Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1607/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment məbləğinin azaldılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Işin halları
1. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
1.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulmuş alimentin miqdarı dəyişdirilərək, ##.##.2007-ci il təvəllüdlü X2 və ##.##.2009-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə nikahı pozulduqdan sonra o, X5 ilə nikah münasibətinə girmiş və onların birgə nikahından ## ##### 2015-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə əsasən isə ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ### 2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli icra vərəqəsi ilə cavabdehdən bir uşaq üçün cəmi 154 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsi ilə İddiaçı ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qeyd olunur ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin Təchizat şöbəsinin sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqısı 733,75 manat, müvafiq tutmalar çıxıldıqdan sonra isə ələ çatası məbləğ 603,98 manat təşkil edir. Göründüyü kimi, halhazırda iddiaçının üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranmışdır və o, çox çətin və çıxılmaz vəziyyətdədir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə müəyyən edilmiş 472 manat aliment məbləğləri iddiaçıdan tutulduqdan sonra ona cəmi 1,98 manat pul vəsaiti qalır. Bundan əlavə, qeyd olunur ki, iddiaçı 2022-ci ildən ürək xəstəliyinə tutulub və hal-hazırda da davamlı müalicələr alır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ilkin Rüstəmli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş mediasiya xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, «Uşaq hüquqları haqqında» Qanunun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunmuşdur ki, Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. (60-cı maddənin İ vəII hissəsi). Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. (125-ci maddənin VII hissəsi). Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. (127-ci maddənin II hissəsi). Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır(129-cu maddənin III hissəsi). Hesab edir ki, Bakı şəhəri Səbail RayonMəhkəməsinin ##.##.2026-cı tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən qeyd olunan normaların tələbləri pozulmuşdur. Göründüyü kimi, Konstitusiyanın bu müddəalarına uyğun olaraq məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Açıqaşkardır ki, iddiaçı İddiaçı hüquqlarının müdafiəsinə məhkəmə tərəfindən təminat verilməmiş və tam qərəzli yanaşılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsində qeyd olunur ki, “Məhkəmə işin faktiki hallarına qiymət verib, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtından hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir.” Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq bildirir ki, məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının maddi vəziyyətində mənfi dəyişiklik baş vermişdir və hal-hazırda iddiaçının üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranmışdır və o, çox çətin və çıxılmaz vəziyyətə düşmüşdür. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il il tarixli, *(***)-****/**** saylı qətnaməsi müəyyən edilmiş 130 manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı müəyyən edilmiş 472 manat aliment məbləğləri iddiaçıdan tutulduqdan sonra ona cəmi 1,98 manat pul vəsaiti qalır. Bundan əlavə, qeyd olunur ki, iddiaçı 2022-ci ildən ürək xəstəliyinə tutulub və hal-hazırda da davamlı müalicələr alır. Yaranmış vəziyyət həmçinin Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 2 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə bir hissəsini təşkil etməlidir. Ona görə də hazırki iddia tələbinin irəli sürülməsinə zərurət yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
10. Maddə 17. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
11. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun
14. Maddə 13. uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. Maddə 19. uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir.
16. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
19. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarının:
20. 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
22. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
23. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Kollegiya qeyd edir ki, alimentin məbləği təyin olunarkən ilk öncə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır.
34. Kollegiya hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
35. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin ## ###### 2026-cı il tarixli *-**-****-***/**** saylı Arayışından görünür ki, İddiaçı X4 Nazirliyinin Baş Mühafizə Idarəsinin Təchizat şöbəsinin sürücüsü vəzifəsində işləyir və onun hesablanan aylıq əməkhaqqı 733,75 manat təşkil edir ki, bu məbləğdən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğ 603.98 manatdır.
36. Iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ### 2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.
37. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur.
38. Iş materiallarından göründüyü kimi, iddiaçı X4 Nazirliyinin Baş Mühafizə Idarəsinin Təchizat şöbəsinin sürücüsü vəzifəsində işləyir və aylıq əməkhaqqı məbləği 603.98 manatdır. Iddiaçı digər nikahdan olan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment ödəyir. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 154 manat aliment məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Bu isə aliment məbləğinin 472 manat hesablanması deməkdir.
39. Göstərilənlərə əsasən müəyyən edilir ki, aliment məbləğinin bu qaydada indeksasiya edilməsi ilə iddiaçı ümumilikdə, digər nikahından olan uşağının və hazırki iş üzrə tərəflərin uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 602 (130+472) manat aliment məbləği ödəməli olduğu halda, onun qazancından qalan məbləğ 1.98 manat təşkil edir.
40. Bununla belə kollegiya iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində alimentin hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində tutulmasını xahiş etsə də, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Eyni zamanda qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Iddiaçının tələb etdiyi həddə alimentin azaldılması uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən az olmaqla uşağın mənafeyinə ziddir. Tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması rəhbər tutularaq, qərardad əsasında müəyyən olunmuş alimentin məbləğinin iddiaçı tərəfindən tələb olunan həddə qədər azaldılması uşağın mənafeyinə ziddir.
41. Belə ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
42. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği tutulduğu halda, iddiaçının digər nikahından olan uşağının saxlanması üçün də ödənilən aliment məbləği nəzərə alındıqda, iddiaçının ümumilikdə 602 (130+472) manat aliment ödəməli olduğu və qazancından geridə cəmi 1,98 manat qaldığı müəyyən edilir. Bununla belə, alimentin iddiaçının tələb etdiyi həddə qədər azaldılması da uşağın mənafeyinə zidd olduğundan, kollegiya hesab edir ki, alimentin məbləği azaldılaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində müəyyən edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya hesab edir ki, tələb olmadığından iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində aliment tutulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.