sağlamlığının qorunması, istirahəti, nəqliyyat xərcləri və digər zəruri xərclər üzrə qiymətlər artmışdır. Qeyd olunan xərclərin qarşılanması üçün daha çox vəsait tələb olunur. Iddiaçı da aliment məbləğindən əlavə heç bir xərclərdə iştirak etməmişdir. Bundan sonra da iştirak edəcəyi gözlənilmir. Ona görə də alimentin məbləğinin azaldılması uşağın mənafeyinə ziddi zərər vuracaqdır. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ##.##.2022-ci il tarixdə X5 ilə nikah daxil olmuş, birgə nikahlarından ## ######## 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. O həmçinin bildirmişdir ki, o aylıq yaşadığı evə görə ipoteka krediti ödəyir. Həyat yoldaşı işləmir. Iddiaçı qeyd edir ki, o aylıq yaşadığı evə görə ipoteka krediti ödəyir. Bu normal dolanmağına əngəl törətməkdədir. Bununla bağlı bildirir ki, onun nikahda olması, övladının olması, kredit borcunun olması alimentin miqdarının azaldılması üçün əsas hesab edilməməlidir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Yevlax Rayon məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı tərəflərin birgə nikahından doğulmuş ##.##.2015 ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,8 misli həddində aliment tutularaq Cavabdeh ödənilməsi, 58,4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarının dəyişdirilməsi (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Belə ki, ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşağın maddi vəziyyyətidir.
10. Iddiaçıdan övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin hazırda iddiaçının gəlirlərinin yeterli olmadığından və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz növbəsində məhkəmə qərardadının icrasını çətinləşdirir və uşağın mənafeyinə ziddir.
11. Iddiaçı ölkə üzrə müəyyən olunmuş minimum həddə aliment ödəmək iqtidarında olduğunu qeyd etsə də, məhkəmə qəyd etmişdir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehin himayəsində olan uşağının saxlanması üçün uzun müddət yaşayış minimumunun həddindən də aşağı həddə aliment ödəmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz gəlirlərinə, qazancına güvənib təkrar nikaha daxil olması, həmin nikahdan da uşağının olması onu məhkəmə aktına əsasən aliment ödəməli olduğu uşağını saxlamaq, onun minimal təminatını təmin etmək öhdəliyindən azad edən mütləq əsas kimi qəbul edilə bilməz.
13. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində sabit pul məbləğində aliment miqdarı uşağın saxlanılması üçün minimum dolanacaq xərclərini qarşılayaraq, həm uşağın maddi ehtiyaclarını ödəyir, həm də iddiaçının öz yaşayışının təmininə şərait yaratmaqla məhkəmə aktının icrasını mümkün edir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2, 75.4, 76.1, 78.1, 99, 101.1, 107.2, 112.1-ci maddələri; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarı; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarı; BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 9.3, 18-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddia tələbinin təmin edilmiş hissəsində qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə iddiaçının gəlirlərinin yetərli olmadığı və indeksasiya olunmuş aliment məbləğinin onun maliyyə imkanlarını aşdığı, bu səbəbdən iddiaçının həmin məbləğdə aliment ödəmək iqtidarında olmaması sübut edilməmişdir. Iddiaçının “xxxx” MMC-də aylıq əmək haqqı 1396,45 manat olmaqla mütəxəssis kimi işləməsi barədə məlumat onun gəlirinin yetərli olmadığını təsdiq edən sübutedici məlumat deyildir. Məlumdur ki, ölkədə əmək haqqı məbləğləri az göstərilməklə işçinin aylıq gəliri ona verilən bonu və mükafatlarla müəyyən edilir. Məhkəmə onun aylıq gəlirini müəyyən etməli olduğu halda, onun formal əmək haqqısı barədə, məlumatla kifayətləndmiş, DSMF məlumat bazasından onun sığorta üzrə gəlirləri barədə məlumatlar əldə etməmişdir. Belə olan halda məhkəməsinin indeksasiya olunmu aliment məbləğinin iddiaçının maliyyə imkanlarını aşması barədə nəticəyə gəlməsi əsassız olmuşdur. Məhkəmə iddiaçının kredit ödəməsini, məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması faktını mütələq əsas kimi qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdir ki, o, ikinci dəfə ailə qurmuşdur və bir övladı var, həyat yoldaşı işləmir. Onun maaşı vergilər çıxıldıqdan sonra 1200 manatdır. Ipoteka ödənişi edir, maddi imkanı yoxdur
19. Iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 .Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
27. Hazırkı mübahisə üzrə iddiaçı aliment miqdarının azaldılmasını, məhkəmə qərardadı ilə müəyyən edilmiş alimentin 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimunundan artıq olması, yenidən nikaha daxil olması və həmin nikahdan bir uşağının olması, o cümlədən hazırda ailəsi ilə yaşadığı evi kredit hesabına alması və aylıq 477.44 manat kredit ödəməsi, aylıq 1016,57 manat əmək haqqı ilə aliment öhdəliyiin icraasının çətinləşməsi ilə əsaslandırmışdır.
28. Işin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş ##.##.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlu cavabdehin himayəsindədir.
29. Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis vəzifəsində çalışmaqla aylıq 1396,45 manat əmək haqqı alır.
30. Yevlax Rayon məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ## ##### 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır.
31. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Qanuna əsasən alimentin məbləğinin sonradan dəyişdirilməsi üçün əsas meyar tərəflərdən birinin maddi və ailə vəziyyətində dəyişikliyin olmasıdır.
33. Hazırki işin faktiki halları baxımından kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmuşdur: iddiaçı yenidən nikaha daxil olmuş və onun ikinci nikahından ## ######## 2023-cü il təvəllüdlü X3 adlı övladı olmuşdur.
34. Eyni zamanda məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının öz gəlirlərinə, qazancına güvənib təkrar nikaha daxil olması, həmin nikahdan da uşağının olması onu məhkəmə aktına əsasən aliment ödəməli olduğu uşağını saxlamaq, onun minimal təminatını təmin etmək öhdəliyindən azad edən mütləq əsas kimi qəbul edilə bilməz.
35. Bununla belə işdən görünür ki, hazırda iddiaçının gəlirləri yetərli olmadığından və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz növbəsində məhkəmə qərardadının icrasını çətinləşdirir və uşağın mənafeyinə ziddir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. -8.4-2 Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
37. Bu baxımdan kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq, iddiaçının 1396,45 manat əmək haqqı almasını, himayısində ikinci nikahdan yetkinlik yaşına çatmayan azlaşlı övladının olmasını əsas götürərək ##.##.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,8 misli həddində alimentin tutulması qənaətinə gəlmişdir.
38. Cavabdeh Cavabdeh apellyasiya şikayətində iddiaçının maaşından əlavə bonus və mükafatlarının da olduğunu bildirsə də bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Eyni zamanda MPM-in 402.1-ci maddəsinə əsasən mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan qətnmədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov